korporant
korporativ
OBASTAN VİKİ
Korporasiya
Korporasiya termini latın dilində olan "corporatio" – birlik sözündən yaranmışdır. İstənilən cəmiyyətdə müəyyən məqsədlərə çatmaq üçün birliklər yaranır. Bu birliklərə daxil olan subyektlərin öz aralarında və bu subyektlərlə cəmiyyətin digər üzvləri arasında qarşılıqlı əlaqəni yaratmaq üçün müəyyən vasitə olmalıdır. İnformasiya belə bir vasitədir. Hər bir birlikdə olan informasiya həmin birliyi xarakterizə edir. Bundan başqa birliyə daxil olan subyektlər arsında informasiyanın paylanmasına və mübadiləsinə imkan verən bir əlaqə vasitəsinə ehtiyac yaranır. Birliyin subyektləri arasında informasiyanın paylanmasını və mübadiləsini həyata keçirmək üçün dil, kodlaşdırma, şifrləmə və şəbəkə texnologiyaları vasitə kimi istifadə oluna bilər. Korporasiya – subyektlərin ümumi məqsədə çatmaq üçün yaratdığı birlikdir. Korporasiyanın subyektləri arasında informasiya mübadiləsini həyata keçirmək üçün korporasiya daxilində başa düşülən, razılaşdırılmış və mühafizə olunan əlaqə yaradırlar. == Korporasiyanın üç əsas elementi == Korporasiyanın yaradılması üçün üç əsas elementin olması vacibdir.
Dövlət-korporasiya cinayəti
Dövlət-korporasiya cinayəti — Kramer və Michalowski tərəfindən 1990-cı ildə kriminologiya elminə bəxş edilmiş termin. Kramer və Michalowski-ə görə, dövlət və korporasiyaların birgə törətdikləri cəmiyyətə zərərli və qeyri-qanuni əməllər, habelə, dövlətin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsindən bəhrələnən korporasiyaların törətdikləri cinayətlər dövlət-korporasiya yaxud dövlət-şirkət cinayətləri adlanır. Tənqidi kriminologiyanın bir hissəsi olan bu mövzu olduqca yeni olduğundan bu sahədə çoxsaylı genişmiqyaslı tədqiqatlara ehtiyac var, amma ki, Kramer və Michalowski-nin nəzəriyyəsi yarandığı gündən etibarən bir çox böyük miqyaslı cinayətlərə yeni baxış prizmaları ortaya çıxmaqdadır.
"Qida" korporasiyası (film, 2008)
"Qida" korporasiyası (ing. Food, Inc.) — Robert Kennerin rejissoru olduğu 2008-ci il amerikan sənədli filmi. Filmdə Amerika Birləşmiş Ştatlarında kənd təsərrüfatı üzərində aparılan araşdırmalar əsasında, aqrobiznesin həm ətraf mühitə, həm heyvanlara, həm də işçilərə zərərli bir şəkildə qida istehsal etdiyindən bəhs edilir. Film Maykl Pollan və Erik Şlosser tərəfindən səsləndirilmişdir. Film tənqidi zamanı müsbət reaksiyalar almış və bir çox mükafata, o cümlədən 2009-cu ildə ən yaxşı sənədli film təqdimata görə Akademiya Mükafatı və Müstəqil Ruh Mükafatına namizəd görülmüşdür. == Məzmun == Amerika kənd təsərrüfatı bir çox cəhətdən digər dünya ölkələri tərəfindən həsəd aparılan sahə olmuşdur. ABŞ aqrobiznesi daha az torpaq sahəsində daha böyük məhsuldarlıq və immiqrantların ucuz qiymətə işlədilməsi prinsipinə əsaslanır. Bəs burada bizi qidadan soyudan nə ola bilər? Aşağı qiymətə işləyən fermerlərin, ucuz qida restoranlarının və xəstəlikli istehlakçıların artan sayına əsasən, "Qida" korporasiyası sənədli filmi çəkilmişdir. Bu heyrətləndirici sənədli filmdə vurğulandığı kimi xəstə heyvanlar, ətraf mühitin pozulması, korlanmış və zərərli qidalar, piylənmə, şəkərli diabet və digər sağlamlıq problemləri yüksək mexanikləşdirilmiş və mərkəzləşdirilmiş sistemlə əlaqəli ən yayğın problemlərdir.
