İrak

coğ. Iraq ; Irak m

iradsız
iraq
OBASTAN VİKİ
İrak
İraq (ərəb. العراق; kürd. عێراق) və ya rəsmi adı ilə İraq Respublikası (ərəb. جمهوریة العراق; kürd. کۆماری عێراق) — Qərbi Asiyada dövlət. İraq Yaxın Şərqdə dünyanın ən qədim mədəniyyətlərinin beşiyi olmuş Aşağı Mesopotamiya bölgəsində yerləşir. Şimalda Türkiyə, şərqdə İran, cənub-şərqdə Küveyt, cənubda Səudiyyə Ərəbistanı, cənub-qərbdə İordaniya, qərbdə isə Suriya ilə həmsərhəddir. Ölkənin cənub-şərqdə Fars körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Bağdad, ümumi sahəsi 438,317 kvadrat kilometr, əhalisinin sayı 40 milyon nəfərdən çoxdur. Digər böyük şəhərləri Mosul, Kərbəla, Nəcəf və Ərbildir.
Billi-Skott İrakose
Billi-Skott İrakose (30 oktyabr 1996, Bujumbura) — Burundili üzgüçü. Billi-Skott İrakose Burundini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Billi-Skott İrakose birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 26.36 saniyəlik nəticəsi ilə 66-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
II İrakli
II İrakli (gürc. ერეკლე II; 7 (18) noyabr 1720, Telavi – 11 yanvar 1798, Telavi) — Gürcüstan dövlət xadimi, diplomat; 1744-cü ildən Kaxeti, 1762-ci ildən Kartli çarı. 11 yanvar 1798-ci ildə vəfat etmişdir. == İlkin həyatı == 7 noyabr, 1720-ci ildə Telavidə çar II Teymuraz və Kartli çarı VI Vaxtanqın qızı Tamarın böyük oğlu olaraq dünyaya gəldi. Gəncliyi müharibələrə şahidliklə keçən şahzadə 1737-1739-cu illərdə Hindistanda Nadir şahla birgə döyüşmüşdü. 1747-ci ildə Kartli şahzadəsi Arçilin üsyanını yatırdı. Nadir onun şücaətindən təsirlənərək İraklini Kaxetiya çarı, Teymurazı isə Kartli çarı kimi tanıdı, bacısı Kotevanı isə Adil şahla evləndirdi. Nadir şahın öldürülməsindən sonra ata-oğul müstəqilliklərini elan etdilər. == Hakimiyyəti == 1752-ci ildə II Teymuraz və İrakli Rusiyaya səfirlər göndərdilər ki, onlara 3000 rus əsgəri versinlər ki, İranı ələ keçirsinlər. Rusiya hökuməti isə bu təklifə məhəl qoymadı.
II İrakli meydanı (Tbilisi)
II İrakli meydanı (gürc. ერეკლე II-ს მოედანი) — Tbilisinin tarixi rayonu Qədim şəhərdə yerləşən meydan. II İrakli, Çaxruxadze, Şavteli ilə kəsişir. == Tarixi == Yuxarı (Zemo) meydan kimi adlandırılırdı. Çar Rostom öz iqametgahını buraya köçürdükdən sonra (XVII əsr), meydan Çarlı deyə adlandırıldı. 1801-ci ildə Gürcüstanın Rusiyaya birləşməsi zamanı meydanda qubernator sarayları tikilməyə başlamışdır. XIX əsrin dördüncü rübündən burada iyerarxların iqamətgahı yerləşirdi və meydan Ekzaşer adlandırıldı. 1956–1957-ci illərdə arxeoloji qazıntılar zamanı burada V əsrə aid qədim mədəni təbəqə tapmışdılar. == Ədəbiyyat == Иоселиани П. И., Описание древностей города Тифлиса, Тфл., 1866 გარეგანი სახე XVIII საუკუნეში, თბ., 1965; ბერიძე თ., ქსე, ტ. 4, გვ.
