GƏLİN

I. i. 1. bride, fiancee fr.; ~ köçürmək to see* the bride off to the house of the bridegroom; 2. (oğulun arvadı) daughter-in-law (pl. daughters-in-law); 3. (qardaş arvadı) sister-in-law (pl. sisters-in-law)

II. s. bridal; ~ paltarı a bridal dress

GƏLİMLİ
GƏLİNCƏ
OBASTAN VİKİ
Sarı Gəlin
"Sarı gəlin" — Azərbaycan xalq mahnısı. Azərbaycan Respublikası, İran, İraq və Türkiyədə yaşayan türklər arasında yayılmış bir mahnıdır. İlk dəfə 1930-cu illərin əvvəllərində Asəf Zeynallı tərəfindən nota köçürülərək fortepiano üçün işlənmişdir. Mahnının musiqisi altında ifa olunan eyni adlı Azərbaycan xalq rəqsi də mövcüddur. == Etimologiyası == Sarı Gəlin mahnısının etimologiyası haqqında müxtəlif versiyalar var. Bir versiyaya görə "Sarı gəlin" mahnısının tarixi İslamdan əvvələ gedib çıxır. Amma bəzi musiqiçilər elə hesab edirlər ki, bu əsərin 150-200 illik tarixi var. İntonasiyasına görə, mahnı çox arxaikdir – 3-4 notun üzərində qurulub. VII əsrin əvvəllərində "sarı" sözü rəmzi mənada "böyük", "dağ" anlamında qəbul edilib. Qədim türk anlayışında isə "sarı" "kübar", "incə" deməkdir.
İtkin gəlin
İtkin gəlin (mahnı) — Aygün Kazımovanın mahnısı
Gəlin şəlaləsi
Gəlin şəlaləsi (isp. Catarata Velo de la Novia) – Peruda yerləşən şəlalə == Haqqında == Məsafədən şəlaləyə baxdıqda, şəlalənin suyu aşağı düşərək gəlin paltarında qadın obrazı (silueti) yaradır, məhz buna görə də, şəlalə bu cür adlandırılmışdır. Şəlalə, Perunun Namor bölgəsindən iki saatlıq məsafədə yerləşir.
Sarı Gəlin (mahnı)
Sarı Gəlin — Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının aranjemanı Qara Dərvişə aiddir.
Sarı gəlin (dəqiqləşdirmə)
Sarı gəlin — Azərbaycan xalq mahnısı. Sarı gəlin (film, 1998) — 1998-ci ilin filmi. Sarı gəlin (Əli Əkbərin əsəri) — Əli Əkbərin əsəri. Sarı gəlin (Yusif Kərimovun əsəri) — Yusif Kərimovun əsəri. Sarı gəlin (Qara Dərvişin mahnısı) "Sarı gəlin"in sorağında — tammetrajlı sənədli film.
Sarı gəlin (roman)
Sarı gəlin — Azərbaycan xalq mahnısı. Sarı gəlin (film, 1998) — 1998-ci ilin filmi. Sarı gəlin (Əli Əkbərin əsəri) — Əli Əkbərin əsəri. Sarı gəlin (Yusif Kərimovun əsəri) — Yusif Kərimovun əsəri. Sarı gəlin (Qara Dərvişin mahnısı) "Sarı gəlin"in sorağında — tammetrajlı sənədli film.
Sarı gəlin (rəqs)
Sarı gəlin - Azərbaycan qadın xalq rəqsi. == Etimologiyası == Bir versiyaya görə Qurani-Kərimin Bəqərə surəsi – "Dirildən sarı inək" hissəsi var. "Sarı" sözünü din xadimləri Həzrət Fatimeyi-Zəhranın xarakteri ilə əlaqələndirirlər. Yəni onun bütün namuslu, nəcib və cənnət qadınlarının rəhbəri olduğu qeyd edilir. İkinci bir tərəfdən qara türk dünyasında böyük, əzəmətli deməkdirsə, sarı balaca, fidan gəlin mənasını verir. == Strukturu == Bakı Xoreoqrafiya Akademiyasında Baletmeyster sənəti, Klassik rəqs və Milli rəqs kafedralarının təşkilatçılığı ilə keçirilən "Simfonik muğamların balet tamaşalarında təcəssümü" adlı elmi seminarda Əməkdar artist Eteri Cəfərova "Rast", "Şur", "Şüştər" muğamları üzərindəki "Səməni", "Sarı gəlin", "Uzundərə", "Tərəkəmə" rəqsləri" məruzəsi ilə çıxış edib. == İfası == Rəqs qadınlar tərəfindən Sarı gəlin xalq mahnısının müsiqisi altında ifa olunur. Rəqsi ifa edən qadın adətən sarı geyimdə olur. Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Elman Əliyevin sözlərinə görə "Sarı gəlin" milli rəqsi tam dolğunluğu ilə bərpa edilərək filarmoniyanın mahnı və rəqs ansamblının repertuara salınıb. Türkiyəli sənətçi "ANKA" Azərbaycan Rəqs və Sənət Klubunun rəhbəri Dərya Akdemirin sözlərinə görə "Sarı gəlin" rəqsi digər Azərbaycan xalq rəqsləri arasında klubun kollektivi tərəfində oynanılır.
