Dizə (Ordubad)
Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.
Vənənd bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 18 km şimal-qərbdə, Ordubad-Unus avtmobil yolunun kənarında yerləşir. Əhali bağçılıq, tərəvəzçilik və əkinçiliklə məşğuldurlar.
== Toponimikası ==
Zəngəzur silsiləsinin ətəyindədir. Keçmiş adı Cəfərxan Dizəsi olmuşdur; Bir çox coğrafi adlarının əsasını təşkil edən dizə sözü qədim İran dillərində "divar, hasar", "möhkəmləndirilmiş şəhər", "qala divarı", "qala", "istehkam" mənalarında, bir sıra türk dillərinə, o cümlədən Azərb. dilinə keçərək "kənd" mənasında işlənir. Oykonimlərə əlavə edilən baş, Kələntər, qoşa, Kərimqulu, Oruc və s. komponentlər həmin yaşayış məntəqələrini bir-birindən fərqləndirməyə, coğrafi mövqelərini müəyyənləşdirməyə və vaxtilə kimə mənsub olduğunu göstərməyə xidmət edir.
== Tarixi ==
Ordubad rayonunun Vənənd inzibati ərazi vahidində kənd.