kaşneli 2021
kata
OBASTAN VİKİ
KAT:ŞE
Cuniçi Kato
Cuniçi Kato (加藤純一, Katō Junichi, d.17 avqust 1985) — Yaponiya YouTuberer.
Dağlıq Qarabağ Muxtar Vilayətinin Katibləri
Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Muxtar Vilayət Komitəsi — Azərbaycan Kommunist Partiyasının Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərmiş regional komitəsi. Vilayət 7 iyul 1923-cü ildə yaradılmışdır və 26 noyabr 1991-ci ildə ləğv edilmişdir. Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Vilayət Komitəsi Sovet İttifaqı Kommunist Partiyasının vilayət üzrə mərkəzi partiya orqanı kimi hesab olunmuşdur. Vilayət Komitəsinin birinci katibi de-fakto olaraq adətən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu və ya Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinib baş katibi təyin edirdi. Vilayətin tarixində 23 nəfər birinci katib olmuşdur. Onlardan 2 nəfər etnik azərbaycanlı, 2 nəfər rus əsilli, 19 nəfəri isə erməni əsilli olmuşdur. Vilayət Komitəsinin ikinci katibi birinci katibin idarəetmə məsələləri üzrə köməkçisi hesab edilirdi.
Dendrobium aphyllum var. katakianum
Dendrobium aphyllum (lat. Dendrobium aphyllum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Callista aphylla (Roxb.) Kuntze Cymbidium aphyllum (Roxb.) Sw. Epidendrum aphyllum (Roxb.) Poir. Limodorum aphyllum Roxb. Dendrobium aphyllum var. cucullatum (R.Br.) P.K.Sarkar Dendrobium aphyllum var. katakianum I.Barua Dendrobium cucullatum R.Br. Dendrobium madrasense A.D.Hawkes Dendrobium oxyphyllum Gagnep. Dendrobium pierardii R.Br.
Deskansu (Santa-Katarina)
Pinheyro-Pretu (port. Pinheiro Preto) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir.
Dövlət katibi
ABŞ Dövlət katibi
Dədə Katib
Əbdürrəhman Təyyar Quluncu (Dədə Katib)(1925-2008), Dədə Katib təxəllüsü ilə 1925-ci ildə Urmiyanın Quluncu kəndində anadan olubdur. Qulunculu Dədə Katib adıyla da məşhurdur. Şairin məzarı Quluncu kəndindədir. Onun hecayi şeirləri daha çox qoşmalar və gəraylılardan ibarətdir.. O, şair kimi Balovlu Meskin və Dullu Mustafadan təsirlənmişdir. Dədə Katib, Qərbi Azərbaycan ostanı və Türkiyənin şərqindəki aşıqlar və ozanlar arasında (xüsusən sərhəddin hər iki tərəf kürəsünniləri arasında) çox məşhurdur. Dədə Katib, həm də Güney Azərbaycanda yaşayan Hənəfi sünni türklərin dini alimi kimi də tanınmışdır. O, əksər şeirlərin Azərbaycan dilində yazıb, ancaq türk dilində də şeirləri var.
Dəmirporfirin tərkibli biomimetik katalizatorlar
Dəstə (taksonomik kateqoriya)
Dəstə (ordo) heyvan sistematikasında bir neçə fəsiləni birləşdirən taksonomik kateqoriya. Yaxın dəstələr sinif əmələ gətirir (mükəmməl sistematikalarda dəstə əvvəlcə tamdəstə və yarımsinif, sonra isə sinfi təşkil edir). Bitki sistematikasında sıra dəstəyə müvafiq tutulur.
Efrayim Katsir
Efrayim Katsir (ivr. ‏אפרים קציר‏‎; 3 (16) may 1916, Kiyev – 30 may 2009[…], Rexovot, Mərkəz dairəsi) — İsrail biofiziki və İsrail Əmək Partiyasının üzvü, İsrailin dördüncü Prezidenti (1973–1978). Efrayim Kaçalski Rusiya İmperiyasının Kiyev şəhərində (indiki Ukrayna) Yehuda və Sila Kaçalskinin ailəsində anadan olmuşdur. 1925-ci ildə (bəzi mənbələrə görə 1922-ci ildə) ailəsi ilə birlikdə yenicə seçilmiş İosif Stalinin rəhbərliyi ilə həyata keçirilən Sovet terrorundan yaxa qurtarmaq məqsədilə mandat altında olan Fələstinə miqrasiya etmiş və Yerusəlimdə məskunlaşmışdır. 1932-ci ildə Rehaviya Gimnaziyasından məzun olmuşdur. Qardaşı Aharon Katsir kimi o da elmlə maraqlanırdı. O, Yerusəlim Yəhudi Universitetində botanika, zoologiya, kimya və bakteriologiya üzrə təhsil alırdı. 1938-ci ildə magistr, 1941-ci ildə isə fəlsəfə doktoru elmi dərəcəsi alır. 1939-cu ildə ilk Haqana qulluqçuları kursundan məzun olur və tələbə birliyinin komandiri təyin edilir. Qardaşı ilə birlikdə partlayıcı maddələrin inkişafı üzərində işləyir.
