Dəvəquşu alqoritmi
Dəvəquşu alqoritmi — informatikada (kompüter elmində) çox nadir ola biləcəyi üçün potensial problemləri görməzlikdən gəlmək strategiyası. Adını "başını quma soxmaq və heç bir problem olmadığını iddia etmək" mənası verən dəvəquşu effektindən almışdır. Problemin qarşısını almaqdansa, onun baş verməsinə imkan vermək daha sərfəli olduqda istifadə olunur.
== Ölü kilidlənmə zamanı istifadə ==
Bu yanaşma, çox nadir olduğu və aşkarlanması və ya qarşısının alınması xərclərinin yüksək olduğu güman edildiyi halda, paralel proqramlaşdırmada ölü kilidlənmələrin aradan qaldırılmasında istifadə edilə bilər. Əgər dəstdəki hər bir proses digər prosesin hərəkətə keçməsini gözləyirsə, proseslər dəsti kilidlənir.
Dəvəquşu alqoritmi heç bir problem olmadığını iddia edir və ölü kilidlənmələr çox nadir hallarda baş verərsə və onların qarşısının alınmasının dəyəri yüksək olarsa, o zaman istifadə edilməsi məqsədəuyğundur. UNIX və Windows əməliyyat sistemləri bu yanaşmadan istifadə edirlər.
Dəvəquşu alqoritmindən istifadə kilidlənmə ilə mübarizə üsullarından biri olsa da, dinamik qaçınma, bankerin alqoritmi, aşkarlama və bərpa və qarşısının alınması kimi digər effektiv üsullar da mövcuddur.