KANNİBAL

1492-ci ildə Xristofor Kolumb Atlantik okeanı ilə özünün məşhur səyahəti zamanı digər yerlərlə bərabər, indi bizim Kuba və Espanyola (sonuncunun ərazisində hazırda Haiti və Dominikan Respublikası yerləşir) adlandırdığımız adaları da tədqiq etmişdi.

Orada Kolumb özlərini kalina, yəni güclülər adlandıran hindu qəbiləsi ilə tanış olur. Bu qəbilənin üzvləri Vest-Hindin bir neçə kiçik adasında, həmçinin Mərkəzi və Cənubi Amerikanın sahillərində yaşayırdılar.

Kuba və Espanyolanın yerli əhalisi onlardan bərk qorxurdu. Kubalı hindular həmin qəbilənin adını təhrif edərək kaniba, Espanyola sakinləri isə kariba adlandırırdı. Bəs “güclülər”dən gələn təhlükə nədən ibarət idi? Məsələ ondadır ki, onlar məğlub etdikləri düşmənlərini əsir götürür və yeyirdilər. Ola bilsin, kiçik adalarda qida tapmaq çətin olduğundan öldürülmüş düşmənin əti kasıb yemək süfrəsini zənginləşdirirdi. Kolumb və onun adamları bundan dəhşətə gəlmişdilər. Sonralar ispanlar “güclüləri” tamamilə məhv etdilər.

Bu əhvalat Avropaya gəlib çatanda adam yeyənləri kannibal adlandırmağa başladılar və bu söz bir çox dillərdə özünə möhkəm yer tutdu. Karib dənizi isə öz adını bu qəbilənin adının ikinci variantından – karibadan götürüb. (Ayzek Azimov. Sözlərin tarixi)

KANQA
KANYON
OBASTAN VİKİ
Kannibal
Kannibalizm (fr. cannibale, isp. canibal) və ya Yamyamlıq — öz nəslindən olanı yemək. Kannibalizm yırtıcılara xas olan əlamətdir. Əsasən heyvanların qida catışmadıqda öz nəslinin nümayəndəsini yeməsinə deyilir. Yırtıcı balıqlar, pişiklər və digər heyvanlarda bu kimi hallara rast gəlinir. İnsanlarda kannibalizm qədim dövrlərdə mövcud olmuşdur. Təqribən 5 milyon il bundan əvvəl Cənubi Afrikada yaşamış avstralopiteklər (azərb. cənub meymunu‎) kannibal olmuşlar. Avstralopitekləri 2 milyon il bundan əvvəl əvəz etmiş və Afrikada qalıqları tapılmış bacarıqlı insanlar (lat.
Kannibalizm

Значение слова в других словарях