durmaqsızın 2021
durnabalığı
OBASTAN VİKİ
Durna
Durna (lat. Grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi.
Ağ durna
Boz durna
Boz durna (lat. Grus grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi bozdur. Boğazı, boynunun aşağı hissəsi və başının yuxarı hissəsi qaradır. Uçuş vaxtı boynunu və ayaqlarını düz uzadır. Peysəri çılpaqdır, qırmızı rəngdədir. Ayaqları qaradır. Uçuş vaxtı durna dəstəsi adətən üçbucaq əmələ gətirir == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda köçəri və köçəri- qışlayan növdür. 1970-ci illərədək Ağgöl, Mehman, Şilyan və Qarasu göllərində qışlamışdır.
Durna (bürc)
Durna (lat. Grus) — göyün cənub yarımkürəsində bürc. Göyün cənub yarımkürəsində bürc. Durnanın ən parlaq ulduzu Əlnairin (α) parlaqlığı 1,7 ulduz ölçülüdür və Günəşdən təximən 100 işıq ili məsafədə yerləşir. Durnanın daha beş ulduzu 4-cü ulduz ölçüsündən parlaqdır.
Durna balığı
Durnabalığıkimilər (lat. Esociformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. Uzunluğu 1,5 m, kütləsi 35 kq-a çatan sümüklü balıqlardır. Dəstədə 3 fəsilə var: durnabalıqlar, umbrokimilər və ya evduşkokimilər və dalliekimilər. Xəzər hövzəsində, o sıradan Azərbaycanın su hövzələrində durnabalığlar fəsiləsinin nümayəndələri yaşayır.
Qaraboyun durna
Qaraboyun durna (lat. Grus nigricollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. Çin və Hindistanın Tibet yaylası ərazisində yayılmışdır. Alp qurşağında müşahidə edilən yegahə durna növüdür. Bu nadir quş Beynəlxalq Qırmızı kitaba daxil edilmişdir. Onların ümümi sayı 5000–6000 arasında dəyişir. Bu quşlar ilk dəfə 1872-ci ildə Nikolay Prjevalski tərəfindən təsvir edilmişdir. O, onları Kukunor göü ətrafında müşahidə etmişdir. Təbiətdə bu növ durnalar 20–30 il yaşaya bilirlər. Nəhəng quş 115 sm hündürlüyə və 5,35 kq çəkiyə sahibdirlər.
Qəşəng durna
Qəşəng durna (lat. Anthropoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi. Hazırda 2 növə ayrılır: Adi qəşəng durna (Anthropoides virgo) — durnaların ən kiçik növü olub, Asiya, Avropa və Şimali Afrikanın geniş ərazilərində yaşayır. Afrika qəşəng durnası (Anthropoides paradisea) — Cənubi Afrika Respublikası və Namibiyada yaşayır.
Qəşəng durna (cins)
Adi qəşəng durna
Adi qəşəng durna (lat. Anthropoides virgo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin qəşəng durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi göyümtül. Başının yanları, boğazı və boynunun ön hissəsi qaradır. Boynunun qara lələkləri döşünə sallanır. Gözlərinin arxasından bir topa ağ lələk boyununun yanlarına sallanır. Ayaqları qara, dimdiyi sarımtıldır. Diri kütləsi 2-3 kq-dır. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Afrikanın şimalında, Şimali Qafqazda, Qazaxıstanda, Sibibirin cənubunda yuvalayır, Şimali Qərbi Afrikada, Fələstin, İraq, Pakistan, Hindistanda, Birmada qışlayır.
Sadako və min kağız durna
Sadako və Min Kağız Durna — 1977-ci ildə nəşr olunan Amerikalı yazıçı Eleanor Koerin uşaqlar üçün yazdığı kitabdır. İbtidai məktəblərdə sülh təhsil proqramları üçün istifadə etmək məqsədilə kitab dünyanın bir çox dilinə tərcümə edilib. Yapon məktəblisi Sadako Sasakinin hekayəsi Sietldə Xeyirxahlıq oyunlarının açılış mərasimində teatrda oynanıldı, 400 yerli məktəbli camaata 20000 kağız durna payladı, bununla da Sadakonun xatirəsi anıldı. Sietldəki suvenir durnalar ehtimal olunur ki, Yaponiyadan uşaqlar tərəfindən göndərilmiş 1000 ədəd orijinal hissədən hazırlanmışdır. Sadako Sasaki Xirosima və Naqasakinin ABŞ tərəfindən atom bombardmanı zamanı Xirosimada yaşayırdı. Xirosima bombalanarkən Sadako iki yaşında idi. Sadako partlayış baş verən vaxt evdə — partlayışın baş verdiyi yerdən 1 mil uzaqlıqda idi. Onun boynu və qulaqları arasında şişlər, 1955-ci ilin yanvarında isə ayaqları üzərində bənövşəyi ləkələr əmələ gəlir. Sonralar ona, leykemiya diaqnozu qoyulur. Sadakoya leykemiya diaqnozu qoyulandan sonra, xəstəxanada o, min kağız durna düzəltmək ümidilə vaxtını keçirirdi.
Tənha durna uçuşu (film, 2003)
Film-tamaşa uğursuz məhəbbət haqqındadır. Məktəb illərində bir-birini sevən, lakin, yolları ayrılan Nəsiblə (Ötkəm İsgəndərov) Gülgəz (Həmidə Ömərova) uzun illər sonra məzunların görüşündə rastlaşırlar və bütün xatirələr xəyallarda canlanır. Filmdə Nəsibin digər məzunlara göstərdiyi ailəvi şəkildəkilər aktyor Ötkəm İsgəndərovun öz ailəsidir.
