İDARƏ

dövlət qurumu növü, yaxud ictimai təşkilatların aparatı, qanun, eləcə də daxidi Nizamnamə (Əsasnamə) əsasında, qarşısında duran dövlət və ya ictimai funksiyaların yerinə yetirilməsi üçün yaradılır. İ.-lərin müəyyən struktur (quruluşu), hakim iyerarxiyalı qulluqçular ştatı, əmlak bazası var; müvafiq olaraq dövlət, yaxud yerli büdcədən və ya ictimai təşkilatların vəsaiti hesabına maliyyələşdirilir. Sərən173 cam vermək hüququndan istefadə edən və müstəqil smetası olan İ., bir qayda olaraq, hüquqi şəxs statusuna malikdirlər. Dövlət İ.-si anlayışına aşağıdakılar daxildir: 1. Mərkəzi və Yerli dövlət hakimiyyəti orqanlarının apparatı; 2. Mərkəzi dövlət idarəetmə orqanları - nazirliklər, dövlət komitələri, baş idarələr, yerli orqanlar – Yerli İcra hakmiyyəti icraiyyə komitələri; onların şöbələri və baş idarələr; 3. sosial-mədəni və maddi istehsalla bağlı olmayan digər funksiyaları həyata keçirən qurumlar (məktəblər, kitaxanalar, xəstəxanalar, teatrlar və s.)
İCTİMAİ TƏŞKİLATLAR
İDARƏETMƏ
OBASTAN VİKİ
Komendant idarə sistemi
Komendant idarə sistemi - XVIII əsrin I yarısında Rusiya tərəfindən işğal olunan Azərbaycanda mövcud olmuş idarə sistemi. == Tarixi == Şimali Azərbaycanın Rusiya tərəfindən istila edilməsinin gedişində yeni inzibati sistemi yaradılmağa başladı. Rus qoşunlarına müqavimət göstərən xanlar hakimiyyətdən məhrum edilir, xanlıqlar isə başda komendant olmaqla dairə və əyalətlərə çevrilirdilər. Komendantlar Qafqazdakı rus ordusunun baş komandanı tərəfindən mayor və daha yüksək rütbəli rus zabitlərindən təyin olunurdu.İlk növbədə, Gəncə və Bakı xanlıqları hərbi cəhətdən tabe edilən kimi, ləğv edildi; onların yerində başında rus zabiti dayanan hərbi dairə yaradıldı. Bəzi hallarda komendant idarə sistemi tətbiq edilməzdən əvvəl qısa müddətə keçid sistemi yaradıldı. Quba xanlığı 1806-cı ildə işğal edildikdən sonra rus hərbi dairələrinin nəzarəti altında yerli bəylərdən – naiblərdən təşkil olunmuş müvəqqəti orqan tərəfindən idarə olunan əyalətə çevrildi. Yalnız 1810-cu ildə hakimiyyət komendanta verildi. Ölkənin yerdə qalan hissəsində - Qarabağ, Şəki, Şirvan və Lənkəran xanlıqlarında işğalın birinci mərhələsində əvvəlki sistemi və idarə aparatı saxlanılmışdı. Bu xanlıqlar Rusiyaya ikitərəfli (dövlətlərarası) müqavilə əsasında, silahlı qüvvə tətbiq edilmədən ilhaq edilmişdi. Məhz buna görə də onlar özlərinin siyasi statusları ilə fərqlənirdilər: adları çəkilən xanlıqlar Rusiya imperiyası sistemində asılı dövlət qurumları vəziyyətində idilər.
Dəqiq idarə olunan sursat
Dəqiq idarə olunan sursat, həssaslıqla idarə olunan sursat, həssas başlıqlı sursat, həssas başlığa malik olan sursat, PGM, smart silah, smart sursat, smart bomba – müəyyən bir hədəfi dəqiqliklə vurmaq, yan zərərləri minimuma endirmək və nəzərdə tutulan hədəflərə qarşı öldürücülük dərəcəsini artırmaq üçün nəzərdə tutulmuş idarə olunan sursatlara verilən addır. Birinci Körfəz Müharibəsi zamanı idarə olunan döyüş sursatları atılan silahların yalnız 9%-ni təşkil edirdi, lakin buna baxmayaraq bütün müvəffəqiyyətli vuruşların 75%-ni təşkil edirdi. İdarə olunan silahlar ümumiyyətlə daha çətin hədəflərə qarşı istifadə olunsalar da, hər atılan silaha görə onların hədəflərini məhv etmək ehtimalı 35 dəfə daha çox idi. Dəqiq idarə olunan sursatların meydana çıxması köhnə bombaların “idarə olunmayan bombalar”, “lal bombalar”, “axmaq bombalar”, “bacarıqsız bombalar”, “qabiliyyətsiz bombalar” və ya “dəmir bombalar” adı altında yenidən adlandırılması ilə nəticələnmişdir.
Girişi mandatlı idarə edilməsi
Girişi mandatlı idarə edilməsi (ing. Mandatory access control) − obyektlərə girişin idarə edilməsi üsulu. == Məqsədi == Obyektdə olan informasiyanın məxfilik dərəcəsinə və kritikliyinə, verilən kritiklik səviyyəsinə (xüsusi nişanlarla təsvir olunmuş) malik informasiyaya giriş zamanı subyektin səlahiyyətlərinin və hüquqlarının formal yoxlanılmasına əsaslanır == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Girişin idarə edilməsi mexanizmi
Girişin idarə edilməsi mexanizmi− avtomatlaşdırılmış sistemlərdə icazəsiz girişi aşkarlayan, onun qarşısını alan və qanuni girişə icazə verən avadanlıq və ya proqram təminatı, sistem proseduru, administrator proseduru və onların müxtəlif kombinasiyalarıdır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Kursoru idarə edən qurğu
Kursoru idarə edən qurğu (ing. Relative pointing device) — məsələn, siçan və ya trekbol; kursorun ekranda yerdəyişməsi həmin qurğunun yeri ilə deyil, onun yerdəyişməsi ilə bağlıdır. Məsələn, siçan masanın üzərində başqa yerə qoyulsa, ekranda kursorun yeri dəyişməyəcək, çünki bu halda siçanın kürəciyi fırlanmayacaq. Başqa növ qurğularda – mütləq göstərici qurğularda (məsələn, qrafik planşetlərdə) müəyyən zona çərçivəsində qurğunun yeri həmişə ekranda kursorun qabaqcadan müəyyən olunmuş yeri ilə bağlıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İdarə
İdarə — mülkiyyətçi tərəfindən idarəçiliyi, sosial-mədəni və digər qeyri-kommersiya fəaliyyətini həyata keçirən, mülkiyyətçi tərəfindən tam və ya qismən maliyyələşdirilən qeyri-kommersiya təşkilatı. Mülkiyyətçidən asılı olaraq aşağıdakı növləri vardır: Dövlət idarələri; Bələdiyyə idarələri; Özəl idarələr; müəssisə, təşkilat; müəssisənin, təşkilatın yerləşdiyi bina; dövlət idarəetmə, dövlət hakimiyyəti orqanı; xidmətlər sahəsində, mənəvi informasiya məhsulunun istehsalında təsərrüfat, sosial-mədəni fəaliyyəti həyata keçirən təşkilat; hər hansı bir iş, fəaliyyət sahəsinə (dövləti, elmi, ictimai, ticarət, təsərrüfat və s.) baxan, müəyyən struktura malik personalı, ştatı, müdiriyyəti olan təşkilat; Azərbaycan Respublikasında dövlət idarələri və ictimai idarələr fəaliyyət göstərir. İdarə hüquqi şəxs hesab olunmur. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Divan (idarə)
Divan (fars. دیوان‎) — bir sıra tarixi İslam dövlətlərində icra və qanunvericilik hakimiyyətinin ali orqanı, habelə bu orqanın rəhbərinin adı. == Tarixi == "Divan" islam mədəniyyətində müxtəlif mənalı söz olmuşdur. Bu, əvvəlcə ərəb istilalarıın ilk dövründə xəlifə Ömərdən başlayaraq dövlət gəlirlərinin qeydə alındığı, siyahıların saxlanıldığı yer idi. Bundan sonra, Əməvilər və Abbasilər dövründə vergilər və maliyyə işləri ilə məşğul olan dövlət idarəsi idi. "Divan" termini digər hökumət idarələrində də tətbiq edilirdi. Osmanlı imperiyasında böyük vəzirdən, müftidən və başqa vəkillərdənn ibarət dövlət şurası olmuşdur. Dunay knyazlıqları Moldaviya və Valaxiyada dövlət şurası, ali məsləhətçi və icraçı orqan idi. Rumıniya 1859-cu ildə yarananadək Buxarestdə, Krayovada və Yassıda ali məhkəmə orqanları da divan adlandırılırdı. Divan idarə sistemi erkən orta əsrlərdən Azərbaycanda da mövcud olmuşdur.