II İrakli parkı (Tbilisi)
II İrakli parkı — Tbilisinin tarixi rayonu Qədim şəhərdə yerləşən, II İrakli küçəsi və Şavteli küçəsi ilə sərhədlənən park. Şəhərin görməli yerlərindən biri. == Tarixi == Çar Rostomun sarayının bağı kimi hesab edilir. Sarayın özü 1795-ci ildə farslar tərəfindən dağıdılmışdır. Bağ Salakbo ("söhbət otağı") adını daşıyırdı, çünki şəhər əhalisi xüsusi adamlar tərəfindən dəstəklənən xəbərləri burada öyrənirdilər. == Görməli yerləri == Fontan — Paris şəhərindən Tbilisiyə hədiyyə olunmuşdur. 1993-cü ildə Karlo İnasaridzenin (1919—2007) təşəbbüsü ilə təsis edilmişdir.
I İrakli
I İrakli (lat. Flavius Heraclius Augustus; təq. 575[…], Kappadokiya, Mərkəzi Anadolu regionu – 11 fevral 641, Konstantinopol) — 5 oktyabr 610 – 11 fevral 641 illərdə hökmranlıq etmiş, 100 illik İraklilər sülaləsinin əsasını qoymuş Bizans imperatoru. Onun hökmranlığı ilə Bizans imperiyasının tarixində yeni dövrü başlanmış olur. I İrakli V əsrdə Suriyada məşhur olan ailədən çıxmışdır. Onun eyni ada malik atası Sananid imperiyasına qarşı müharibədə sərkərdə və Karfaqo eksarxı olmuşdur. I İrakli atasının dəstəsilə Konstantinopola daxil olaraq imperator Fokanı devirərək 5 oktyabr 610 ildə imperator taxtına oturmuş olur.
I İrakli Baqrationi
I İrakli və ya Nəzər Əli xan — müəyyən fasilələrlə Kaxeti və Kartli çarı olmuş gürcü hökmdarı. 1642-ci ildə anadan olmuşdur. Atası çar I Teymurazın 3-cü oğlu David, anası Diasamidze ailəsindən Yelena Diasamidze idi. İrakli İslamı qəbul etmişdi. Nəzər Əli xan kimi tanınırdı. == Gəncliyi == 1648-ci ildə atasının ölümündən sonra Rusiyaya aparılmış, orda böyümüşdü. 1662-ci ildə Kaxeti çarı olmaq üçün geri qayıtmışdı. == Taxt uğrunda mübarizə == İrakli Kaxetiyanı ələ keçirməyə təşəbbüs göstərsə də, Şahnəvaz xan tərəfindən geri oturduldu. Darmadağın olunmuş İrakli Torqa qalasında gizləndi. İraklinin anasının aman istəyəni nəzərə alan Şahnəvaz xan 1664-cü ildə Torqa qalasını tutsa da İrakliyə toxunmadı.
Karel İrakoze
İrakli Abaşidze
Abaşidze İrakli Vissarionoviç (10 (23) noyabr 1909, Xoni, Kutaisi quberniyası, Rusiya imperiyası – 14 yanvar 1992, Tbilisi) — gürcü şairi, Gürcüstan SSR Elmlər Akademiyasının akademiki (1960), Gürcüstan SSR Dövlət mükafatı Laureatı (1966), Beynəlxalq Nehru mükafatı laureatı (1966), Sosialist Əməyi Qəhrəmanı (1979).. İrakli Abaşidzenin əsərləri 1928-ci ildən dövrü mətbuatda nəşr olunmağa başlamışdır. O, 1931-ci ildə Tbilisi Universitetinin filologiya fakultəsini bitirmişdir və 3 il sonra SSRİ Yazıçılar İttifaqının I qurultayında iştirak etmişdir. O, lavrenti Beriyanın əleyhinə şeir yazdığına görə qısa müddət Stalin repressiyasına məruz qalmış, İslah əmək düşərgəsinə göndərilmişdir. İrakli Abaşidze 1939-cu ildə Ümumrusiya Kommunist (bolşeviklər) Partiyasının üzvü olmuşdur. İrakli Abaşidze Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur və müharibə illərində hərbi-vətənpərvərlik mövzusunda bir sıra şeirlər yaratmışdır. O, sonralar "Mnatobi" jurnalının baş redaktoru (1946–1953), Gürcüstan Yazıçılar İttifaqı Rəyasət Heyətinin sədri (1953–1967), Gürcüstan SSR Ali Sovetinin sədri (1971–1990), Gürcüstan Sovet Ensiklopediyasının baş redaktoru (c. 1–12, 1975–1987) olmuşdur. 1960-cı ildə ona Gürcüstan Elmlər Akademiyasının akademiki adı verilmişdir. O, həmçinin 1958-ci ildə Amerika Birləşmiş Ştatlarının Livana təcavüzünə qarşı SSRİ-nin kommunist rəhbərliyinin ABŞ və İngiltərə əleyhinə təbliğatının fəal iştirakçısı olmuş və sonralar Xruşovun və Brejnevin səlahiyyətli nümayəndəsi kimi tez-tez həmin ölkərin rəhbərləri ilə aparılan danışıqların iştirakçısı olmuşdur.