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC Tikinti işlərini yerinə yetirən və tikinti məhsulları istehsal edən Azərbaycan şirkətidir. Şirkət Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Türkiyədə infrastrukturlar tikir. Şirkətin internet saytına əsasən Akkord 1,7 milyard ABŞ dolları həcmində tikinti layihələrini həyata keçirib. Hal-hazırda (iyul 2013-cü il) layihələrin həcmi 1,9 milyard ABŞ dolları təşkil edir. == Şirkətlər == Akkord Azərbaycanda 39 zavoda malikdir və onların fəaliyyəti ilə məşğuldur. Akkord həmçinin Frankfurtda, Almaniyada da ofisə malikdir. Qazax Sement Zavodu Azərbaycan Beynəlxalq Bankı(ABB) Azərbaycanın Qazax regionunda yeləşmiş zavodun tikintisini maliyyələşdirmişdir. Zavodun tikintisi 2013-cü ildə başa çatmışdır. Zavod Azəbaycandakı ikinci sement zavodudur. Hydraulic Mechanisms Company MMC Akkord Prefabrik MMC Akkord Nəqliyyat MMC Körpü Tunel Tikinti MMC Property İnvestments MMC Deutsche Fassaden Technologien MMC Akkord Tekstil MMC Akkord Asfalt MMC Akkord Kərpic MMC Akkord Mərmər Qranit MMC Akkord Beton MMC Accopen MMC Akkord Mənzil Kommunal Təsərrüfat Birliyi MMC Akkord Hydrotechnical Construction Company MMC Akkord Steel Construction Company MMC Akkord Mingəçevir Metal Konstruksiya Zavodu Akkord Xırdalan Metal Konstruksiya Zavodu Akkord Boya Zavodu Akkord Qum & Çınqıl Karxanası Akkord Gülbaxt Daş Karxanası == Əsas rəhbərlər == 30 yanvar 2017-ci il tarixindən etibarən şirkətə Hikmat Garibov rəhbərlik edir.
Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası

Azərbaycan Sənaye Korporasiyası
"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti
Beynəlxalq Maliyyə Korporasiyası
Beynəlxalq Maliyyə Korporasiyası, BMK (ing. International Finance Corporation) - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının tərkibinə daxil olan yardımçı təşkilat. Bank, 1956-cı ildə yaradılmışdır və əsas məqsədi, inkişaf etməkdə olan dövlətlərin özəl sektoruna, xüsusilə də mənfəət əldə edən müəssisələrə kreditlər formasında (BMK ümumi vəsaitinin 74%) kapital qoyuluşunu nəzərdə tuturdu. BKM-nin maliyyəsinin digər 26%-i, səhmdar kapitallarda iştirak üçün nəzərdə tutulmuşdur. 1956-cı ildə yaradılan Beynəlxalq Maliyyə Korporasiyasının hazırda 184 üzvü var. 1973-cü ildə bu təşkilata 100 ölkə daxil idi. BKM heç bir dövlət təminatı tələb etmir, lakin bu təşkilatdan kredit almaq üçün əsas şərt maliyyələşdirilən layihənin 50%-nin yerli və ya xarici özəl kapital hesabına ödənilməsidir. Kreditlərin verilmə tarixi 5 ildən 15 ilədək nəzərdə tutulur. Faizlər illik 5-10% təşkil edir. Bu təşkilata üzv olmaq üçün əvvəlcə BYİB-ə üzv olmaq lazımdır.
Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası
Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası (BİTMK) — İslam dünyasında iqtisadi inkişafı təmin etmək və insanların həyat səviyyəsini daha da yaxınlaşdırmaq üçün İslam Əməkdaçlıq Təşkilatıına (İƏT) üzv ölkələr arasında ticarətin inkişafına yardım edir. İslam İnkişaf Bankı (İİB) Qrupu tərkibində muxtar müəssisə kimi fəaliyyət göstərən Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası İİB Qrupu çərçivəsində müxtəlif tədbirlər həyata keçirərək ticarətin maliyyələşdirilməsinə və biznesin inkişafına güclü zəmin yaratmışdır. == Fəaliyyətinin prinsipləri == Bu qurum İslam şəriətinə uyğun ticarət və maliyyə lideri olaraq, İƏT-ə üzv ölkələrin hökumətləri və biznes subyektləri üçün öz təcrübə və vəsaitlərini təqdim edir. BİTMK öz fəaliyyətində əsas diqqəti üzv ölkələr arasında ticarəti stimullaşdırmaq və daha da inkişaf etdirmək, ticarətdə İslam maliyyəsinin diversifikasiyasını aktivləşdirmək kimi məsələlərin həllinə yönəldir. Bununla yanaşı BİTMK İslam İnkişaf Bankı Qrupunun üzvü olaraq, ticarətin inkişafında təsirli nəticələr əldə etmək üçün özəl və dövlət resurslarının səfərbərliyində bir vasitəзi kimi üzv dövlətlərin hökumətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir. Bu da BİTMK-ya İƏT-ə daxil olan ölkələrdə biznes subyektlərinin maliyyə və ticarət əməliyyatlarına daha yaxşı daxil olmaları və qlobal bazarda upurla rəqabət aparmaları üçün zəruri təhsil və təlim verməyə kömək edir. BİTMK bu işləri görən zaman özünün ticarət sahəsindəki bilik və bacarıqlarını bölüşməklə tətbiqinə çalışmaq, insanları əməkdaşlığa cəlb etməklə onları yaxınlaşdırmaq, iqtisadiyyatları, cəmiyyətləri və fərdləri zənginləşdirmək kimi amallarına doğru hərəkət edir. Təşkilat həmçinin, öz fəaliyyətində beynəlxalq standartları tətbiq edərək iki əsas sektorda "maliyyə və ticarət" və "ticarət və reklam"-da İİB qrupunun inkişaf məqsədlərinə nail olmağa yardım edir. Yəni, ticarətin genişlənməsini həyat səviyyəsinin yüksəldilməsinin başlıca rəhni kimi təbliğ edir. == Mənbə == Ruslan Atakişiyev.
HTC korporasiyası
High Tech Computer Corporation (HTC) — kommunikasiya avadanlığının istehsalı və satışını həyata keçirən Tayvan şirkəti. 1997-ci il mayın 15-də təsis edilmişdir. Dünyanın ən qabaqcıl markalarındandır. Fəaliyyətinin ilk dövründə şirkət personal cib kompyuterlərinin (Pocket PC) istehsalı ilə məşğul olmuş, nəticədə prioritet istiqamət olaraq aktiv inkişaf prosesində olan kommunikatorlar bazarı seçilmişdir. 2001-ci ildən etibarən HTC öz markası ilə istehsalı ikinci plana keçirərək telefon operatorları üçün hazır, markasız telefonların satılmasına üstünlük vermək qərarına gəlmişdir. Operatorlar bu telefonlara loqotiplərini yerləşdirərək öz brendləri altında satırlar. O zaman bu istiqamətin seçilməsinin şirkət üçün uğurlu olduğu hesab edilirdi. İlk belə müqaviləni HTC 2001-ci ildə bağlamış və bu şəkildə əməkdaşlıq etdiyi şirkətlərin sayı artmaqdadır. Şirkətlə əməkdaşlıq edənlər arasında T-Mobile, Orange, O2, Vodafone və s. iri mobil operatorlar var.
Trans milli korporasiyalar
Təsiredici nüfuzları, çoxmilyardlıq investisiyon qüdrətləri ilə qloballaşma prosesini stimullaşdırırlar. Hərtərəfli mühafizə sistemləri, yüksək maddi-texniki baza ilə təhciz edilmiş elmi-tədqiqat institutları, laboratoriyaları, konstruktor büroları TMK-nın artan potensialını, rəqabət qüdrətini təmin edir. Belə strateji istiqamət milli kapitalın fəaliyyətinin beynəlmiləlləşdirilməsi, transmilli kapitalın maraqlarının qloballaşması ilə və əvəzlənməsini gerçəkləşdirir. Hazırda dünya təsərrüfatının mühüm mexanizmi kimi onlar ÜDM-in 20–25%-nə malik olmaqla beynəlmilləşmənin əsas hərəkətverici qüvvəsinin özəyində dayanırlar. TMK-lar əsasən XIX əsrin sonlarından başlayaraq geniş inkişaf etməyə başladı. Ancaq TMK-ların tarixi daha qədimdir. İlk beynəlxalq iqtisadi fəaliyyətlə məşğul olmağa başlamış təşkilat "Tamplier ordeni" sayılır. Onlar 1135-cil ildə hələ beynəlxalq səviyyədə bank işiylə məşğul idilər. Ancaq rəsmi şəkildə yaradılmış ilk TMK-a İngiltərənin "East İndia Company" TMK-dır. Bu kompaniya 1600-cü ildə İngiltərənin Hindistanda iqtisadi fəaliyyət göstərməsi üçun kraliça I Yelizavetanın əmriylə yaradılır.
