KOSMİK

s. cosmic; space; ~ uçuş space flight; ~ gəmi spaceship, spacecraft, space vehicle; ~ fəza (cosmic / outer) space; ~ şüalar cosmic rays; ~ şüalanma cosmic radiation

KOSMETİKA
KOSMODROM
OBASTAN VİKİ
Kosmik biologiya
Kоsmik biоlоgiya (kosmobiologiya) - kоsmik fəzada, kosmik gəmilərdə uçuşlar zamanı canlılarda gedən prоsesləri, оnların Yer şəraitindən fərqini, çəkisiz mühitin orqanizmə üzərində təsirini, insanın qida və оksigenlə təchiz оlunmasını, tullantılardan təkrar istifadə etmək kimi prоblemləri öyrənir. Kosmobiologiya insanın kоsmоsu tədqiqi ilə əlaqədar XX əsrdə yaranmış bir elm sahəsidir.
Kosmik fəza
Kosmos və ya kosmik fəza — Yerin atmosferindən kənarda və digər kosmik cisimlər arasında yerləşən, amma kosmik cismlər istisna olmaqla kainatın geri qalan hissəsində sonsuz olduğu düşünülən boşluğa verilən addır. Orta istiliyi −271 °C, mütləq sıfır nöqtəsi isə −274 santiqrad dərəcədir. Atmosfer ilə kosmos arasında qəti bir sərhəd yoxdur, lakin Yerin atmosferi yuxarı doğru qalxdıqca incəlməkdədir. Kosmosda təxminən milyardlarla qalaktika olduğu ehtimal edilir. Bu təxmini qalaktikaların içərisində təxminən milyonlarla ulduz sistemi, planetlər və asteroidlər var. Fizik Karl Saqanın "Kosmos" kitabında yazdığı kimi universal atom sabiti 1088 qədərdir yəni 10 üstü 88-dir, Karl Saqana görə kainatda təxminən 1-in yanında 88 sıfır dənə atom var (on oktoviqintilyon). Bu formada bir hesablama və insanlığın bildiyi hər növ qalaktika kosmik fəzanın böyüklüyünü sübut edir. Albert Eynşteynin Nisbilik nəzəriyyəsinə görə kosmos elastik bir toxumaya malikdir. Cismlərin bu elastik toxumanı bükmələrindən dolayı cazibə qüvvəsinin olduğunu irəli sürən bir nəzəriyyədir. Kosmosda zaman anlayışı yoxdur.
Kosmik geodeziya
Kosmik geodeziya geodeziyanın xüsusi sahəsidir; Yerin peyk sistemi və digər kosmik aparatlar və Ayı müşahidə etməklə elmi və praktiki problemləri həll edir. K. g.-nin əsas vəzifələri: beynəlxalq səviyyədə qəbul edilmiş proqram vasitəsilə Yer səthində nöqtələrin qarşılıqlı yerlərinin müəyyən edilməsi; Yerin ağırlıq mərkəzinə nisbətən istinad ellipsoidinin mərkəzinin müəyyən edilməsi; Yerin ağırlıq mərkəzinə nisbətən nöqtələrin mütləq koordinatlarının tapılması və vahid qlobal koordinat sisteminin yaradılması; bütün geodeziya sistemləri arasında əlaqənin təmin edilməsi; Yerin xarici qravitasiya sahəsinin və Yerin formasının təyini; geodeziyanın bəzi fundamental sabitlərinin davamlı təyini. K. g. haqqında ilk işlər 18-ci əsrin ikinci yarısında aparılmışdır. Lakin 20-ci əsrin 60-cı illərindən K. g. Problemlərin həlli üçün Yer peyklərindən istifadə edilir. K. g-nin həndəsi və dinamik məsələləri də var. Yer səthində və kosmik gəminin səthində nöqtələrin qarşılıqlı vəziyyətinin koordinat sistemində müəyyən edilməsi həndəsi məsələdir; Kosmik vasitələrin orbital elementləri əsasında Yerin cazibə sahəsinin parametrlərinin müəyyən edilməsi dinamik məsələdir.
Kosmik gəmi
Kosmik gəmi — kosmosa uçmaq üçün istifadə edilən nəqliyyat vasitəsi, gəmi və ya aparatdır. Kosmik gəmilərin məqsədlərinə kommunikasiya, Yerin müşahidəsi, meterologiya, naviqasiya, kosmosda koloniyaların yaradılması, planetlərin tədqiq edilməsi və insan və yüklərin daşınması daxildir. Əsas hərəkətverici element kimi adi raket mühərriklərindən istifadə edilir. Günəş şüaları ilə işləyən mühərriklərdən hələ istifadə edilmir. Kosmik gəmilər yerə enmə qabiliyyətinə görə fərqlənirlər. Onlardan bir qismi paraşütlərlə (Soyuz, Vostok), digərləri isə bir başa yerin atmosferini keçdikdən sonra adi təyyarə kimi yerə enə bilirlər (məsələn Spase Shutle, Buran). Paraşütlə düşən kosmik gəmi hissəsinə stabilləşdirici aerodinamik forma verilir. Bu onların atmosferə daxil oduqdan sonra hərəkətini tənzimləyir.
Kosmik körpü
Kosmik lift, kosmik körpü, ulduz nərdivanı və ya orbital lift — planetdən kosmosa çıxmaq üçün təklif olunmuş nəqliyyat sistemi. Elmi fantastikanın mövzularından biridir. Bu konsepsiyaya əsasən planetin səthinə toxunan kabel kosmosa qədər uzanır və mərkəzdənqaçma qüvvəsi vasitəsilə sabit qalır. Kosmik maşınlar bu sistem vasitəsilə kosmosa daha rahat çıxa bilərlər. Kosmik liftin həm yanacaq, həm də təhlükəsizlik baxımından raketlərdən daha əlverişli olacağı düşünülür. Kosmik lift konsepsiyası ilk dəfə 1895-ci ildə rus raket alimi Konstantin Siolkovski tərəfindən təklif olunmuşdur. Kosmik liftlər elmi fantastika ədəbiyyatının mövzularından biridir. Artur Klarkın "Cənnət fəvvarələri" (1979) və Çarlz Şeffildin "Dünyalar arasında tor" (1979) romanları bu konsepsiyanı populyarlaşdırmışdır. Robert Haynlaynın "Fraydi" (1982) romanı da kosmik liftlərdən bəhs edir. Kosmik lift konsepsiyasının istifadə olunduğu ən məşhur əsər Kim Stenli Robinsonun "Mars" trilogiyasıdır.