İrakli Alasaniya
İrakli Alasaniya (gürc. : ირაკლი ალასანია; 21 dekabr 1973, Batumi) 2012-ci ildən 2014 -cü ilə qədər Gürcüstanın müdafiə naziri vəzifəsində çalışan gürcü siyasətçi, əsgər və keçmiş diplomatdır. 11 sentyabr 2006 -cı ildən 4 dekabr 2008-ci il tarixinə qədər Gürcüstanın Birləşmiş Millətlər Təşkilatında səfiri olub. Əvvəlki vəzifələrinə Abxaziya Hökumətinin sədri və Gürcüstan Prezidentinin Gürcüstan-Abxaz danışıqlarında köməkçisi daxildir. İstefasından qısa müddət sonra Alasaniya Mixail Saakaşvili administrasiyasına qarşı çıxdı və 2009-cu ilin iyulunda Bizim Gürcüstan - Azad Demokratlar Partiyasını qurdu. Alasania 2012-ci ildən 2014-cü ilə qədər Müdafiə Naziri vəzifəsini icra edib. İrakli Alasaniya Acarıstanın Batumi şəhərində anadan olub. Yetkin olmamasına baxmayaraq Abxaziya müharibəsinə qatılıb, ancaq müharibənin son günlərində atası General Mamia Alasaniyanın təzyiqi ilə Abxaziyada yaşamaq məcburiyyətində qaldı, atası Soxumi məğlub olduqdan sonra digər gürcü siyasətçiləri ilə birlikdə öldürüldü. İrakli Alasaniya 1995 -ci ildə Tbilisi Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Eyni zamanda 1994-1996 -cı illərdə Gürcüstan Təhlükəsizlik Akademiyasında kurslar keçib.
İrakli Baqration-Muxraneli
İrakli Baqration-Muxraneli (gürc. ირაკლი ბაგრატიონ-მუხრანელი; 21 mart 1909 və ya 3 aprel 1909, Tiflis – 30 oktyabr 1977, Madrid) — keçmişdə Gürcüstanın hakim sülalələrindən biri olan Baqrationilər sülaləsinin davamçısı. O, Baqrationilərin Muxraneli qoluna mənsub idi. İrakli 21 mart 1909-cu ildə hazırda Gürcüstanın paytaxtı, 19-cu əsrdə isə Rusiya imperiyasının tərkibində olan Tiflis şəhərində anadan olmuşdur. Onun atası Muxraneli knyazı Georq Baqrationi (1884–1957), anası isə Yelena Siqismundovna adlı qadın olmuşdur. 1921-ci ildə Qırmızı Ordunun Gürcüstanı işğal etməsindən sonra onun ailəsi Gürcüstanı tərk etmək məcburiyyətində qaldı. İrakli ilk təhsilini Almaniyada almışdır. Daha sonra o, İtaliyada yaşamağa başlamışdır. İtaliyada yaşadığı dövrdə Mariya Belayeva ilə evlənmiş, lakin sonradan boşanmışdır. İkinci evliliyi 1940-cı ildə, Roma şəhərində Mariya Antonietta ilə baş tutmuşdur.
