irland

sif. irlandais, -e ; ~ dili irlandais m, langue f irlandaise

irqi
irlandca
OBASTAN VİKİ
İrland dili
İrland dili — İrlandiyada və Şimali İrlandiyada danışılan dil. İrland hökumətinin 2004-cü ilə olan rəsmi məlumatına görə İrlandiya Respublikasında irland dilini bilən 1 570 894 nəfər yaşayır. Onlardan 339 541 nəfər irland dilindən gündəlik danışıqlarında istifadə edirlər. 155 039 nəfər həftədə bir dəfə, 585 300 nəfər daha az, 459 657 nəfər isə demək olar ki, heç vaxt bu dildə danışmırlar. 31 357 nəfər dildən istifadə ilə bağlı suala cavab verməmişdir. Amma bir çox irland dili təəssübkeşləri və peşəkar dilçilər bu göstəricilərə şübhə ilə yanaşırlar. Onlar gündəlik danışıqlarında irland dilindən yalnız 65 min insanın istifadə etdiyini bildirirlər.
İrland dənizi
İrland dənizi (ing. Irish Sea,vall Môr Iwerddon,irl. Muir Éireann,) — Atlantik okeanın ucqar dənizi. Şərqdə Böyük Britaniya və qərbdə İrlandiya adalarının arasında yerləşmişdir (51° 40' — 54° 30' ş.e ; 3° — 6° q.u). Şimalda Şotlandiyanın qərb sahillərini — İrlandiya Respublikasını və Şimali İrlandiyanı əhatə edir. Dənizdən cənuba Uels krallığı yerləşmişdir. Cənub-qərbdə Müqəddəs George boğazı, şimalda — Şimal boğazı ilə və Kelt dənizi vasitəsilə okeanla birləşir. Sahəsi təxminən 100 min km², ən böyük dərinliyi 175 metrdir. Antik dövrlərdə İrlandiya dənizi İberiya okeanı adlandırılırdı. (lat.
İrland viskisi
İrland viskisi (irl. Fuisce və ya uisce beatha) — İrlandiya adasında hazırlanmış viski. "Viski" sözü irlandca uisce beatha sözündən gəlir, həyat suyu deməkdir. İrlandiya viskisi bir vaxtlar dünyanın ən məşhur içkisi idi, lakin 19-cu əsrin sonlarından etibarən uzun müddət davam edən tənəzzül sənayeyə elə təsir etdi ki, İrlandiyada 1890-cı illərdə ən azı 28 içki zavodu olsa da, 1966-cı ilə qədər bu rəqəm cəmi ikiyə düşdü və 1972-ci ilə qədər qalan içki zavodları, Bushmills Distillery və Old Midleton Distillery (New Midleton Distillery ilə əvəz olundu) yalnız bir şirkətə, Irish Distillers-ə məxsus idi. Monopoliya vəziyyəti akademik olaraq düşünülmüş Cooley Distillery adlı yeni distillə zavodunun işə salınması başa çatdı. 1990-cı illərdən etibarən İrlandiya viskisi yenidən populyarlıq qazandı və 1990-cı ildən bu yana hər il dünyada ən sürətlə böyüyən içkilərdəndir. Mövcud içki zavodları genişləndirildi və bir sıra yeni içki zavodları tikildi, ixrac isə ildə 15%-dən çox artdı. 2019-cu ilin dekabr ayına olan məlumata görə, İrlandiyada 32 içki zavodu fəaliyyət göstərir, daha çoxu planlaşdırılır və inkişaf etdirilir.
İrland qəhvəsi
İrlandiya qəhvəsi — İrlandiya viskisi, qara qəhvə (espresso), çırpılmış qaymaq və qəhvəyi şəkər əsasında qaymaqlı kokteyllər kateqoriyasına daxil olan qəhvə içkisi. Beynəlxalq Barmenlər Assosiasiyasının (BBA) "Müasir Klassiklər" kateqoriyasına aid rəsmi kokteyllərindən biridir. Alkoqol əlavə edilmiş Arabika hələ XIX əsrdə içilməyə başlamışdı. Ancaq əsl şöhrət qazanan isə İrlandiya qəhvəsi idi. Bu, xoş bir təsadüf və uğurlu reklam səbəbindən baş verdi. 20-ci əsrin əvvəllərində Atlantik okeanı üzərindən uçuşlar dəniz təyyarələri (hidrotəyyarələr) ilə həyata keçirilirdi. Bu daşıma üsulu narahat idi, sərnişinlər əsasən rahatlıq olmadan səyahət etməli oldular. Təyyarələrdə heç bir izolyasiya yox idi, bir uçuş təxminən 15 saat davam etdi, insanlar hava limanına yorğun və donmuş halda enirdilər. Reyslər yanacaq doldurmaq üçün İrlandiyada dayanırdılar. Təyyarəyə texniki baxış keçirilən zaman sərnişinər isinmək üçün ən yaxın bara gedirdilər.