Şaolinin ilan və durna döyüş sənətləri (film, 1978)
Şaolinin ilan və durna döyüş sənətləri (ing. Snake & Crane Arts of Shaolin, çin. 蛇鶴八步) — rejissoru Çen Çi Hva olan və baş rolda Ceki Çanın oynadığı 1978-ci ildə çəkilmiş Honq Konq hərəkət filmidir. "Golden Harvest"in istehsalı olan film Lo Wei Motion Picture Company tərəfində nümayiş olundu. Tu Vi Ho ilə yanaşı Çen də filmin kaskadyor koordinatoru idi. Tzin sülaləsi dövründə səkkiz Şaolin ustası ən yaxşı döyüş texnikalarını "ilan və durnanın səkkiz pilləsində" birləşdirdi. Texnikaları güc simvolu olaraq əjdahanın nizəsi ilə birlikdə mühafizə üçün Ustad Lin-ə verilən bir kitabda yazdılar. Kitab döyüş sənətləri dünyasındakı ən təhlükəli sirr sayıldı və təlimatda olduğu kimi səkkiz bilici də yox oldu. Səkkiz klan hamısı kitab axtarmağa insanları göndərdi, buna görə Hu Yinqen adlı bir oğlan hədəflə görünəndə bir çox insan onu təqib etməyə başladı. Bir çox məşhur döyüşçünün toplandığı bir şəhərə gedir və dilənçi paltarında Huan Tzu adlı bir qızın köməyinə gəlir.
Adi durnabalıq
Daur durnası
Durnabalığı
Durnabalığı (lat. Esox) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinə aid heyvan cinsi.
Qafqaz durnası
Qafqaz durnası və ya Anadolu durnası (lat. Grus grus archibaldi)— ayrıca quş növü olmayıb boz durnanın yarımnövlərindən biridir. Qafqaz durnalarının digər boz durnalardan başlıca xüsusiyyəti baş hissəsində digər durnalarda olan iri qırmızı xalın olmamasıdır. Çoxalma populyasiyasının çoxu Anadolunun yüksək dağlıq göllərində olan bu yarımnöv buna görə Anadolu durnası da adlanır. Qafqaz durnalarının dəqiq sayı da məlum deyil. 2000-ci illərdə saylarının 200 ətrafı çoxalan cütlük olduğu qeyd olunur.
Qara durnabalığı
Qara durnabalığı (lat. Esox niger) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinin durnabalığı cinsinə aid heyvan növü.
Sikuta durnaotu
Sikuta durnaotu (lat. Erodium cicutarium) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin durnaotu cinsinə aid bitki növü. Aralıq dənizi sahili olan ölkələr və Şimali Amerikada yayılıb. Azərbaycanda Qobustan, Xaçmaz rayonu, Ceyrançöl və Naxçıvan Muxtar Respublikasının bəzi dağətəyi rayonlarında yayılıb.
Stefan durnaotu
Stefan durnaotu (lat. Erodium stephanianum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin durnaotu cinsinə aid bitki növü. Geranium stephanianum (Willd.) Poir.
Sığırçı durnalar
Sığırçı durnalar (lat. Aramidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Yapon durnası
Yapon durnası (lat. Grus japonensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. Uzaq Şərq və Yaponiya ərazisində yayılmış nadir növ. Onların ümumi sayı 1700–2000 baş olaraq qiymətləndirilir. Tamamən yoxa çıxması təhlükəsi qarşısında olmuşdur. Bu səbəbdən Beynəlxalq və yerli qanunlarla qorunur. XX əsrin üçüncu yarısında yapon durnası artıq Hokkoyda adasında geniş əraziyə yayıldıqdan sonra artıq qonşu Saxalin, Kunaşir, Habomai adalarında da görünməyə başlayır. Ən böyük durna növlərindən biridir. Boyu 158 sm, çəkisi 7,5 kq-dır. Xariçi görünüş baxımından digər durna növlərindən fərqlənir.
Zirehli durnabalıqları
Zirehli durnabalıqları (lat. Lepisosteidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin zirehlikimilər dəstəsinə aid heyvan fəsiləsi.
Zolaqlı durnabalığı
Qara durnabalığı (lat. Esox niger) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinin durnabalığı cinsinə aid heyvan növü.
Şahtərəyəbənzər durnaotu
Şahtərəyəbənzər durnaotu (lat. Erodium fumarioides) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin durnaotu cinsinə aid bitki növü. Myrrhina fumarioides (Steven) Rupr.
Adi durnabalığı
Adi durnabalığı (lat. Esox lucius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinin durnabalığı cinsinə aid heyvan növü. Ortasaylı, yerli aborigen növdür. == Xarakterik morfoloji əlamətləri == Yanaqları pulcuqlarla tam örtülüdür. Bədənin yan tərəflərində boz və ya zeytuni rəngdə ləkələr olur. Bu ləkələr köndələn, bəzən çəpəki zolaqlar əmələ gətirir. Şirin su balığıdır. Azərbaycan sularında ovlanan durnabalıqlarının iri fərdlərinin uzunluğu 80 sm-ə, kütləsi 5 kq-a çatır. == Yaşayış yeri və həyat tərzi == Bütün şirin sularda, çay və göllərdə, bəzən şortəhər sularda yaşayır. Azərbaycanda əksər fərdləri 5–6 ilə qədər yaşayır.

Digər lüğətlərdə