Kosmik latte
Kozmik latte - bir digər adı ilə kainatın rəngi Cons Hopkins Universitetinin astrofizika heyəti tərəfindən irəli sürülən proyekt. Hər keçən gün ovsunlayıcı kainatımızın fərqli bir rəsmi və ya fotoşəkili ortaya çıxır. Yaxşı kainatın fotoşəkilinə baxdığınız zaman nə görürsünüz? Ulduzlar, qalaktikalar, supernovalar və böyük qaranlıq. Bəs sizə bu qaranlığın qaranlıq olmadığını kainatın əsl rənginin “latte” olduğunu desək necə? Bəli kainatın bu anda əsl rəngi İtalyan dilində süd mənasını verən lattedir. Astronomlar uzun araşdırmalardan sonra kainatın “orta” bir rəngi olaraq latte rəngini ortaya qoydular. 2001-ci ildə Karl Glazebrook və Ivan Baldry kainatın rəngini yaşımtıl ağ olduğunu təyin etmişdi. Ancaq qısa bir müddət sonra öz araşdırmalarına kainatdakı bütün işığın rənginin yüngülcə ağ olduğunu əlavə edərək analizlərini düzətdilər. Bu araşdırmaya 200.000’dən çox qalaktika daxil edilərək kainatın böyük bir sahəsindən gələn işığın spektral aralığı qiymətləndirilərək edilib.
Azərbaycanın kosmik proqramı
Azərbaycanın kosmik proqramı — Azərbaycan hökumətinin Azərbaycanın kosmik qabiliyyətlərini inkişaf etdirmək işi. Cənubi Qafqazda ilk peyk operatoru olan "Azərkosmos" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə təsis edilib. 2013-cü il fevralın 8-də Azərbaycan kosmosa Azerspace-1 adlı ilk süni peykini buraxıb. Azərbaycanda kosmos səyahətinə elmi maraq, hələ İkinci Dünya müharibəsindən var idi. 1927-ci ildə Leninqrad Astronomiya İnstitutunun Cənub reqional müşahidə məntəqəsinin seçilməsi məqsədilə Azərbaycan SSR-də astronomik ekspedisiyaların aparılması məsələsi qərara alınmışdır. Bu məqsədlə 1930-cu ilin iyul-avqust aylarında həmin institutun əməkdaşları A. V. Markov və V. B. Nikonov, Azərbaycan elm cəmiyyətinin əməkdaşı İ. A. Benaşvili ilə birlikdə Xankəndi, Şuşa və Laçın rayonları ərazisində astroiqlimi öyrənmiş, lakin buludsuz gecələrin sayının kifayət qədər olmaması onları bu fikirdən daşındırmışdır. Nəticədə, astronomik müşahidə məntəqəsinin seçilməsi məqsədilə Azərbaycanın digər dağlıq rayonlarında müşahidələr davam etdirimə qərarı verilmişdir. Lakin yerli kadrların olmaması uzunmüddətli müşahidə işini təşkil etməyə imkan vermədi. 1938-ci ildə Leninqrad Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirən Həbibulla Məmmədbəylinin Bakı Dövlət Universitetində astronomiyanın ana dilində tədrisi, bu sahədə dərsliklərin hazırlanması, astronomiyanın geniş təbliği və 1946–1949-cu illərdə onun rəhbərliyi ilə Azərbaycanın müxtəlif rayonlarında (Kəlbəcər, Xızı, Daşkəsən, Şamaxı və s. ərazilərdə) apardığı ekspedisiyalar respublikada gələcək rəsədxananın yerinin seçilməsinə və astronomiya sahəsində mütəxəssislərin formalaşmasına kömək etmişdir.
Beynəlxalq Kosmik Stansiya
Beynəlxalq Kosmik Stansiya (BKS) (ing. International Space Station, ISS) — çoxməqsədli kosmik tədqiqatlar üçün istifadə edilən pilotlu orbital stansiyadır. BKS 23 ölkənin iştirak etdiyi birgə beynəlxalq layihədir. Bunlar Avstriya, Belçika, Braziliya, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Lyuksemburq, Niderland, Norveç, Portuqaliya, Rusiya, ABŞ, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiyadır. Bu orbital stansiyanın dəyəri 150 milyard dollar olmaqla tarixdəki ən bahalı layihədir. Çəkisi 450 ton, uzunluğu 73 metr, eni 109 metr, hündürlüyü 20 metr, sürəti saniyədə 7.6 km olan bu nəhəng stansiya 1998-ci ildən fəaliyyət göstərir və Yerdən 370 km hündürlükdə orbitdə fəaliyyət göstərir. Yer orbitində 1 tam dövrünü 92 dəqiqəyə başa vurur. Bu isə o deməkdir ki, 1 gün ərzində Yer ətrafında 15 dəfə dövr edir. Stansiyanın hissələri bir-bir kosmosa göndərilərək kosmonavtlar tərəfindən orada yığılmışdır. Həvəskar teleskoplarda Beynəlxalq Kosmik Stansiya "Энергия" Ruysiya Kosmik Korporasiyası.
Beynəlxalq kosmik hüquq
Beynəlxalq kosmik hüquq — insanların kosmosla əlaqədar olan fəaliyyətlərini tənzimləyən bütün hüquqi institutlardır. Kosmik hüquq, ümumi beynəlxalq hüquq kimi, müxtəlif beynəlxalq müqavilələrdən, konvensiyalardan, BMT-nin GKO qətnamələrindən və beynəlxalq təşkilatların qaydaları və qanunlarından ibarətdir. “Kosmos Qanunu” termini, BMT-nin fəaliyyətləri nəticəsində qanuni qüvvəyə minmiş beş ayrı beynəlxalq müqaviləni və bu müqavilələrin müəyyən etdiyi bütün qayda və qanunları əhatə edir. Bundan əlavə, bir çox dövlət kosmik qanunla əlaqəli fəaliyyətlərini tənzimləyən “Milli Kosmik Qanunları”nıda tətbiq etmişdir. Kosmik hüquq çərçivəsində nəzərdən keçirilən bəzi vacib məsələlər arasında; Yer üzündə və kosmosda ətraf mühitin mühafizəsi, kosmik obyektlərin vurduğu ziyana görə məsuliyyət, mübahisələrin həlli, astronavtların xilası ilə bağlı fəaliyyətlər, kosmosdakı potensial təhlükələr barədə məlumat mübadiləsi, kosmik texnologiyaların istifadəsi və beynəlxalq əməkdaşlıq qaydalarını nümunə göstərmək mümkündür. Bu sahə həm də kosmosla əlaqəli fəaliyyətlərin əsas prinsiplərini müəyyənləşdirmişdir. Bu prinsiplər arasında kosmosun bütün bəşəriyyətin xidmətində olan bir ərazi kimi tərifi, dövlətlər arasında ayrı-seçkilik qoyulmadan kosmosun kəşfi və istifadəsi, həmçinin kosmik məkanın suverenliyi kimi əsas prinsiplər mövcuddur. Kosmosun kəşfi və hökumətlər tərəfindən istifadəsi 1957-ci ildə ilk süni peykin kosmosa buraxılması ilə başlamışdır. Kosmik yarış adlanan bu dövrün başlanğıcı ilə, digər ölkələr kosmosun dinc məqsədlər üçün istifadə olunduğundan əmin olmaq üçün mübahisələrə başladılar. Bu müzakirələr ABŞ və SSRİ-nin bu məsələnin müzakirə və qərar qəbul edilməsi məqsədi ilə Birləşmiş Millətlər Təşkilatına təqdim etməsi ilə nəticələndi.