Sükanla idarə
Sükanla idarə — nəqliyyat vasitələrinin hərəkət istiqamətinin sükanla idarə sistemidir. O, təkərlərin (və ya digər hərəkət vasitələri, məsələn: xizək) vəziyəti ilə sükan arasında (dönmə bucağı) proporsional əlaqə yaradan mexanizmlərdən ibarətdir. 4WS (4 Wheel Steering, ingil. 4 idarə olunan təkər) — avtomobilin arxa təkərlərini döndərən sistem. Yüksək sürətlərdə arxa təkərlər (eynilə qabaq təkərlər kimi) dönmə istiqamətinə dönürlər, bu kəskin manevrlərdə avtomobilin stabilliyini artırır. Kiçik sürətlərdə isə əks hal baş verir: arxa təkərlər qabaqdakıların əksinə dönərək manevretmə qabiliyyətini yüksəldir və dönmə radiusunu kiçildirlər. Avtomobillərdə sükanla idarə sükanön fırlanma hərəkətini idarə olunan təkərlərin dönməsinə çevirən mexaniki reduktor və dartıcı sistemdən ibarətdir. Sükanın və təkərin dönmə bucaqları arasındakı nisbət adətən 15:1 … 25:1 arasında yerləşir və ötürmə nisbəti adlanır. Təkərlərin müxtəlif bucaqlara dönməsini təmin edən dartıcılar sisteminə sükan trapesiyasını təşkil edir. Traktorlarda quruluşundan asılı olaraq iki idarəetmə növü məlumdur: qabaq təkərlərin dönməsi *avtomobillərə analoji olaraq) və ya yarımçərçivələrin dönməsi.
Uzaqdan idarə
Uzaqdan idarə — uzaqdan idarə elektron cihazların, məşhur olaraq televizorların, DVD oxuyucu və digər audio, video qurğuların qısa məsafələrdə uzaqdan idarə ediləbilməsini təmin edən hissəsidir. Uzaqdan idarə ilk nümunələrindən biri, 1898-ci ildə Nikola Tesla tərəfindən "Hərəkət edən vasitə və ya vasitələrin mexanizmlərinin idarəsi üçün cihaz texnikası" adı ilə inkişaf etdirildi. 29 iyun 1956-cı ildə avstriya əsilli amerikalı ixtiraçı Robert Adler (Robert Adler) televizor üçün ilk pultu yaratmışdır. Zenith Space Commander adlanan bu pult mexaniki idi və kanalın və səsin dəyişdirilməsi üçün ultrasəsdən istifadə edirdi. Maraqlıdır ki, xanımının sözlərinə görə, Adler nadir hallarda televizora baxırdı, o mütaliə etməyi daha üstün tuturdu. Görkəmli ixtiraçı 180 patentin müəllifidir. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Aktivlərin idarə edilməsi
Aktivlərin idarə edilməsi (asset management) 1) Müəyyən investisiya məqsədlərinə nail olmaq üçün müştərilərin vəsaitlərinin toplanması və investisiya portfelinin yaradılması (qiymətli kağızlara və ya digər aktivlərə yatırmaq) yolu ilə peşəkar səviyyədə idarə olunması. 2) Şirkətə və ya banka məxsus maliyyə resurslarından gələn gəlirləri maksimallaşdırmaq məqsədilə onların idarə olunması. Adətən, aktivlərin idarə edilməsini investisiya şirkətləri (fondları) və investisiya bankları həyata keçirir. Öz növbəsində aktivlər isə belə tərif olunur: “ Aktiv, təşkilat üçün aktual və ya potensial dəyəri olan vahidlərdir”. Əslində bu termin özündə aktivlərin maddi dəyərindən daha çox nüansları ehtiva edir, amma hazırda bir çox şirkətlər öz səylərini məhz maddi aktivlər üzərində fokuslaşdırır. Aktivlərin idarə edilməsi zamanı, təşkilat qarşıya qoyduğu məqsədlərə çatmaqdan ötrü, aktivlərdən ən səmərəli şəkildə istifadəyə nail olmalıdır. Bu isə özündə aktivlərdən arzu olunan performansa nail olmaq üçün xərclərin, imkanların və risklərin balanslaşdırılmasını tələb edir. Bu balanslaşdırılma müxtəlif zaman kəsimləri üçün nəzərdə tutula bilər. Ümumi məqsədlərdən biri isə aktivlərin bütün həyat tsiklində xərclərini minimallaşdırmaqdır. Məşhur Wall Street jurnalı aktivlərin idarə edilməsinə belə tərif verir: Aktivlərin idarəetməsi - maliyyə firması daxilində müştərilərinin aktivlərinin (nağd, investisiya və s) idarəedilməsi ilə məşğul olan xüsusi komandadır.
Xüsusi Hərbi İdarə
Xüsusi Hərbi İdarə (türk. Özel Harp Dairesi) — Soyuq Müharibə dövründə Türkiyədə, Baş qərargahın nəzdində ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və NATO-nun əməkdaşlığı ilə qurulduğu irəli sürülən gizli təşkilat. Avropada İkinci Dünya Müharibəsindən sonra müxaliflərin (əsasən kommunistlərin) iqtidara gəlməsinin qarşısını almaq üçün qurulan "Qladio" adlı əks-partizan təşkilatının Türkiyədəki davamına siyasi ədəbiyyatda Xüsusi Hərbi İdarə, hərəkətləri reallaşdıranlara isə əks-partizan deyilmişdir. NATO-un xüsusi hərbi təlimatlarına görə üzv ölkələrdə qurulan NATO qurumları, Türkiyədə əvvəl Səfərbərlik Tədqiq Təşkilat adı ilə təşkilatlanmış sonra birbaşa Baş qərargah komandanlığına tabe olan Xüsusi Hərbi İdarənin tabeçiliyi altında və onun mülki qolu olan əks-partizan olaraq fəaliyyət göstərmişdir.
