Kəşfiyat quyusu

faydalı qazıntıların kəşfi, həmçinin süxurların xüsusiyətlərini və yataq laylarının xarakterini öyrənmək üçün qazılan quyu.
Kəşfiyat
Kimya və neft maşınqayırması
OBASTAN VİKİ
Kəşfiyat
Kəşfiyyat — siyasi mövqelərə təqdim edilmək üzrə toplanmış və təhlil edilmiş izlemsel və ya taktika məzmunlu işlənmiş məlumatlara deyilir. Hər cür qaynaqdan əldə edilən xam məlumat əlaqəsiz kimi görünən parçalardan ibarət olan, ziddiyyətli, etibarsız, yanıldıcı və ya səhv ola bilər. Kəşfiyyat isə birləşdirilmiş, qiymətləndirilmiş, təhlil edilmiş, şərh olunmuş və ayırd edilmiş məlumatdır. Tamamlanmış bir kəşfiyyat, kəşfiyyat çevriminin nəticə məhsulu olan və siyasi təyin edicilərə təqdim edilməyə hazır olan işlənmiş məlumatdır.Hər dövlət üçün, ölkənin bölünməz bütünlüyünə, konstitusiya nizamına, varlığına, müstəqilliyinə, təhlükəsizliyinə və milli gücünü meydana gətirən bütün ünsürlərinə qarşı içdən və xaricdən gələcək mövcud və ola biləcək təhdidlər haqqında məlumat yığmaq və kəşfiyyat meydana gətirmək üçün imtina edilməz bir ehtiyacdır. Kəşfiyyat dövlət üçün, rəqib və ya rəqib olması ola biləcək adam, təşkilat-quruluş, dövlətlər və digər təşkilatlar haqqında açıq və ya bağlı qaynaqlardan məlumat yığıb, təhlil etmə və qiymətləndirmələrə əsas tutaraq nəticəyə çatılması mənasını verməkdədir. == Sözün kökü == Kəşfiyyat, söz mənası olaraq xəbər alma mənasını versə də, anlayışın ifadə etdiyi məna, bir az daha genişdir və xəbər alma anlayışı kəşfiyyat anlayışının əhatə etdiyi müddətin yalnız bir addımıdır. kəşfiyyat anlayışı, ölkə təhlükəsizliyinin təmin edilməsi üçün qərar mexanizmlərinə lazımlı məlumatın toplanması, analiz və təsnif edilməsi, hesabatlandırılması və əlaqədar qərar vericilərə çatdırılması müddətidir.
Karst quyusu
Karst quyusu (rus. карстовый колодец , ing. karst pit) — karst vilayətlərində qapalı çökək-liklərin bir tipi. Adətən dairəvi, düzgün olmayan silindr, yaxud çat formasında olur (dərinliyi 20–60 m, eni 5–10 m). Yeraltı suların həlletmə fəaliyyəti nəticəsində yeraltı karst boşluğunun tağının uçması sayəsində əmələ gəlir, yaxud hazırda inkişafda olmayan boşluq formasında olur.
Taxıl quyusu
Taxıl quyusu ən çox dağ kəndlərində, qismən də dağətəyi kəndlərdə geniş yayılmışdı. Taxılı nəmdən qorumaq üçün quyunun döşəməsinə ot-alaf, saman tökməkdən əlavə, bəzən divarlarına çətən və ya həsir çəkirdilər. Sucaq ərazilərdə taxıl quyusu qazmaq əl vermirdi. Belə quyuda ancaq boyaq bitkisinin kökünü saxlayırdılar. Çünki boyaq kökü çox quruyanda özünün boyaq keyfiyyətini xeyli itirirdi. Boyaq bitkisi əkinləri tənəzzülə uğrayandan sonra boyaq quyusu da aradan çıxmışdır.
Bərəhut quyusu
Bərəhut və ya Bir-Bərhut – Yəmənin Hədramaut əyalətində yerləşən barəsində cinlərin sakin olduğu əfsanələrin dolaşdığı dərin quyu. Quyunun dərinliyi 112 metrdir və onun daxili ərazisi 700 kvadrat metrdən çoxdur. Yerli əhalinin və bəzi ilahiyyatçıların fikrinə görə bu quyu dini hədislərdə keçən həmin Bərəhut quyusudur. == Tarixi == Dini mənbələrdə deyilir: Məhəmməd Peyğəmbər (s) buyurub: "Yer üzərində ən yaxşı su — Zəmzəm və ən pis su — Bərəhut suyudur ki, Həzərmut səhrasında yerləşir. Kafirlərin ruhları, misal bədənləri ilə ora köçürülərlər".
Maymayzu quyusu
Maymayzu-ido (まいまいず井戸, hərf. "ilbiz su quyusu") – Yaponiyanın Musaşino regionuna xas olan qədim su quyusu növü. Bu su quyuları spiral formasında qazıldığı üçün bu cür adlanmışdır. Bənzər struktura İzu adalarında da təsadüf edilmişdir. == Xüsusiyyətlər == "Maymayzu-ido" yapon dilinin Tama dialektindən tərcümədə "ilbiz su quyusu" deməkdir. Bu cür adlanmasının səbəbi quyunun spiral formasında qazılması və yuxarıdan ilbiz qabığına oxşamasıdır. Musaşino platosunun gilli toprağında şaquli formada quyu qazmaq topraq sürüşməsi təhlükəsinə səbəb olduğu üçün su quyuları spiral formasında qazılırdı. Maymayzu-idolar orta əsrlərdə Tokio və ətraf ərazilərin əsas içməli su mənbələrindən biri olmuşdur. Maymayzu-quyusu qazmaq üçün əvvəlcə yumşaq gil təbəqələrini dəf edərək spiral çuxur qazmaq və aşağıya uzanan cığır yaratmaq lazım idi. Bundan sonra ən dib nöqtədə suyu çıxarmaq üçün şaquli quyu qazılırdı. Prosesin çətinliyi səbəbilə orta əsrlərin əvvəllərində yaranmış "çətin qazılan quyu" (ほりかねの井, horikane-no-i) ifadəsi Musaşino regionu ilə əlaqələndirilən epitet olmuşdur.
