İLYAS

Musa peyğəmbərin şəriəti ilə hökm vermiş, İsrail oğullarına göndərilmiş peyğəmbərlərindən biri olmuşdur (Quran, 37: 123-130). Musa peyğəmbərdən sonra İsrail oğulları Allahın yolundan, Tövratın qanunlarından yayınaraq bütlərə tapınmağa başlamışdırlar. Buna görə də, Allah onları doğru yola dəvət etmək üçün çoxlu sayda elçilər göndərmişdir. Bu elçilərdən biri də, İlyas peyğəmbər olmuşdur. O, Bəl tanrısına tapınan, onun heykəlini ucaldan bir qəbiləni doğru yola gətirmək istəmiş, ancaq onlar onu dinləməmiş və oradan qovmuşdurlar. Buna görə Allah onları cəzalandırmışdır. Onların yurduna quraqlıq düşmüş, mal-qara tələf olmuş, aclıq başlamışdır. Bu hadisədən sonra o qəbilə İlyası axtarıb tapmış ondan üzr istəyərək onların bağışlanmasını istəmişdirlər. Allah isə onları bağışlayıb hidayət yolunu İlyas peyğəmbərin vasitəsi ilə onlara göstərmişdir. Bundan sonra yenidən yağışlar yağmış, torpaqları məhsul vermiş, həyat normal axarına qayıtmışdır. Ancaq, bir müddət sonra bu xalq yenidən yollarını azaraq bütlərə tapınaraq pozğunçuluq etmişdirlər. Bundan sonra İlyas onlardan uzaqlaşmış bir başqa İsrail qəbiləsinin peyğəmbəri olmuşdur. Onlardan olan Əlyəsə adlı xəstə bir gənci sağaltmış, onu öz tələbəsi etmişdir. O da, İlyasın vəfatından sonra peyğəmbərliklə müjdələnmişdir.
İLHAM
İMAM
OBASTAN VİKİ
İlyas
Xıdır İlyas
Qədim tarixə malik olan və el arasında geniş yayılmış bayramlardan biri də Xıdır İlyas və ya Xıdır Nəbi adlandırılan mərasimdir. Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir. Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur, Xızır peyğəmbərlə eyniləşdirilir. Dədə babadan qaydadır ki, hər il qış yarı olanda Böyük Çilləylə Kiçik Çillə arasında Xıdır bayramı keçirilərdi. Bəzi yerlərdə Xızır Nəbi, bəzi yerlərdə isə Xıdır İlyas adı ilə tanınan bu el bayramı ötən əyyamlarda böyük təmtəraqla qeyd olunardı. Köhnə kişilərin hesabına görə Kiçik Çillənin əvvəlində, indiki vaxtla götürdükdə təqribən fevralın 1-ci ongünlüyü ərzində axşam şər qarışandan sonra uşaqlar, cavanlar bir yerə toplaşar, dəstələnib Xıdır nəğməsi oxuya-oxuya qapıları döyər, Xıdır adına pay yığardılar. Başqa mənbələrdə isə həmin gecənin İkinci Çillənin qurtarmasına 2-5 gün qalmış keçirildiyi bildirilir. Və həmin bu mərasim "Xıdır Nəbi" bayramı adlandırılır.
İlyas Abdullayev
İlyas Kərim oğlu Abdullayev (10 (23) mart 1913, Ağstafa, Qazax qəzası – 30 aprel 1985, Bakı) — dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki. Azərbaycanda tutçuluq elminin əsasını qoyan görkəmli akademik, bioloq, ictimai xadim, eyni zamanda Azərbaycan SSR EA-nın Genetika və Seleksiya İnstitutunun tut bitkisinin genetika və seleksiyası şöbəsinin müdiri, Azərbaycan SSR EA-nın biologiya elmləri bölməsinin akademik katibinin müavini, Azərbaycan SSR kənd təsərrüfatı naziri (1950–1954), Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1954–1958), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1958–1959), SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1958–1962). "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı", SSRİ medalları və SSRİ XTNS-nin qızıl medalları ilə təltif edilmişdir. "Azərbaycan SSR-in Atlası"nın hazırlanması və nəşri üzrə Azərbaycan SSR EA-sı komissiyasının sədri, Azərbaycan Sovet Ensiklopediyası elmi redaksiya şurasının üzvü, Azərbaycan genetiklər və seleksiyaçılar cəmiyyətinin prezidenti, Azərb. SSR EA "Xəbərləri" (biologiya elmləri seriyası) jurnalının redaktor müavini olmuşdur. İlyas Abdullayev 23 mart 1913-cü ildə Qazax qəzasının, Qıraq Kəsəmən kəndində dünyaya gəlmişdir. 1921–1926-cı illərdə Ağstafa beşillik dəmiryolu məktəbində oxuyub. 1926–1930-cu illərdə isə Zaqatala kənd təsərrüfatı texnikumunda təhsilini davam etdirib. 1934-cü ildə Azərbaycan Kənd Təssərüfatı İnstitutunu bitirmiş və eyni zamanda 1932–1934-cü illərdə "İpəkçilik" kafedrasında laborant işləmişdir. 1939-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
İlyas Yalçıntaş
İlyas Yalçıntaş (7 mart 1989, İstanbul) — Türkiyəli musiqiçidir. Bu günə qədər, bir çox mahnıları və albomları olmuşdur.2014-cü ildə sözləri İskəndər Külekçi, bəstəkarı Orçun Karamukun olan İncir mahnısı ilə X Factor Turkiyə yarışmasına qatılmışdır. 2015-ci ildə Behzat Gerçeker & Enbe Orkestri ilə birlikdə bu mahnını yenidən aranjiman edərək Kral Pop və TTNet musiqi hitlərində birinci yerə yüksəlmişdir. 7 mart 1989-cu ildə Ərzincan'da anadan olmuşdur. Orta təhsilini Küçükçekmece İMKB Anadolu Liseyin'də bitirmişdir. Musiqiyə 16 yaşında gitara ifaçısı kimi başlamışdır. Sonrakı illərdə müxtəlif məkanlarda çıxış edərək yaşamını sürdürmüşdür. 2014-cü ildə sözləri İskəndər Külekçi, bəstəkarı Orçun Karamukun olan İncir mahnısı ilə X Factor Turkiyə yarışmasına qatılmışdır. 2015-ci ildə Behzat Gerçeker & Enbe Orkestri ilə birlikdə bu mahnını yenidən aranjiman edərək Kral Pop və TTNet musiqi hitlərində birinci yerə yüksəlmişdir. 2015-ci ildə; İlk sinqlıİncir'i, ikinci sinqlı Olmazsa Olmazımsan'ı və ilk albomu Eşq Adam Seçir'i buraxmışdır.