Zamanın idarə olunması
Zamanın idarə edilməsi, vaxtın təşkili, taym-menecment (ing. time management) — vaxtın təşkili və ondan istifadənin səmərəliliyinin artırılması texnologiyasıdır. Zamanın idarə edilməsi — səmərəliliyi və məhsuldarlığı xüsusi olaraq artıran bir şəkildə xüsusi fəaliyyətlərə sərf olunan vaxta şüurlu nəzarəti öyrətmək aktı və ya prosesidir. Zamanın idarə edilməsi xüsusi tapşırıqları, layihələri və məqsədləri yerinə yetirərkən istifadə etmək üçün bir sıra bacarıqlar, alətlər və üsullar əldə etməyə kömək edə bilər. Bu anlayış geniş fəaliyyət spektrini əhatə edir, yəni: planlaşdırma, bölgü, məqsədin təyini, nümayəndə heyəti, vaxtın təhlili, monitorinq, təşkili, siyahıya alınması və prioritetləşdirmə. Əvvəlcə idarəetmə yalnız biznes və ya iş fəaliyyətinə aid edilirdi, lakin zaman keçdikcə bu termin eyni əsasla şəxsi fəaliyyətləri əhatə etməklə genişləndi. Zamanı idarəetmə sistemi proseslərin, alətlərin, texnika və metodların məcmusudur. Ümumiyyətlə, zamanın idarə edilməsi hər hansı bir layihənin inkişafında zəruridir, çünki o, layihənin tamamlanma vaxtını və həcmini müəyyən edir.
Aktivləri idarə edən şirkət
Aktivləri idarə edən şirkət (AİŞ) — peşə fəaliyyəti ortaq investisiya institutlarının (İF) aktivlərinin idarə edilməsi olan bir iş quruluşunu ifadə edən iqtisadi termin. == AİŞ-nin idarəetmə funksiyaları == AİŞ ortaq investisiya qurumları yaradır və idarəetmə funksiyalarını yerinə yetirir: üçüncü tərəf yerləşdirmə agentlərini cəlb edən İF qiymətli kağızlarının yerləşdirilməsi; həm İF-nın qiymətli kağızlarının yerləşdirilməsi zamanı, həm də fondun fəaliyyəti nəticəsində alınan BKİ-nin aktivlərinin İnvestisiya Bəyannaməsinə uyğun olaraq idarə edilməsi; investisiya bazarlarının təhlili və investisiya obyektlərinin axtarışı; bazar qiymətlərinin dəyişməsinə uyğun olaraq fond fondlarının dövri yenidən qiymətləndirilməsi; İF-nın fəaliyyətinə dair hesabatların hazırlanması; İF-nın digər cari fəaliyyətlərinin həyata keçirilməsi. == Ən böyük şirkətlər == Aşağıda, dünyanın ən aktiv menecerlərinin siyahısı (2020-ci ilədək), idarəetmə altındakı ümumi aktivlərə görə sıralanmışdır.
Azameti idarə olunan qoruğu
Azameti idarə olunan qoruğu (gürc. აჯამეთის აღკვეთილი) – Gürcüstanın Zestafoni Bələdiyyəsi bölgəsi, Bağdati Bələdiyyəsindəki qorunan bir ərazidir . Azametinin məşhur palıdlarını və digər yerli florasını qoruyur. Ağacların bəziləri 120 ilə 200 yaş arasındadır. Qoruq yerli faunanı da qoruyur. == Coğrafiya == Azameti idarə olunan qoruğu Kutaisidən 15 km məsafədə yerləşir. İlk dəfə 1935-ci ildə yaradılıb. Qoruğun iki qorunan ərazisi var: Azameti Muxnari (3742 ha), Rioni çayı sahilində Kvirila və Xanistşali və Vartsişe arasında kütləvi (1106 ha), Hanistskalinin sol tərəfində. == Flora == Sahənin 4723 hektarı palıd meşələri, 93 hektarı – vələs meşələr və 23 hektar şərq buynuzu ilə örtülmüşdür. Vartsixe'nin meşəlik ərazisi Azameti İdarə Qoruğuna daxil edilir və nadir Üçüncü dövr dövrünə aid nadir qalıqları qorumaq üçün ilk dəfə 1946-cı ildə qurulmuşdur: İmeretiya palıd və Qafqaz qarağası Dendroflora 60 növə malikdir.
Nəqliyyatda tələbin idarə edilməsi
Son illərdə dünyada şəhər nəqliyyat sektorunda ənənəvi, böyük investisiyalar tələb edən və geri dönüşü mümkün olmayan nəqliyyat sisteminin inkişaf etdirilməsi siyasəti yerinə, daha az sərmayə tələb edən və əldə olan qaynaqların daha ağıllı və məhsuldar istifadə etməklə inkişaf etdirilmiş nəqliyyat siyasəti tətbiq edilir. İctimai nəqliyyat vasitələrinə olan artan tələbatı təşviq etmək yerinə bu tələbi idarə etmək üçün inkişaf etdirilmiş bir "Nəqliyyatda tələbin idarə edilməsi" siyasəti həyata keçirilir. Nəqliyyat və tıxac planlaması baxımından tələbin idarə edilməsi (Təklifin tələb yaratması) - ( ing. ing.Induced demand ) Dünyanın bir çox ölkələrinin əhalisinin artması, nəqliyyat vasitələri sayında, sərnişin və yük daşımacılığnda və bunlara əlavə olaraq qloballaşmanın sürətlə artması səfərlərə olan tələbə təsir etməkdədir. Bütün bu hadisələr insanların ev ilə iş yerləri arasında seçim etdikləri nəqliyyat imkanları və yük daşımacılığı seçənəklərini də dəyişdirir. Nəqliyyat ilə əlaqədar problemlər çox vaxt iqtisadi baxımdan yüksək xərclərə səbəb olur. Səfərlərə olan tələbin ödənilməsi, nəqliyyat (çatdırılma) və bununla əlaqədar imkanları (xərcləri) artırılmadan səfərlərə (yolculuğa) olan tələbi azaldaraq və yaxud məhdudlaşdıraraq həll etməyi qarşısına məqsəd qoyan planlamadır. Nəqliyyat problemlərini və tıxacların həll edilməsində böyük həcmli investisiyalar qoymadan aradan qaldırılması səfər vərdişlərinin dəyişdirilməsini hədəfləməkdədir. Bununla bərabər bütün nəqliyyat problemlərini və nəqliyyat tıxanıqlığının aradan qaldırılmasında hər dərdə dərman olamasa da olduqca təsirli bir strateji planlaşdırma hesab olunur. Nəqliyyat xidmətlərində ənənəvi olaraq təklif yönümlü həll istiqamətlərinə daha çox yer verilir və bu istiqamətdə nəqliyyatın imkanlarını (tutumunu, həcmini) artıracaq işlər görülür.
Parçala və idarə et
Parçala və idarə et (lat. dīvide et īmpera) — siyasətdə və sosiologiyada dövlət hakimiyyəti prinsipi, hansına ki, tez-tez heterogen hissədən ibarət olan dövlətlərin hökumət müraciət edir və rəqiblərini bölərək ya da onları bölünmüş vəziyyətdə tutaraq zəif vəziyyətdə buraxmaq istəyən dövlətlərin istifadə etdiyi strategiyadır.
RPM paket idarə edici
RPM paket idarə edici — paket idarə edən sistemdir. Orijanalı RedHat Packet Managment (RPM) kimi tanınırdı, indi isə RPM paket idarə edici (RPM packet manager) kimi tanınır.