Ejen Şarl Katalan
Ejen Şarl Katalan (30 may 1814[…], Brügge – 14 fevral 1894[…], Lyej, Valloniya[d]) — riyaziyyatçı. Daimi kəsrlər, təsviredici həndəsə, ədədlər nəzəriyyəsi və kombinatoriks üzərində çalışmaları vardır.
Eksudativ-kataral diatez
EKD ətraf mühitin qıcıqlarına qarşı dəri və selikli qişalarda baş verən dəyişikliklərlə təzahür edən uyğunlaşma pozuntusudur. O, mədə-bağırsaq traktının fermentativ sisteminin yaş xüsusiyyətləri, immun sisteminin vəziyyəti və ətraf mühitin orqanizmə təsiri ilə əlaqədardır. Bətndaxili inkişafa mənfi təsir edən amillər – dölün hipoksiyası, mərkəzi sinir sisteminin perinatal zədələnməsi, infeksion xəstəliklər, çoxsaylı medikamentoz müalicələr, qidalanmanın xarakteri EKD yaradan səbəblərdəndir. Bu zaman genetik faktor da mühüm əhəmiyyət kəsb edir və çox hallarda EKD-li körpələrin valideynləri də uşaq ikən bu vəziyyətdən əziyyət çəkirlər. EKD-li uşaqlarda həyatın ilk həftələrindən dəridə davamlı bişməcələr, dərinin quru və avazımış olması, başın tüklü hissəsində çətin təmizlənən qartmaq, yanaqların dərisinin qızarması və qabıqlanması (bu, soyuq havanın təsirindən daha da kəskinləşir), içərisinə maye yığılan və qaşınan düyüncüklər və artıq çəki müşahidə oluna bilər. Eyni zamanda gözlər, bronxlar, ağız boşluğu, mədə-bağırsaq sisteminin selikli qişaları da bu prosesə cəlb oluna bilir. EKD-li uşaqlarda kliniki əlamətlərin kəskinləşməsi qidalanmanın pozulması və bəzən də iqlim şəraiti səbəbindən baş verir. EKD-nin profilaktikaslna ilk növbədə hamiləlik dövründə başlamaq məsləhətdir. Bunun üçün gələcək ana öz qida rasionundan allergenləri mümkün qədər çıxarmalı, ginekoloq isə dölün bətndaxili inkişafına nəzarət etməlidir. Uşağı doğum evindən evə gətirən andan onu əhatə edən mühitdəki allergenləri mümkün qədər aradan qaldırmaq lazımdır.
Elişa Katbert
Elişa Ann Katbert(ing. Elisha Ann Cuthbert; d. 30 noyabr 1982, Calgary, Alberta, Kanada) bu bir aktrisa və model. O beynəlxalq məlum oldu seriyası 24 Kim Bauer oynayan üçün, Danielle film The Girl Next Door və Carly Jones House Of Wax. O Glam'Mag jurnalı tərəfindən 2015-ci ildə dünyanın ən seksual aktrisa seçildi. 2013-cü ildə o, Amerika TV ən gözəl qadını seçildi. Bu cinsi simvolu var və tez-tez biri kimi qeyd olunur bir qadın daha çox "sexys" və daha çox "gözəl" dünya. 1997 Dancing on the Moon — Sarah 1997 Nico the Unicorn — Carolyn Price 1998 Airspeed — Nicole Stone 1999 Believe — Katherine Winslowe 1999 Time at the Top — Susan Shawson 2000 Who Gets the House? — Emily Reece 2003 Love Actually — American Goddess Carol 2003 Old School — Darcie Goldberg 2004 The Girl Next Door -Danielle 2005 House of Wax — Carly Jones 2005 The Quiet — Nina Deer 2007 Captivity — Jennifer Tree 2007 He Was a Quiet Man — Vanessa 2008 My Sassy Girl — Jordan Roark 2008 Tim and Eric Awesome Show, Great Job!
Emiri Kato
Emiri Kato (加藤英美里, Katō Emiri, 26 noyabr 1983[…]) — Yaponiya səs aktrisası. Tokio anadan olmuşdur. 81 Produce ilə əməkdaşlıq edir. 2004 Kyō Kara Maō!
Erməni Katolik Kilsəsi
Erməni Katolik Kilsəsi (erm. Հայ Կաթողիկե Եկեղեցի) — mərkəzi Vatikanda yerləşən, Roma Papasına tabe kilsə. Erməni Qriqoryan Kilsəsindən ayrılmışdır və Qriqoryan kilsəsindən fərqli olaraq, Ermənistanda dövlət səviyyəsində təmsil olunmur. Kilsənin patriarxı Nerses Bedrosdur. Patriarx tərəfindən Papa hakimiyyəti rəsmən tanınır. Kilsənin ABŞ, Polşa, Fransa, Ermənistan və Argentina kimi ölkələrdə mərkəzləri fəaliyyət göstərir.
Estoniyada katolisizm
Estoniyada katolisizm — Estoniyadakı katolik kilsəsi dünya katolik kilsəsinin bir hissəsidir. 2000-ci il siyahıyaalınmasına əsasən, ölkədə özünü xristianlığın katolik qolunda etiqat etdiyini deyən 5745 nəfər, yəni əhalinin təxminən 0,5%-i vardır. Catholic-hierarchy.org saytı 2008-ci il üçün eyni rəqəmi göstərir. Xristianlıq müasir Estoniya ərazisinə 11-ci əsrdə nüfuz etməyə başlayır, bu həm arxeoloji, həm də yazılı sübutlarla təsdiqlənir. Beləliklə təxminən 1070-ci ildə Bremen arxiyepiskopu estonlar və finlər üçün yepiskop təyin edilir. 13-cü əsrin əvvəllərində müasir Estoniya ərazisi Danimarka və Almaniya xaçlıları tərəfindən fəth edilir, ardınca estonların məcburi xristianlaşdırılması baş tutur. Ümumiyyətlə bu proses 1227-ci ilə qədər başa çatır. XVI əsrin birinci yarısında müasir Estoniya ərazisində reformasiya hərəkatı geniş vüsət alır və katolikliyin təsiri azalmağa başlayır. Həmin əsrin ikinci yarısında demək olar ki, bütün Estoniya isveçlilər tərəfindən fəth edilir, bundan sonra katoliklik tamamilə qadağan edilir və lüteran rəsmi kilsə olur. 1559-1645-ci illərdə müasir Estoniya ərazisində katoliklik yalnız o zaman Katolik Birliyinə aid olan cənub bölgəsində mövcud idi.
Eygene Çarlz Katalan
Ejen Şarl Katalan (30 may 1814[…], Brügge – 14 fevral 1894[…], Lyej, Valloniya[d]) — riyaziyyatçı. Daimi kəsrlər, təsviredici həndəsə, ədədlər nəzəriyyəsi və kombinatoriks üzərində çalışmaları vardır.
Farqeza katalpası
Farqeza katalpası (lat. Catalpa fargesii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin katalpa cinsinə aid bitki növü. Qərbi Çinin subtropik və isti iqlimli ərazilərindəki meşələrdə bitir. Hündürlüyü 20 m-ə çatan, ulduzvari-tüklü cavan zoğlu, yarpağını tökən ağacdır.Yarpaqları ucu biz və ya yumru, ürəkşəkilli, qarşı-qarşıya düzülüşlü, uzunluğu 20 sm-ə qədər olub, uzun saplaqlıdır. Kənarları bütöv və ya çıxıntılı, sadədir. Yarpaq ayasının üst səthi bir az tüklü, alt tərəfi isə çox tüklüdür, saplağın uzunluğu 10 sm-dir, sürtüldükdə xoşagəlməz qoxuludur. Çiçəklərinin uzunluğu 3,5 sm, rəngi çəhrayı və ya çəhrayı-qırmızıdır, 7-15 ədəd olmaqla, süpürgə çiçək qrupuna yığılmışdır. Çiçək tacı içəri tərəfdən xallıdır. Sərt qışda zoğlar, adətən donur. Qışın sərt keçməsinə baxmayaraq katalpa hər il çiçəkləyir, lakin meyvə vermir.
