FLOQOPİT
FLÜGER
OBASTAN VİKİ
Flora
Flora — Azərbaycanda çox işlədilən qadın adı. Flora Kərimova — Azərbaycanın məşhur estrada və opera müğənnisi, Azərbaycanın xalq artisti (1992). Flora Xəlilzadə — azərbaycanlı jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Flora Qasımova — Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı Flora Purim — Flora Əhmədova — Flora Əlimirzəyeva-Mustafayeva — Digər Flora (mifologiya) — Qədim Roma mifologiyasında çiçək, gənclik və bahar ilahəsi. Flora (botanika) — bitki növlərinin, mikroorqanizmlərin və göbələklərin müəyyən vilayət, zona, rayon Flora və Zefir — fransız akademik rəssamı Vilyam Buqro tərəfindən 1875-ci ildə işlənmiş rəsm əsəri.
Flora (botanika)
Flora (lat. Flora – Roma mifologiyasında çiçək və bahar tanrısı) — bitki növlərinin, mikroorqanizmlərin və göbələklərin müəyyən vilayət, zona, rayon, bitki tipi, formasiya və ya biosenoz daxilində onların müasir təbii şəraiti və geoloji keçmişi ilə bağlı tarixən təşəkkültapmış məcmusu. Flora müxtəlif bitki qruplaşmalarının cəmidir. Florada növ əmələgəlmə prosesləri, bir növün digərini sıxışdırması, bitkilərin miqrasiyası və s. hadisələr səciyyəvidir. Hər hansı flora özünə məxsus müxtəlifliyi, yaş tərkibi, endemikliyi ilə fərqlənir. Müəyyən ərazilərin lorası arasında fərqlər bu regionların geoloji tarixləri, həmçinin torpaq və iqlim şəraitlərinin müxtəlifliyi ilə bağlıdır. Məs. Qafqazın florası, Azərbaycanın florası, sporlu bitkilərin florası, mamırların florası (brioflora), yosunların florası (alqoflora) və s. Hər bir floranın təyin əsası onun növ və cins tərkibinin aşkar edilməsidir.
Flora (mifologiya)
Flora (lat. Flora, flos – çiçək) — Qədim Roma mifologiyasında çiçək, gənclik və bahar ilahəsi. Floranın şərəfinə floraliyalar adlanan bayramlar keçirilirdi. Floranın əlində çiçək tutmuş gənc qız şəklində obrazına təsviri sənətdə çox müraciət edilmişdir.(Tisian, Pussen, Rembrandt və b.) Floranın ən qədim rəsmlərinə Pompey şəhərinin freskalarında rastlanır.
Flora Bolonyay
Flora Bolonyay (d. 5 aprel 1991) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Flora Bolonyay, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu.
Flora Brovina
Flora Brovina (alb. Flora Brovina; 30 sentyabr 1949) — Kosovo-alban jurnalisti, şair və ictimai xadim. == Bioqrafiyası == 30 sentyabr 1949-cu ildə Kosovoda anadan olmuşdur. Onun ilir Brovin adlı bir qardaşı vardır. Priştinadakı Tibb İnstitutunu bitirdikdən sonra pediatriya ixtisası üzrə Zaqrebdə təhsilini davam etdirir. Kosovaya qayıdan Flora, gündəlik Rilindja qəzetində jurnalist olaraq işə başlayır. Sonra Priştina xəstəxanasında pediatr kimi işə düzəlir. 1990-cı illərdə siyasi vəziyyət kəskinləşəndə Brovina hadisələrə biganə qalmayaraq zorakılıq aktları haqqında məlumat toplamağa başlayır, humanitar fəaliyyətlə məşğul olur və yetimlərin psixoloji reabilitasiya mərkəzinə rəhbərlik edərək uşaqlara yardım təşkil edir. Kosovo müharibəsi əsnasında, 20 aprel 1999-cu ildə Brovina maskalı şəxslər tərəfindən qaçırılaraq naməlum bir yerə aparılır. Beləliklə NATO qüvvələri paytaxt Priştinanı alanda və Serbiya qoşunları ölkədən çıxarkən əsirlikdə olur.