Su quyusu
Quyu — qazma və ya deşmə yolu ilə maye ehtiyatlara, adətən suya çatmaq üçün yerdə yaradılmış qurğudur. Ən qədim və ən çox yayılmış quyu növü yeraltı sulu təbəqələrdə yeraltı sulara çıxış üçün su quyusudur. Quyu suyu nasosla və ya mexaniki və ya əl ilə qaldırılan vedrələr və ya böyük su tuluqları kimi qablardan istifadə etməklə çəkilir. Quyular ilk dəfə ən azı səkkiz min il əvvəl yaradılıb və quru su axınının çöküntüsindəki sadə çömçədən tutmuş İran kəhrizləri, Hindistanın pilləli quyuları və sakiehlərinə qədər tikinti baxımından tarixən müxtəlifdir. Quyuda astarın yerləşdirilməsi sabitliyin yaradılmasına kömək edir və taxta və ya hörmə işlərinin astarları ən azı Dəmir dövrünə qədər gedib çıxır. İnkişaf etməkdə olan ölkələrin kənd yerlərində olduğu kimi, quyular ənənəvi olaraq əllə qazma yolu ilə yaradılırdı. Bu quyular ucuz və aşağı texnologiyalıdır, çünki onlar əsasən əl əməyindən istifadə edirlər və qazıntı zamanı struktur kərpic və ya daşla örtülə bilər. Kessonlama adlanan daha müasir üsul, çuxura endirilən əvvəlcədən tökmə dəmir-beton quyu halqalarından istifadə edir. Daha dərin quyular qazma quyusunda bir bit istifadə edərək, əl qazma üsulları və ya maşın ilə qazıla bilər. Deşilmə yolu ilə tikilən quyular adətən poladdan və ya plastikdən ibarət zavodda hazırlanmış boru ilə örtülür.
Kola dərin quyusu
Kola dərin quyusu (rus. Кольская сверхглубокая скважина) — dünyada ən dərin quyu olub elmi əhəmiyyət kəsb edir. SSRİ-də son dərəcə dərin quyular sisteminin bir hissəsi olmuşdur. Nikel qəsəbəsindən 15 km şərqdə və Zapolyarnıy şəhərindən 12 km qərbdə yerləşir. 1997-ci ildə o, Ginnesin Rekordlar Kitabına yer qabığına ən dərin insan nüfuzetməsi kimi daxil edilmişdir və bu günə qədər də bu rekord qalmaqdadır. O, həmçinin Maersk Oil BD-04A neft quyusunun (12 290 m, Qətər) qazıldığı 2008-ci ilə qədər dünyanın ən uzun quyusu olmuşdur. Hazırda isə, ən uzun quyu Saxalin şelfində neft hasilatı üçün qazılan Z-44 Çayvodur (Rusiya) - 15 km (rekord 2017-ci ildə müəyyən edilib). 1970-ci ildən 1991-ci ilə qədər fasilələrlə aparılan qazma işləri nəticəsində Kola quyusunun dərinliyi 12 262 metrə çatmışdır. Onun yuxarı hissəsinin diametri 92 sm, aşağı hissəsinin diametri 21,5 sm-dir. 1994-cü ildə bir sıra qəzalardan sonra quyu bağlanmışdır.
İlbiz su quyusu
Maymayzu-ido (まいまいず井戸, hərf. "ilbiz su quyusu") – Yaponiyanın Musaşino regionuna xas olan qədim su quyusu növü. Bu su quyuları spiral formasında qazıldığı üçün bu cür adlanmışdır. Bənzər struktura İzu adalarında da təsadüf edilmişdir. "Maymayzu-ido" yapon dilinin Tama dialektindən tərcümədə "ilbiz su quyusu" deməkdir. Bu cür adlanmasının səbəbi quyunun spiral formasında qazılması və yuxarıdan ilbiz qabığına oxşamasıdır. Musaşino platosunun gilli toprağında şaquli formada quyu qazmaq topraq sürüşməsi təhlükəsinə səbəb olduğu üçün su quyuları spiral formasında qazılırdı. Maymayzu-idolar orta əsrlərdə Tokio və ətraf ərazilərin əsas içməli su mənbələrindən biri olmuşdur. Maymayzu-quyusu qazmaq üçün əvvəlcə yumşaq gil təbəqələrini dəf edərək spiral çuxur qazmaq və aşağıya uzanan cığır yaratmaq lazım idi. Bundan sonra ən dib nöqtədə suyu çıxarmaq üçün şaquli quyu qazılırdı. Prosesin çətinliyi səbəbilə orta əsrlərin əvvəllərində yaranmış "çətin qazılan quyu" (ほりかねの井, horikane-no-i) ifadəsi Musaşino regionu ilə əlaqələndirilən epitet olmuşdur.