İrakli Kobaxidze
İrakli Kobaxidze (gürc. ირაკლი კობახიძე; 25 sentyabr 1978, Tbilisi) — 2016–2019-cu illər arasında Gürcüstan Parlamentinin sədri olan gürcü siyasətçi. 2019-cu ildəki Gürcüstan etirazlarının ilk günündə istefa verdi. 8 fevral 2024-cü ildən Gürcüstanın 16-cı baş naziridir. Kobaxidze 2000-ci ildə Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 2002-ci ildə Gürcüstan Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda doktorluq dərəcəsi almışdır. 2005 və 2006-cı illərdə Düsseldorf Universitetində LLM və fəlsəfə doktoru dərəcələrinə layiq görüldükdən sonra Kobaxidze müxtəlif Gürcüstan universitetlərində dərs demişdir. Eyni anda BMTİP-in layihə meneceri olaraqda çalışırdı. O, həmçinin Avropa Şurasının Gürcüstandakı Ofisində strateji planlaşdırma məsələləri üzrə ekspert kimi fəaliyyət göstərmişdir və Açıq Cəmiyyət — Gürcüstan Fondunda insan hüquqları və qanunun aliliyi üzrə ekspertlər komitəsinin üzvü olmuşdur. Kobaxidze, 2015-ci ilin yanvar ayında hakim Gürcü arzusu partiyasına qatılaraq icra katibi oldu.
İrakli Kvirikadze
İrakli Mixayloviç Kvirikadze (gürc. ირაკლი მიხეილის ძე კვირიკაძე; 12 iyul 1939, Batumi) — Sovet və gürcü kinorejissoru, ssenaristi, yazıçısı, müəllimi. Gürcüstan SSR əməkdar artisti (1983). İrakli Kvirikadze 1939-cu il iyulun 12-də Batumidə anadan olub. 1964-cü ildə Tbilisi Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Kvirikadze 1968-ci ildə isə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda rejissorluq fakültəsindən (Qriqori Çuxrayın emalatxanası) məzun olub. 1971-ci ildə bədii filmə rejissorluq diplomunu müdafiə edib. "Gürcüstan-film" studiyası paralel olaraq "Gürcüstan gəncləri" qəzetinin redaksiyasında işləyib. 1969–1974-cü illərdə — "Telefilm" (Tbilisi) yaradıcılıq birliyinin direktoru kimi çalışıb. İrakli Kvirikadze burada bir neçə sənədli film çəkmişdir.
İrakli Metaksa
İrakli Metaksa (1889, Batum – 20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, 26 Bakı komissarından biri, bolşevik. İrakli Metaksa 1889-cu ildə Batumidə, Pont yunanlarının ailəsində anadan olmuşdu. Ailəsi əslən Yunanıstanın qərbində yerləşən Kefaloniya adasının Metaksata kəndindən idi. Gimnaziyada oxuyarkən onda inqilabi düşüncələr formalaşmış, polis təqibindən qurtulmaq üçün bir müddət Odessada yaşamışdı. 1908-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına qoşulmuş, Tbilisi, Krım və Uralda inqilabi fəaliyyətdə olmuşdur. 1913-cü ildə Bakıya köçmüşdür. Natiqlik qabiliyyəti yüksək inkişaf etmiş biri idi. Restoran və hotel işçiləri həmkarlar birliyinin katibi seçilmişdi. 1917-ci ildə yaranan Bakı kommunasında Stepan Şaumyanın və Prokofi Caparidzenin şəxsi cangüdəni olmuş, bankların milliləşməsi ilə məşğul olmuşdu. İrakli Metaksa 1918-ci ildə ingilislər tərəfindən başı kəsilərək edam olunub.
İrakli Morkov
İrakli İvanoviç Morkov (rus. Ираклий Иванович Морков; 1753–1828) — Rusiya hərbçisi, Həştərxan quberniyasının general-qubernatoru, qraf (1796). İrakli İvanoviç Morkov 1753-cü ildə Rusiyada anadan olmuşdu. Moskva quberniyası zadəganlarındandır. 1798-ci ildən 1799-cu ilədək Həştərxan quberniyasının general-qubernatoru olmuşdu. İrakli Morkov 1828-ci ildə Rusiya imperiyasının Moskva şəhərində vəfat etmişdi.