Flora Kərimova
Kərimova Flora Ələkbər qızı (23 iyul 1941, Bakı) — Azərbaycanın estrada, muğam və opera müğənnisi, aktrisa, Azərbaycan Respublikasının xalq artisti (1992) Milli Azadlıq Hərəkatı fəalı, ictimai xadim. BMT yanında Ümumdünya Sülh Federasiyasının Sülh səfiri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin (DAMMİB) vitse prezidenti, DAMMİB Qadınlar Şurasının sədri, Xocalı şəhərinin Fəxri Vətəndaşı, Türk Dünyası Yazarlar ve Sanatçılar Vakfının fəxri üzvü. == Həyatı == Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olmuşdur. Əslən anası Zümrüd xanım şuşalı, atası Ələkbər bəy isə qəbələlidir. Fəaliyyətini 13 yaşından bədii özfəaliyyət kollektivlərində başlayan Flora Kərimova həmin tarixdən Azərbaycan Dövlət Filarmoniyasında və digər mədəniyyət saraylarında, dövlət tədbirlərində çıxış etmişdir. 1950-ci illərdən Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" rəqs ansambllında, 1960-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin və Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1964-cü ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) bitirmişdir. 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu müalicə işi üztə tam kursu bitirmiş, həkim ixtisasına yiyələnmişdir. 1977-ci ildə Bakı Musiqi Akademiyası vokal sinfini bitirmişdir. Flora Kərimova üç dəfə ailə qurub.
Flora Purim
Flora Purim (6 mart 1942, Rio-de-Janeyro) — cazmen. == Həyatı == 1942-ci il martın 6-da Rio de Janeyroda musiqiçilər ailəsində anadan olmuşdur. Onun atası əslən Ukraynadan olub Rio de Janeyro Simfonik Orkestrinin aparıcı skripkaçısı, anası isə klassik pianoçu idi. Flora 8 yaşında ikən fortepiano dərsləri alır, sonra gitara çalmağa başlayır və daha sonra Hermeto Paskoalın rəhbərliyi ilə səsini cilalayaraq səs diapazonunu üç oktavadan altı oktavaya çatdırır. 1960-cı illərin ortalarında Paskoal və perkussiyaçı Airto Moreira Braziliyanın "Quarteto Novo" qrupuna rəhbərlik edirdi. Bu qrup cazla radikal "protest" mahnılarının qarışığından ibarət bir repertuar ifa edirdi. Flora Airto ilə tanış olandan az sonra (əvvəlcə onlar heç cür dil tapa bilmirdilər) hər ikisi başa düşdü ki, bir-birinə ideal yaraşırlar və buna görə də həm möhkəm ailə qurdular, həm də yaradıcılıq əməkdaşlığını möhkəmlətdilər. Beləliklə, dünyada ən yaxşı perkussiyaçılardan biri ilə dünyada ən yüksək səviyyəli caz müğənnisi — Moreira və Pürim öz yaradıcılıq potensiallarını birləşdirdilər: onlar 30 il ərzində müntəzəm olaraq birgə qastrol səfərlərinə çıxmış, birgə albomlar yazdırmışlar. 1967-ci ildə Braziliyada hərbi çevriliş baş verəndən sonra mahnıların mətnlərinə senzur tətbiq ediləndə bu ər-arvad köçüb Amerika Birləşmiş Ştatlarına gedir və orada yerli caz səhnəsinin ayrılmaz tərkib hissəsinə çevrilirlər, yetmişinci illərin elektron caz musiqisi tarixində ilk uğurlu kommersiya albomlarını buraxırlar. Stend Getz və Bill Evans kimi musiqiçilərlə əməkdaşlıq etməyə başlayan Flora onlarla birlikdə bütün Avropanı gəzib dolaşır, öz vokal repertuarını inkişaf etdirir və zənginləşdirir, sonra isə "Return to Forever" adlı albomda Çik Korea, Airto, Stenli Klark və Co Farell ilə birgə çıxışlar edir.