İtkin gəlin (mahnı)
Sarı gəlin (film, 1998)
Sarı gəlin — müharibədən birgə qaçan azərbaycanlı ilə erməninin faciəli taleyindən bəhs edən film. == Məzmun == Filmdəki hadisələr Qarabağ torpağında cərəyan edir. Çox ürəyiyumşaq, sadəlövh Qədir (Hacı İsmayılov) öz təkidi ilə müharibəyə yollanır. Xidmət etdiyi hərbi hissəyə erməni əsirləri gətirilir. Bu hərbi hissənin komandiri Rasim (Ramiz Novruzov) isə müharibədə bütün ailəsini itirmiş, həyatdan ümidini üzmüş adamdır. Məhz Rasimin əmrilə Qədir erməni əsiri Artavası (Cahangir Novruzov) öldürməlidir. Ömründə toyuq başı da üzməmiş Qədir isə çıxılmaz vəziyyətə düşür... Film müharibədən birgə qaçan azərbaycanlı ilə erməninin faciəli taleyindən danışır. "Sarı gəlin" rəmzi addır. Bizim xalq mahnımız "Sarı gəlin" ermənilər arasında da geniş yayılmışdır.
Sarı gəlin (serial, 2017)
Sarı Gəlin — Azərbaycanın çoxseriyalı televiziya serialıdır. == Məzmun == Sevmədiyi bir insanla (Oğuzla) ailə qurmağa məcbur qalan Sara min bir əziyyətlərdən keçərək xoşbəxtliyə qovuşmaq üçün cəhdlər edəcək.
Yad gəlin (serial, 2020)
Yad Gəlin — Azərbaycanın çoxseriyalı televiziya serialıdır. == Məzmun == Hicran adlı qızın toy günü həyat yoldaşını güllələyirlər və ailələr arası davanın böyüməməsi üçün onu rəhmətə gedən oğlanın qardaşına ərə verirlər.
Zuqulbaya gəlin (film, 1972)
İtkin gəlin (film, 1994)
== Məzmun == Filmin mərkəzində baş qəhrəman Əfsanənin (Məleykə Əsədova) taleyi durur. == Film haqqında == Film Əlibala Hacızadənin əsəri əsasında ekranlaşdırılıb. 12 seriyalıdır. Filmdə aktyorların çoxu qonorar almadan çəkiliblər. Film Azərbaycan televiziyası tarixində ilk teleserial sayılır.
Sarı gəlin (Qara Dərviş mahnısı)
Sarı Gəlin — Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının aranjemanı Qara Dərvişə aiddir.
Sarı gəlin (Yusif Kərimovun əsəri)
Sarı gəlin — Yusif Kərimovun 2016-cı ildə çap olunmuş romanı. Romanda Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istəyən qüvvələrin niyyətləri bədii çalarlarla təsvir olunub, ötən əsrin 90-cı illərinin hadisələrinin təhlili aparılıb, bu müstəvidə iki gəncin nakam məhəbbəti əksini tapıb.
Gəlin
Gəlin - ailə quran qadın. Eyni zamanda ailənin ərli qadın üzvü də "gəlin" adlanır. Qaynata və qaynanaya da münasibətdə qadın bütün həyatı boyu gəlin adlanır. "Gəlin" sözü azərbaycan dilindəki "gəlmək" felindən yaranmışdır. Azərbaycan milli adətlərində əsrlərnən gəlinə xüsusi münasibətlər sistemi formalaşmışdır və bu gün də bu mədəniyyət həssaslıqla qorunur. Gəlinin həyat yoldaşı toy mərasimidə "bəy", sonradan isə "ər" və ya "həyat yoldaşı" adlanır.
