ingiliscə

zərf. en anglais, anglais ; ~ danışmaq parler anglais ; ~ yazmaq écrire en anglais

ingilis
ingilisləşmək
OBASTAN VİKİ
İngiliscə
İngilis dili (ing. English, English language) — Hind-Avropa dillərinin german dillərinə aiddir. Doğma dil kimi 373 milyon insan tərəfindən istifadə olunur. İkinci dil kimi 1.08 milyard insan danışır (2022). BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilislərin təbii dili, İngiltərənin, faktiki Böyük Britaniyanın, ABŞ (31 ştatının rəsmi dili), İrlandiyanın, Kanadanın və Maltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dili. O, Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilib. Linqvistikada ingilis dilində danışanları anqlofon adlanırlar, Kanadada bu termin siyasi mənada işlədilir. Dildə qrammatik mənanı analitik formada ifadə etmək üstünlük təşkil edir. Dillərin analitik tipinə aiddir.
İngiliscə Vikipediya
İngiliscə Vikipediya (ing. English Wikipedia) — Vikipediyanın ingilis dilində olan bölməsidir. Bu günə qədər 6.845.453 məqalə yaradılıb. 18 yanvar 2012-ci il tarixində sayta giriş ABŞ Konqresində müzakirədə olan yeni qanun layihəsinə qarşı etiraz əlaməti olaraq 24 saat müddətinə bağlanılmışdır. Bu barədə saytda aşağıdakı məzmunda müraciət yerləşdirilmişdir: "Son on il ərzində bəşəriyyətin tarixində ən böyük ensiklopediyanın yaradılmasına milyonlarla saat xərclədik. İndi ABŞ Konqresi azad və açıq internetə ciddi zərbə vura biləcək qanun layihəsinə baxır. Buna diqqəti cəlb etmək üçün, 24 saatlığa Vikipediya veb-saytını bağlayırıq".
Oksford İngiliscə Lüğəti
İngilis dilinin Oksford lüğəti (ing. Oxford English Dictionary, OED), Оksford lüğəti, Böyük Oksford lüğəti — ingilis dilinin dünyada ən məşhur və ən geniş akademik lüğəti "Oxford University Press" nəşrlər evi tərəfindən nəşr edilir. 2005-ci il nəşri 301 100 məqaləni əhatə edir (350 milyon çap işarəsi). Lüğət qeyri-rəsmi şəkildə "Mürre lüğəti kimi tanınır (Murray’s) (ilk baş redaktor — Ceyms Mürrenin adı ilə). Oxford English Dictionary (OED) ingilis dilinin ən geniş və nüfuzlu lüğətlərindən biridir. Bu lüğət ingilis dilinin sözlərini, onların mənalarını, mənşəyini və zaman içində necə dəyişdiklərini izah edir. OED ingilis dilinin tarixini əhatə edən geniş məlumatlar təqdim edir və təkcə müasir ingilis dili deyil, həm də tarixi mətnlərdə rast gəlinən arxaik sözlər və ifadələr haqqında da məlumat verir. OED-nin əsas xüsusiyyətləri 1. Mənaların geniş təsviri: Hər bir sözün müxtəlif mənalarını və bu mənaların zaman içində necə dəyişdiyini izah edir. 2. Etimologiya: Sözlərin mənşəyini və tarixi inkişafını ətraflı şəkildə təsvir edir. 3. İstifadə nümunələri: Hər bir söz üçün tarixi və müasir mətnlərdən alınmış çoxsaylı nümunələr təqdim edir.
Drakula (film, 1931, İngiliscə versiya)
"Drakula" (ing. Dracula) — 1931-ci ildə istehsal olunmuş ABŞ filmidir.
Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət
Amerika ingiliscəsi
Amerika ingiliscəsi — əsasən ABŞ-də istifadə olunan bir sıra ingilis dilinin dialektləri.Təxminən dünyada ingiliscə anadilləri olan şəxslərin üçdə ikisi Amerika Birləşmiş Ştatlarında yaşayır.
Amerikan ingiliscəsi
Amerika ingiliscəsi — əsasən ABŞ-də istifadə olunan bir sıra ingilis dilinin dialektləri.Təxminən dünyada ingiliscə anadilləri olan şəxslərin üçdə ikisi Amerika Birləşmiş Ştatlarında yaşayır.
Avstraliya ingiliscəsi
Avstraliya ingiliscəsi(AusE, AuE, AusEng, en-AU) İngilis dilinin əsas növüdür və Avstraliya boyunca istifadə olunur.
Britaniya ingiliscəsi
İngilis dilinin Britaniya variantı (və ya BrEn, BrE, BE, en-UK or en-GB) Birləşmiş Krallıqda istifadə olan ingilis dilini başqa yerlədə istifadə edilən formalarından ayırmaq üçün istifadə olunan geniş termin. == İstinadlar == == Mənbə == Peters, Pam (2004). The Cambridge Guide to English Usage. Cambridge: Cambridge University Press.
Kanada ingiliscəsi
Kanada ingiliscəsi (CanE, CE, en-CA) — Kanadada danışılan ingilis dili növü. İngilis dili Kanadalıların təxminən 24 milyonunun ilk dili və ya "ana dili"dir (77%) və 28 milyondan çox şəxs (86%) bu dili mükəmməl bilir. Kvebek xaricində olan Kanadalıların 82% yerli olaraq ingilis dilində danışırlar, lakin Kvebek daxilində bu rəqəm yalnız 7,7%-ə düşüb və əksər sakinlərin ana dili Kvebek fransızcasıdır.
Yeni Zelandiya ingiliscəsi
Yeni Zelandiya ingiliscəsi (NZE, en-NZ) Yeni Zelandiyada danışılan İngilis dili dialektidir.

Digər lüğətlərdə