DEONTOLOGİYA
[yun. deon – borc logos – təlim, söz] – etik nəzəriyyənin bir sahəsi. Deontologiya, bir peşəni tətbiq edilməsi lazım olan əxlaqi dəyər və etik qaydaları araşdıran elm sahəsidir. İnsanın müəyyən tapşırıqları olduğunu fərz edən əxlaq təlimlərini əsas götürür və bu təlimlərdən qaynaqlanan vəzifə və qaydaların müxtəlif peşələrdəki konkret izlərini araşdırar. DETERMİNİZM [alm. Determinismus. Fr. Determinisme. Ing. Determinism. lat. determinare – müəyyən etmək tr. Belirtlenimcilik; ər. أنرؼٍُ ] – Hər hadisənin maddi və ya mənəvi bəzi səbəblərin zəruri nəticəsi olduğunu irəli sürən fəlsəfi görüşdür. Determinizm kainatda bütün olub-bitənlərin səbəbiyyət əlaqəsi ilə müəyyənləşdiyini iddia edən nəzəriyyə. Səbəbiyyətin yeri və rolu məsələsində bir-birinə əks olan fəlsəfi konsepsiyalar. Bu nəzəriyyənin əksini iddia edən görüş isə indeterminizm. Ərəbcə səbəbiyyət demək olan determinizm , bir-birini şərtləndirən anlamına gəlir.