Flora Qasımova
Qasımova Flora Qasım qızı (1947, Stepanakert) — Azərbaycan Respublikasının Milli Məclisi IV çağırış və V çağırış deputatı == Həyatı == Orta məktəbi Xankəndidə bitirmişdir. İlk əmək fəaliyyətinə də Xankəndidə başlamış və məzunu olduğu məktəbdə riyaziyyat fənnindən dərs demişdir. İctimai işlərdə fəal olduğuna görə Məktəb Komsomol Təşkilatının katibi seçilmişdir. Daha sonra isə Vilayət Komsomol Komitəsinin plenumuna üzv seçilmişdir. 1973-cü ildə vilayət sovetinin deputatı seçilir. Ailə həyatı qurandan sonra Xankəndini tərk edir. === Ailəsi === Mirzə Məhəmməd Axundovun nəvəsədir Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin həyat yoldaşıdır. Onlar orta məktəbdə eyni sinifdə oxuyublar. 1976-cı ildə ailə qurublar Oğlu polis əməkdaşıdır, daxili işlər orqanlarında çalışır.. Qızı isə ingilis dili müəlliməsidir.
Flora Xəlilzadə
Flora Fətulla qızı Xəlilzadə (Flora Fətulla qızı Xəlilova; 23 avqust 1955, Urud, Sisian rayonu) — azərbaycanlı jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Flora Xəlilzadə 23 avqust 1953-ci ildə Zəngəzur mahalının Sisian rayonunun Urud kəndində anadan olub. Rayonun Vağədi kənd orta məktəbini bitirdikdən sonra ADU-nun Jurnalistika fakültəsinə daxil olub və 1977-ci ildə oranı bitirib. "Azərbaycan təbiəti" jurnalında, "Azərbaycan müəllimi", "Azərbaycan" qəzetlərində işləyib. Bir müddət "Azərbaycan qadını" jurnalının redaktoru olub. Uzun müddət İctimai televiziyada layihə rəhbəri, "Yadigarlar" verilişinin müəllifi və aparıcısı olub. Hazırda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri" Baş Redaksiyasının baş redaktoru vəzifəsində çalışır. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Televiziyasında yaradılan və verilişlərin keyfiyyətinə nəzarət edən Bədii Şuranın üzvüdür. 1972-ci ildən mətbuatda publisistik və bədii yazıları dərc olunur. Peşəkar jurnalist kimi mətbuatda çalışdığı dövrdə yüzlərlə elmi, ədəbi, publisistik, tənqidi məqalələri çap edilib.
Flora burnu
Flora burnu — Frans-İosif Torpağına daxil olan Yuri Kuçiyev adasının cənub-qərbində yerləşir. Yuri Kuçiyev adası Nortbruk adasının cənub-qərb hissəsindən ayrılması nəticəsində əmələ gəlmişdir. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Burun arxipelaqın cənubunda yerləşir. Yay ayları tamamən buzdan azad olması səbəbindən bir çox qütb ekspedisiyalarının əsas sahilə yan alma ərazisidir. == Coğrafiya, geologiya, fauna və flora == Burnun ərazisi qərbdən şərqə doğru uzanır. Sahildən quruya doğru əsasən gil və qumdan ibarətdir. Şimal hissədə yerləşən zirvədə daş kömür vardır. Sahil hissədə dərinlik 20 metrdir. Ərazisi əsasən mamırla örtülüdür.