Buran (kosmik gəmi)
Buran (rus. Бура́н, azərb. Çovğun‎) — orbital gəmi, raket təyyarə tipli sovet çoxişlədilən kosmik nəqliyyat sistemidir. “Enerji-Buran proqramı” əsasında hazırlanan raket təyyarədir. Buran amerikalıların Speys Şattl analoji proyektinə cavab olaraq yaradılmışdır. İlk və yeganə uçuşunu "Buran" avtonom rejimdə 15 noyabr 1988-ci ildə yerinə yetirdi. Buranın aparıcı mütəxəssisi - Gleb Yevgeyniviç olmuşdur. Buran hərbi sistem kimi planlaşdırılmışdı,həmçinin sovetlərə gorə amerikalıların şatlları hərbi məqsədlər üçün istifadə olunurdu. Proqramın özünün başlanma tarixi var: 1970-ci ildə Nikson dedi ki, Amerika Birləşmiş Ştatları Speys Şattl proqramına başlayır. Bu milli proqram kimi təqdim edilmişdi, ildə 60 insanı göndərməyi hesablamışdılar, 4 belə gəmi duzəltmək nəzərdə tutulurdu; proqrama 5 milyard 150 milyon dollar pul xərcləməyi planlaşdırırdılar(1971-ci ildə).
Challenger Kosmik Gəmisi
«Çellencer» (ing. Challenger; mənası – «Meydan oxuyan») — NASA-nın istifadə etdiyi ikinci şattl. İlk uçuşunu 4 aprel 1983-cü ildə etmişdir. Yerin orbitində doqquz əlavə uçuş etmişdir. 28 yanvar 1986-cı ildə (10-cu və son uçuşu) qalxışdan 73 saniyə sonra partladı və beş peşəkar kosmonavt və iki müəllimdən ibarət yeddi ekipaj üzvü həlak oldu. «Çellencer» fəlakətindən sonra altı il NASA, «İndevor» adlı yeni şattlı istifadə etməyə başladı.
Columbia Kosmik Gəmisi
Columbia Kosmik Gəmisi kosmosa çıxan ilk kosmik gəmidir. İlk tapşırığında gəmidə yalnız 2 nəfər astronavt idi. Bu iki astronavtın adları John W. Yanq və Robert L. Ciripendi. İlk uçuş (STS-1) tapşırığında 2 astronavt kosmik yürüyüş etmişdir. İlk uçuş tarixi 12 aprel 1981 -ci ildir. Nasazlıq səbəbəindən geri dönuş zamanı (1 fevral 2003) partlayış baş vermişdir.
Filay (kosmik aparat)
Fila (ing. Philae lander) — kometə endirilmək üçün nəzərdə tutulan aparat. Aparat Avropa Kosmik Agentliyi tərəfindən işlənib hazırlanmışdır. Fila "Rozetta" kosmik aparatında yerləşdirilmiş və 67P/Churyumov–Gerasimenko kometinin tədqiq edilməsi məqsədilə 2 mart 2004-cü ildə kosmosa buraxılmışdır. "Fila"nın və "Rozetta"dan ayrılması 12 noyabr 2014-cü il, saat 09:35-də UTC baş verdi. Bundan sonra 7 saatlıq kometin səthinə enmə başladı. Enmə planlaşdırılmamış rejimdə oldu. 15:34-dən UTC 17:32-ə qədər UTC üç toxunma və onların arasında iki sırayış ilə baş verdi. Yerə bu haqda siqnal yarım saata çatdı. Bu tarixdə ilk kometə enmə hadisəsidir.
Kosmik lift
Kosmik lift, kosmik körpü, ulduz nərdivanı və ya orbital lift — planetdən kosmosa çıxmaq üçün təklif olunmuş nəqliyyat sistemi. Elmi fantastikanın mövzularından biridir. Bu konsepsiyaya əsasən planetin səthinə toxunan kabel kosmosa qədər uzanır və mərkəzdənqaçma qüvvəsi vasitəsilə sabit qalır. Kosmik maşınlar bu sistem vasitəsilə kosmosa daha rahat çıxa bilərlər. Kosmik liftin həm yanacaq, həm də təhlükəsizlik baxımından raketlərdən daha əlverişli olacağı düşünülür. Kosmik lift konsepsiyası ilk dəfə 1895-ci ildə rus raket alimi Konstantin Siolkovski tərəfindən təklif olunmuşdur. Kosmik liftlər elmi fantastika ədəbiyyatının mövzularından biridir. Artur Klarkın "Cənnət fəvvarələri" (1979) və Çarlz Şeffildin "Dünyalar arasında tor" (1979) romanları bu konsepsiyanı populyarlaşdırmışdır. Robert Haynlaynın "Fraydi" (1982) romanı da kosmik liftlərdən bəhs edir. Kosmik lift konsepsiyasının istifadə olunduğu ən məşhur əsər Kim Stenli Robinsonun "Mars" trilogiyasıdır.