Qədim İrland dili
Qədim İrland dili (Goídelc) İrland dili və digər Qal dillərinin VI-X əsrlər arasındakı formasıdır. X əsrdə Orta İrland dilinə çevrilmişdir. Qədim İrland dili müasir İrland dili, Men dili və Şotland dilinin əcdadıdır.
Azad İrland dövləti
Azad İrland dövləti (ing. Irish Free State, irl. Saorstát Éireann) (1922-1937) — İngiltərə-İrlandiya müqaviləsinə uyğun olaraq 6 dekabr 1922-ci ildə yaradılmış dominion dövlət. Yaradılan zaman o, İrlandiya adasının bütün ərazisini əhatə edirdi, lakin elə ertəsi gün Şimali İrlandiya müqavilədə təsbit olunmuş sesessiya hüququndan istifadə etdi və kraldan xahiş etdi ki, “Azad İrland dövləti parlamentinin və hökumətinin səlahiyyətləri artıq Şimali İrlandiyaya şamil edilmir”. Dekabrın 8-də Şimali İrlandiya rəsmi olaraq İrlandiyanın digər hissəsindən ayrıldı. Azad İrland dövləti 29 dekabr 1937-ci ildə dominion statusundan çıxaraq müstəqil İrlandiyaya çevrilməsində həlledici addım kimi xidmət edən yeni konstitusiyanın qəbulundan sonra rəsmi olaraq fəaliyyətini dayandırdı.
Maykl Kollins (irland lider)
Maykl Kolins (irl. Míceál Ó Coileáin; 16 oktyabr 1890 – 22 avqust 1922[…]) — XX əsrdəki İrlandiya İstiqlal müharibəsinin önəmli siması olmuş İrlandiyalı inqilabçı, əsgər, siyasətçi. İrlandiyanın Kork əyalətində doğulan Maykl ibtidai təhsilini tamamladıqdan sonra Londona yollanaraq burada poçtalyon, katib kimi peşələrə yiyələnir. Londonda olarkən İrlandiyanın müstəqilliyi üçün çalışan dərnək və təşkilatlara qoşulur. 1916-da İrlandiyaya qayıdan Kollins Şinn Feyn (İrlandiya Milliyətçiləri) hərəkatının aktiv bir üzvünə çevrildi. Eyni ildə baş verən Pasxa üsyanında həbs edilsə də, çox keçmədən sərbəst qaldı və İrlandiyaya qayıdaraq hərəkatda önəmli yer tutmağa başladı. 1918 dekabrında ümumi seçkilərdə böyük nailiyyət əldə edən Respublikaçılar İrlandiya Məclisini (Deyl Eyran) təsis edirlər. Mayklın Kork şəhərindən üzv olduğu məclis 1 ay sonra İrlandiyanın müstəqilliyini elan edir. O, burada Maliyə naziri, Müvəqqəti hökumətin sədri, Daxili İşlər naziri olaraq vəzifə tutur. İrlandiyanın müstəqilliyinə qarşı göndərilən İngiltərə ordusu, İRO (İrlandiya Respublikaçı Ordusu) nun müqaviməti ilə qarşılaşır.
1981-ci il irland aclıq aksiyası
1981-ci il irland aclıq aksiyası (ing. 1981 Irish hunger strike) — Şimali İrlandiyadakı konflikt zamanı irland respublikaçılar tərəfindən həyata keçirilən 5 illik etirazların kulminasiya nöqtəsidir. Etirazlar 1976-cı ildə "adyal etirazları" ilə başladı. Bu zaman Britaniya hakimiyyəti Şimali İrlandiya münaqişəsi zamanı həbs olunmuş şəxslərə əvvəllər tətbiq etdiyi Xüsusi Kateqoriya Statusu (ing. Special Category Status) anlayışını ləğv etmişdi. Bu nəzərdə tutulmuş məhbuslara yarıhərbi, siyasi status təmin edirdi. Bu statusun məhbusların əlindən alınması 1978-ci ildə "təmizlənməmə etirazları"na səbəb oldu. Etirazçılar yuyunmağa getməyi və öz hücrələrini tərk etməyi rədd edir, öz nəcislərini divarlara sürtürdülər. 1980-ci ildə 7 məhbus ilk aclıq aksiyasına başladı. Bu aksiya 53 gün davam etmişdir.