Gəlin (kitab)
"Gəlin" — Akif Abbasov tərəfindən yazılmış hekayə və lətifələr toplusu. == Məzmun == Kitaba "Dəftər", "Xalça", "Üç arzu", "Gəlin", "Usta-usta oyunu", "Nəzir", "Rüşvət" və s. bu kimi hekayələr, "Müdirin xahişi", "Nuru kişi ilə söhbət edirdim", "Müasir yazıçı" və s. lətifələr daxil edilmişdir. Pedaqoji təcrübəyə gedən tələbənin məktəbli qızlara söz atması, sonra dərs deyərkən qızlardan biri ilə sinif otağında rastlaşması və pis vəziyyətə düşməsi; Nəcəfin qədimi xalça adı ilə son illərin xalçasını dostu Hacının tanışına sırımaq istəməsi; Gülsənəmin ustaları min bəhanə ilə evdən qovması və beləliklə, evi pulsuz təmir etdirmək istəyi; Əliqulunun rüşvəti özünə peşə etməsi və onun "nəzirini" çatdırmayanlara necə dərs verməsi və s. bu kimi hallar tənqid atəşinə tutulur. Kitab yeniyetmələr, gənclər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Gəlin havası
Vağzalı (Atlandırma) — Azərbaycanda xalq arasında əsasən "gəlin havası" kimi qəbul olunan rəqs. == Söz açımı == "Vağzal" sözü XVIII əsrdə yaranıb. ingilis sözü Vauxhall-un törəməsidir. Vaux (oxunur Foks) Londonda park və əyləncə yerinin yiyəsinin adı idi. Rus dilində sözünün anlamı dəyişikliyə uğrayır: əyləncə yeri → dəmir yollarında gözləmə zalı. Ancaq rəqsin özü "Vağzal" sözündən çox daha əvvəl XVI əsrdə yaranıb. Əski adı "Atlandırma"dır. Qədim və Orta Çağ türkləri atlı xalqlar olublar, gəlini də atla gətirərdilər. Toya, əlində fənər olan qırx atlı (yengə) gələrdi. Iki boş at isə gəlin və yengə üçün gətirilərdi.
Gəlin qaya
Gəlinqaya (Daşkəsən) — Daşkəsən rayonunda kənd. Gəlinqaya (Şahbuz) — Şahbuz rayonunda dağ. Gəlinqaya (Şərur) — Şərur rayonunda dağ. Gəlinqaya (Mərənd) — Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd.
Gəlin qayası
Gəlin qayası (opera)
Gəlin (film, 1972)
Gəlin — 1972-ci ildə Türkmənfilmdə dram janrında çəkilmiş bədii film. Rejissoru və ssenari müəllifi Xocaqulu Narliyevdi. Film Böyük Vətən müharibəsində əri həlak olmuş kiçik kənddə yaşayan gənc qadının taleyindən bəhs edir. Filmin premyerası 23 dekabr 1972-ci ildə baş tutmuşdur. Kino tənqidçiləri "Gəlin" filmini Türkmən kinosunun dünya xəritəsinə çıxışı adlandırılır. == Süjet == Filmin süjet xəttini Böyük Vətən müharibəsi zamanı arxa cəbhədə yaşayan sadə insanların həyatı təşkil edir. Belə ki, insanlar cəbhə üçün çalışır və ordan gələn xəbərləri gözləyirlər. Bu xəbərlər arasında cəbhədə həlak olan yaxınları barədə məlumatlar da olur. Filmin əsas qəhrəmanı olan Oqulkeyik də bu adamlardan biridir. O, da cəbhədə olan həyat yoldaşının yolunu gözləyir.
Gəlin havası rəqsi
Vağzalı (Atlandırma) — Azərbaycanda xalq arasında əsasən "gəlin havası" kimi qəbul olunan rəqs. == Söz açımı == "Vağzal" sözü XVIII əsrdə yaranıb. ingilis sözü Vauxhall-un törəməsidir. Vaux (oxunur Foks) Londonda park və əyləncə yerinin yiyəsinin adı idi. Rus dilində sözünün anlamı dəyişikliyə uğrayır: əyləncə yeri → dəmir yollarında gözləmə zalı. Ancaq rəqsin özü "Vağzal" sözündən çox daha əvvəl XVI əsrdə yaranıb. Əski adı "Atlandırma"dır. Qədim və Orta Çağ türkləri atlı xalqlar olublar, gəlini də atla gətirərdilər. Toya, əlində fənər olan qırx atlı (yengə) gələrdi. Iki boş at isə gəlin və yengə üçün gətirilərdi.