Çin Elektrik Korporasiyası
Çin Elektrik Korporasiyası və ya China Electronics Corporation (CEC) — Çin Xalq Respublikasının dövlət şirkətidir və Çində həm mülki, həm də hərbi məqsədlər üçün məhsul istehsal edən ən böyük telekomunikasiya istehsalçılarından biridir. Korporasiyanın fəaliyyəti bir neçə sahəyə bölunub. Bunlar: kompüter proqramı ilə kompüter avadanlıqlarının istehsalı və sistem inteqrasiyası, telekomunikasiya şəbəkəsi və terminallarının hazırlanması və müxtəlif rəqəmsal məişət texnikasının istehsalı sahələridir. Şirkət 1989-cu ildə, Çin Xalq Respublikasının Elektron Sənayesi Nazirliyinin tərkibində qurulur. Çin Elektrik Korporasiyası 2007-ci ildə Niderlandın Philipsin mobil telefon şöbəsindən, "Philips" ticarət nişanı ilə mobil telefon satma hüququnu alır. O zaman "Philips"in şöbəsinin illik gəliri 400 milyon avro, işçi sayı isə 240 nəfər idi. 2020-ci ilin avqust ayında ABŞ Müdafiə Nazirliyi, ABŞ-də birbaşa və ya dolayısı ilə fəaliyyət göstərən Çin Xalq Azadlıq Ordusu ilə əlaqəli şirkətlərin adlarını açıqlayır. "Çin Elektrik Korporasiyası"da bu siyahıya daxil edilir. 2020-ci ilin noyabrında Donald Trump, hər hansı bir Amerika şirkəti və ya vətəndaşının, ABŞ Müdafiə Nazirliyinin siyahıya aldığı şirkətlərin səhmlərinə sahib olmasını qadağan edən bir sərəncam imzalayır və bu şirkətlərin siyahısında "Çin Elektrik Korporasiyası"nın adıda keçir.
Şevron Korporasiyası
Chevron Corporation — dünyanın ən iri beynəlxalq enerji və kimya şirkətlərindən biri. Baş ofisi Kaliforniyanın San Ramon şəhərində yerləşir. Neft və kimya sənayesinin bütün sahələrində iş görən «Şevron»un dünyanın 100-ə qədər ölkəsində 450 filialı və birgə müəssisəsi fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrində 62000 işçisi var. 1879-cu ildə Pasifik Kost Oyl Kompani adı ilə fəaliyyətə başlamışdır.
AT&T Korporasiyası
AT&T Korporasiyası daha çox AT&T kimi tanınır, keçmiş adının qısaltması olan American Telefon və Teleqraf Şirkəti bizneslərə, istehlakçılara və dövlət qurumlarına səs, video, məlumat və internet telekommunikasiya və peşəkar xidmətlər təqdim edən Amerika telekommunikasiya şirkəti idi.
"Qida" korporasiyası
"Qida" korporasiyası (ing. Food, Inc.) — Robert Kennerin rejissoru olduğu 2008-ci il amerikan sənədli filmi. Filmdə Amerika Birləşmiş Ştatlarında kənd təsərrüfatı üzərində aparılan araşdırmalar əsasında, aqrobiznesin həm ətraf mühitə, həm heyvanlara, həm də işçilərə zərərli bir şəkildə qida istehsal etdiyindən bəhs edilir. Film Maykl Pollan və Erik Şlosser tərəfindən səsləndirilmişdir. Film tənqidi zamanı müsbət reaksiyalar almış və bir çox mükafata, o cümlədən 2009-cu ildə ən yaxşı sənədli film təqdimata görə Akademiya Mükafatı və Müstəqil Ruh Mükafatına namizəd görülmüşdür. == Məzmun == Amerika kənd təsərrüfatı bir çox cəhətdən digər dünya ölkələri tərəfindən həsəd aparılan sahə olmuşdur. ABŞ aqrobiznesi daha az torpaq sahəsində daha böyük məhsuldarlıq və immiqrantların ucuz qiymətə işlədilməsi prinsipinə əsaslanır. Bəs burada bizi qidadan soyudan nə ola bilər? Aşağı qiymətə işləyən fermerlərin, ucuz qida restoranlarının və xəstəlikli istehlakçıların artan sayına əsasən, "Qida" korporasiyası sənədli filmi çəkilmişdir. Bu heyrətləndirici sənədli filmdə vurğulandığı kimi xəstə heyvanlar, ətraf mühitin pozulması, korlanmış və zərərli qidalar, piylənmə, şəkərli diabet və digər sağlamlıq problemləri yüksək mexanikləşdirilmiş və mərkəzləşdirilmiş sistemlə əlaqəli ən yayğın problemlərdir.

Digər lüğətlərdə