Foqarti kateteri
Foqarti kateteri (ing. Fogrty-Katheter) Amerika cərrahı Tomas J. Foqartinin adı ilə adlandırılmış, 75 sm uzunluğunda, uc hissəsində daxilinə maye (Heparinli 0,9%-li NaCl məhlulu) yeritmək üçün qovucuq olan, arteriya damarlarından tromb kütləsini xaric etmək üçün tətbiq edilən elastik və plastik boru ya kateterdir. Kateter damar və ürək cərrahiyyəsində, xüsusən də magistral damarların trombozunda geniş tətbiqini tapmışdır. Tromb kütləsi ilə tutulmuş damar proksimal hissədən yarılaraq daxilinə Foqarti kateteri yeridilir. Kateterin ucu tromb kütləsini dələrək distal istiqamətdə yeridildikdən sonra , onun ucundakı qovucuğa müvafiq miqdarda Heparinli 0,9%-li NaCl məhlulu yeridilərək şişirdilir. Bundan sonra kateter geri çəkilərək yarılmış damar mənfəzindən kənar edilir. Nəticədə qovucuq tromb kütləsini önünə alıb kürəyərək damar kəsiyindən xaric etmiş olur. Kateter Arterial kateter Venadaxili kateter Mərkəzi venoz kateter Svan-Hanz kateteri Sidik kateteri Ellis H. The Fogarty catheter. J Perioper Pract. 2006 Jun;16(6):303.
Fransız kateter şkalası
Fransız şkalası, Fransız ölçü şkalası qısa olaraq Fr ya F silindrik tibbi alətlərin , xüsusilə də kateterlərin xarici diametrini təyin etmək üçün farnsız şkalası. Fransız şkalasına görə ölçü, diametr mm-lə ölçülməklə və 3 ədədinə bölünməklə əldə edilir. 1 Fr = 0.33 mm D(mm) = F/3 və ya F = D(mm)x3 Fransız ölçü şkalasını "diametrin 3 missli" XIX əsrdə parisli tibbi alətlər istehsalçısı Jozef-Frederik-Benua Şarryer (fr. Joseph-Frédéric-Benoît Charrière) təklif etmişdir. Bəzən Fransız şkalası vahidi Jozef-Frederik-Benua Şarryerin şərəfinə Ch kimi də qeyd edilir.
Fu Jen Katolik Universiteti
Fu Jen Katolik Universiteti (çin. 輔仁大學) — Tayvannın Taybey şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Fu Jen Universiteti xalq arasında "Fuda" adlandırılır. Universitet 12 kollec təşkil edir. Universitet Times Higher Education Impact Ranking nda ən yaxşı 300 sırada yer aldı, QS World University Rankings tərəfindən ilahiyyatda ilk 100, humanitar və tibb sahəsində ən yaxşı 500. 2020-ci ildə "MGEM" beynəlxalq transmilli birgə magistr proqramı Financial Times tərəfindən dünya miqyasında 19-cü sırada yer aldı. Ali məktəbin şüarı belədir: Fu Jen də A&HCI jurnalına ev sahibliyi edir. Fu Jen, Çin dilli dünyadakı ən qədim Katolik və Cizvitə bağlı bir universitetdir.
Fəsilə (taksonomik kateqoriya)
Fəsilə (bitki aləmində) və ya ailə (heyvanat aləmində) (lat. familia) tərkibində bir cins, yaxud monofilitik (ümumi mənşəli) cinslər qrupu olan və başqa fəsilələrdən və ya ailələrdən kəskin fərqlənən ayrıca ekoloji sahədə yerləşən taksonomik kateqoriya. Fəsilənin özünəməxsus əlamətləri ona müəyyən ekoloji uyğunlaşma zonasında yaşamağa imkan verir. Zoologiyada fəsilənin latınca adının sonunda "dae" yazılır. Botanika və bakteriologiyada fəsilə adı "ceae" ilə qurtarır. Məsələn, Violaceae (bənövşəkimilər). Fəsilə müstəsna olaraq iki alternativ ad daşıyır; bu "Beynəlxalq botanika nomenklaturasının kodeksi" tərəfindən qəbul edilmişdir. Hər hansı bir ərazinin müxtəlif fəsiləri xüsusiləşir və onların arasında aydın fərqlər mövcüd olur. Çox vaxt hər materikdə fəsilələr bir-birindən fərqlənən müxtəlif xüsusiləşmiş qruplara parçalanırlar. Bəzən də elə aralıq formalar meydana çıxır ki, fəsilələr arasındakı kəskin fərqlər itmiş olur.
Hipparkos Kataloqu
Hipparkos kataloqu (HIP) — Hipparcos kosmik teleskopu ilə 1989-1993-cü illərdə ulduzların qeydə alındığı kataloq. Ən dəqiq ulduz kataloqu hesab edilir.
Hiroşi Katayama
Hiroşi Katayama (d. 28 may 1940) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 38 oyun keçirib.
Hisaşi Kato
Hisaşi Kato (d. 24 aprel 1956) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 61 oyun keçirib, 6 qol vurub.
Hizbullahın baş katibi

Digər lüğətlərdə