İlyas (ad)
İlyas — ad.
İlyas (dəqiqləşdirmə)
İlyas — ad.
İlyas Topsakal
İlyas Topsakal (1970, Samsun ili) — alim-professor və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. İlyas Topsakal 1970-ci ildə Samsun ilində anadan olub. Ərciyəs Universiteti İlahiyyat Bölməsindən məzun olub. Mərmərə Universitetində magistr və PhD dərəcələri alıb. İngiltərənin Redinq Universiteti Tarix Bölməsində Rusiya tarixi mövzusunda araşdırmalar aparıb. 2012-ci ildə dosent, 2017-ci ildə isə professor elmi adları alıb. İstanbul Universiteti Ədəbiyyat Bölməsində Kafedra müdiri vəzifəsində çalışıb. 2023-cü ildə MHP namizədi olaraq Samsun ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə, rusca və ərəbcə bilir.
İlyas Adıgözəlli
İlyas Xıdır oğlu Adıgözəlov — jurnalist, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti (1992). İlyas Adıgözəlli, 15 oktyabr 1938-ci ildə Gürcüstan Respublikasının Borçalı (Marneuli) rayonunun Sadaxlı kəndində anadan olmuşdur. Sadaxlı kənd orta məktəbini (1957), Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini (1962) bitirmişdir. Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində(1963–2007-ci illərdə) işləmişdir. Bu illərdə "Araz" radiostansiyasında şöbə müdiri(1964), baş redaktorun müavini(1969), baş redaktor(1990), "Araz" proqramının baş direktoru(1993–1997-ci illərdə), radioda şərhçi (1997–2007-ci illərdə) vəzifələrində çalışmışdır. 2 dəfə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına(1971,1984)və 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adına layiq görülüb 2007-ci ildən təqaüdə çıxsa da Azərbaycan Televiziya və Radio Verilişləri-Qapalı Səhmdar Cəmiyyətində müqavilə üzrə proqramlar hazırlayır. Bakı Avrasiya Universitetində və Bakı Slavyan Universitetində jurnalistika fakültəsi tələbələrinə dərs deyir. Doğulduğu Borçalının Sadaxlı kəndində elektrik dirəklərinə bənd edilmiş balaca radionu eşidən gündən onun sehrinə düşüb. Sonra isə evlərə radio xətləri çəkilərkən ailəsi üçün ilk radioqəbuledicini də özü alıb və mütəmadi olaraq verilişləri dinləyib. Elə jurnalistikaya həvəsi də buradan başlayıb.
İlyas Babayev
İlyas Babayev (ornitoloq)
İlyas Bazna
İlyas Bazna (türk. Elyesa Bazna, alb. Iliaz Bazna), kod-adı Siseron (türk. Çiçero, alb. Ciceron, alm. Cicero‎; d. Priştina, Kosovo vilayəti, Osmanlı imperiyası, 28 iyul 1904 – ö. 21 dekabr 1970, Münhen, AFR) — İkinci Dünya müharibəsi dövründə Nasist Almaniyasına xidmət göstərmiş casus. O vaxtlar Osmanlı imperiyası ərazisində yerləşən Priştina şəhərində anadan olan Bazna 16 yaşında ikən hərbi akademiyaya daxil olmuş, bir fransız hərbi vahidinə qoşulmuşdur. O, avtomobil və silah oğurlarkən tutulmuş və Fransadakı bir iş düşərgəsində həbs edilmişdir.
İlyas Borağanski
İlyas Borağanski (22 aprel 1852, Bağçasaray, Tavriya quberniyası[d] – 1942, Ufa və ya Sterlitamak, Başqırd MSSR) — krım tatar naşiri, maarifçi, türkoloq, 50 il kitab nəşriyyatı işi ilə məşğul olmuşdur. Mədrəsə təhsilini almışdır, orada xəttatlıq sənətini öyrənirdi. On beş yaşında Türkiyəyə getdi. 7 il İstanbulda nəşriyyat işi üzrə təhsil aldı. 1874-cü ildə İstanbul Universitetini bitirdi. Baxçisaraya qayıdaraq şərq mətnlərinin tərcüməsi sifarişlərini yerinə yetirirdi. şüşə və metal üstündə oyma işini görürdü. 1893-cü ildə Sankt-Peterburqda ərəb şrifti və rus, türk, ərəb və fars dillərində çap işləri görən "Şərqi elektro nəşriyyatı" (rus. Восточная электро-печатня) adlı ilk tatar mətbəəsini təşkil etdi. 1898-1908-ci illərdə Sankt-Peterburq Universitetinin Şərq Dilləri fakültəsində osmanlı dilindən mühazirələr keçirdi.