Flora pavilyonu
Flora pavilyonu (fr. Pavillon de Flore) — Parisdə yerləşən Luvr sarayının bir hissəsi olmaqla Kral körpüsünün yanında yerləşir. 1607-1610-cu illərdə kral IV Henrixin sifarişi ilə inşa edilmiş pavilyon Tüliri və Luvr sarayları arasında keçid kimi nəzərdə tutulmaqla Tüliri sarayının şimalında, Luvr sarayının Böyük qalereyasının isə şərqində yerləşir. 1864-1868-ci illərdə pavilyon Hektor Lefuel tərəfində III Napoleon stilində tamamilə yenidən qurulmuşdur. Luvr sarayının fasadındakı ən məşhur heykəl hesab edilən Jan-Batist Karponun “Floranın triumfu” heykəli pavilyonun cənub fasadının mərkəzi frontonuna həmin dövrdə əlavə edilmişdir. 1871-ci ildə Tüliri sarayı Paris Kommunası tərəfindən yandırılmış, bundan sonra 1874-1879-cu illərdə Lefuel tərəfindən pavilyona cənub pavilyonuna bənzər şimal pavilyonu əlavə edilmişdir. Hazırda Flora pavilyonu Luvr muzeyinin tərkibinə daxildir. == Yerləşməsi == Flora pavilyonu Luvr sarayına bitişik, Parisin Mərkəzində, Sena çayının sağ sahilində (fr. Rive Droite) yerləşir. Pavilyon, Leopold Sedar Senqor körpüsü və Karruzel körpüsü arasında yerləşən və Fransua Mitteran səddinə (əvvəllər Luvr səddi adlandırılmış, 26 oktyabr 2003-cü ildə adı dəyişdirilmişdir) birləşən Kral körpüsünün düz yanındadır.
Flora Əhmədova
Əhmədova Flora Cəfər qızı (d.9 dekabr, 1934, İrəvan-v.3 avqust, 2012, Bakı) — Respublikanın Baş Dövlət arbitri, əməkdar hüquqşünas. == Həyatı == Flora Əhmədova 1934-cü il dekabrın 9-da İrəvan şəhərində doğulub. Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin sədri (1979-cu ildən), əməkdar hüquqşünas. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir (1962). Əmək fəaliyyətinə Məhkəmə Ekspertizası İnstitutunda ekspert-kriminalist kimi başlamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində idarə rəisi, respublikanın Baş Dövlət arbitri olmuşdur. Azərbaycan müstəqillik qazandıqdan sonra Ədliyyə Nazirliyində və Respublika Məhkəmə-Tibbi Ekspertiza Mərkəzində mühüm postlarda işləyib. Ölkədə məhkəmə islahatları aparılan dövrə – 2000-ci ilə qədər Azərbaycan İqtisad Məhkəməsinin Rəyasət Heyətinin sədri olub. F.Əhmədova 3 avqust 2012-ci il saat 05.00 radələrində ürək tutmasından vəfat edib. O, həmin gün Bakının Yasamal rayon qəbiristanlığında torpağa tapşırılıb.
Herba Flora
Flora Tallin FK
Flora - Estoniyanın futbol klubu.
Flora of Australia
Avstraliya florası — Avstraliyanın hüdudları daxilində mövcud olan bitki örtüyü. Avstraliyanın üzvi aləmi uzun müddət başqa materiklərdən təcrid olunaraq inkişaf etmişdir. Odur ki, materikin florası yüksək dərəcədə endemikdir (75%-i) və ayrıca Avstraliya biocoğrafi sahəsinə ayrılmışdır. == Həmçinin bax == Avstraliya florası (seriya) == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Australia's Virtual Herbarium What's its name?
