DEBRİYAJ
DEDİKODU
OBASTAN VİKİ
Dede Qorqud
"Kitabi-Dədə Qorqud" ("Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan" (Oğuz tayfalarının dilindən Dədəm Qorqud kitabı))) – Oğuz türk dastanı. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi (XI–XII əsrlər). "Kitabi-Dədə Qorqud" dastanları ideya-məzmunu, təkrarolunmaz gözəlliyi ilə yüz illərdir ki, dünya alimlərinin diqqət mərkəzindədir. Ənənəyə görə, "Kitabi Dədə Qorqud"da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd Peyğəmbər zamanında yaşadığı qeyd edilir.Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: "Dirsə xan oğlu Buğacın boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Bayburanın oğlu Bamsı Beyrək boyu", "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy", "Duxa Qoca oğlu Dəli Domrulun boyu", "Qanlı Qoca oğlu Qanturalı boyu", "Qazılıq Qoca oğlu Yeynəyin boyu", "Basat Təpəgözü öldürdüyü boy", "Bəkil oğlu Əmranın boyu", "Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy", "İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy". 2017-ci ildə Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. == Nüsxələr == Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları XI əsrdə "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XV əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. "Kitabi-Dədə Qorqud"dakı lama obrazı mauqlinin "Odisseya" dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir.
Beril Dedeoğlu
Beril Dedeoğlu (tam adı Hatice Beril Dedeoğlu; 9 dekabr 1961, Ankara – 13 mart 2019, İstanbul) — Türk akademik, yazıçı və siyasətçi.
Dedek Mraz
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Dedekind kəsiyi
Dedekind kəsiyi - irrasional ədədlərin daxil edilməsi üsullarının birinin əsas anlayışlarındandır. Bu anlayışı alman alimi Dedekind (1831-1916) təklif etmişdir. Dedekind kəsiyinin mahiyyəti aşağıdakı kimidir: Fərz edək ki, Q {\displaystyle Q} rasional ədədlər çoxluğudur.Məlumdur ki, Q {\displaystyle Q} çoxluğu nizamlanmış çoxluqdur. Məlumdur ki, çoxluğu nizamlanmış çoxluqdur. Rasional ədədlər çoxluğunun aşağıdakı şərtləri ödəyən, istənilən kəsişməyən və boş olmayan iki A {\displaystyle A} və B {\displaystyle B} çoxluqlarına ayrılmasını kəsik adlandıraq. A {\displaystyle A} çoxluğunu aşağı (sol) sinif, B {\displaystyle B} çoxluğunu yuxarı (sağ) sinif adlandıraq. Şərtlər aşağıdakılardır: A {\displaystyle A} çoxluğunun hər bir elementi B {\displaystyle B} çoxluğunun hər bir elementindən kiçikdir.Aşağı sinfin ən böyük elementi, yuxarı sinfin ən kiçik elementi yoxdur. Onda rasional ədədlər çoxluğunda bu qayda ilə təyin olunmuş ( A {\displaystyle A} , B {\displaystyle B} ) kəsiyi müəyyən α=( A {\displaystyle A} , B {\displaystyle B} ) irrasional ədədini təyin edir.Dedikind kəsikləri irrasional ədədləri təyin etməyin bir üsuludur. İrrasioanl ədədləri təyin etməyin başqa üsulları da var. Məsələn, irrasional ədədləri dövri olmayan sonsuz onluq kəsr kimi də təyin etmək olar.
Dedeçam
Dədəçam — İsparta ilinin Yalvaç ilçəsində kənd. Kəndin adı 1912-ci il qeydlərində Manarqa kimi qeyd olunur. 17 dekabr 1986-cı ildə bələdiyyəyə çevrilən şəhərin bələdiyyə statusu 2013-cü ildə əhalisinin 2000 nəfərdən aşağı düşməsi ilə başa çatmışdır. == Coğrafiya == Kənd İsparta şəhər mərkəzindən 120 km, Yalvaç şəhər mərkəzindən isə 28 km məsafədədir.
Riçard Dedekind
Yulius Vilhelm Riçard Dedekind (alm. Julius Wilhelm Richard Dedekind‎) — alman riyaziyyatçısı. Həqiqi ədədlər nəzəriyyəsinin əsaslandırılmasını vermişdir; cəbri ədədlər nəzəriyyəsi üzrə əsərlərin müəllifidir. == Həyatı == Bir hüquq professoru olan Ulrix Dedekindin 4 övladından ən balacası olan Riçard Dedekind Qaussun anadan olduğu yerdə 6 oktyabr 1831-ci il tarixdə Brunsviçdə anadan olmuşdur. Riçard yeddi yaşından on altı yaşına qədər şəhərdə gimnaziyada oxumuşdur. Cavan yaşlarında riyaziyyat dühası çox da bilinmirdi. Onun ilk sevgisi kimya və riyaziyyat olmuşdur. Riyaziyyata elmlərin xidmətçisi gözü ilə baxırdı. Əsil yolunu aşkar etməkdə də heç ləngimədi. Daha 17 yaşında olarkən fizikanın istifadə etdiyi bir çox qaydalarda səhvlər aşkar etdi və riyaziyyata qayıtdı.