İlyas Bəxşiş
İlyas Temirqaya oğlu Bəxşiş (krımtat. İlyas Bahşış, Ильяс Бахшыш; 23 mart 1913, Simferopol – 25 iyul 2000, Simferopol) — Krım Tatar əsilli SSRİ və Ukrayna bəstəkarı, musiqiçi. Krım Muxtar Sovet Sosialist Respublikasının əməkdar incəsənət xadimi (1940), Özbəkistan SSR əməkdar artisti (1967), Özbəkistan SSR əməkdar müəllimi (1973), Ukraynanın əməkdar incəsənət xadimi (1993), Fəxri Krımlı (2000). İlyas Temirqaya oğlu Bəxşiş 1913-cü il martın 23-də Simferopolda anadan olmuşdur. Simferopol Krım Tatar nümunəvi 9 illik 13 nömrəli məktəbi bitirmişdir. 1920-ci illərin sonunda Moskvada Mühəndislik və Kommunal Təsərrüfatı İnstitutunda və Kazanda təhsil almışdır. 1934-cü ildə Simferopol Musiqi Kollecinə (professor İ. İ. Çernovun sinfi) daxil olmuşdur. Tələbə ikən Krım radiosunda diktor vəzifəsində çalışmışdır. Kolleci bitirdikdən sonra (1937) radio komitəsinin baş musiqi redaktoru təyin edilmişdir. 1937-ci ildə Krım Dövlət Tatar Opera və Balet Teatrını yaratmaq üçün Simferopola gələn bəstəkar L. Knipper ilə əməkdaşlıq əlaqələri qurmuşdur.
İlyas Cabbarov
İlyas Hüseynov
İlyas Hüseyn oğlu Hüseynov (22 sentyabr 1924 – 12 yanvar 2017) — Azərbaycanın görkəmli kontrabas ifaçısı, Azərbaycanda kontrabas ifaçılığı və tədrisinin banilərindən biri. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin solisti, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Professoru. İlyas Hüseynov 1924-cü il sentyabrın 22-də Bakı şəhərində anadan olub. Yeddi yaşından fortepianoda, 10 yaşından piano ilə məşğul olmağa başlayıb. Böyük Vətən müharibəsinin (1941–1945) iştirakçısı olan musiqiçi müharibədən döndükdən sonra musiqi fəaliyyətini davam etdirib. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) M. M. Çudnovskinin sinfində təhsil alan İ. Hüseynov öz müəlliminin ənənələrini davam etdirərək pedaqoqun vəfatından sonra kontrabas sinfinə rəhbərlik etmiş, sonralar konservatoriyanın professoru olub. İstedadı və bacarıqlı ilə seçilən sənətkarın yetişdirdiyi tələbələr həm ifaçı, həm də pedaqoq kimi nəinki Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda böyük şöhrət qazanıb. İ. Hüseynov pedaqoji fəaliyyətlə yanaşı,Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik orkestrində kontrabasçılar qrupunun konsertmeysteri olub, kamera orkestrində fəaliyyət göstərib. O, kontrabas aləti üçün dərslik, metodiki tövsiyələrin müəllifi olmaqla yanaşı, milli musiqi nümunələrinin kontrabas aləti üçün işləmələrini də həyata keçirib. Bunların sırasında "Elegiya — İsrafimzadə", Qara Qarayevin "Yeddi gözəl" baletindən solo, Üzeyir Hacıbəylinin "Gülşən" baletindən rəqs və Azərbaycan bəstəkarlarının simfonik əsərlərindən parçaları qeyd etmək olar.
İlyas Karaöz
İlyas Karaöz (1922, Yatağan[d], Muğla ili – 18 iyun 2018) — Türkiyənin keçmiş kənd təsərrüfatı naziri. Nazir vəzifəsində olduğu müddətdə o, Muğlada məktəblər, universitet, fabriklər açılmasında, yol və körpü salınmasında xüsusi rol oynamışdır. 18 iyun 2018-ci ildə vəfat etmişdir. Muğla Eski Şəhər qəbiristanlığında dəfn ediləcək.
İlyas Mirzəyev
İlyas Mirzəyev — bəstəkar və kino bəstəkarı. İlyas Musa oğlu Mirzəyev 1961-ci il mayın 11-də anadan olub. Bəstəkar Musa Mirzəyevin oğludur. Caz orkestri üçün 2 Pyes: "Blue, Red, Green", "The Flight in the Dreams and Reality" (1990); Fleyta və piano üçün Sonata (1991); 4 trombon üçün "İ. S. Baxın ad gününə kiçik hədiyyə" (1992); Simfonik orkestr və Mexter üçün musiqi (1994); Ney və simfonik orkestr üçün "Mistik simfoniya" (1999); Skripka və piano üçün Sonata "2000-ci il" (2000); Skripka və orkestr üçün Konsert-poema (2000). Caz ansamblı üçün kompozisiyalar (1990 – 2001).