Flora of China
Çinin florası müxtəlifdir. Yer üzündə başqa heç bir yerdə tapılmayan minlərlə insan da daxil olmaqla, dünyanın ümumi bitki növlərinin təqribən səkkizdə birini təmsil edən 30.000-dən çox bitki növü yerli Çindir. Çində bir çox meşə növü var. Həm şimal-qərbdə həm də şimal-qərbdə dağlar və soyuq iynəyarpaqlı meşələr var, heyvan növlərini dəstəkləyən heyvan növləri və Asiya qara ayısı ilə yanaşı 120 növ quş var. Nəmli iynəyarpaq meşələrində, ardıç və yevin daha yüksək dağlıq dayaqlarında rhododendrons ilə əvəzlənmiş, alt qat kimi bambuk cəngəllikləri ola bilər. Mərkəzi və Cənubi Çinə hakim olan subtropik meşələr heyrətləndirici 146.000 flora növünü dəstəkləyir. Tropik yağış meşələri və mövsümi yağış meşələri, Yunnan və Hainan Adası ilə məhdudlaşsa da, Çində olan bütün bitki və heyvan növlərinin dörddə birini əhatə edir. Çin florasında həm taksonun təsvirini, həm də taksonomisini verən bir onlayn məlumat bazası var. Cənubi Çin, şiddətli yağış və uzun yaş fəsillərini yaşayır, bu da iqlimi bambuk və düyü böyüməsi üçün ideal edir. Şimali Çin əksinə, məhdud yağış və cənubdan sonra daha az növ şaxələndirilməsini yaşayır (Kressey, George, 1930).
Flora və Zefir
"Flora və Zefir" (fr. Flore et Zephyre) — fransız akademik rəssamı Vilyam Buqro tərəfindən 1875-ci ildə işlənmiş rəsm əsəri. Əsərdə yunan mifologiyasından Flora və Zefir təsvir edilmişdir.
Flora Əlimirzəyeva-Mustafayeva
Flora Əlimirzəyeva-Mustafayeva — filologiya elmləri doktoru, professor, "Xarici dillər" kafedrasının müdiri (1988–2000), Azərbaycan folklorşünaslıq tarixində ilk dəfə olaraq Berlin Kral Kitabxanasının "Dits fondu"nda "Kitabi-Dədə Qorqud" un elmə məlum olmayan əlyazmasının saxlanıldıgı faktını aşkara çıxartmışdır. Bir neçə diplom və mükafatlar almışdır. == Həyatı == Flora Davud qızı 1945-ci il yanvar ayının 13-də Qazaxda müəllim ailəsində anadan olmuşdur. 1960-cı ildə Ağstafada 22 saylı orta məktəbi bitirmişdir. 1961-ci ildə M. F. Axundov adına APDİ-yə (indiki ADU) daxil olub 1966-cı ildə həmin insitutu alman-Azərbaycan dilləri müəllimi ixtisası üzrə əla qiymətlərlə bitirmişdir. 1966-cı ildə müsabiqə yolu ilə D. Bünyadzadə adına AXTİ-nin (indiki ADİU) "Xarici dillər" kafedrasına müəllim seçilmişdir. 1973–77-ci illərdə S. M. Kirov adına ADU-nun (indiki BDU) qiyabi aspirantı olmuşdur. 1984-cü ildə "Azərbaycan folkloru slman dilində" mövzusunda namizədlik dissertasiyası müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1988-ci ildən 2000-ci ilə kimi işlədiyi institutda "Xarici dillər" kafedrasının müdiri olmuşdur. 1991-ci ildə müsabiqə yolu ilə kafedranın dosenti vəzifəsinə seçilmişdir.
Herba Flora (jurnal)
"Herba Flora" jurnalı — 2007-ci ilin dekabrından çap olunan Herba Flora şirkətinin aylıq elmi-kütləvi tibbi jurnalı == Haqqında == "Herba Flora" adlı elmi-kütləvi jurnalın ilk buraxılışı 2007-ci ilin dekabrında işıq üzü görmüşdür. Jurnalda təkcə müalicəvi bitkilər, onların cürbəcür xəstəliklərin terapiyasında rolu, müasir təbabətin aktual problemləri, tibbi yeniliklər haqda deyil, həmçinin dünya ölkələri, dünya xalqları, onların həyatı, mədəniyyəti, mətbəxi, xalq təbabətinin tövsiyə etdiyi müxtəlif kosmetik prosedurlar və başqa maraqlı mövzular ətrafında məlumatlar dərc olunur. == Heyəti == Jurnalın baş redaktoru Rəşad Ağayev, elmi məsləhətçiləri isə Füzuli Hüseynov və Yalçın Məmmədovdur.