Rəqəmsal Aktivlərin İdarə Edilməsi
Rəqəmsal Aktivlərin İdarə Edilməsi (ing. Digital Asset Management, qısaca: DAM) — rəqəmsal aktivlərin saxlanması, axtarılıb tapılması, paylanması, qruplaşdırılması və ötürülməsi ətrafında baş verən idarəetmə tapşırıqlarından və qərarlarından ibarətdir. Rəqəmsal fotoşəkillər, animasiyalar, videolar və musiqi faylları "rəqəmsal aktivlər" adlanan aktivlərə misaldırlar. Rəqəmsal Aktivlərin İdarə Edilməsi Sistemi rəqəmsal aktivlərin idarə edilməsi prosesinə kömək edən kompüter proqram təminatı və/yaxud da aparat təminatı vasitəsilə fəaliyyət göstərir. Rəqəmsal aktivlərin idarə edilməsi (DAM) termini həmçinin İnternetdən yükləmə, adın dəyişdirilməsi, ehtiyat nüsxəsinin çıxarılması, dərəcələndirmə/qiymətləndirmə, qruplaşdırma, arxivləşdirmə, optimallaşdırma, mühafizə, kiçiltmə və faylların ixracı protokolları üçün də istifadə olunur. Əsasən audio faylları, videoları və digər media məzmunları ilə işləyən Media Aktivlərinin İdarə Edilməsi (ing. Media Asset Management, qısaca: MAM) "Rəqəmsal Aktivlərin İdarə Edilməsi"nin alt kateqoriyalarından biridir. Məzmunun idarə edilməsi sistemi (CMS) də sektorun və tətbiqinin əhatə dairəsinin daha geniş olması ilə bərabər, ümumilikdə oxşar xüsusiyyətlərə malikdir. Adətən idarə olunan "aktiv" rəqəmsal formatda birləşdirilir və saxlanılır. Bu aktivlərin adətən sistemdə "əsas" olaraq adlandırılan ən yüksək ayırdetmə dəyərlərinə malik olan təsvir mövcuddur.
Rəqəmsal hüquqların idarə edilməsi
Rəqəmsal hüquqların idarə edilməsi (ing. Digital rights management, qısaca DRM) rəqəmsal medianın istehsalı olan məhsulların (filmlər, musiqilər, oyunlar kimi) bu gün çox asanlıqla kopyalana bilinməsinə, yəni surətlərinin çıxarılmasına, saxtalarının hazırlanması ehtimalının yüksək olmasına görə lisenziya hüquqlarını idarə etmək üçün hazırlanmış giriş nəzarət sistemləri üçün istifadə edilən ümumi addır. O, avadanlıq istehsalçıları, oyun və proqram təminatı şirkətləri, musiqi şirkətləri və naşirlər tərəfindən satışdan sonrakı dövrdə piratlıqla mübarizə aparmaq üçün istifadə olunur. Son dövrlərdə bu üsul bir sıra səbəblərə görə əks reaksiyalara səbəb olmuşdur. Bunun ən mühüm səbəblərindən biri bundan ibarətdir ki, bu cür məhdudiyyətlər adətən yalnız müvafiq medianın məhsullarını qanuni yollarla əldə edən istifadəçilərə təsir etməsi, lakin eyni zamanda da piratlığın qarşısını ala bilməməsidir. Həmçinin bu da məlumdur ki, DRM sistemlərinin tamamilə müvəffəqiyyətli olması texniki cəhətdən qeyri-mümkündür, buna baxmayaraq yenə də rəqəmsal medianı yayan şirkətlər bu üsuldan istifadə etməyə davam edirlər. Bu məsələ ilə bağlı hal-hazırda müəyyən etirazlar mövcud olsa belə, hələlik iştirakçılarının sayının yüksək olduğu hər hansısa bir etiraz və yaxud da boykot hadisəsi ilə rastlaşılmamışdır. Bəzi istifadəçilər, satın aldıqları medianın; İnternetə qoşulmuş cihazları olmadan istifadəsinin mümkünsüz olması, şəxsi kompüterlərinin əməliyyat sistemlərindəki yenilənmələr, yenidən quraşdırılmalar və yaxud da aparat təminatındakı dəyişikliklərdən sonra medianın təkrar istifadəsinin bloklanması, oyun konsollarındakı (məs. PS3 və Xbox 360) və müxtəlif media pleyerlərdəki (məsələn, iPod) məhdudiyyətlər və uyğunsuzluqlara görə qeyri-qanuni olsa da, pirat məhsullarından istifadədən mühafizəni ləğv edən müxtəlif yamaqlardan və ya proqramlardan istifadə edirlər.
Elektron resursların idarə edilməsi
Elektron Resursların idarə edilməsi (ing. Electronic resource management, ERM) — kitabxananın elektron informasiya ehtiyatlarının seçilməsi, əldə edilməsi, lisenziyalaşdırılması, çıxışı, saxlanılması, istifadəsi, qiymətləndirilməsi, mühafizəsi və seçimdən çıxarılmasını izləmək üçün kitabxanaçılar və kitabxana işçiləri tərəfindən istifadə olunan metod və üsullara aiddir. Bu resurslara elektron jurnallar, elektron kitablar, media axını, verilənlər bazası, məlumat dəstləri, CD-ROM-lar və kompüter proqramları daxildir, lakin bunlarla da məhdudlaşmır. == Tarixi == Rəqəmsal inqilabın meydana çıxmasından bəri kitabxanalar elektron informasiya resurslarını öz kolleksiyalarına və xidmətlərinə daxil edilmişdir. Resursların daxil edilməsi Raqanatanın Kitabxana Elminin Beş Qanununda ifadə olunan kitabxana elminin əsas dəyərlərindən, xüsusən də elektron texnologiyanın informasiyaya çıxışı daha birbaşa, rahat və vaxtında təmin etdiyinə inamdan irəli gəlirdi. Bununla belə, 1990-cı illərin sonlarında məlum oldu ki, kitabxanaçıların fiziki resursları idarə etmək üçün istifadə etdikləri üsullar elektron mediaya yaxşı tərcümə olunmur. 2000-ci ilin yanvarında Rəqəmsal Kitabxanalar Federasiyası (RKF) informasiya texnologiyalarından istifadə ilə bağlı tədqiqat kitabxanalarının üzləşdiyi əsas problemləri müəyyən etməyə yönəlmiş qeyri-rəsmi sorğu keçirdi. Sorğuya əsasən, rəqəmsal kolleksiyanın inkişafı kitabxanaçılar arasında ən böyük narahatlıq və qeyri-müəyyənlik mənbəyi hesab olunur və elektron resurslarla işləmək haqqında biliklər nadir hallarda fərdi kitabxanalardan kənara ötürülür. Nəticədə Rəqəmsal Kitabxana Federasiyası Kolleksiya Təcrübələri Təşəbbüsünü yaratdı və yaxşı elektron resursların idarə edilməsi təcrübələrini sənədləşdirmək üçün üç hesabat verdi. 2001-ci ildə Vaşinqton Universitetindən Timoti Cuel “Kommersiya baxımından mövcud olan elektron resursların seçilməsi və təqdim edilməsi” adlı məruzəsində akademik kitabxanaların elektron resursların əldə edilməsi, lisenziyalaşdırılması və aktivləşdirilməsini idarə etmək üçün istifadə etdikləri yerli və xüsusi idarəetmə üsullarını müzakirə etdi.
Parçala və idarə et (alqoritm)
İnformatikada parçala və idarə et (ing. divide and conquer (D&C)) rekursiyaya əsaslanan alqoritm dizayn paradiqmasıdır. Parçala və idarə et alqoritmi məsələni rekursiv olaraq iki və ya daha çox alt məsələrə bölərək, ən sadə hal üçün həll edir. Alt həllərin sonradan birləşməsi ana məsələnin həllini verir. Parçala və idarə et bir çox tip məsələni, o cümlədən sıralama (quicksort, mergesort və s), böyük rəqəmlərin vurulması (misal üçün Karatsuba alqoritmi), ən yaxın cüt nöqtələrin tapılması, sintaktik analiz və kəsilən Furye tansformasiya (FFT) məsələlərini həll etmək üçün effektiv texnikadır. Parçala və idarə et bəzən alqoritmlərdə istifadə edilərək məsələni yalnız bir alt məsələyə bölür. Misal üçün [[ikili axtarış]] alqoritmində axtarılan qiymət bu üsulla tapılır (və ya analoji olaraq ədədi hesablamalarda, kökün tapılması üçün istifadə olunan bisection alqoritmi). Belə məsələləri parçala və idarə et alqoritmindən daha effektiv üsulla həll etmək olar. Belə ki, əgər bu məsələlərdə quyruq rekursiyası (ing. ing.
