Qulaq sözü ilə bərabər onun sinonimi kimi uş kəlməsi də mövcud olub (görünür, rus dilindəki ухо, farslardakı quş sözləri də bununla qohumdur). İndi həmin söz sıradan çıxıb, amma eşit (qulaq as) şəklində onun eş forması qalmaqdadır. Söz belə yaranıb: eş (isim), eş-i (bərk-i-mək qəlibi üzrə) feil, eşit – təsirsiz feildən düzələn təsirli feil. (Bəşir Əhmədov. Etimologiya lüğəti)