Flora of North America
Şimali Amerikanın Florası (həmçinin ŞAF adlanır)ABŞ, Kanada, Müqəddəs Pierre və Mikelon və Qrenlandiya da daxil olmaqla Şimali Amerikanın yerli bitkilərini və təbiiləşdirilmiş bitkilərini təsvir edən çoxcildli əsərdir. Buraya briofitlər və damar bitkiləri daxildir. Bütün taksonlar təsvir edilir və dixotom açarlara daxil edilir, bütün növlərin və infraspesifik taksonların paylanması xəritələnir və növlərin təxminən 20%-i haqqında üçün xüsusi hazırlanmış xətt təsvirləri ilə təsvir olunur. Tamamlandıqda 30 cildi dolduracağı və Meksikanın şimalındakı bütün məlum floranın müalicəsi üçün ilk iş olacağı gözlənilir. Cildlərin iyirmi biri nəşr edilmişdir. Dərcdən qısa müddət sonra məzmunlar onlayn olaraq əlçatan olur. ŞAF dünyanın hər yerindən 1000-ə yaxın müəllif, rəssam, rəyçi və redaktorun əməkdaşlığıdır. == İstinadlar == "Flora of North America" eFloras.org 2012-11-05 ŞAF rəsmi saytı.
Taliya Flora-Karaviya
Taliya Flora-Karaviya, (yun. Θάλεια Φλωρά-Καραβία) — yunan sənətçisi və Münhen Məktəbinin üzvü idi. Döyüş əsgərlərinin ən yaxşı eskizləri ilə tanındı. O, çox sayda rəsm və akvarelin müəllifidir. 1871-ci ildə Siatista şəhərində, Qərbi Makedoniyanın Osmanlı bölgəsində, rahib ailəsində anadan olub. 1874-cü ildə atası ailəsini Konstantinopola köçürdü. 1883-1888-ci illərdə Zappeion Qızlar Məktəbində təqaüdlə təhsil almışdır. Burda təhsilini bitirdikdən sonra o, bir il müəllim işləmişdir. Afina İncəsənət Məktəbində rəssamlıq şöbəsinə yazılmağa çalışdı, lakin qadın olduğu üçün qəbul edilmədi. 1895-ci ildə rəssamlıq oxumaq üçün Münhenə köçdü və orada Georgios Jakobides (1853–1932) və Nikolaos Gyzis (1842–1901) ilə birlikdə çalışdı.
World Flora Online
Dünya Florası Onlayn (ing. World Flora Online) — dünyanın bitki növlərindən ibarət İnternet-toplu. Miller, Chuck; Ulate, William. "World Flora Online Project: An online flora of all known plants". Proceedings of Taxonomic Databases Working Group (TDWG). 1. 23 August 2017: e20529. doi:10.3897/tdwgproceedings.1.20529. "World Flora Online: An international initiative of the Global Partnership for Plant Conservation". The World Flora Online Consortium.
FloraBase
FloraBase — Şərqi Avstraliya florasının veb-bazası.
Florak (rayon)
Florak (fr. Florac) — Fransanın Langedok-Russilyon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Lozer. Suprefektura — Florak. Rayon əhalisi 2006-cı ildə 13 042 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 8 nəf / km². Rayon sahəsi — 1687 km².
Floran Maluda
Floran Maluda (fr. Florent Malouda; d. 13 iyun 1980) — Çelsi tərəfindən Fransanın Lion komandadan transfer edilmiştir. Sürətli, texniki bacarıqlı və yaxşı zərbələr çıxaran bir futbolçudur.Fransa milli futbol komandası ilə 2006 FİFA Dünya Kubokunda oynadığı futbol ilə adamları heyran etdi.