Kosmik məkik
Kosmik şattl — ABŞ-də NASA tərəfindən yaradılmış kosmik gəmi tipidir. ABŞ-də raket inkişafı ərəfəsində yerə geriyə qayıda bilən gəmi konsepti işlənilir. Bu bir dəfə tətbiq olunan raketlərə nisbətən xərclərə qənaət verməli idi. Ancaq bu məqsədi əldə etmək mümkün olmadı, belə ki, bu gün bir Kosmik şattl gəmisinin qiyməti yarım milyard dollara çatır. 1960-cı illərdə bir pilləli raket sistemi artıq öz imkanlarını tükətdiyindən bu gəminin hazırlanması zamanı çoxpilləli raket sistemindən istifadə edilmişdir. Kosmik şattl gəmisi xarici yanacaq çənləridnən və bərk yanacaq raketindən ibarət olan sistemlə təchiz olunmuşdur. Kosmosa raket kimi buraxılan bu gəmi geriyə təyyarə kimi qayıdır. Əsas məqsədi kosmosa faydalı yüklərin daşınması olan bu gəmilər azı 100 dəfə kosmosa və geriyə uçmalı idilər. Ancaq bu günə kimi ən çox kosmosa uçan məkik "Discovery" cəmi 33 dəfə bu səyahətdə olmuşdur.
Kosmik naviqasiya
Kosmik naviqasiya — kosmik gəmilərin yerini müəyyənləşdirmək və ya süni peyklərdən istifadə edərək yerdəki müəyyən bir nöqtənin yerini müəyyən etmək. Birinci halda naviqasiya tapşırığı təyyarənin digər təyyarə və ya kosmik cisimlərə nisbətən yerini müəyyən etmək və maddi nöqtə kimi təyyarənin hərəkətini proqnozlaşdırmaqdır. Kosmik naviqasiya sisteminə həm bortda, həm də xarici (başqa kosmik gəmidə və ya gövdədə yerləşən) ölçü alətləri və hesablama vasitələri daxildir. Bu zaman kosmik naviqasiya avtomatik və ya bir şəxsin (kosmonavt və ya başqa kosmik gövdədə yerləşən operatorun) iştirakı ilə həyata keçirilə bilər. Son zamanlarda peyk naviqasiya sistemləri, xüsusən də GPS peyklərin yerini müəyyən etmək üçün də istifadə oluna bilər. İkinci halda, naviqasiya tapşırığı yerdəki bir nöqtənin enini, uzunluğunu və hündürlüyünü təyin etmək üçün azaldılır. Bu vəziyyətdə naviqasiya sistemi orbitdəki bir qrup süni peykdən və peyklərdən siqnal qəbul etməyə və alınan məlumatları emal etməyə qadir olan bir cihazdan ibarətdir. Ən çox istifadə edilən naviqasiya sistemi GPS-dir. Hazırda Avropa Galileo sisteminin inkişafı davam edir. Peyk naviqasiya sistemi.
Kosmik stansiya
Kosmik stansiya və ya orbital stansiya — Yer kürəsinə yaxın orbitlərdə insanların kosmik fəzada uzunmüddətli elmi tədqiqatlar, kəşfiyyatlar, Yer səthi və atmosferinin müşahidəsi, astronomik müşahidələr aparması üçün nəzərdə tutulmuş kosmik aparat. Orbital stansiyaya müxtəlif heyətlər xidmət göstərdiyi üçün kosmik nəqliyyat gəmiləri vasitəsilə ona vaxtaşırı kosmonavtlar və müvafiq yüklər daşınır. Pilotla idarə olunan ilk belə orbital stansiya 1971-ci ildə SSRİ tərəfindən buraxılmış "Salyut" orbiyal stansiyasıdır. 1973-cü ildə ABŞ-nin "Skayleb" orbital stansiyası orbitə çıxarıldı. Orbital stansiyadakı avadanlıqlar bilavasitə kosmonavtların iştirakı ilə, eləcə də avtomatik rejimdə işləyə bilir. Bu da ondan bir çox elmi və tətbiqi məsələlərin (astrofiziki tədqiqatların, fiziki-texniki və tibbi-bioloji eksperiadentlərin, meteoroloji müşahidələrin aparılması s.) həlli üçün istifadə etməyə imkan verir. Salyut orbital stansiyaları Salyut-1 (DOS-1, 1971) DOS-2 (1972) — orbitə çıxmamışdır Salyut-2 (OPS-1, 1973) — Almaz proyektinin bir hissəsi. Kosmos-557 (DOS-3, 1973) — nəzarət itirilib Salyut-3 (OPS-2, 1974–1975), Almaz proyektinin bir hissəsi. Salyut-4 (DOS-4, 1974–1977) Salyut-5 (OPS-3, 1976–1977), Almaz proyektinin bir hissəsi. Salyut-6 (DOS-5–1, 1977–1982) Salyut-7 (DOS-5–2, 1982–1991) SkyLab (1973–1979) Mir (Salyut-8, DOS-6, 1986–2001) Beynəlxalq Kosmik Stansiya (1998-ci ildən) — 16 dövlətin kondominiumu Genesis — ABŞ-nin Bigelow Aerospace şirkətinə məxsusdur.
Kosmik sürətlər
Yer səthindən üfüqi istiqamətdə atılmış cismə (cismin ölçüsü Yerin radiusuna nisbətən çox kiçikdir) hansı sürət vermək lazımdır ki, o Yerin süni peykinə çevrilsin? Bu suala cavab vermək məqsədilə məsələni tərsinə həll edək. Fərz edək ki, üfüqi istiqamətdə atılmış cismə elə v 1 {\displaystyle v_{1}} sürəti verilmişdir ki, həmin cisim Yerin səthi yaxınlığında r = R Y {\displaystyle r=R_{Y}} radiuslu çevrə boyunca Yer ətrafinda fırlanır . Havanın sürtünmə qüvvəsi nəzərə alınmadıqda bu cisim yalnız Yerin cazibə qüvvəsinin təsiri ilə hərəkət edir. Bu halda cismə təsir edən mərkəzəqaçma qüvvəsini yaradan səbəb Yerin cazibəsidir, başqa sözlə, Yerin cismi cəzbetmə qüvvəsi mərkəzə- qaçma qüvvə rolunu oynayır. Ondan sonra: m v 1 2 R Y = γ m M Y R Y 2 {\displaystyle {\frac {mv_{1}^{2}}{R_{Y}}}=\gamma {\frac {mM_{Y}}{R_{Y}^{2}}}} (1) v 1 = γ M Y R Y {\displaystyle v_{1}={\sqrt {\gamma {\frac {M_{Y}}{R_{Y}}}}}} (2) γ {\displaystyle \gamma } , M Y {\displaystyle M_{Y}} və R Y {\displaystyle R_{Y}} -in qiymətlərini (2)-də nəzərə alsaq, v 1 ≅ 8 k m s a n {\displaystyle v_{1}\cong 8{\frac {km}{san}}} . Deməli, üfüqi istiqamətdə atılmış cismə ən azı 8 {\displaystyle 8} k m / s a n {\displaystyle km/san} sürət vermək lazımdır ki, o Yerin süni peykinə çevrilsin. Bu sürət birinci kosmik sürət adlanır. Dünyada ilk dəfə (12 aprel 1961-ci il) Yer ətrafında gəmi-peykdə səyahət edən o zamankı sovet kosmonavtı Y. A. Qaqarin olmuşdur. Daşıyıcı raket gəmi-peyk sisteminə üfüqi istiqamətdə 8 {\displaystyle 8} k m ∖ s a n {\displaystyle km\backslash san} sürəti verərək ondan ayırır.