Co, gözəl irland qadını (Kurbe)
Co, özəl irland qadını (fr. Jo, femme d'Irlande) — Qüstav Kurbenin 1868-ci ildə yağlı boya texnikası ilə portret janrında çəkmiş olduğu rəsm əsəri. Tablonun ölçüləri 65,4 × 54 sm-dir. Hal-hazırda əsərin əsli Stokholmda, İsveç Milli Muzeyində, nüsxəsi isə Nyu Yorkun Metropoliten muzeyində sərgilənməkdədir. 1865 ci ildə Normandiya sahillərindəki Truvilldə rəssam Ceyms Uilster sonralar Qüstav Kurbenin rəsm əsərlərinin əcac modelinə çevrilən Coanna Hiffernanı Qüstav Kurbe ilə tanış edir. Elə həmin il Kurbe “Co gözəl irland qadını” tablosunu və Conun portret eskizini çəkir.
Yeni il İrlandiyada
Yeni İrlandiya
Yeni İrlandiya (ing. New Ireland) — Bismark arxipelaqına daxil olan Papua-Yeni Qvineya ərazisində yerləşən ada. Ümumi sahəsi 7 404,5 km², əhalisi 118 350 nəfər təşkil edir. Ada Yeni İrlandiya vilayəti ərazisinə daxildir. Mərkəzi Kavienq şəhəridir. Ada Bismark arxipelaqının Yeni Britaniya. Ada uzunsov formaya malikdir. Uzunluğu 400 kilometrdir. Eni 10 km təşkil edir. Tropik meşələri ilə örtülüdür.
İrlandiya
İrlandiya Respublikası – Avropada dövlət. 2006-cı ildə aparılmış siyahıya almaya əsasən əhalisi 4 239 848 nəfər, ərazisi isə 70 208,67 km² təşkil edir. İrlandiya Respublikası Qərbi Avropada, İrlandiya adasının böyük bir hissəsində yerləşir. Paytaxtı Dublin şəhəridir. İki rəsmi dili var: irland və ingilis. Ölkənin 70 min km 2-ə bərabər olan ərazisi 4 əyalətə, 26 qraflığa bölünür.
İrlandiya (ada)
İrlandiya (irl. Éire [ˈeːɾʲə], ing. Ireland [ˈaɾlənd], olst.-şot. Airlann, lat. Hibernia [İyepna]) — Avropada böyüklüyünə görə üçüncü ada (Böyük Britaniya və İslandiya adalarından sonra). Ada ərazisi İrlandiya Respublikası və Birləşmiş Krallığının dövlət sərhədləri ilə iki dövlət arasılnda bölüşdürülüb.
İrlandiya 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
İrlandiya — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. İrlandiya Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
İrlandiya 2015 Avropa Oyunlarında
İrlandiya — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. İrlandiya ümumilikdə 62 idmançı ilə təmsil olunub.
İrlandiya 2018 Qış Olimpiya Oyunlarında
İrlandiya 2018 Qış Olimpiya Oyunlarında xizəklə yürüşü və dağ xizəyi olmaqla 4 idman növündə 5 idmançı ilə təmsil olunacaqdır. Nümayəndə heyətinin rəhbəri Andri Stefanssondur Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları "B" kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən İrlandiya "A" kateqoriyası üzrə 2 idmançı ilə təmsil olunacaqdır. Kişilər Qadınlar Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. "A" kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri "B" kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əasən İrlandiya "A" kateqoriyasında 1 idmançı ilə təmsil olunacaqdır. Ölkəni Tomas Yalmar Vestiqor təmsil edəcəkdir.
İrlandiya 2021 Avroviziya Mahnı Müsabiqəsində
İrlandiya Avroviziya 2021 Mahnı Müsabiqəsində Lesli Royun "Maps" mahnısı ilə təmsil olunmuşdur.