İlyas Niftəliyev
İlyas Nəsirov
İlyas Arzuman oğlu Nəsirov (4 iyul 1985; Beyləqan rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsinin şəhidi. İlyas Nəsirov 1985-ci il iyulun 4-də Beyləqan rayonunun Milabad kəndində anadan olub. Əslən Cəbrayıl rayonu Süleymanlı kəndindəndir. İlyas Nəsirov 2016-cı ilin 2–5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan İlyas Nəsirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İlyas Nəsirov oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Nəsirov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Nəsirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Nəsirov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
İlyas Tapdıq
İlyas Tapdıq (tam adı: İlyas Oruc oğlu Tapdıqov; 30 noyabr 1934, Gədəbəy rayonu – 25 dekabr 2016, Bakı) — Azərbaycan şairi və tərcüməçisi, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1972). İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulmuşdur. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1952–1956). Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlamışdır. Uşaqgəncnəşrdə redaktor (1957–1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962–1968), "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968–1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976–1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978–1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989–1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992–1995) vəzifələrində işləmişdir. 1989-cu ildən Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. "Gənclik" nəşriyyatı redaksiya şurasının üzvü, Azərbaycan komsomolu Şöhrət şurasının üzvü, "Türk əsrində Azərbaycan" jurnalının redaksiya heyətinin üzvü və Azərbaycan təmsilçisi olmuş, bir sıra respublika festival və müsabiqələrində münsiflər heyətinin üzvü olmuşdur. Təşviqat qatarında dəfələrlə rayonlara getmiş, zəhmətkeşlər qarşısında çıxış etmişdir. 60–80-ci illərdə qardaş respublikalarda keçirilən ümumittifaq tədbirlərinə, yubileylərə, uşaq kitabı həftəsinə, müşavirələrə dəvət olunmuşdur. Azərbaycan komsomolunun XXX, XXXI qurultaylarına nümayəndə seçilmişdir.
İlyas Tərxan
İlyas Tərxan — krım tatar dramaturq, "Yaş kuvet" qəzetinin redaktoru, SSRİ Yazıçılar İttifaqının üzvü, 1931-1937-ci illərdə Krım Muxtar Sovet Sosialist Respublikasının Mərkəzi İcraiyyə Komitəsinin sədri. 17 aprel 1938-ci ildə "əksinqilabçı millətçi pantürk təşkilat"ın üzvü olmaqda ittiham edilərək güllələnib. 24 noyabr 1956-cı ildə ölümündən sonra bəraət qazanıb. İlyas Ömər oğlu Tərxan 1900-cü ildə torpaqsız kəndli ailəsində anadan olub. 1913-1917-ci illərdə Kazanda yaşadığı üçün tatar məktəbində təhsil alıb. Bağçasarayda Zəncirli mədrəsədə təhsilini bitirib. 1919-cu ildə Kommunist Partiyasına üzv olub. Krımda "ağlara" qarşı partizan hərəkatında iştirak edib. Daha sonra Türkiyədə yeraltı kommunist hərəkatının iştirakçısı olub. 1920-ci ildə sovet hökuməti tamamilə qurulduqdan sonra onun atası Korbek kəndinin inqilab komitəsinin sədri olur.
İlyas Vəkilov
İlyas Sultan oğlu Vəkilov (20 mart 1905, Çivə, Şərur-Dərələyəz qəzası – 2 iyun 1987, Bakı) — Azərbaycan iqtisadçısı və dövlət xadimi, iqtisad elmləri namizədi, dosent. 1923-cü ildə komsomolun göndərişi ilə təhsil almaq üçün Bakıya gəlmiş, Bakı hərbi məktəbini bitirərək bölük komandiri rütbəsi almışdır (1927). Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığında xüsusi şöbə rəisinin müavini və rəisi işləmişdir (1927–1929). Moskva Kommunist Tərbiyəsi Akademiyasında təhsilini (1929–1931) başa vurduqdan sonra Azərbaycan SSR Dövlət Plan Komitəsi sistemində işləmiş (1931–1935), ixtisısını artırmaq üçün Moskvada Ümumittifaq Plan Akademiyasında təhsilini davam etdirmişdir (1935–1938). Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri olmuş (1938–1949), Bakı Şəhər Soveti plan komissiyasının sədri işləmişdir (1949–1978). İlyas Vəkilov "Oktyabr inqilabı", "Şərəf nişanı" ordenləri, "Qafqazın müdafiəsi uğrunda" medalı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilmişdir. Dəfələrlə Bakı Şəhər Sovetinin deputatı və İcraiyyə Komitəsinin üzvü, Azərbaycan KP Bakı Komitəsinin üzvü seçilmişdir.
İlyas peyğəmbər
İlyas xoca
İlyas xoca (XIV əsr – 1368, Moğolustan) — Moğolustan hakimi, Cığatay xanı, hakimiyyət illəri 1363–1390; Tuğluq Teymur xanın oğlu. Moğolustana qayıdan Tuğluq Teymur xanı Mavəraünnəhrdə onun oğlu İlyas xoca əvəz etdi. Tuğluq Teymur 1363-cü ildə oğlu İlyas xocanı Cığatay xanlığından asılı olan Şərqi Cığatayın xanı etmişdir. İki ay Gərmsirdə qalıb yaralarını sağaldan Əmir Teymur Bəlx dağlarına çəkilib silahdaşlarını başına yığdı. Bu dövrdə onun dəstəsində üç yüzdən artıq döyüşçü var idi. Mavəraünnəhr uğrunda İlyas xocaya qarşı mübarizə aparmaq üçün o yenidən qayını Hüseynlə birləşdi. 365-ci ildə indiki Daşkənd yaxınlığında tarixə Cəngi Loy adı ilə daxil olmuş bir döyüş baş verdi. İlyas xocanın qoşunu ilə Teymur və Hüseynin birləşmiş dəstələri qarşı-qarşıya gəldilər, Döyüşdən qabaq leysan yağışı yağmışdı. Atlar zarıyır, süvarilər müvazinətini itirib palçığa yıxılırdılar. ölümün gözünə dik baxmağa alışmış Teymur irəli atılaraq öz dəstəsini düşmənin içərilərinə doğru aparırdı.
İlyas İsmayıllı
İlyas İsmayılov
İlyas Abbas oğlu İsmayılov (20 mart 1938, Traubenfeld) — Azərbaycan dövlət və ictimai-siyasi xadimi. Azərbaycan SSR Prokuroru və Azərbaycan Respublikasının ədliyyə naziri. Hüquq elmləri doktoru, Professor. Eks-millət vəkili. Ədalət Partiyasının sədri. İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1955-ci ildə A. S Puşkin adına Tovuz şəhər orta məktəbini bitirib.1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1963-cü ildə Leninqrad Dövlət Universitetinin cinayət-hüquq kafedrası üzrə aspiranturaya daxil olub, 1966-cı ildə orada hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1966-cı ildən 1970-ci ilədək Azərbaycan Elmlər Akademiyasının fəlsəfə və Hüquq İnstitutunun kiçik və baş elmi əməkdaşı işləyib, sonra 2 il respublika prokurorunun köməkçisi olub. 1972-ci ildən 1978-ci ilədək Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin təlimatçısı olub.
Ersan İlyasova
Ərsan İlyasova (Əsl adı: Arsen İlyasov; 15 may 1987, Əskişəhər) — Türk Milli Basketbol Komandasının oyunçusudur. Türkiyənin Eskişehir şəhərində dünyaya gələn idmançı, 2003-cü ildə Türkiyə vətəndaşlığına keçirildi. Krımdan Özbəkistana sürgün edilən Krım Tatarı bir ailənin övladıdır. Atası Ənvər İlyasov və anası İraliyə İlyasova Krıma qayıdış yasaqının qalxmasından sonra sürgündən Krıma dönmüşdür. Gənc yaşda qabiliyyəti kəşf edilərək Ülkerspor infrastrukturu tərəfindən yetişdirilməyə başlandı və Türkiyə Vətəndaşlığına keçirildi. Əsl adı Arsen İlyasov olan Ərsan İlyasova 2004–2005 mövsümündə qısa müddətli də olsa Ülkersporda forma geymə şansı qazandıqdan sonra 2005 NBA seçmələrində Milwaukee Bucks tərəfindən otuz altıncı sıradan seçildi. Bir çoxları tərəfindən bir il daha Türkiyə Basketbol Liqasında təcrübə qazanması lazım olduğu şərhi edilmiş olsa da 23 avqust 2005 günü Milwaukee Bucks ilə iki illik müqavilə imzaladı. Ancaq mövsüm başlamadan, təcrübə qazanması məqsədiylə, NBA komandalarının daha çox, gənc oyunçularını yetişdirmək üçün istifadə etdiyi, National Basketball Development League (d-Liqa) komandası Tulsa 66ersə göndərildi. Bu komandada bir mövsümdə oynadığı 46 matçda 12,5 say və 7,0 ribaund ortalamayla oynadı.
Fərid İlyasov
II İlyas xəlifə
II İlyas xəlifə (?-1611) — Toxmaqlı oymağının məşhur simalarından biri. Dizmar mahalının hakimi və xəlifəsi. I Şəmsəddin xəlifənin oğlu, Bürhanəddin xəlifənin atası. Dizmar mahalının Duzal kəndində doğulub. Mədrəsə təhsili alıb. 1585-ci ildə Qızılbaş ordusunun tərkibində Osmanlılara qarşı savaşda iştirak edib. Bu haqda Osmanlı dövlətinin şəşhur sənədlər məcmuəsi olan "Mühimmə"də yazı var ("Mühimmə", LXIII, 59). 1606-cı ildə Şah Abbas Qaradağda olarkən Duzal kəndində II İlyas xəlifənin qonağı olmuşdu. Şaha qoşulub Ordubada gedib, daha sonra Urmiya səfərində iştirak edib. Urmiya yörəsindəki Dumdum qalasını kürdlərin Mükri əşirəti möhkəmləndirib qızılbaşlara asi olmuşdu.
I İlyas xəlifə
I İlyas xəlifə – Səfəvilər dövlətinin və Qızılbaşlar məmləkətinin qurucularından biri == Haqqında == I İlyas xəlifə Sivas vilayətində anadan olmuşdu. Mükəmməl savad almışdı. 1500-ci ildə başçılıq etdiyi Toxmaqlı oymağı ilə gəlib I Şah İsmayıla qoşulmuşdu. Hələ şahlıq taxtına əyləşməmiş İsmayıl İlyas xəlifəyə bol vədlər vermişdi. I İlyas xəlifə Səfəvilər dövlətinin və Qızılbaşlar məmləkətinin qurucularından biridir. I İlyas xəlifə I Şah İsmayılın vəfatından sonra I Şah Təhmasibə xidmət etmişdi və Qaradağda məskunlaşmışdı. I İlyas xəlifənin I Şəmsəddin xəlifə adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008.
Mahmud İbn İlyas
Mahmud İbn İlyas (Təbriz) — Məşhur Azərbaycan təbiblərindəndir. == Həyatı == XIV əsrdə Təbrizdə anadan olmuşdu, sonralar Şiraza köçmüş və uzun müddət orada işləmişdi. Tibb üzrə fundamеntal "Kitabül-havi fi еlmül-mədavi" ("Tibb еlmini tam əhatə еdən kitab") əsərinin və başqa qiymətli kitabların müəllifidir. Minlərcə dərman bitkilərini və başqa təbii müalicə vasitələrini və müxtəlif müalicə üsullarını təsvir еtmişdi. Bu alim İranda və başqa Şərq ölkələrində böyük şöhrət qazanmışdı.
Müqəddəs İlyas monastırı
Müqəddəs İlyas monastırı (süry. ܕܝܪܐ ܕܡܪܝ ܐܝܠܝܐ, ərəb. دير مار إيليا‎) - Mosul şəhərindən şimalda yerləşən qədim xristian monastırıdır. İraq ərazisindəki ən qədim xristian monastırı olmaqla, VI əsrə aiddir. Monastırın əsası 595-ci ildə, əvvəl Hiyrədə, daha sonra isə Türkiyə ərazisindəki Ezla dağlarındakı böyük monastırda təhsil almış assur rahibi Mar Elia tərəfindən qoyulmuşdur. Monastır daha sonra kəldani xristianlar tərəfindən istifadə olunmuşdur. Min illər boyu bölgədə xristianlığın əsas mərkəzi olmuş monastır, hər il noyabrın son çərşənbə günü Mar Elia bayramını qeyd etmək üçün hər yerdən bu əraziyə gələn ziyarətçiləri qəbul etmişdir. XVII əsrdə monastır Hörmüzd Alquşnaya tərəfindən yenilənmişdir. 1743-cü ildə Nadir şah Əfşarın göstərişi ilə monastır ləğv edilmiş, burada yaşayan rahiblər isə öldürülmüşdür. XX əsrin əvvəllərinə kimi monastırın xarabalıqları saxlanılmış, həmin dövrdə isə bəzi otaqlar və zallar bərpa edilmişdir.
Müseyib İlyasov
Müseyib İlyasov (1884, Oğuldərə, Laçın rayonu – 1944, Karaqanda vilayəti) — Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan darülmüəlliminin ilk təşkilatçı və müdiri. Müseyib İbrahim oğlu İlyasov 1884-cü ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olmuşdur. M. İlyasov Minkənd kəndində olan Rus-Tatar məktəbində təhsil almağa başlamış sonra isə Şuşa şəhərində təhsilini davam etdirmişdir. Burda təhsilini tamamladıqdan sonra Qori Müəllimlər Seminariyasına daxil olmuş 1912-ci ildə Seminariyanı bitirmişdir. Şəxsiyyətə pərəstiş dövrünün acı havası xalqımızın minlərlə zəkalı və istedadlı oğullar kimi, maarif fədaisi olan Müseyib İlyasovu da ədalətsizlik məngənəsinə salmışdır. O, 1941-ci ilin sentyabr ayında cinayətkarcasına təşkil edilmiş saxta ittiham əsasında həbs edilmiş, cinayəti sübut olunmasada, 8 il həbs cəzası ilə azadlıqdan məhrum edilmişdir. 1944-cü idə 60 yaşında Karakanda şəhərində həbsdə vəfat etmişdir. 1956-cı ildə onun cinayət işində heç bir cinayət tərkibi olmadığı aşkar edilmiş və Müseyib İlyasova ölümündən sonra bəraət verilmişdir. Müseyib İlyasov Seyid Əzim Şirvaninin nəvəsi olam Mir Fazilin müdir olduğu məktəbə müllim təyin edilmiş və 1920-ci ilədək Bakıda,Qubada məktəbdə işləmişdir. 1920-ci ildə Şuşa şəhərində açılan Müəllimlər Seminariyasının dərilmüllimin yaradıcılarından olmuş və 1925-ci ilədə Seminariyanın direktoru olmuşdur.
Qara İlyasov
İlyasov Qara İlyas oğlu (1884, Teymur Müskənli, Qubadlı rayonu – 1928, Ağdam, Ağdam qəzası) — çekist, ictimai xadim. Qara İlyasov 1884-cü ildə Zəngəzur qəzasının Teymur Müskənli kəndində kəndli ailəsində anadan olub. Onun əsl adı İbrahim idi. Bəyin İbrahim adlı oğlu atdan yıxılıb öləndən sonra bəy İlyas kişini yanına cağırmış və ondan oğlunun adını dəyişməsini istəmişdir. Çünki hər dəfə İbrahim adı çəkiləndə bəy öz oğlunu xatırlayırmış. Buna görə də o, İlyas kişini oğlunun adını "Qara" qoymağa məcbur edir. Atası vəfat edəndən sonra Qara anası ilə Şuşaya gəlir. Şuşada rus-tatar məktəbində təhsil alır. Anası rəhmətə gedəndən sonra Bakıya köçür, neft mədənlərində işləyir. Sonra Zəngəzura geri qayıdır və orada meşəbəyi kimi fəaliyyət göstərir.
Rauf Əliyev (İlyas oğlu)
Rəsul İlyasov
Rəşad İlyasov
Rəşad İlyasov (1 noyabr 1974, Bakı) — Azərbaycan musiqiçisi, Azərbaycanın əməkdar artisti (2018). Rəşad İlyasov 1974-cü il noyabrın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildən 20 nömrəli orta məktəbdə təhsil almağa başlayıb. Valideynləri musiqiçi olmasa da (atası İlyasov Mirzə Rüstəm oğlu — mühəndis, anası Eyvazova Zərifə Alxas qızı Azərbaycan Dövlət Teleradio şirkətində jurnalist kimi çalışıblar), Rəşadda hələ uşaqlıqdan musiqiyə böyük həvəs olub. Belə bir həvəsin əsas səbəblərindən biri də Rəşadın gözünü açandan daima ətrafında sənətçiləri görməsi olub. Onun xalası — Şəfiqə Eyvazova Azərbaycanın xalq artisti, kaman ustası, dayısı Yasəf Eyvazov isə ud ifaçısıdır. Beləliklə Rəşad orta məktəbdə oxumaqla bərabər 16 nömrəli musiqi məktəbinin fortepiano sinfində təhsil almağa başlayıb. Lakin 1990-cı ildən gənc musiqiçi yeni seçim edir: o, kanon alətində ifa etməyə başlayır. Artıq 90-cı illərdən Rəşad Zeynəb Xanlarova, Nisə Qasımova kimi sənətçilərlə çalışmaşa başlayır. O, "Ümid" ansamblının üzvü olur.
Stanislav İlyasov
İlyasov Stanislav Valentinoviç (d.1953) — V. V. Putinin prezidentliyinin birinci müddətində, Nazirlər Kabinetinə M. M. Kasyanovun rəhbərliyi dövründə, 06.11.2002-ci ildən 09.03 2004-cü ilə qədər Çeçen Respublikasının sosial-iqtisadi inkişafı üzrə icra hakimiyyəti federal idarələri koordinasiya naziri. Dağıstan MSSR də Qızılyar şəhərində anadan olub. Ali təhsilini Leninqrad Elektrotexnika-İnstitutunda elektrik rabitəsi mütəxəssisi ixtisası üzrə alıb (1980). Texniki elmlər doktorudur. Rusiya EA-nın müxbir üzvüdür. 1972–1975-ci illərdə Sovet ordusu sıralarında xidmət edib. 1975-ci ildən Qızılyar paylayıcı elektrik şəbəkələrinin ustası, baş ustası, Zaterecni elektroşəbəkələr müəssisəsinin müdir müavini, "Elektronadzor"un Qızılyar şöbəsinin rəisi, daha sonra Qızılyar şəhər icra hakimiyyətinin sədri olub.1988-1990-ci illərdə "Spese-nerqoremont", Mahaçqalada "Daqenerqo", Pyatiqorskda "Cənub sistemlərarası sistemi" ixtisaslaşdırılmış Təmir İdarəsinin direktoru olub. 1994–1997-ci illərdə "YES Rossiya" Rusiya Səhmdar Cəmiyyətinin Şimali Qafqaz enerji sisteminin baş direktor müavini, baş direktoru olub. 1995-ci ildə RF Dövlət Dumasının ikinci çağırışında irəli sürdüyü namizədliyi uğursuzluqla nəticələnir. 1997-ci ilin may-avqustunda "YES Rossiya" Rusiya Səhmdar Cəmiyyətinin sədr müavini, "Enerqoperetok" Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru olub.
Səbinə İlyasova
Səbinə Babaverdi qızı İlyasova — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti 2012.İfa etdiyi mahnıların lent yazıları AzTV-nin Qızıl fondunda qorunub saxlanılır. İlyasova Səbinə Babaverdi qızı 1959-cu il 12 oktyabrda Azərbaycan Respublikası Siyəzən şəhərində ziyalı ailəsində anadan olub. Respublikamızın bütün füsunkar guşələrində qastrol səfərlərində olmuş, hərbi hissələrdə, didərgin düşmüş soydaşlarımızın məskunlaşdığı bölgələrdə, bu cəhətdən uşaq evlərində geniş konsert proqramları ilə iştirak etmişdir. 1986-cı ildə ailə qurmuş və 1 övladı var. 1979–1984-cü ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin "Muğam" sinifini bitirmişdir. Muğam dərslərini əməkdar müəllim, ustad xanəndə Nəriman Əliyevdən almışdır. 1982–1989-cu ilə qədər dünya şöhrətli müğənni, görkəmli sənətkar Rəşid Behbudovun dəvəti ilə Azərbaycan Dövlət mahnı teatrında çalışmışdır. 1980–1991-ci illərdə mərhum sənətkar Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan ulduzu" instrumental ansamblında fəaliyyət göstərmişdir. 1989–2006-cı illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti olaraq Azərbaycanın milli musiqisini dünyanın müxtəlif ölkələrində ((Almaniya, Türkiyə, Ruminiya, Belçika, Hollandiya, Rusiya, İsveç və s.) uğurla təmsil etmişdir. 1979-cu ildə "Oxu Tar" Respublika müsabiqəsinin qalibi kimi birinci dərəcəli diploma layiq görülmüşdür.
Teymur İlyaslı
İlyaslı Teymur Məmməd oğlu (10 oktyabr 1948, Borçalı mahalı) — kimya elmləri doktoru. 1948-ci il oktyabr ayının 10-da Gürcüstan respublıkasının Borcalı mahalınında anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirib ADPU-nun kimya fakultəsinə qəbul olmuş, 1970-ci ildə oranı bitirib Dəvəci rayonunda müəllim işləmişdir. 1979-cu ildə namizədlik, 1992- ci ildə doktorluq dərəcəsi almışdır. Disertasiya mövzusu:”Arsen xalkogenidləri əsasında yeni şüşəvari və kristallik materiallarının sintezinin nəzəri əsaslarının işlənməsi” olmuşdur. 1966-1970,tələbə, Azərbaycan Döblət Pedaqoji Universiteti 1972-1979, aspirant, Kimya Problemləri İnstitutu, AMEA. 1979, k.e.n., «Arsen və qallium xalkogenidləri qarşılıqlı təsiri », Kimya Problemləri İnstitutu, AMEA. 1992, k.e.d.,«Arsen xalkogenidləri əsasında yeni şüşəvari və kristallik materiallarının sintezinin nəzəri əsaslarının işlənməsi» «Ümumi və Qeyri-üzvi kimya» kafedrası, BDU. 1972 -1982, elmi işçi, Azərbaycan Milli Elmlər Akademiyası Ümumi kimya, Qeyri-üzvi kimya, Fiziki-kimyəvi analiz, Yarımkeciricilər kimyası, Qeyri-üzvi biokimya 1988- 1992, ETL müdiri, Ümumi və Qeyri-üzvi kimya, Bakı Dövlət Universiteti 1993, professor, Ümumi və Qeyri-üzvi kimya, Bakı Dövlət Universiteti 1988-2008, baş elmi işçi, Ümumi və Qeyri-üzvi kimya, Bakı Dövlət Universiteti 2005, kafedra müdiri əvəzi, Ümumi və Qeyri-üzvi kimya, Bakı Dövlət Universiteti 350-dən çox elmi əsər 250-dən çox elmi məqalə 13 kitab 8 müəlliflik şəhadətnaməsi 5 patent 4 elmlər namizədi Hal-hazırda Bakı Dövlət Universitetinin Elmi Şurasının elmi katibidir. Ümumi və qeyri-üzvi kimya kafedrasının professoru və kafedra müdiri vəzifəsində çalışır Qeryi-üzvi materialşünaslıq, Fiziki-kimyəvi analiz, çox komponentli sistemlərin tədqiqi, şüşəvari maddələrin tədqiqi. Beynəlxalq seminar. Light in Nano-Size Solids, Baku, 2004 Beynəlxalq konfrans “Bərk çisimlər kimyası və funksional materiallar– 2008” Ekaterinburg, 21-24 oktyabr 2008 R.F.Abbasova, T.M.Ilyasli, F.I.Rustamli. Raman spectroscopic study of As2Se3-based glasses.
İmir İlyas oğlu Əliyev
Əliyev Özbək Misirxan oğlu — kimyaçı, kimya elmləri doktoru, professor. Özbək Əliyev 25 mart 1941-ci ildə Yardımlı rayonunun Kürəkçi kəndində anadan olmuşdur. O, 1959-cu ildə Kürəkçi orta məktəbini bitirdikdən sonra, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsində təhsil almışdır. Özbək Əliyev İnstitutu fərqlənmə diplomu ilə bitirmiş, 1964-1965-ci illərdə Ordu sıralarında xidmət keçmiş və 1965-1968-ci illərdə Quba rayonunda kimya-biologiya müəllimi işləmişdir. 1968-1971-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (indiki AMEA) Qeyri-üzvi və Fiziki-kimya (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya) İnstitutunun əyani aspiranturasında oxumuşdur. O, Bakıda 1972-ci ilə 02.00.01-“Qeyri-üzvi kimya” ixtisası üzrə “Cu3LnX3 (Ln-lantanoid, X-S,Se,Te) tipli yarımkeçirici birləşmələrin sintezi və tədqiqi” mövzusunda namizədlik, 1986-cı ildə isə SSRİ EA-nın Ural bölməsinin Bərk Cisimlərin kimyası İnstitutunda “Yb3S4 və Y5S7 quruluş tipləri əsasında nadir torpaq elementlərinin üçlü yarımkeçirici birləşmələrinin alınmasının fiziki-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Özbək Əliyev 1972-1986-cı illərdə AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi işçi, böyük elmi işçi, 1987-2000-ci illərdə əvvəlcə “Xüsusi təmiz maddələr” sonra isə “Nadir elementlərin kimyası” laboratoriyasının müdiri işləmişdir. 1991-ci ildə professor elmi adının almışdır. 2000-2005-ci illərdə ADPU-nun “Ümumi kimya və KTM” kafedrasının professoru, 2005-ci ildən hal-hazıra kimi AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş elmi işçisidir. Professor Özbək Əliyev məqsədli sintezin əsaslarını təşkil edən mürəkkəb tərkibli yarımkeçirici birləşmələrin proqnozu və reallaşdırılmasının praktiki aspektlərinin əsaslarını hazırlayan mütəxəssisdir.
Şükür İlyasov
İlyas Həsənov (geoloq)
İlyas Saleh oğlu Həsənov(1927, Goranboy, Xan­qərvənd kəndi - 2002, Bakı) ― geologiya-minerologiya elmləri doktoru (1990), Əməkdar geoloq (1991), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001), Ekoenergetika Akademiyasının həqiqi üzvü (1997). İlyas Həsənov 1927-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub. O, 1952-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsini Mühəndis-geoloq ixtisası üzrə bitirib. İlyas Həsənov əmək fəaliyyətinə Kompleks Elmi Tədqiqat Dəniz Geofi­ziki Eks­pe­di­siyasında geoloq olaraq başlayıb. Daha sonra neftçıxarma üzrə Azərbay­can Elmi Tədqiqat İnstitutunda geofiziki dəstə rəisi, şöbə müdirinin müavini olub. 1965-ci ildən Ümumittifaq Elmi Tədqiqat Geofizika İnstitutunun Azər­baycan fili­alında baş geoloq, laboratoriya müdiri vəzifələrini icra edib. 1988-ci ildən Azər­bay­can Elmi Tədqiqat Geofizika İnstitutunda Kompleks geofiziki-geoloji tədqiqat­lar laboratoriyasının müdiri olub. İlyas Həsənov 1966-cı ildə fəlsəfə doktoru, 1990-cı ildə geologiya-minerologiya üzrə elmlər doktoru elmi dərəcələrini alıb. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Pedaqoji fəaliyyətlə məşğul olan İlyas Həsənov Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Fiziki coğrafiya kafedrasında geofizika fənni üzrə 6 ildən artıq mühazirələr oxuyub.
İlyasköy (Çiftlikköy)
İlyasköy — Türkiyənin Yalova vilayətinin Çiftlikköy rayonunda kənd. == Tarixi == Kənddə e.ə. 500-ci ilə aid olduğu düşünülən stela və XV əsrə aid məscid var.

Digər lüğətlərdə