Kosmik tullantı
Kosmik tullantı (həmçinin orbit zibili, orbit tullantısı, kosmik zibil, kosmik artıq və kosmik töküntü olaraq da tanınır), insanlar tərəfindən yaradılan, lakin artıq heç bir faydalı məqsədə xidmət etməyən Yer ətrafındakı orbitdəki cisimlərin məcmusudur. Bunun ilk nümunəsi, kosmosa ilk insan addımı olan Sputnik I süni peykidir. 4 oktyabr 1957-ci ildə Sputnik I orbitə buraxıldı və 3 aydan çox qalmasına baxmayaraq Sputnik yalnız 3 həftə işləmiş və 2 aydan çox dünya ətrafında dövrə vurmuşdur. Buda onu ilk kosmik tullantı etmişdir. Bu obyektlər keçmiş raket mərhələlərini və işləmək qabiliyyətini itirmiş peyklərin partlaması və toqquşması nəticəsində yaranan bütün hissəcikləri ehtiva edir. Məsələn, 10 fevral 2009-cu ildə artıq işlək vəziyyətdə olmayan bir Rusiya peyki ABŞ-nin aktiv “İridium” ticarət məqsədli peyki ilə toqquşub onu məhv etmiş və bu qəza nəticəsində kosmik tullantıların üstünə daha 2000 ədəd əlavə edilmişdir. Tullantı təbəqəsi raket mühərriklərindən meydana gələn tozlardan, boya lövhələri kimi səth pozğunluqları məhsullarından, RORSAT nüvə enerjisi peykləri tərəfindən yayılan soyuduculardan, Needles layihəsinin qruplarından, mikrometorların və ya çox kiçik dağıntıların kosmos vasitələrinin üstündəki təsiri nəticəsində sərbəst buraxılan cisimlərdən meydana gəlir. Bu obyektlərin orbitlərinin kosmik aparatın uçuş istiqamətləri ilə üst-üstə düşmə ehtimalının yüksək olması nəticəsində kosmik zibillər tez-tez potensial toqquşma riski yaradırlar. Kosmik zibillərin təxminən on milyonlarla ölçülən böyük əksəriyyəti boya hissəcikləri və raket yanacağı şlakları kimi kiçik hissəciklərdən ibarətdir. Bu kiçik hissəciklərin təsiri eroziv və qumlama kimi zərərlərə səbəb olur.
Kosmik turist
Kosmik turizm (ing. Space tourism) — əyləncə, elmi-tədqiqat və ya biznes məqsədləri ilə kosmik səyahət. İlk kosmik turist – amerikalı Denis Tito olmuşdur. Belə ki, D. Tito 2001-ci ildə Rusiyaya məxsus olan "Soyuz TM-32" kosmik gəmisində demək olar ki, 8 sutka qalmışdır. Ümumiyyətlə isə, Beynəlxalq Aeronaftika Federasiyasının verdiyi məlumata görə, bütün bəşər tarixi boyu kosmosda dünyanın 37 ölkəsindən 467 nəfər olmuşdur. Azərbaycanda potensialı olmayan hələ ki, kosmik turizmdir. Çünki bu, yeni bir turizm növüdür və ondan yalnız Rusiya yararlanır. Amerika və Böyük Britaniya bu yöndə işlər görürlər, atmosfer qatından yüksəyə qalxa bilən gəmilərin hazırlanması üzərində iş gedir. Bu gün kosmik turizm təxminən 10 milyon dollara başa gəlir. Amma mütəxəssislər hesablayıblar ki, hardasa 200–250 min dollar civarında xərclə bunu təşkil etmək olar.
Kosmik turizm
Kosmik turizm (ing. Space tourism) — əyləncə, elmi-tədqiqat və ya biznes məqsədləri ilə kosmik səyahət. İlk kosmik turist – amerikalı Denis Tito olmuşdur. Belə ki, D. Tito 2001-ci ildə Rusiyaya məxsus olan "Soyuz TM-32" kosmik gəmisində demək olar ki, 8 sutka qalmışdır. Ümumiyyətlə isə, Beynəlxalq Aeronaftika Federasiyasının verdiyi məlumata görə, bütün bəşər tarixi boyu kosmosda dünyanın 37 ölkəsindən 467 nəfər olmuşdur. Azərbaycanda potensialı olmayan hələ ki, kosmik turizmdir. Çünki bu, yeni bir turizm növüdür və ondan yalnız Rusiya yararlanır. Amerika və Böyük Britaniya bu yöndə işlər görürlər, atmosfer qatından yüksəyə qalxa bilən gəmilərin hazırlanması üzərində iş gedir. Bu gün kosmik turizm təxminən 10 milyon dollara başa gəlir. Amma mütəxəssislər hesablayıblar ki, hardasa 200–250 min dollar civarında xərclə bunu təşkil etmək olar.
Kosmik uçuş
Kosmik uçuş — Yerdən atmosfer xaricində və ya kosmosda reallaşdırılan səfər. Kosmik uçuşkar insanlı və ya insansız kosmik gəmilər vasitəsiylə elmi, hərbi və ya kommersiya məqsədləri ilə həyata keçirilir. İnsanlı kosmik uçuşlara Rusiyanın Soyuz programını, Amerika Birləşmiş Ştatlarının Speys Şattlını, Beynəlxalq kosmik stansiyanı nümunə göstərə bilərik. İnsansız səfərlərə digər göy cisimlərinə göndərilən tədqiqat robotları və ya Yerin orbitinə göndərilən kommunikasiya peykləri nümunə olaraq verilə bilər. 1957-ci il 4 oktyabrda "Sputnik-1" adlı Yerin ilk süni peyki SSRİ tərəfindən orbitə buraxılmışdır.İlk dəfə insansız kosmik uçuş 1942-ci il 3 oktyabrda "Fau-2" alı dünyada uzaq mənzilli ilk ballistik raketi ilə baş tutdu. Kommersiya məqsədli kosmik uçuşlara kosmik turizm misal gətirilə bilər.