Gəlin qayası (Ordubad)
Gəlinqaya — Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində dağ. Dağın ən yüksək zirvəsində yüksələn abidə insan fiquruna bənzəyir. Tarixən dağları, qayaları əfsanələşdirən, müqəddəsləşdirən xalqımız onu da müqəddəsləşdirmişdir. Onunla bağlı xalq arasında əfsanələr var. Gəlin qayası əfsanələrində xalqımızın mifoloji düşüncələri əks olunmuşdur.
Gəlin qayası (opera)
Gəlin qayası — Bəstəkar Şəfiqə Axundovanın 1972-ci ildə yazıçı Süleyman Rəhimovun eyni adlı povesti əsasında İsgəndər Coşqunun librettosu üzrə yazdığı muğam-opera. Bu Şərqdə qadın bəstəkar tərəfindən yazılmış ilk opera əsəri idi. Operanın premyerası 1974-cü ildə baş tutub. == Tarixçə == Əvvəlcə Şəfiqə xanım "Gəlin qayası" radiopyesinə musiqi yazır. Rübabə Muradova "Sənəm", Flora Kərimova "Gülbahar" ın rollarında iştirak edir. Buradan "Könül təranələri" adlı bir mahnı çox məşhur olur.
Qız-gəlin dağı
Qız-gəlin dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 3017,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə doğru ayrılan yan silsiləsində konusvari zirvə. Tiviçay mənbəsini Qız-gəlin dağından götürür. Qız-gəlin dağı Gilançay və Əlincəçay vadilərində yaşamış, əkinçilik və maldarlıqla məşğul olan qədim tayfaların yaylaq yeri olmuşdur. Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun suayrıcısında zirvə. Tiviçayın mənbə hissəsindədir. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə suxurlarını yarıb çıxan andezit-dasit tərkibə malik Orta Eosen yaşlı subvulkanik kütlənin əmələ gətirdiyi piramidavari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasını Ordubad qarılma zonasının Paradaş seqmentindən ayıran Şərqi Ordubad dərinlik qırılma zonasında yerləşir.
Adi gəlincik
Adi gəlincik (lat. Mustela nivalis) — gəlincik cinsinə aid heyvan növü. Gəlincik dələkimilər fəsiləsinin ən kiçik nümayəndəsidir. Gəlincik yırtıcıdır. Bədəninin uzunluğu 21-26 sm, quyruğunun uzunluğu 2-5 sm, çəkisi isə 70-105 qramdır. Bədəni azca uzunsovdur. Sıx və qısa xəzə malikdir. Tükü yayda sarımtıl-boz, qışda isə boz rəngdə olur. Döş və qarın tükləri ağ rəngdədir. Başı kiçik, üzü nisbətən enlidir.
Barbi gəlincikləri
Barbi (ing. Barbie) — uşaq oyuncağı, kukla. Əsasən 3 yaşdan 14 yaşa qədər qızlar üçündür. 1959-cu ildə ABŞ-də Viskonsin ştatında buraxılmışdır. Onun yaradıcıları Rut və Elliot Handlersdir. Barbinin tam adı Barbara Millicent Robertsdir. Kuklanın meydana çıxmasından keçən müddət ərzində onun bir çox çeşidi və aksesuarları buraxıldı, Barbi dünya miqyasında populyarlıq qazandı, bir brend və pop kumirinə çevrildi. == Tarixi == Dünyada ən məşhur olan gəlincik Barbinin anası və onun əsas yaradıcısı Rut Hendler hesab olunurdu. Keçən əsrin 40-cı illərinin ortalarında Hendler ailəsi şəkillərin qoyulması üçün xüsusi çərçivələr hazırlayan kompaniya açmağı qərara aldılar. Nəticədə ailənin kişisi Rut Elliot düşündü və qərara gəldi ki, nəyə görə istifadə etdikləri ağac parçalarının qırıntılarını atsınlar?
Sarı Gəlin (Sami Yusifin mahnısı)
Sarı gəlin — 2014-cü il Sami Yusuf qrupunun The Centre albomundan olan mahnı. Mahnının ingiliscə sözləri Vill Noksa, musiqisi Sami Yusifə aiddir. == Klip == Klipin rejissoru Ömər Həbibdir.
