ikrah
iqamət
OBASTAN VİKİ
İkram Eyyubov
İkram Ziyəddin oğlu Eyyubov — alim, baytarlıq elmləri doktoru, professor, Əməkdar baytar həkimi, Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun laboratoriya müdiri. İkram Eyyubov 1925-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 1937-ci ildə Dəmirçilər kənd natamam orta məktəbini bitirmiş və Qazax pedaqoji texnikumuna daxil olmuşdur. 1941-ci ildə texnikumu bitirmiş və 1945-ci ilə qədər Tovuz rayonunda müəllim işləmişdir. 1945-1950-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki Aqrar Universitet) təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir. Terapiya kafedrasında assistent vəzifəsində saxlanılmışdır. 1958-ci ildə dissertasiya müdafiə edərək baytarlıq elmləri namizədi elmi dərəcəsi almışdır. 1958-ci ildən Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutuna dəvət olunaraq 1994-cü ilə qədər orada baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. Respublikanın Əməkdar baytar həkimi, professordur. 135 elmi məqalənin, 5 kitabın, 1 tədris vəsaitinin və 3 səmərələşdirici təklifin müəllifidir.
İkram Kərimov
İkram Kərimov — azərbaycanlı seysmoloq. İkram Kərimov — azərbaycanlı hüquqşünas.
İkram Məmmədov
İkram Səmidov
İkram İsrafil
İkram İsrafil (16 yanvar 1964, Bideyiz, Nuxa rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. İkram İsrafil 1964-cü il yanvarın 16-da Şəki rayonunun Bideyiz kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir. 1984-cü ildən M. Əzizbəyov adına Kimya Sənaye İstehsalat Birliyində növbə ustası və gənclər birliyinin sədri işləmişdir. 1991-ci ildən Sumqayıt aşqarlar zavodunun, "Azadlıq" kiçik müəssisəsinin sex rəisi, "Xəzər" Səhmdar Cəmiyyətinin şöbə rəisinin müavini, 1993-cü ildən "Qalayçı" firmasının direktoru vəzifələrində çalışmışdır. 1996–2002-ci illərdə Sumqayıt şəhərində Mikayıl Müşfiq adına 34 nömrəli orta məktəbdə direktor müavini olmuşdur. Evlidir, 3 övladı var. Ağ Partiyasının sədri Tural Abbaslının qaynatasıdır. Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Braziliya, Azərbaycan-Norveç, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
İkram İsrafilov
İkram İsrafil (16 yanvar 1964, Bideyiz, Nuxa rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. İkram İsrafil 1964-cü il yanvarın 16-da Şəki rayonunun Bideyiz kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir. 1984-cü ildən M. Əzizbəyov adına Kimya Sənaye İstehsalat Birliyində növbə ustası və gənclər birliyinin sədri işləmişdir. 1991-ci ildən Sumqayıt aşqarlar zavodunun, "Azadlıq" kiçik müəssisəsinin sex rəisi, "Xəzər" Səhmdar Cəmiyyətinin şöbə rəisinin müavini, 1993-cü ildən "Qalayçı" firmasının direktoru vəzifələrində çalışmışdır. 1996–2002-ci illərdə Sumqayıt şəhərində Mikayıl Müşfiq adına 34 nömrəli orta məktəbdə direktor müavini olmuşdur. Evlidir, 3 övladı var. Ağ Partiyasının sədri Tural Abbaslının qaynatasıdır. Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Braziliya, Azərbaycan-Norveç, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
İkram Ələsgərov
Ələsgərov İkram Sabiroviç (ləzg. Али-аскайрин Икрам Сабиран хва, 7 dekabr 1992, Qasımkənd, Dağıstan) — Ləzgi əsilli Rusiya qarışıq döyüş sənəti iştirakçısı, sambo üzrə Avropa, 2014-cü il Dünya Superkubokunun qalibi. Milliyətcə ləzgi olan İkram Əlisgərov 1992-ci ildə Dağıstan Respublikasının Süleyman-Stal rayonun Qasımkənd kəndində anadan olmuşdur. 14 sentyabr 2022-ci ildə o, UFC müqavilə bağladı "Икрам Алискеров / Ikram Aliskerov". fighttime.ru. İstifadə tarixi: 2017-06-16.
