Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (ing. International Mathematical Kangaroo) — məktəblilər arasında riyaziyyat fənni üzrə keçirilən beynəlxalq müsabiqə.
== Tarixi ==
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi 1994-cü ildən, ildə bir dəfə olmaqla keçirilir.
== Məqsəd ==
Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi və şagirdlərdə fənlərə olan marağın artırılmasına nail olmaqdan ibarətdir.
Dərsliklərdə verilmiş riyazi formulaların əzbərlənərək istifadə edilməsindən daha artığını, hər yaşa uyğun biliklərin məntiqi düşüncə sayəsində sınanması da qarşıya qoyulan əsas məqsədlərdəndir. Yəni burada şagird hansısa əzbərlədiyi formulanı yada salmağa çalışmaqdan daha çox məsələyə fərqli yönlərdən baxmağa, beynini məşq etdirməyə, məntiqini işə salmağa məcburdur ki, sualları cavablasın.
Müsabiqə "Öyrənək, əylənək və həll edək!" şüarı ilə keçirilir.
== İştirakçıları ==
Bu müsabiqə müxtəlif səviyyələrdə riyazi biliyə malik olan 1-2-3-4-5-6-7-8
sinif şagirdlərini əhatə edir və şagirdlərin iştirakı qeydiyyat haqqını ödəməklə könüllülük prinsipi daşıyır.
2024-cü ildə müsabiqədə dünyanın 80-dən çox ölkəsindən 6 milyondan çox şagird iştirak etmişdir.
1-ci yer :
-Məhəmməd Fətullayev Rafis Oğlu
-Maksimal bal=120
-Topladığı bal=30
== Təşkilatçılar ==
Müsabiqənin qurucu və idarəçilərindən bir neçəsi eyni zamanda Beynəlxalq Riyaziyyat Olimpiadasının təşkilatçı və idarəçiləri arasında da təmsil olunurlar.