İrakli Qamrekeli
İrakli Qamrekeli (gürc. ირაკლი გამრეკელი; 5 (17) may 1894, Qori, Tiflis quberniyası – 10 may 1943[…], Tbilisi) — gürcü quruluşçu rəssamı və gürcü avanqard səhnə dizaynının yaradıcılarından biri. Qəmrəkeli Qoridə anadan olub. Onun istedadı Oskar Uayldın "Salome" əsəri üçün Qamrekelinin illüstrasiyalarına heyran olan aparıcı gürcü teatr rejissoru Kote Marcanişvilinin əsərlərindən ibarət sərgi zamanı aşkar edilib. 1922-ci ildən 1943-cü ilə qədər Qamrekeli Rustaveli Teatrında əvvəlcə Marcanişvilinin, daha sonra isə Sandro Axmetelinin rəhbərliyi altında işləmiş və burada Uilyam Şekspirin Hamlet (1925), Sandro Şanşiaşvilinin Anzor (1928), Fridrix Şiller Quldurlar (1933) və Şekspirin Otello (1937) da daxil olmaqla 50 tamaşanın dizaynını hazırlamışdır. Mücərrəd həndəsi konstruksiyaları və geniş, lakin seyrək bəzədilmiş ölçüləri ilə diqqət çəkən Qəmrəkelinin mənzərəli dizaynları Rustaveli Teatrına xas olan monumental və qəhrəmanlıq üslubunu müəyyən etməyə kömək etdi. Daha sonrakı karyerasını 1930–1940-cı illərdə Qəmrekeli Opera və Balet Teatrında və də Tbilisi Qriboyedov adına Rus Dram Teatrında davam etdirib. O, həmçinin Tbilisidəki Gürcüstanın dövlət kinostudiyası ilə əməkdaşlıq edib: 1929-cu ildə o, həmkarı rəssam Valerian Sidamon-Eristavi ilə Kote Mikaberidzenin təməlini qoyan "Mənim nənəm" ekspressionist filmi üzərində işləyir, lakin film onilliklər ərzində Sovet senzurası tərəfindən qadağan edilmişdi. Qamrekeli həm də " Arsena" (1937) və Giorgi Saakadze (1942–1943) filmlərinin bədii rəhbəri olub. Səhnə dizaynı ilə yanaşı, Qəmrəkeli 1924-cü ildə mənsub olduğu eyniadlı gürcü avanqard rəssamlar qrupunun ilk və yeganə nəşri – H2SO4-ün tərtibatını hazırlamaq üçün də seçildi.
İrakli Qaribaşvili
İrakli Qaribaşvili (gürc. ირაკლი ღარიბაშვილი; 28 iyun 1982, Tbilisi) — 20 noyabr 2013-cü ildən 23 dekabr 2015-ci ilə kimi və 22 fevral 2021-ci ildən 29 yanvar 2024-cü ilə kimi Gürcüstan Respublikasının Baş Naziri olmuşdur. Qaribaşvili “Gürcü arzusu” partiyasının üzvüdür. O, siyasətə 2012-ci ilin oktyabrında uzun müddət əməkdaşlıq etdiyi Bidzina İvanişvili ilə birlikdə daxil olub. O, 2019-2021-ci illərdə baş nazir Giorgi Qaxariyanın kabinetində Gürcüstanın müdafiə naziri, ondan əvvəl isə 2012-2013-cü illərdə Bidzina İvanişvilinin kabinetində daxili işlər naziri vəzifəsində çalışıb.