Proqramla idarə olunan toxucu dəzgahı
Proqramla idarə olunan toxucu dəzgahı — 1801-ci ildə fransız ixtiraçı Jozef Mari Jakkard (Joseph Marie Jacquard) proqramla idarə olunan toxucu dəzgahını yaratmışdır. Dəzgahın işi çox sayda perfokartlar toplusunun köməyilə proqramlaşdırılmışdı. Bu cür kartlarla işləyən toxucu dəzgahının yaradılması hesablama texnikasının inkişafında böyük kəşflərdən biri hesab olunur və Jakkard maşınının prinsiplərindən bir çox aparatlarda istifadə olunmuşdur. Jakkard bu ixtirasına görə Napoleon Bonapart tərəfindən 3000 frank məbləğində təqaüdlə mükafatlandırılmışdır. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Təyyarədə idarə etmə sisteminin avtomatlaşdırılması
Təyyarədə idarə etmə sisteminin avtomatlaşdırılması - Müasir təyyarənin uçuşunun idarə olunması pilotla və təyyarə sürülmənin asanlaşdırılmasına, idarə etmənin keyfiyyətinin yaxşılaşdırılmasına və təyyarələrin tətbiqinin effektivliyi yüksəldilməsinə xidmət edən xüsusi avtomatik sistemlərlə təmin edilir. Müasir təyyarələrin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi, avtomaşladıtrılmadan mümkün olmayan bütöv bir tədbirlər kompleksinin aparılmasını tələb edir. Məsələn, uçuşun təhlükəli rejimləri avtomatları adlanan qurğuların köməyi ilə uçuşda təyyarənin həddi icazə verilən rejimlərə (sürətə, Max ədədinə, şaquli yüklənmələrə, hücum, yana əyilmə və sürüşmə bucaqlarına görə) çıxması zamanı pilota siqnalizasiya edilməsi və avtomatik olaraq idarə etmə orqanlarının hərəkətinin məhdudlaşdırılması. Idarə etmə sistemin xüsusi qurğrları təyyarənin dayanıqlıq və idarə edilmə xarakteristikalarını yaxşılaşdırırlar. Uçuş sürətinin saxlanması ilə uçuş hündürlüyünün artması ilə təyyarənin sükanların dönməsinə cavab reaksiyası pisləşir. Bu təyyarənin sürülməsini çətinləşdirir, onun dayanıqlıq xarakteristikalarını pisləşdirir, təyyarənin rəqslərinin söndürülmə effektivliyini zəiflədir. Pilot yaranmış rəqsləri söndürməyə cəhd etməklə onları gücləndirə bilər. Buna görə idarə etmə zəncirində uçuşun dempferləşdirilməsi və stabilləşdirilməsi üçün xüsusi avtomatlar quraşdırılır. Bu avtomatlar pilotun iştirakı olmadan, bu xarakteristikaları yaxşılaşdırmaq üçün avtomatik sükan səthlərini döndərməklə onlara təsir edirlər. Belə avtomatların icraçı mexanizmləri tez-tez hərəkətli dartılar şəklində hazırlanır.
Cənubi Vyetnam üzrə Mərkəzi İdarə
Cənubi Vyetnam üzrə Mərkəzi İdarə (vyet. Văn phòng Trung ương Cục miền Nam), rəsmi olaraq Xalq İnqilabı Partiyasının Mərkəzi İcraiyyə Komitəsi — Vyetnam müharibəsi zamanı, 1962-ci ildən 1976-cı ildə ləğv edilənə qədər Şimali Vyetnamın Cənubi Vyetnam daxilindəki siyasi və hərbi qərargahı üçün ABŞ tərəfindən istifadə olunan termin. Vyetnam Respublikasının (Cənubi Vyetnam) cənub yarısında həm Vyetnam Xalq Ordusunun (VXO), Vyetkonqun və həm də Xalq İnqilabçı Partiyasının fəaliyyətlərini əhatə edən kommunist səylərinə ümumi komandanlıq etmək nəzərdə tutulurdu. Bəziləri onun varlığına şübhə edirdilər, lakin Cənubi Vyetnamda yerləşdirilmiş ABŞ komandiri general Vilyam Vestmorlend öz xatirələrində onun mövcudluğu və əhəmiyyəti şübhə doğurmayan bir şey kimi bəhs etmişdir. VXO general-mayoru və daha sonra dissident Çan Doya görə, Cənubi Vyetnam üzrə Mərkəzi İdarə əslində mövcud idi, Vyetkonqun təşkili və idarə olunmasına cavabdeh olmuşdu, ümumi komandanlıq funksiyasını yerinə yetirdi. Bununla belə, o, ümumi strategiyanı idarə edən, Hanoyda yerləşən Mərkəzi İdarə tərəfindən iyerarxik olaraq idarə olunurdu və birbaşa Hanoy tərəfindən idarə olunurdu. Cənubi Vyetnam üzrə Mərkəzi İdarə Vyetkonqun hərbi və siyasi səylərini idarə edirdi. ABŞ və Cənubi Vyetnam kəşfiyyat xidmətləri, müharibə səylərinə nəzarət etməkdə ümumi əhəmiyyətini nəzərə alaraq, təxminən on il ərzində davamlı olaraq Cənubi Vyetnam üzrə Mərkəzi İdarəni hədəf almışdır. Müharibədə qalib gəlmək istəyən Riçard Nikson üçün bu, asılılığa çevrilmişdi. 1965-ci ildə ABŞ-nin 400-ə yaxın döyüş təyyarəsi Cənubi Vyetnam üzrə Mərkəzi İdarəni hava hücumu ilə məhv etməyə cəhd göstərmişdi, lakin kölgə komandanlığına heç bir təsir göstərə bilməmişdir.
Dəmiryolu nəqliyyatında idarəetmə sistemləri
Dəmiryolu nəqliyyatında idarəetmə sistemləri - Obyektin idarə olunmasında istifadə olunan texniki qurğular idarəedici qurğular adlandırılır. Ddarəetmə obyekti ilə idarəedici qurğu birlikdə avtomatik idarəetmə sistemini (AİS) təşkil edir və bu sistemlər dəmiryolu nəqliyyatında idarəetmə sistemlər əsasını təşkil edir. == Avtomatik idarəetmə sistemlərinin fundamental prsinsipləri == Obyektin idarə olunması elə bir təsir vasitəsidir ki, burada baş verən prosesin gedişinin lazımı formada təmin olunması və ya onun vəziyyətinin əlverişli istiqamətdə dəyişdirilməsini təmin edir. İdarəetmə obyekti dedikdə müxtəlif növ texniki qurğular,texnoloji proseslər,robototexniki komplekslər və s.nəzərdə tutulur.İdarəetmədə insan əməyindən istifadə olunarsa belə idarəetmə avtomatlaşdırılmış idarəetmə,insan əməyi olmadan aparılan idarəetmə isə avtomatik idarəetmə adlanır.Obyektin idarə olunmasında istifadə olunan texniki qurğular idarəedici qurğular adlandırılır.idarəetmə obtekti ilə idarəedici qurğu birlikdə avtomatik idarəetmə sistemini (AİS) təşkil edir. Bütün idarəetmə sistemləri açıq və qapalı olmaqla iki qrupa ayrılır. === İdarəetmənin əsas növləri === İdarəetmə texnikasının inkişafının ilk pillələrində praktiki olaraq onun ancaq bir növü mövcud idi,bu da tənzimlənən parametrin verilmiş sabit qiymətində saxalanılmasından ibarət idi.Lakin texnikanın bütün sənaye sahələrinin inkişafı ilə əlaqədar olaraq idarəetmənin və tənzimləmənin dəqiqliyə,keyifiyyətinə,etibarlılığına olan təlabat artır.Buna görə də idarəetmənin mövcud olan aşağıdakı növlərini öyrənilməsi vacibdir. ==== Stabilləşdirmə ==== İdarə edilən və ya tənzimlənən parametrin verilmiş qiymətdə saxlanılmasına deyilir.Tənzimləmə meyl etməyə uyğun aparıldıqda onu azaltmaq üçün statik xarakterisikaya malik olan tənzimləyicilərdən isitifadə etmək lazım gəlir. ==== Proqramlamayla idarəetmə ==== Verilmiş funksionallaşma alqoritminə əsasən X0-verən proqram vericisi ilə icra olunan idarəetməyə deyilir.Zaman proqramalı idarəetmə sistemlərininin iki əsas formasından istifaə edilir.;a) zaman proqramalı sistemlər;b)fəza proqmalı sistemlər. Zaman proqramalı sistemdə proqram vericisi birbaşa X0 funksiyasını yaradır.Belə sistemlərə misal olaraq saat mexanizminin hərəkətini ,müntəzəm gdişli mühərriki,bərkidici sobalarda temperaturun dəyişməsini,mexanizmli oyuncaqları,maqnitafonları və s. Fəza proqramalı idarəetmə metal emalı dəzgahların proqramla idarəetmə sistemlərində istifadə olunur.