Yəhudi gəlini (tablo)
Yəhudi gəlini (nid. Het Joodse Bruidje) — Rembrandtın həyatının sonlarında çəkdiyi ən sirli rəsmlərindən biri. Qırmızı və qızılı-qəhvəyi tonlarda işlənmiş bu rəsm Rembrandtın son dövrlərinə aiddir və 1665-ci ildə çəkildiyi güman edilir. Rembrandtın bioqrafı Kristofer Vayt yazır ki, bu rəsm incəsənət tarixində “mənəvi və fiziki məhəbbətin qovuşmasının ən böyük ifadələrindən biri kimi qalmışdır”. == Rəsmin tarixi və ad problemi == Rəsmdə hansı süjetin təsvir edildiyi barədə vahid fikir yoxdur. “Artakserks və Zefir”, “Yakov və Rahil”, “Avraam və Sarra”, “Booz və Ruf” kimi versiyalar (ən azı 12 versiya) irəli sürülürdü. “Yəhudi gəlini” adını rəsmə 1825-ci ildə amsterdamlı kolleksiyaçı Van der Noor vermişdir. O səhvən güman edirdi ki, rəsmdə qızına toy hədiyyəsi qismində boyunbağı verən yəhudi ata təsvir edilmişdir. Rembrandtın yəhudi icması ilə sıx münasibətlər qurması və tez-tez yəhudilər üçün sifarişli rəsmlər çəkməsi də bu gümanın xeyrinə idi. Lakin ən inandırıcı görünən versiya odur ki, bu rəsmdə İsaak və Rebekka təsvir edilmişlər, çünki Rembrandtın belə adlanan və oxşar kompozisiyası olan təsviri var (1662-ci il, Nyü-York, Özəl kolleksiya).
Şəkil gəlini
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi. Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. == Arxa plan == ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır.
Pandora (gəlincik)
Pandora (kukla) — yunan mifologiyasında qəhrəman qadın olan Pandoranın (yunancadan-hamıya bəxş edilmiş deməkdir) şərəfinə adlanıb və geyim modellərinin nümayişi üçün yaradılmışdır. == Pandora kuklasının tarixi == 1640-cı illərdə Fransada modanın geniş yayılması ilə əlaqədar mumdan hazırlanan gözəl bir kukla ixtira etdilər. Bu kukla insan boyu ölçüsündə idi və yunan mifilogiyasının qadın qəhrəmanı olan Pandoranın şərəfinə adlanmışdı. Bu moda jurnallarının olmadığı və modanın düşünülmüş şəkildə yayılması üçün ilk cəhdlərdən biri olmuşdur. Düzdür həmin dövrdə “Zərif Merkuri (mifologiya)” adlı bir moda jurnalı olsa da, amma o, çox az tirajda nəşr olunurdu. Moda jurnalları ancaq XVI Lüdoviqin hakimiyyət illərinin sonlarında, daha doğrusu Böyük Fransa inqilabı zamanı tez satılmağa başlamışdı. Kuklanın özünün bütöv bir qarderobu, parfumeriya və aksessuarlar olan sandıqcaları vardı. Pandoralar 1860-cı illərə qədər mövcud olmuş və bundan sonra onları müasir manekenlər əvəz etmiş, moda jurnalları isə adi vətəndaşlar üçün də ələ keçilən olmuşdur. Pandora gəmilərdə, arabalarda, qayıqlarda bütüb avropa ölkələrini gəzmişdir. Buna görə, iki cür Pandora kuklası var idi: Böyük Pandora rəsmi geyindirilmiş və həmin dövrdə modada hakimlik edən; Balaca Pandora isə səhərlər geyinilən ev geyimini nümayiş etdirirdi.
Sarı gəlin (Qara Dərvişin mahnısı)
Sarı Gəlin — Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının aranjemanı Qara Dərvişə aiddir.