İrlandiya Avroviziya Mahnı Müsabiqəsində
İrlandiya Avroviziya Mahnı Müsabiqəsinə 1965-ci ildə qoşulmuş və ümumilikdə 53 dəfə müsabiqədə iştirak etmişdir. Neapolda keçirilən müsabiqədəki debütdən sonra İrlandiya 1983 və 2002-ci illəri çıxmaq şərtilə hər il Avroviziyada iştirak etmişdir. İrlandiya Avroviziyanın ən çox uğur qazanan ölkəsidir. Ölkə iştirak etdiyi illər ərzində yeddi dəfə Avroviziyada qələbə qazanmışdır. Müsabiqə 7 dəfə İrlandiyada keçirilmişdir; bunlardan altısı paytaxt Dublində, biri isə Kork şəhərində baş tutmuşdur. 1972-ci ildə irland dilində səslənən mahnıdan başqa İrlandiyanın bütün Avroviziya mahnıları ingilis dilində ifa olunmuşdur. İrlandiyanın ilk Avroviziya qələbəsini 1970-ci ildə Dananın ifa etdiyi "All Kinds of Everything" mahnısı ilə qazanmışdır. 1980-ci ildə Conni Loqan "What's Another Year" mahnısı ilə ölkəyə ikinci qələbə sevincini yaşatmışdır. Növbəti dəfə İrlandiyanı Avroviziyada 1987-ci ildə özünün bəstələdiyi "Hold Me Now" mahnısı ilə təmsil etmək fürsəti əldə edən Loqan ölkəsinə ikinci, ümumilikdə isə üçüncü qalibiyyəti qazandırmışdır. İrlandiya dördüncü Avroviziya qələbəsini isə 1992-ci ildə Conni Loqanın bəstələdiyi və Linda Martinin ifa etdiyi "Why Me?" mahnısı ilə əldə etmişdir.
Şimali İrlandiya
Şimali İrlandiya (ing. Northern Ireland, İrlandca: Tuaisceart Éireann) — Böyük Britaniya krallığına daxil ölkə. İrlandiya adasının şimal hissəsində yerləşir. Sahəsi: 244,827 min km², (İrlandiya – 70 min km²); əhalisi: 62 mln nəfər (İrlandiya 4,2 mln nəfər) paytaxtı: London (7,6 mln nəfər) rəsmi dili: İngilis pul vahidi: funt sterling B.Britaniya Qərbi Avropada, Atlantik okeanla Şimal dənizi arasında eyni adlı adada yerləşir. Ölkənin qurudan yalnız İrlandiya ilə sərhəddi var. Relyefində düzənliklər üstünlük təşkil edir. Ən yüksək dağ zirvəsi: Ben Nevisdir (1343 m) Qranpian dağları. İqlimi: Mülayim dəniz iqlim tipidir. B.Britaniyanın rəsmi adı, Böyük Britaniya və Şimali İrlandiya birləşmiş krallığıdır. 4 tarixi ərazidən – İngiltərə, Şotlandiya, Uels, Şm.
Şimali İrlandiya konflikti
Şimali İrlandiya konflikti — XX əsrin 60-cı illəriin sonunda Şimali İrlandiyada baş verən konfliktə verilən ad. İrlandiyaya müstəqillik verildikdən sonra altı qraflıqdan ibarət və əhalisinin çox hissəsi protestant ingilislərdən ibarət olan Şimali İrlandiya Böyük Britaniyanın tərkibində qaldı. Şimali İrlandiyadakı katolik azlıq 1968-ci ildə İrlandiyaya birləşmək uğrunda mübarizəyə başladı. Kütləvi iğtişaşlar başlandı. Bir il sonra hökumət Olster şəhərinə qoşun yeritdi. Buna cavab olaraq katoliklər adından çıxış edən İrlandiya Respublika ordusu yerli protestantlara və ingilis siyasi xadimlərinə qarşı partizan müharibəsinə başladı. Qarşılıqlı zorakılıq dinc əhalinin çoxlu qurbanlar verməsinə səbəb oldu. Zorakılıq Olsterdən kənara çıxdı. Londonda və başqa şəhərlərdə partlayışlar törədildi. Ölkədə fövqəladə vəziyyət elan olundu.
Şimali İrlandiya milli futbol komandası
Şimali İrlandiya milli futbol komandası - Şimali İrlandiyanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası.
Şimali İrlandiya milli voleybol komandası (qadınlar)
Şimali İrlandiya qadın milli voleybol komandası — Şimali İrlandiyanı qadın voleybolunda təmsil edən milli komandadır. Milliyə bu ölkənin ən güclü voleybolçuları cəlb olunur.
Şimali İrlandiya qadın milli voleybol komandası
Şimali İrlandiya qadın milli voleybol komandası — Şimali İrlandiyanı qadın voleybolunda təmsil edən milli komandadır. Milliyə bu ölkənin ən güclü voleybolçuları cəlb olunur.