Dənizkənarı Bulvar İdarəsi
Dənizkənarı Bulvar İdarəsi — Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs. == Tarixi == Bu İdarə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi adı ilə 10 yanvar 2008-ci ildə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılmışdır. 31 iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı təsdiq edilmiş "Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi"nə əsasən İdarə publik hüquqi şəxsə çevrilmişdir. == Loqosu == Dənizkənarı Bulvar İdarəsinin loqosu dövrünün ən hündür bayraq dirəyi üzərində ucalan Azərbaycan bayrağını, Xəzər dənizini, sahilyanı bulvarı, Bakının dənizkənarını, Bakı buxtasını birləşdirməklə Azərbaycan tarixini, qədimliyi, həm də müasirliyi və bugünkü qüdrətini özündə əks etdirir.
Egey adaları (desentralizasiya idarəsi)
Egey adaları (yun. Αποκεντρωμένη Διοίκηση Αιγαίου (ΑΔΑ)) — Yunanıstanın 7 desentralizasiya idarələrindən biri. == Tarixi == 2011-ci ildə Kallikratis proqramı çərçivəsində təsis edilmiş, regional hökumət orqanı və inzibati bölmənin bir hissəsidir. Tərkibinə iki periferiya — Şimali Egey adaları və Cənubi Egey adaları daxildir. İnzibati mərkəzi — Pirey şəhəridir. İdarəetmə rəhbəri koordinatordur, Yunanıstan höküməti tərəfindən təyin olunur . Hal-hazırdakı koordinator (2 yanvar 2019-cu ildən) — Polikarpos Polixronakis (Πολύκαρπος Πολυχρονάκης).
Elektron Hesablayıcı Maşınları İstehsalatı İdarə edir (1982)
Elektron hesablayıcı maşınları istehsalatı idarə edir (film, 1982)
Elektron idarəetmə vahidi
Elektron idarəetmə bloku (EİB) — elektronikada bir və ya bir neçə elektrik sistemini və ya alt sistemləri idarə edə bilən istənilən quraşdırılan sistemlər üçün ümumi termindir.
Fələstin Milli İdarəsi
Fələstin milli idarəsi, FMİ (ərəb. السلطة الوطنية الفلسطينية‎; əs-Sulta al-Vətəniyyə al-Fələstiniyyə) — Qəzzə zolağının ərazilərini və Qərb Şəriyə ərazilərinin bir hissəsini idarə etmək üçün yaradılmış bir özünüidarə orqanı. Fələstin Milli İdarəsi, 1994-cü ildə İsrail ilə Fələstin Azadlıq Təşkilatı arasında 13 sentyabr 1993-cü ildə Osloda imzalanan əsas müqavilələrə uyğun olaraq qurulmuşdur. 2007-ci ildən bəri, FMİ İordan çayının qərb sahilindəki ərazilərin yalnız bir hissəsini idarə edirdi, Qəzzə zolağı isə Həmas radikal hərəkatının nəzarətinə keçdi. 5 yanvar 2013-cü il tarixdə, FMİ prezidenti Mahmud Abbas tərəfindən "Fələstin Milli İdarəsi" adı əvəzinə rəsmi məqsədlər üçün yalnız "Fələstin Dövləti" adından istifadə etməyi əmr edən bir fərman verildi. İsrail, İspaniya, Norveç, ABŞ və digər bir sıra ölkələr bu qərarı tanımadılar. == Tarixi == 1922-ci ildə, Osmanlı İmperiyasının çökməsindən sonra Fələstindəki İngilis mandatı, əvvəlki Fələstin mülkləri ərazisində quruldu. 1947-ci ildə hazırlanmış BMT planı İngilis mandatının bir ərəb və bir yəhudi dövlətinə bölünməsini öz üzərinə götürdü və Qüdsə beynəlxalq idarəetmə altında bir şəhər statusu verildi. 1947-ci ildə ərəblərin sayı mandat almış bölgədəki Yəhudi əhalisini iki dəfə üstələmişdi və bu səbəbdən də Yəhudi dövləti Aralıq dənizi sahillərinin əksəriyyəti və İordan çayının kənarındakı ərazilər daxil olmaqla əksəriyyətinin Yəhudi olduğu torpaqları (14,1 min kvadrat kilometr) əhatə edirdi. Ərəb dövləti, İordan çayının qərbindəki Livanla sərhəd bölgəsindəki mandatlı ərazinin şimalında ümumi sahəsi 11,1 min km² olan əraziləri, habelə Aralıq dənizi sahili və Misir ilə sərhəd boyunca bir zolağı ələ keçirdi.