Kosmik yarış
Kosmik yarış — SSRİ və ABŞ arasında 1957–1975-ci illərdə kosmosun fəthi sahəsində gedən gərgin mübarizə. Bu dövr süni peyklərin buraxılması, kosmosa heyvanların və insanın göndərilməsi, avtomatik stansiyaların Ay, Mars və Veneraya göndərilməsi və insanın Aya ayaq basması ilə xarakterizə olunur. Terminin adı "Silahlanma yarışı"nın adına uyğunlaşdırılmışdır. Kosmik yarış soyuq müharibə dövründə SSRİ və ABŞ arasında mədəni, texnoloji və ideoloji qarşıdurmanın vacib bir hissəsinə çevrilmişdi. Bu onunla əlaqəli idi ki, kosmik tədqiqatlar elmi və hərbi layihələr üçün böyük əhəmiyyət daşımaqla yanaşı, insanlarda ruh yüksəkliyi də yaradırdı. "Yarış" 4 oktyabr 1957-ci ildə Sovet İttifaqında Yerin ilk süni peyki "Sputnik-1"in kosmosa göndərilməsi ilə başlanmışdır. Kosmik yarış dövründə SSRİ və ABŞ peyklərini orbitə öz daşıyıcı raketləri ilə çıxaran, idarəolunan kosmik uçuşları başladan, Günəş sisteminin digər planetlərini tədqiq edən dünyanın ilk və əsas "kosmik gücünə" çevrildilər. Kosmosa insan göndərilməsi ətrafında gedən yarış SSRİ-nin qələbəsi ilə başa çatdı. 1961-ci il, aprelin 12-də SSRİ-də "Vostok" gəmisi ilə Yuri Qaqarin yerətrafı orbitə göndərildi. Beləliklə, SSRİ dünyada kosmosa ilk insan göndərən dövlət oldu və bu məsələdə ABŞ-yə texniki və ideoloji zərbə endirdi.
Kosmik şüalar
Kosmik şüalar — Kainatda sürətlə axan atom nüvəsi və elementar hissəcikdir. Tədqiqatlar göstərmişdir ki, Yerətrafı fəzada kosmik şüaların intensivliyi bütün istiqamətlərdə eynidir. Yerə yaxınlaşdıqda onların intensivliyi en dairəsindən asılı olaraq dəyişir. Onun səbəbi kosmik şüaların tərkibində olan yüklü zərrəciklərin Yerin maqnit sahəsində meyl etməsidir. Kosmik şüaların mənbəyi kainatdır. Yüksək enerjili zərrəciklər, əsasən qalaktik dumanlıqlardan - yeni ulduzların örtüyündə maqnit tormozlanması prosesində yaranır. Onlar Yerə çatana qedər müxtəlif maqnit sahələrindən keçir və ona görə də fəzada bütün istiqamətlərdə bərabər paylanırlar. Kosmik şüaların mənbəyinə dair erkən spekülasyon Baade və Zwicky tərəfindən 1934-cü ildəki supernovalardan meydana gələn kosmik şüalara dair bir təklif idi. Horace B. Babcokun 1948-ci ildəki təklifi, maqnit dəyişən ulduzların kosmik şüalara səbəb ola biləcəyini irəli sürdü. Sonradan, 1951-ci ildə Y. Sekido et al.
Kosmik şattl
Kosmik şattl — ABŞ-də NASA tərəfindən yaradılmış kosmik gəmi tipidir. ABŞ-də raket inkişafı ərəfəsində yerə geriyə qayıda bilən gəmi konsepti işlənilir. Bu bir dəfə tətbiq olunan raketlərə nisbətən xərclərə qənaət verməli idi. Ancaq bu məqsədi əldə etmək mümkün olmadı, belə ki, bu gün bir Kosmik şattl gəmisinin qiyməti yarım milyard dollara çatır. 1960-cı illərdə bir pilləli raket sistemi artıq öz imkanlarını tükətdiyindən bu gəminin hazırlanması zamanı çoxpilləli raket sistemindən istifadə edilmişdir. Kosmik şattl gəmisi xarici yanacaq çənləridnən və bərk yanacaq raketindən ibarət olan sistemlə təchiz olunmuşdur. Kosmosa raket kimi buraxılan bu gəmi geriyə təyyarə kimi qayıdır. Əsas məqsədi kosmosa faydalı yüklərin daşınması olan bu gəmilər azı 100 dəfə kosmosa və geriyə uçmalı idilər. Ancaq bu günə kimi ən çox kosmosa uçan məkik "Discovery" cəmi 33 dəfə bu səyahətdə olmuşdur.
Ağır planetlərarası kosmik gəmi
Ağır planetlərarası kosmik gəmi (abr. APKG; rus. Тяжелый Межпланетный Корабль, translit. Tyajelıy Mejplanetnıy Korabl, abr. TMK) — Sovet Sosialist Respublikaları İttifaqında 1960-cı illərdə hazırlanmış kosmik gəmi layihəsi. Hansı ki, əsas hədəfi çox illik kosmik ekspedisiyaların və kosmonavtların Günəş sistemi daxil olan yaxın planetlərə enişinin təşkili (Mars və gələcəkdə Venera) olmuşdur. Gəminin Marsa buraxılışı 8 iyun 1971-ci ilə, qayıdışı isə 10 iyul 1974-cü ilə planlaşdırılırdı. OKB-1 bölməsində Mixail Klavdieviç Tixonravovun rəhbərliyində Marsa uçuş üçün gəmilərin müxtəlif variantları nəzərdən keçirildi. Araşdırmalar başda Qleb Maksimov və Konstantin Feoktistov olmaqla iki dizayner qrupu tərəfindən paralel olaraq icra edildi. Qkeb Maksimovun hazırladığı layihə o vaxt mövcud olan vasitələrlə proqramın nisbətən tez həyata keçirilməsinə yönəlmişdi.
Beynəlxalq peyk və kosmik rabitə təşkilatları
Bu hazırda ən azı bir kommersiya kommunikasiya peyki olan bütün şirkətlərin siyahısıdır. Ümumdünya Teleport Assosiasiyası bütün fərdiləşdirilmiş kommunikasiya mənbələrindən əldə edilən gəlirlərə əsaslanan şirkətlərin siyahılarını dərc edir və teleportlar və peyk donanmalarının operatorlarını əhatə edir.
Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsi
Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsi (ing. United Nations Committee on the Peaceful Uses of Outer Space (COPUOS)), 1959-cu ildə (Sputnikin buraxılmasından qısa müddət sonra) Birləşmiş Millətlər Təşkilatının 1472 (XIV) saylı qətnaməsi ilə Ad hoc komitə kimi yaradılmış və 1962-ci ildə daimi komitəyə çevrilmiş katibliyini Birləşmiş Millətlər Təşkilatının Kosmik İşlər Bürosunun etdiyi komitədir. Komitə, Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatları kimi beynəlxalq bir müqavilə ilə müstəqil bir beynəlxalq təşkilat olaraq deyil, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin bir institutu olaraq yaradılmışdır. Komitənin 2016-cı il tarixində 83 üzvü olmuşdur. COPUOS-un missiyası “kosmosun dinc istifadəsində beynəlxalq əməkdaşlığın əhatə dairəsini öyrənmək, Birləşmiş Millətlər Təşkilatının himayəsi altında bu sahədəki proqramları planlaşdırmaq, kosmos haqqında davamlı tədqiqatları və məlumatların yayılmasını təşviq etmək və kosmosun kəşfindən yaranan hüquqi problemləri öyrənmək” kimi müəyyənləşdirilmişdir. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin kosmosa dair 18 dekabr 1958-ci il tarixli və 1348 (XIII) saylı ilk qətnaməsində kosmosun dinc məqsədlər üçün istifadəsinin vacibliyi vurğulanmış və bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsinin yaradılmasına qərar verilmişdir. Bu komitə 1959-cu ildə fəaliyyətə başlamışdır. 1962-ci ildə “hüquq alt komitəsi” və “elm və texnologiya alt komitəsi” adlı iki alt komitəyə ayrılmışdır. Komitə, kosmosla əlaqəli hüquqi və texniki məsələlərin Birləşmiş Millətlər Təşkilatı qarşısında müzakirə edilərək qərar veriləcəyi ilk platforma olaraq yaradılmışdır.
Birləşmiş Millətlər Təşkilatının Kosmik İşlər Bürosu
Birləşmiş Millətlər Təşkilatının Kosmik İşlər Bürosu (ing. United Nations Office for Outer Space Affairs (UNOOSA)), kosmosun dinc məqsədlərlə istifadəsi üçün beynəlxalq əməkdaşlıqdan məsul olan Birləşmiş Millətlər Təşkilatının bürosudur. Bu şöbə, Birləşmiş Millətlər Təşkilatının Katibliyinin beynəlxalq kosmik hüquqa dair öhdəliklərini yerinə yetirməklə yanaşı, beynəlxalq əməkdaşlıqda xüsusi maraq göstərən Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsinin (COPUOS) katibliyi vəzifəsini də yerinə yetirir. Mərkəzi, Avstriyanın Vyana şəhərindəki Birləşmiş Millətlər Təşkilatının binasında yerləşir. UNOOSA, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Fəlakətlərin İdarə Edilməsi və Fövqəladə Müdaxilə üçün Kosmik Əsaslı Məlumat Platformasını (UN-SPIDER) idarə edir.
Challenger Kosmik Gəmisi Qəzası
Challenger Kosmik Gəmi qəzası, 28 yanvar 1986-cı ildə raketin qalxmasından 73 saniyə sonra partlayış baş verməsi ilə baş verən qəzadır. Qəza nəticəsində 7 astronavt həyatını itirmişdir. Partlayış yanacaq sızması səbəbindən olmuşdur. Challenger Kosmik Gəmisinin qalxışının həyata keçəcəyi gündən əvvəlki gün gecə havanın temperaturu olduqca aşağı düşdü və bəzi mühəndislər qalxışın ləğv edilməsi istiqamətində fikirlər bildirmişdirlər lakin buna baxmayaraq, qalxış NASA tərəfindən təsdiq edilmişdir və kosmik gəminin qatı yanacaq çənlərinin hissəsi olan təhlükəsizlik kəmərlərinə soyuq səbəbindən zərər dəydiyi üçün öz funksiyalarını yerinə yetirə bilmədilər və uçuşun 73-cü saniyəsində gəmidə partlayış baş verdi. Partlayış gəminin Yer səthindən 48.000 fut (15 km) yüksəklikdə olduğu zaman baş verdi.
Herşel Kosmik Teleskopu
Herşel Kosmik Teleskopu — infraqırmızı kosmik teleskop.
KAUR (kosmik platforma)
KAUR (rus. КАУР; Космический Аппарат Унифицированного Ряда) — unifikasiya edilmiş kosmik platforma üçün ümumi ad. XX əsrin 60-cı illərində akademik M. F. Reşetnyova adına İnformasion Peyk sistemləri Açıq Səhmdar Cəmiyyətin bazasında qurulub. Cəmi 4 peyk platforması işlənib: KАUR-1, −2, −3 və −4. 1965-ci ildən 2009-cu ilədək bu platformaların və onların modernləşdirilmiş variantlarının əsasında 400-dən çox həm hərbi, həm də mülki təyinatlı peyk əlaqəsi qurulub. 2000-ci ilin əvvəllərindən başlayaraq Kaur-4 modernizasiya edilmiş platforması əvəzinə "Ekspress" peyk platformaları ailəsinin işlənilməsinə başlandı. Onların da bazasında yeni perspektiv kosmik aparatlar qurulacaq. 1963-cü ildə radionaviqasiyalı sistemlərin işlənilməsinə başlandı. Nəticədə, "Tsiklon" peyki yaradıldı. Bu peykin konstruksiyası gələcəkdə bütövlüklə müxtəlif təyinatlı KA ailəsinin varisi oldu.
