Dəyirman (qrup)
Dəyirman — 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərmiş Azərbaycan hip-hop qrupu. Qrupun orijinal tərkibinə Miri Yusif, ABD Malik, Elmir Məhərrəmov (L-Mir) və daha sonra qrupu tərk etmiş Anar Abdulla daxil idi.
"Dəyirman" 1996-ci ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır. Qrup müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Elşad Xose, Faiq Ağayev, H.O.S.T., Röya, Samirə Allahverdiyeva və digər sənətkarlar ilə əməkdaşlıq edib.
== Tarixi ==
=== Qrupun yaranması ===
Anar Abdulla istisna olmaqla, Dəyirman qrupunun heyəti və qrupun prodüseri Emin Əfəndi İnşaat İnstitutunda (hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində) birlikdə təhsil alıblar. Anar Abdulla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi idi və Səudiyyə Ərəbistanında işinə görə qrupu tərk etmişdi. Buna baxmayaraq, Abdulla keçmiş həmkarları ilə dostluq əlaqələrini davam etdirməyə davam edirdi.
1995-ci ildə yaranan "G.G.G.Аіlesi" (Qara Qan Qardaşları Ailəsi) qrupu, 1999-cu ildə adını "Dəyirman"-a dəyişdi. Qrupun ilk olaraq müqavilə imzaladığı VVS-records musiqi studiyası qrupun ilk albomu üçün xalq mahnılarının sintezində rep konsepsiyasını təklif etdi.
=== Populyarlıq qazanması ===
"Dəyirman" 1996-ci ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır.