Fərid İbad oğlu İlyasov (20 iyul 1999 – 30 oktyabr 2020, Dağlıq Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Fərid İlyasov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 iyul 1999(1999-07-20) |
Vəfat tarixi | 30 oktyabr 2020(2020-10-30) (21 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Döyüşlər | |
Təltifləri | 2022 2020 2020 2020 |
Fərid İlyasov 20 iyul 1999-cu ildə doğulub.[1] Əslən Laçın rayonunun Hacılar kəndindəndir.
2006-cı ildə Laçın rayon Sadınlar kənd tam orta məktəbin 1-ci sinfinə gedib və 2010-cu ildə təhsilini Binəqədi rayonunun 28 May qəsəbəsində yerləşən 306 saylı tam orta məktəbdə davam etdirib. Orta təhsilini 2016-cı ildə bitirən Fərid 2017-ci ilin iyulunda Laçın Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.
Beyləqan ərazisində yerləşən "N"saylı hərbi hissəsində əsgər olub və 2018-ci ilin yanvarında hərbi xidmətini başa vurub. Fərid hərbi xidmətdən döndükdən sonra saç ustası işləyirdi.
Naxçıvan Xüsusi Təyinatlı Dəstədə xidmətə başlayan Fərid 2 ildən çox idi ki xidmət edirdi.
2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsinin 12-ci günündə Naxçıvandan Qarabağa döyüşə aparırlar.
F.İlyasov 2020-ci il oktyabrın 30-da şəhidlik zirvəsinə ucaldı.
Fərid xüsusi təyinatlılarda xidmət etdiyi müddətdə fəxri fərmanlar və fərqləndirmələrlə təltif olunmuşdu.