İkram Kərimov (hüquqşünas)
Kərimov İkram Heydər oğlu — azərbaycanlı hüquqşünas, Azərbaycan Respublikasının Bank ombudsmanı. İkram Kərimov 1942-ci ildə Kürdəmir şəhərində qulluqçu ailəsində anadan olub. 1959-cu ildə Kürdəmir şəhər orta məktəbini bitirib. 1959-1961-ci illərdə sovxozda fəhlə işləyib. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi olub və hüquqşünaslıq ixtisası alıb. İşlə təmin olunmaq üçün Azərbaycan SSR Prokurorluğunun sərəncamına göndərilib. 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı şəhər məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin sədri və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Ali Məhkəməsi yanında və Polis Akademiyasında Elmi-Məsləhət Şurasının üzvü olub. Dəfələrlə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasında Dövlət İmtahan Komissiyalarına sədrlik edib.
İkram Kərimov (seysmoloq)
İkram Kərimov (Azərbaycan SSRİ - Şabran) — ilk tektonik silahın yaradıcısı, zəlzələşünas alim. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti nəzdində Seysmologiya Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor. İkram Hacı oğlu Kərimov Şabran rayonunda (Dəvəçi) anadan olmuşdur. İkram Kərimov 40-a yaxın elmi işin müəllifi olan Şamo Rəhimovunun tövsiyəsi ilə seysmologiya ixtisasını seçmişdir. Professor dərəcəsi alan Kərimovun 1968-ci ildə "Merkuri-18" məxfi proqramı (kod: NİR № 2M 08614 PM) Qırğızıstanın Batken şəhərindən 50 kilometr məsafədə yerləşən poliqonda işə başlayıb və dünyanın ilk tektonik silahını ixtira edib. SSRİ Müdafiə Nazirliyi İkram Kərimov başda olmaqla, bir qrup alimi gizli seysmik laboratoriyalarda aparılan və tektonik silahın kəşf edilməsinə yönələn tədqiqat işlərinə cəlb etdi. Sonralar “Soverşenno sekretno” qəzeti yazırdı: "1970-ci illərin sonlarında azərbaycanlı alim İkram Kərimov və onun rəhbərlik etdiyi elmi-tədqiqat qrupu zəlzələlərdən öncə yüksək tezliklərdə baş verən anormal dəyişikliklərə diqqət yetirdilər. Əvvəllər belə zəlzələ xəbərçilərini yalnız xüsusi rəqəmsal aparatların köməyi ilə müəyyən etmək olurdu. Amma Kərimov və onun qrupu yeni elmi metodla adıçəkilən cihazlara ehtiyac olmadan öncədən zəlzələ əlamətlərini müəyyən etmişdilər". Bir neçə il ardıcıl olaraq keçirilən sınaqlardan sonra SSRİ Kəşflər və İxtiralar Komitəsi Kərimovun yeni metoduna patent verərək, onu qeydə aldı.
Zulcəlal-i vəl-İkram
Zulcəlal-i vəl-İkram (ər. ذو الجلال والإكرام) — Allahın adlarından biri.
Mustafa İkrami
Mustafa İkrami (21 iyun 1983, Tehran) — azərbaycanlı əsilli İran futbolçusu, mudafiəçi. İkrami 2008-ci ildən Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Banki Milli, İstiqlal, Payam, Şirinfəraz və İstiqlal-i Əhvaz futbol klublarında oynamışdır.
İkramullah Mahsud
İkramullah Mahsud — Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (may 2013 - dekabr 2013). İkramullah Mahsud 1953-cü ilin dekabrın 28-də anadan olub. 1979-cu ildən Pakistanın xarici işlər idarəsində işləməyə başlayıb. 2004-2008-ci illərdə Pakistanın Tacikistandakı, 2008-2012-ci illərdə isə Bəhreyndəki səfiri vəzifəsində çalışıb. Rus və ingilis dillərində sərbəst danışır. Pakistan Xarici İşlər Nazirliyində xüsusi katib vəzifəsində çalışan İkramullah Mahsudun namizədliyi 2013-cü ilin mart ayında təsdiq olunub və o, Azərbaycanda Pakistanın yeni səfiri təyin edilib. Həmin ilin dekabrına kimi bu vəzifədə fəaliyyət göstərib.
İkraməddin Arazov

Digər lüğətlərdə