İrakli sülaləsi
İraklilər sülaləsi
İraklion
İraklion (həmçinin Heraklion, yun. Ηράκλειο, translit. İrakleio) — Yunanıstanın Krit adasının ən böyük şəhər və inzibati mərkəzi, Yunanıstanın ən böyük dördüncü şəhəri. 2011-ci ilin əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi 140.730 nəfər idi. Parisdə yerləşən Avropa Sualtı Arxeologiya İnstitutunun təsisçisi Frenk Qoddionun rəhbərlik etdiyi arxeoloqlar qrupu dənizin dibində həmin şəhərin qalıqlarını tapmışlar. Suyun altında qalmış qədim şəhərin qalıqları içərisində məbəd və məbəddə qoyulmuş Yunan allahlarının qədim heykəllərinin qalıqları da aşkar edilmişdir. Qədim Heraklion şəhərinin qalıqları bir təsadüf nəticəsində aşkar edilib. Belə ki, sualtı arxeoloqlar 1798-ci ildə Britaniya hərbiçiləri tərəfindən vurulmuş Napoleonun Hərbi Dəniz Donanmasına məxsus gəminin qalıqlarını dənizin dibindən çıxardarkən şəhərin qalıqlarına rast gəlmişlər. Bu qədim şəhər bir göz qırpımında yoxa çıxmışdır. E.ə.
İraklion Təsviri sənət Muzeyi
İraklion Təsviri sənət Muzeyi (yun. Μουσείο Εικαστικών Τεχνών Ηρακλείου) — Yunanıstanda, Krit adasında yerləşən İraklion şəhərində müasir təsviri sənət muzeyi. İraklion Təsviri sənət Muzeyi 2000-ci ildə yaradılmışdır. Muzey Venizelos meydanı yaxınlığındakı Nimfon küçəsində keçmiş müqəddəs Mark kilsəsində təşkil olunmuşdur. Muzeydə Krit adasının məşhur tarixi və müasir incəsənətini əks etdirən sənət əsərlərinin kolleksiyası toplanmışdır. Bu eksponatların nümayişi ilə yanaşı, muzeydə müxtəlif musiqi kollektivlərinin konsertləri təşkil olunur, nəşriyyat işi aparılır, seminar və konfranslar keçirilir.
İraklis (voleybol klubu)
İraklis (yun. ΤΑΠ Ηρακλής Θεσσαλονίκης) — Yunanıstanın Saloniki şəhirində voleybol klubu. Klubun əsası 1921-ci ildə qoyulmuş. Klubun adı qədim yunan mifiologiyası qəhrəmanı Heraklın şərəfinə adlandırılmışdır. 2000-ci illərdə Yunanıstanın ən reytinqli klubu hesab olunurdu. Gymnasticos Syllogos Iraklis multi-idman klubunun bir hissəsi hesab olunur. Klub rəhbəri Antonis Qeorqiudur. İkinci Dünya Müharibəsindən sonra klub həmişə Yunanıstanın ən yaxşı komandaları sırasında olmuşdur. İraklis klubunun çox saylı oyunçuları daima milli komandaya dəvət edilmişdir.. İraklis CEV Şampiyonlar Liqasının finalında oynayan ikinci yunan klubu idi (Olympiacosdan sonra) oldu.
İrakli
İrakli — ad. I İrakli İrakli Metaksa — dövlət xadimi, 26 Bakı komissarından biri, bolşevik. İrakli Morkov — Rusiya hərbçisi, Həştərxan quberniyasının general-qubernatoru, qraf (1796).
Təsviri Sənət Muzeyi (İraklion)
İraklion Təsviri sənət Muzeyi (yun. Μουσείο Εικαστικών Τεχνών Ηρακλείου) — Yunanıstanda, Krit adasında yerləşən İraklion şəhərində müasir təsviri sənət muzeyi. İraklion Təsviri sənət Muzeyi 2000-ci ildə yaradılmışdır. Muzey Venizelos meydanı yaxınlığındakı Nimfon küçəsində keçmiş müqəddəs Mark kilsəsində təşkil olunmuşdur. Muzeydə Krit adasının məşhur tarixi və müasir incəsənətini əks etdirən sənət əsərlərinin kolleksiyası toplanmışdır. Bu eksponatların nümayişi ilə yanaşı, muzeydə müxtəlif musiqi kollektivlərinin konsertləri təşkil olunur, nəşriyyat işi aparılır, seminar və konfranslar keçirilir.

Digər lüğətlərdə