Florans İskavel Şin
Florans İskavel Şin (ing. Florence Scovel Shinn); Amerikalı rəssam və kitab şəkil çəkərcisi (illüstratoru) idi ki orta yaşlarında Yeni düşüncə tərzinin müəllimi və metafizik yazıçısı oldu. O, Yeni düşüncə dairələrində, daha çox ilk kitabı "Həyat oyunu" (ing. The Game of Life and How to Play It ;1925)na görə yaxşı tanınır. == Qaynaqlar == "Florence Scovel Shinn" in Encyclopedia Americana, 1961.
Floranten-la-Kapel
Floranten-la-Kapel (fr. Florentin-la-Capelle, oks. Florentinh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sent-Aman-de-Kot kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12103. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 32 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 328 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 197 yaşda (15-64 yaş arasında) 131 nəfər İqtisadi cəhətdən fəal, 66 nəfər hərəkətsiz idi (fəaliyyət göstərici 66.5%, 1999-cu ildə bu 69.9% idi).
Binəqədi IV dövr flora və fauna qəbiristanlığı
Binəqədi IV dövr flora və fauna qəbiristanlığı — Azərbaycanın qədim fauna və flora qəbiristanlığı Binəqədi IV dövr flora və fauna qəbiristanlığının tarixi təxminən 200 min il bundan əvvələ aiddir. Həmin dövrdə indiki Binəqədi qəsəbəsinin böyük bir hissəsi qırlı göldən ibarət olmuşdur. İçməli su kimi görünsə də həmin göl qədim, habelə nəsli kəsilmiş heyvanlar üçün ölüm yuvası olmuşdur.Çünki, qıra yapışmış heyvanlar asan yem kimi digərlərini də gölə cəlb edirmiş. Nəticədə həmin ərazidə qurbanların sayı daim artmışdır. Daha sonralar isə qırlı göl elmə məlum olmayan dövrdə qabarmalara məruz qalaraq torpağa çevrilmişdir. Müasir dövrdə ərazinin əksər hissəsində tikinti işlərinin aparılması səbəbindən, yalnız 1938-ci ildə onun kiçik bir sahəsi aşkarlanmış və elm üçün zəngin sərvət kimi qiymətləndirilmişdir. == Mənbə == “Natural History” Azərbaycanın təbiətindən yazır.
Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Vəhşi fauna və flora və təbii yaşayış yerlərinin mühafizəsi haqqında Bern Konvensiyası
Avropada vəhşi fauna və floranın və təbii yaşayış yerlərinin mühafizəsi haqqında Konvensiya (ing. Convention on the Conservation of European Wildlife and Natural Habitats), və ya Bern Konvensiyası (The Bern Convention) — Avropada vəhşi fauna və floranın və təbii yaşayış mühitinin mühafizəsi üzrə beynəlxalq müqavilə. Konvensiya həm yaşayış mühitinin, həm də mühafizə edilməli olan flora və fauna növlərinin mühafizəsi, qadağan edilməli olan ov üsulları və balıq ovu vasitələri ilə bağlı müddəaları ehtiva edir. Bern Konvensiyası Avropa Şurası tərəfindən hazırlanmışdır. Konsepsiyanın yaradılması haqqında qərar 1976-cı ildə Avropa Şurası Nazirlər Şurasının qərarı ilə qəbul edilib. Konvensiya 1979-cu il sentyabrın 19-da Berndə keçirilən Ətraf Mühit Nazirlərinin 3-cü Avropa Konfransında imzalanmaq üçün açılmışdır. 1982-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Qərargahı Strasburqda (Fransa) yerləşir. İndi konvensiyanı Avropa Şurasının üzvü olan 40 dövlət, həmçinin Avropa İttifaqı, Burkina Faso, Mərakeş, Tunis və Seneqal imzalayıb. Əlcəzair, San Marino, Kabo-Verde, Vatikan və Rusiya konvensiyanı imzalamamış və onun icraiyyə komitəsinin iclaslarında müşahidəçi statusuna malik ölkələrdir.

Digər lüğətlərdə