General-kvartirmeyster idarəsi
General-kvartirmeyster idarəsi — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş ərkani hərbinin (qərargah) tərkibində mövcud olan idarələrdən biri. == Haqqında == Əsası 1918-ci il noyabrın 15-də qoyulmuşdur. Hərbi nazirin həmin tarixli əmrinə əsasən, əvvəlcə şöbə kimi Ümumi qərargahın tərkibində, 1919-cu il martın sonlarında isə Baş ərkani hərbin tərkibində fəaliyyət göstərmişdir. Başlıca vəzifəsi qoşun hissələrinin komplektləşdirilməsi, onların döyüş hazırlığının təşkili, kəşfiyyat və əks-kəşfiyyat işlərinin aparılması idi.General-kvartirmeyster idarəsinin strukturu müntəzəm surətdə təkmilləşdirilmişdir. 1918-ci ilin noyabrında qurulan General-kvartirmeyster idarəsinin rəhbəri kimi qoşun hissələrində bu işlərə nəzarət edirdi: Səfərbərlik bölməsi hərbi mükəlləfiyyət haqqında sənədlərin hazırlanmas hərbi qeydiyyatın aparılması səfərbərlik planlarının və cədvəllərinin tərtib edilməsi hərbi strukturlarda və mülki təşkilatlarda səfərbərlik hazırlığının yoxlanması könüllü, partizan, həmçinin digər dəstələrin qeydiyyatının aparılması, qoşun hissələrinin təşkili, onların idarə edilməsi qoşunların döyüş hazırlığının gücləndirilməsi istiqamətində tədbirlərin müəyyənləşdirilməsi General-kvartirmeyster idarəsinin əməliyyat bölməsinin qarşısında ümumqoşun hazırlığı, müdafiə xarakterli işlərin planlaşdırılması, əməliyyatların hazırlanması və həyata keçirilməsi kimi vəzifələr dururdu. Qoşun hissələrindən döyüş rayonları haqqında məlumatlar toplanması, agentura şəbəkəsinin yaradılması və inkişafı, əks-kəşfiyyatın təşkili, hərbi attaşelərlə yazışmaların aparılması işləri ilə kəşfiyyat və əks-kəşfiyyat bölməsi məşğul olurdu. General-kvartirmeyster idarəsinin tərkibində nizami bölmə və rabitə xidməti bölməsi də var idi. Hərbi nazirin 17 avqust 1919-cu il tarixli əmrinə əsasən, təşkili başa çatdırılmış 1-ci və 2-ci zirehli qatarlar da Ümumi qərargahın tərkibindən çıxarılaraq general-kvartirmeyster idarəsinin tabeliyinə verilmişdi. 1920-ci ilin martında aparılan geniş islahatdan sonra yaradılmış Azərbaycan ordusu qərargahının struktur tərkibi kimi general-kvartirmeyster idarəsi də dəyişikliyə uğradı. Onun tərkibinə əməliyyat-kəşfiyyat bölməsi (rəisi polkovnik Hacıbəylinski), səfərbərlik və məhəlli qoşunlar şöbəsi (rəisi polkovnik Seyfullin), nizami və ümumi bölmə (rəisi podpolkov Hacıbəylinski), səfərbərlik və məhəlli qoşunlar şöbəsi (rəisi polkovnik Seyfullin), nizami və ümumi bölmə (rəisi podpolkovnik Maqrubov), hərbi əlaqələr-daşınmalar bölməsi (rəisi rotmistr Xudaverdov) şöbə və bölmələri və rabitə komandası daxil idi.
Giriş idarəetməsi
Loq idarəetməsi — böyük həcmli kompüter loqlarını idarə etmək üçündür. Həmçinin başqa adla audit izlənilməsi, hadisə loqları və s kimi tanınır. Loq idarə edilməsi aşağıdakı konsepsiyaları əhatə edir: Loqların toplanması Mərkəzləşdirilmə Uzun müddətli saxlanma Loq dönməsi Loqların analizi Loqların axtarışı və hesabatının hazırlanması Böyük həcmli loqları analiz edərkən aşağıdakı çətinlikərlə üzləşmək mümkündür: Çox böyük həcmli loqlar (böyük şirkətlər üçün gün ərzində 100 GB-a qədər); Loq formatındakı müxtəlifliklər; Sənədləşdirilməmiş şəxsi loqlar (bu analiz prosesini əngəlləyir); Müxtəlif loqlarda yanlışlıqların olması (icazəsiz zorla daxil olma); Loq idarəetməsinin userləri özlərinin şəxsi loq-idarə etmə alətlərini yarada bilərlər. Loq idarə etməsi qarışıq bir proses olub müəssisələrin hər zaman səhlənkar yanaşdıqları bir sahədir. Loqa tərif verərkən bir sıra təkliflər irəli sürülüb. Loq saytların və ya hər hansı tətbiqi proqramların informasiya mübadiləsini və userlərin daxil olmasını göstərən bir prosesdir. Audit prosesində isə toplanmış məlumatlar saxlanılır, icazə sxemləri tərəfindən qorunur və həmişə istifadəçiyə funksional tələblə bağlıdır. Loq prosesi proqramların və saytların daha yaxşı fəaliyyət göstərməsi üçün texniki informasiyaları özündə cəmləyir. Rapor edilmiş buqların həqiqətənmi buq olduğunun yoxlanılmasında Analiz etmək və buqları aradan qaldırmaq üçün Proqramın hazırlanmasında yeni funksionallıqların test edilməsi hazır vəziyyətə gətirmənin prosesləri == Həyat dövrünün istifadəsi == Hər hansi bir idarə Loq idarə edilməsi alətini hazırlayərkən aşağıdakı səviyyələrdən istifadə edə bilər İlkin səviyyədə müəssisə bir neçə loq analizlərindən istifadə edərək loqları analiz edir və təhlükəsizlik baxımından araşdırır. Məqsəd müəsisəyə ola biləcək mümkün hücumların nümunəsi aşkarlamaqdır Müəssisələr loqlardan istifadə edərək bütün gizli datalara nəzarət edir və təhlükəsizlik baxımından gizli olan hər bir datalara olan girişi aşkarlaya bilirlər Yetkinliyin sonrakı mərhələsində, loq analitik enterprise səviyyəsində systemin performansını və mümkünlüyünü izləyə bilir – xüsusi ilə informasiyanın-varlığını yoxlayır.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Göyçay Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumunun bazasında yaradılmışdır.
Gəncə Aksiz İdarəsi
== Tarixi == Dövlətin müstəqil maliyyə-iqtisadi mexanizminin yaradılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il oktyabrın 8-də qəbul etdiyi qərar. Həmin qərara əsasən Zaqafqaziya Aksiz İdarəsinin Azərbaycandakı müvafiq qurumları ləğv edilmiş, əvəzində üç aksiz idarəsi yaradılmışdı: biri Gəncədə yerləşməklə, Gəncə quberniyası və Zaqatala mahalı üzrə, ikisi isə Bakıda yerləşməklə Bakı quberniyası üzrə ümumi aksiz və neftdən rüsumlar toplayan aksiz idarələri. Baş Aksiz İdarəsi Maliyyə Nazirliyinin nəzdində idi. Hökumətin həmin qərarına əsasən, Azərbaycan ərazisinə aid olan bütün ümumi və özəl işlər Tiflisdə yerləşən Zaqafqaziya Aksiz İdarəsindən alınaraq, Cümhuriyyətin müvafiq idarələrinin səlahiyyətinə verildi. Ölkənin öz aksiz idarələrinin yaradılması barədə qərar və bu qərarın yerinə yetirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm addımlardan biri idi. == Qurumlar == === Bakı Aksiz İdarəsi === Azərbaycan Xalq Cümhuriyyətində gəlir mənbələrini möhkəmləndirmək məqsədilə yaradılmış qurum. Hökumətin qərarı ilə 1918 il oktyabrın 8-də, Zaqafqaziya Aksizlər İdarəsinin ləğv olunmuş 3-cü dairəsinin əvəzində yaradılmışdı. 3 sahəyə, sahələr isə rayonlara bölünürdü. İdarə yaradılana qədər spirtli içkilərin satışı və istehlakı qadağan olunmuşdu. 1919 il avqustun 24-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə qadağan götürüldü və Azərbaycan ərazisində spirtli içkilərin sərbəst satışına icazə verildi.
Gəncə Baş Polis İdarəsi
Gəncə Şəhər Baş Polis İdarəsi — Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əsasnaməsi və strukturunun təsdiq edilməsi haqqında" dövlət başçısının 2001-ci il 30 iyun tarixli fərmanına dəyişiklik edilməsi barədə 25 iyun 2011-ci il tarixində imzaladığı fərmana əsasən Gəncə Şəhər Polis İdarəsi Gəncə Şəhər Baş Polis İdarəsi adlandırılmışdır.
Gəncə Şəhər Baş Polis İdarəsi
Gəncə Şəhər Baş Polis İdarəsi — Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əsasnaməsi və strukturunun təsdiq edilməsi haqqında" dövlət başçısının 2001-ci il 30 iyun tarixli fərmanına dəyişiklik edilməsi barədə 25 iyun 2011-ci il tarixində imzaladığı fərmana əsasən Gəncə Şəhər Polis İdarəsi Gəncə Şəhər Baş Polis İdarəsi adlandırılmışdır.