Yokohama Gəlincik Evi
Yokohama Gəlincik Muzeyi (横浜人形の家, Yokohama Ninqyo no İe, azərb. Yokohama Gəlincik Evi‎) – Yaponiyanın Yokohama şəhərində yerləşən və gəlinciklərə həsr olunmuş muzey. Muzeydə 141 ölkədən toplanmış 10.000-dən çox gəlincik və gəlinciklərə aid əşya nümayiş etdirilir. == Tarixi == 1978-ci ilin sentyabrında Hideko Ono adlı şəxs gəlincik kolleksiyasını Yokoma şəhərinə bağışlamış və 1979-cu ilin martında Yokohama Gəlincik Muzeyinin əsası qoyulmuşdur. 1986-cı ilin iyununda indiki muzey binasının açılışı baş tutmuşdur. == Xüsusiyyətlər == Muzeydə Avropaya aid antik biskvit gəlinciklər, feodal Yaponiya dövrünə aid karakuri avtomatları, müxtəlif mədəniyyətlərə aid etnoloji fiqurlar, Mikki Mausun vintaj üslubundakı kuklaları və ənənəvi yapon gəlincikləri saxlanılır. Muzeyin kolleksiyasına Yaponiyada Yaşayan Milli Xəzinə elan olunmuş gəlincik ustalarının hazırladığı gəlinciklər də daxildir. Muzeydə saxlanılan ən məşhur gəlinciklər 1927-ci ilin martında ABŞ səfirliyi tərəfindən hinamatsuri münasibətilə yapon uşaqlara göndərilmiş "mavigözlü gəlinciklərdir". Yaponiyaya göndərilmiş 12.000-dən çox mavigözlü gəlincikdən ancaq 344-ünün salamat qaldığı təxmin olunur və onlardan 4-ü muzeydə saxlanılır. Daimi sərgidə nümayiş etdirilən mavigözlü gəlinciklər əslində replikadır, orijinal olanlar ancaq xüsusi tədbirlər zamanı sərgilənir.
Yokohama Gəlincik Muzeyi
Yokohama Gəlincik Muzeyi (横浜人形の家, Yokohama Ninqyo no İe, azərb. Yokohama Gəlincik Evi‎) – Yaponiyanın Yokohama şəhərində yerləşən və gəlinciklərə həsr olunmuş muzey. Muzeydə 141 ölkədən toplanmış 10.000-dən çox gəlincik və gəlinciklərə aid əşya nümayiş etdirilir. == Tarixi == 1978-ci ilin sentyabrında Hideko Ono adlı şəxs gəlincik kolleksiyasını Yokoma şəhərinə bağışlamış və 1979-cu ilin martında Yokohama Gəlincik Muzeyinin əsası qoyulmuşdur. 1986-cı ilin iyununda indiki muzey binasının açılışı baş tutmuşdur. == Xüsusiyyətlər == Muzeydə Avropaya aid antik biskvit gəlinciklər, feodal Yaponiya dövrünə aid karakuri avtomatları, müxtəlif mədəniyyətlərə aid etnoloji fiqurlar, Mikki Mausun vintaj üslubundakı kuklaları və ənənəvi yapon gəlincikləri saxlanılır. Muzeyin kolleksiyasına Yaponiyada Yaşayan Milli Xəzinə elan olunmuş gəlincik ustalarının hazırladığı gəlinciklər də daxildir. Muzeydə saxlanılan ən məşhur gəlinciklər 1927-ci ilin martında ABŞ səfirliyi tərəfindən hinamatsuri münasibətilə yapon uşaqlara göndərilmiş "mavigözlü gəlinciklərdir". Yaponiyaya göndərilmiş 12.000-dən çox mavigözlü gəlincikdən ancaq 344-ünün salamat qaldığı təxmin olunur və onlardan 4-ü muzeydə saxlanılır. Daimi sərgidə nümayiş etdirilən mavigözlü gəlinciklər əslində replikadır, orijinal olanlar ancaq xüsusi tədbirlər zamanı sərgilənir.
Gəlinlərin qiyamı (film)
Gəlinlərin qiyamı (özb. Kelinlar qoʻzgʻoloni; özb. Келинлар қўзғолони; rus. Бунт невесток) — 1985-ci ildə Səid Əhmədin eyniadlı pyesi əsasında Melis Abzalovun rejissorluğu ilə çəkilmiş bədii film. Film "Özbəkfilm" kinostudiyasında istehsal olunub. Özbəkistan kinosunun ən uğurlu işlərindən biri hesab olunur. == Məzmun == Filmin baş qəhrəmanı qoca Farmon bibi böyük bir ailəyə başçılıq edir. O, vicdanlı və müdrik qadın, qayğıkeş anadır. Lakin hər bir işdə olduqca ciddi və mühafizəkardır. Onun qırx bir nəvəsi var.

Digər lüğətlərdə