İrlandiyalı (film)
İrlandiyalı (ing. The Irishman) — Martin Skorsezesin rejissorluğu ilə 2019-cu ildə çəkilmiş amerikan bioqrafik, cinayət janrında cəkilmiş filmdir. Filmin baş rol aktyorları Robert De Niro, Al Paçino və Co Peskidir. Filmdə İkinci Dünya müharibəsindən sonra Amerikadakı cinayət aləmi, 20-ci əsrin ən böyük mafiozları ilə birlikdə işləyən Frank Şirinin gözü ilə izah edilir. Film eyni zamanda ABŞ tarixindəki ən böyük sirrlərdən biri olaraq qalan bir zamanlar ABŞ-də Bitlz qədər məşhur olduğudu deyilən həmkarlar ittifaqının prezidenti Cimmi Hoffanın itkin düşməsindən bəhs edir. Film tamaşaçıları cinayətkar dünyanın gizli dəhlizləri ilə böyük bir səyahətə aparır, bu dünyanın necə işlədiyini, rəqabətlərini və əsas siyasətlə əlaqələrini ortaya qoyur. Filmin premyerası 27 sentyabr 2019-cu ildə 57-ci Nyu-York Film Festivalında baş tutmuşdur. Film 27 noyabr 2019-cu ildə etibarən Netflix-də göstərildi. Jurnalist Dan Moldea, filmin əslində reallığı əks etdirmədiyini iddia edərək, Hoffanın cəsədinin tapılmadığını və Şiranın evində qan izləri tapılmadığını demişdir. Filmin baş rol aktyorlarından Robert De Niro iddialara qarşı olaraq bildirmişdir ki, "İnsanların bizimlə eyni fikirdə olmaması isə bağlı heç bir problemim yoxdur.
HGTV (Britaniya və İrlandiya telekanalı)
HGTV (keçmiş Ev) hazırda Warner Bros. Discovery şirkətinə məxsus olan,Birləşmiş Krallıq və İrlandiyada yayımlanan,ev və bağ yönümlü həyat tərzinə əsaslanan İngilis pulsuz televiziya kanalıdır.Kanal ilk olaraq 1 noyabr 1997-ci ildə Böyük Britaniya Stili adı ilə fəaliyyətə başlamış,sonra 30 aprel 2009-cu ildə Home (Ev) olaraq Re-brendinq edilmiş və 21 yanvar 2020-ci ildə indiki formasına rebrendinq edilmişdir. HGTV 24 saat Sky və TVPlayer -də yayımlanır.UK Style 2002-ci ildə şirkətin dağılmasına qədər ITV Digital yerüstü provayderi tərəfindən gündə 24 saat ötürülürdü.UKTV Style -a cüzi rebrendinqdən sonra kanal 2000-ci illərin ortalarında indi sıradan çıxmış Top Up TV sisteminin bir hissəsi kimi bir müddət yerüstü ekranlara qayıtdı.Ev 2016-cı il martın 1-dən Freeview -də pulsuz xətti xidmət kimi əlçatan oldu == Mövcudluq məlumatı == === Onlayn === Discovery+ UK and Ireland: Canlı baxın === Peyk === Freesat UK: Kanal 166 və Manual (+1) Sky UK: Kanal 158 və Kanal 258 (+1) Səma Ireland: Kanal 162 və Kanal 262 (+1) Freeview UK: Kanal 44 Kanalın çıxışı daxili istehsal şoularının, BBC arxivindən şouların təkrarlarının və beynəlxalq idxalın birləşməsindən ibarət olan həyat tərzi proqramlarını,əsasən bağçılıq, ev abadlıq və DIY şoularını göstərir. Görkəmli şoular və verlişlərin bir qismi aşağıdakılardır: 60 dəqiqəlik makiyaj Dəniz kənarında bir yer Günəşdə bir yer: evdə yoxsa uzaqda?
İrlandiyada Yeni il
Yeni il İrlandiyada — İrlandiyada təntənə ilə qeyd olunan bayram Yeni il ərəfəsində İrlandiyada evlərin qapıları taybatay açıq olmalıdır. İstənilən adam istədiyi evə daxil ola bilər, onu ən əziz qonaq kimi qarşılayacaq, bayram süfrəsi ətrafında ən şərəfli yerdə oturdacaq və şirin şəraba qonaq edəcəklər. Və "Bu evdə və bütün dünyada sülh naminə" badə qaldıracaqlar. O birisi gün bayramın dostlar və tanışlar arasında qeyd olunması adətdir. == Mənbə == Yeni il dünyada necə qeyd edilir?

Digər lüğətlərdə