Gəncə Şəhər Polis İdarəsi
Gəncə Şəhər Baş Polis İdarəsi — Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əsasnaməsi və strukturunun təsdiq edilməsi haqqında" dövlət başçısının 2001-ci il 30 iyun tarixli fərmanına dəyişiklik edilməsi barədə 25 iyun 2011-ci il tarixində imzaladığı fərmana əsasən Gəncə Şəhər Polis İdarəsi Gəncə Şəhər Baş Polis İdarəsi adlandırılmışdır.
Gəncə Əkinçilik və Dövlət Əmlakı İdarəsi
Gəncə Əkinçilik və Dövlət Əmlakı İdarəsi — əkinçiliyin, digər kənd təsərrüfatı sahələrinin yayılmasına və təkmilləşdirilməsinə, dövlət əmlakının qorunmasına, xəzinə və töycü rüsumlarının toplanmasına, meşələrin mühafizəsinə rəhbərlik və nəzarət edən qurum. == Fəaliyyəti == 1903-cü il mayın 1-də yaradılmışdı. Əkinçilik və Dövlət Əmlakı Nazirliyinə tabe idi. 1918-ci ilin 2-ci yarısında idarə 1917-ci ilin sonu 1918-ci ilin əvvəllərində baş vermiş hadisələrlə əlaqədar xüsusi mülkiyyətdə olan malikanələrə və torpaqlara, eləcə də dövlət əmlakına dəymiş ziyanı müəyyənləşdirməyə, torpaq və meşə sahələrində qayda yaratmağa başlamışdı. Meşələrin amansızcasına qırılmasını dayandırmaq üçün ağac materiallarına və oduna kəndlər üzrə məhdudiyyət qoyulmuşdu. 1919-cu ilin əvvəlində 1919-1920 illər üçün yeni smetalar tərtib edilmişdi. Meşə təsərrüfatı məsələlərini tam həll etmək üçün meşə sahələrinin qorunması, ağac materiallarının verilməsi qaydasının dəyişdirilməsi və s. haqqında qərarlar qəbul olunmuşdu. Torpaq və töycü sahəsində istər köçürülmüş rus kəndlilərinin, istərsə də yerli sakinlərin tərk etdikləri torpaqların müəyyən edilməsinə dair tədbirlər görülürdü. 1919-cu ildə xüsusi şəxslərin tərk etdikləri mülklərin və torpaqların qeydiyyatı həyata keçirilir, onlardan səmərəli istifadəyə dair tədbirlər işlənib hazırlanırdı.
Korporativ idarəetmə
Korporativ idarəetmə — biznesin təşkilati-hüquqi formasının idarə olunması, təşkilati srukturların optimallaşdırılması, qəbul olunmuş məqsədlərə müvafiq olaraq kompaniyanın firmalararası və firmadaxili münasibətlərinin qurulması. Korporativ idarəetməni xüsusi tip kimi ayırsaq başlıca xüsusiyyətləri korporasiyanın spesifikliyi ilə şərtlənən idarəetmə obyekti olaraq onu müəyyənləşdirir: "Səhmdarların prioritet maraqları və onların korporasiyanın inkişafındakı rolu üzərində qurulan idarəetmə, səhmdarların qarşılıqlı təsirini nəzərdə tutan mülkiyyət hüquqlarının reallaşdırılmasını hesaba alan idaretmə və sonda, korporativ mədəniyyəti doğuran idarəetmə, başqa sözlə, ümumi ənənələr kompleksi, nizamnamələr, davranışlar prinsipi kimi başa düşülür". Korporativ idarəetmənin başlıca funksiyası — mülkiyyətçilərin, başqa sözlə, korporasiya təşkil edən maliyyə resurslarının maraqları çərçivəsində korporasiyanın işinin təmin olunmasıdır.
Krit (desentralizasiya idarəsi)
Krit (yun. Αποκεντρωμένη Διοίκηση Κρήτης) — Yunanıstanın 7 desentralizasiya idarələrindən biri, eyni adlı Krit periferiyasından ibarətdir. İdarənin mərkəzi — İraklion şəhəridir. Desentralizasiya idarəsi 2011-ci ildə Kallikratis proqramı çərçivəsində yaradılmışdır (Qanun 3852/2010). == Xarakteristikaları == Krit desentralizasiya idarəsinin sahəsi 8.336 kvadrat kilometr və əhalisi 623.065 nəfər təşkil edir. Sıxlığı 43,27 nəf./km2. == İstinadlar == == Ədəbiyyat == Ministry of Interior. Structure and operation of local and regional democracy. // Council of Europe (January 2013).
Körpü idarəetmə sistemi
Körpü idarəetmə sistemi və ya BMS körpülərin dizaynı, tikintisi, istismarı və saxlanılması, onların idarə olunması üçün vasitədir. Mövcud vəsaitlər daha çox artdıqca, dünyada yol idarələri körpülərin idarə olunması ilə bağlı problemlərlə üzləşirlər və böyük infrastruktur obyektlərinin saxlanılması üçün ehtiyac artır. == Fəaliyyəti == Köprü idarəetmə sistemləri tikinti inventar və yoxlama məlumat bazaları, texniki baxım, sistemli bir şəkildə təmir və reabilitasiya (MR & R) müdaxilələri, maliyyə resurslarının ayrılmasını optimallaşdırmaq və körpü istifadəçilərinin təhlükəsizliyini artırmaqda qurumlara kömək edir. Körpünün idarə edilməsində əsas vəzifələrə inventar məlumatlarının toplanması, müayinə, vəziyyətin və qüvvənin qiymətləndirilməsi, komponentlərin təmiri, möhkəmləndirilməsi və ya dəyişdirilməsi, və fondların ayrılmasının prioritetləşdirilməsi daxildir. BMS, xərclərin məhdudlaşdırılmasında xidmət proqramlarını formalaşdırmaq üçün körpü məlumatlarını idarə etmək vasitəsidir. BMS dörd əsas komponentdən ibarətdir: məlumatların saxlanması, dəyəri və pozulma modelləri, optimallaşdırma və analiz modelləri və funksiyaları yeniləmək. 1980-ci illərdə dövlət və federal səviyyələrdə effektiv və körpülərin idarə olunması sistemlərinin (BMS) inkişaf etdirilməsində əhəmiyyətli maraq görüldü.
Kəşfiyyat Mərkəzi İdarəsi
Kəşfiyyat idarəsi
Kəşfiyyat orqanı, hüquq mühafizə, milli təhlükəsizlik, müdafiə və xarici siyasət məqsədlərini dəstəkləmək üçün təhlil və ya araşdırma apararaq məlumat və kəşfiyyat məlumatları toplayan dövlət orqanıdır. Kəşfiyyat orqanlarının açıq və məxfi, casusluq, əks kəşfiyyat, elektron kəşfiyyat, kriptoanaliz, digər qurumlarla əməkdaşlıq və ictimai mənbələrdən istifadə etmək kimi vəzifələri var. Bu məlumatların toplanması və yayılması kəşfiyyat təhlili və ya kəşfiyyat kimi tanınır. Daxili kəşfiyyat ilə xarici kəşfiyyat arasında bir fərq var. Daxili kəşfiyyat terrorizm və əks-kəşfiyyat kimi daxili təhdidlərlə məşğul olur. Xarici kəşfiyyat isə xarici dövlətlərin siyasi və ya iqtisadi fəaliyyəti barədə məlumat toplamağı özündə cəmləşdirir. Ən məşhur kəşfiyyat agentlikləri CIA, KGB, Mossad və MI6 hesab olunur.

Digər lüğətlərdə