Kassini-Hüygens (kosmik gəmi)
Çox zaman təkcə Kassini adlandırılan Kassini - Hüygens (Cassini - Huygens) kosmik - tədqiqat missiyası NASA, Avropa Kosmik Agentliyi (European Space Agency - ESA) və İtaliya Kosmik Agentliyinin (Italian Space Agency - ASI) birgə layihəsidir və planet Saturnu, onun halqaları və təbii peykləri daxil olmaqla Saturnun sistemini tədqiq etməyə göndərilmişdir. Flaqman sinfi kosmik gəmi həm NASA-nın Kassini zondundan, həm də Saturnun ən böyük təbii peyki olan Titana eniş edən ESA-nın Hüygens landerindən (lander-Aya və ya başqa planetlərə eniş etmək üçün dizayn olunan kosmik gəmi) ibarətdir. Kassini Saturnu araşdırmaq üçün göndərilən dördüncü, Saturnun orbitinə daxil olmağı bacaran ilk kosmik cihaz idi. Bu iki kosmik gəmi adlarını Giovanni Kassini və Kristian Hüygens astronomlarından almışdır. 15 oktyabr 1997-ci ildə Titan IVB / Centaur-dan xaricə çıxarılan Kassini təxminən 20 il kosmosda fəaliyyət göstərdi, 1 iyul 2004-cü ildə Saturnun orbitinə daxil olduqdan etibarən 13 il Saturnun orbitində fırlandı, planeti və sistemini öyrənməyə sərf etdi. Saturna səyahətə Venera (aprel 1998 və iyul 1999), Yer (Avqust 1999), 2685 Masurski asteroidi və Yupiterin (2000 dekabr) səthindən alçaqdan uçuş daxildir. Missiya 15 sentyabr 2017-ci ildə, Kassininin traektoriyası Saturnun yuxarı atmosferinə daxil olduqda və Saturnun təbii peyklərinin çirklənmə riskinin qarşısını almaq üçün yandırılmaqla sona çatdı. Missiya gözləntilərdən yüksəkdə uğura imza atdı - NASA-nın Planet Elm Bölməsinin direktoru Cim Qrin Kassini-Hüygens-i Saturn sistemi, təbii peykləri və halqaları, Günəş sistemində yaşamın harada ola biləcəyi anlayışı da daxil olmaqla insanların düşüncəsində inqilab edən "ilklərin missiyası" olaraq xarakterizə edir. Kassini-nin tərtibatçıları əvvəlcə 2004-cü ilin iyunundan 2008-ci ilin mayına qədər dörd il müddətinə bir missiya təyin etmişdilər. Missiya Kassini Bərabərlik Missiyası (Cassini Equinox Mission) adı altında 2010-cu ilin sentyabrına qədər 2 il müddətində uzadıldı.
Kennedi Kosmik Mərkəzi
Kennedi Kosmik Mərkəzi (tam adı: John F. Kennedy Space Center, qısaltması: KSC), 1968-ci ildən bəri NASA-nın bütün pilotlu kosmik uçuşlarında istifadə olunan və hal-hazırda mövcud üç kosmik gəminin buraxılışı və müşahidə qurğusu kimi istifadə olunan kosmik mərkəzdir. Miami ilə Jacksonville arasındakı Kanaveral burnunun şimal-qərbində, Atlantik okeanında, Florida, Brevard County Merritt adasında yerləşir. Yanında ABŞ Hərbi Hava Qüvvələrinin Kanaveral hərbi hava qüvvələri bazası (ing. Canaveral Cape Air Force Station: CCAFS) yerləşir. Bu baza NASA-nın pilotsuz kosmik uçuşları üçün istifadə olunur. Uzunluğu təxminən 34 mil (55 kilometr), eni isə 6 mil (10 kilometr) təşkil edir. Sahəsi 219 kvadrat mildir (570 km²). 2008-ci il tarixinə görə burada ümumilikdə 13.500 nəfər işləyir.
Kosmik Cihazqayırma Təcrübi Zavodu
«Kosmik Cihazqayırma Təcrübi Zavodu» Azərbaycan Milli Aerokosmik Agentliyi nəzdində 1987-ci ildə təşkil olunan, məhsul istehsalı üzrə ixtisaslaşmış müəssisə. Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən hazırlanmış texniki və texnoloji sənədlər əsasında elmi tədqiqat üçün avadanlıqlar hazırlayır. hazırlayır. MAKA-ya elmi təcrübi sınaq işləri üçün verilmiş cihaz və komplekslər "Salyut" və "Mir" kosmik gəmilərində kosmosun tədqiqində, kosmosdan yeraltı və yerüstü sərvətlərin aşkar edilməsində o cümlədən, "Çernobıl" AES-də baş vermiş qəzanın aradan qaldırılmasında istifadə edilmişdir. Mexaniki emal və qeyri-standart avadanlıqlar bölməsi. Elektronika bölməsi. Mikroelektronika bölməsi.
Kosmik Məsuliyyət Konvensiyası
Kosmik Məsuliyyət Konvensiyası olaraq da bilinən Kosmik Cisimlər tərəfindən Zərərə görə Beynəlxalq Məsuliyyət Konvensiyası — 1967-ci il tarixli Xarici Kosmik Müqavilə ilə tətbiq olunan məsuliyyət qaydalarını genişləndirən 1972-ci il müqaviləsidir. Müqavilə əsasında edilən ilk müraciət Sovet İttifaqının Cosmos 954 nüvə peykinin Kanadaya düşməsindən sonra edilmişdir. Növbəti il ​​Skylabın Qərbi Avstraliyada qəzaya uğraması nəticəsində ölüm, xəsarət və ya maddi ziyan olmamışdı, fəqət Esperance əyalətinin rəhbərliyi, ətrafı çirkləndirdiyinə görə ABŞ-ni 400 dollar cərimə etmişdir. NASA bu cəriməni ödəməyib. 2009-cu ilin aprelində radio aparıcısı olan Scott Barley pul cəzasını dinləyicilərindən yığdığı vəsaitlər hesabına NASA adından ödəmişdir.
Kosmik fon şüalanması
Kainatın fon şüalanması Yerə yaxın mənbələr (Yer atmosferi, Qalaktika şüalanması və s.) tərəfindən təhrif olunmayan elektromaqnit şüalanmasıdır. Geniş görüş sahəsinə malik cihazlar kosmosa – qalaktikalararası mühitə çıxarıla bilsəydi, fon şüalanmasını qeyd edə bilərdi. Bu iş hələlik praktikada mümkün olmadığı üçün astronomlar KFŞ-nı yerüstü və atmosferdənkənar cihazlarla müşahidə edirlər. Ona görə də fon şüalanmasının onun diffuz (səpilən) komponentindən ayrılması çox çətin bir məsələdir. Kosmik fon şüalanması tədqiq olunması böyük elmi əhəmiyyət daşıyır, çünki o bütün Kainatı dolduran şüalanmadır. Bundan başqa, Kosmik fon şüalanması bir çox ayrılmaz diskret mənbələrin şüalanması haqqında informasiya verə bilir, bu da belə mənbələrin xassələrini öyrənməyə imkan yaradır. Kosmik fon şüalanmasının tədqiqində ilk problem optik diapazonda gecə səmasının parlaqlığının öyrənilməsi olmuşdur. Bununla əlaqədar olaraq elm tarixinə «Olbers paradoksu» (1826-ci il) kimi daxil olan sadə kosmoloji test formalaşmışdır: sonsuz bircins qərarlaşmış Kainatda istənilən görüş şüası bizə ulduzun səthini göstərməlidir. Başqa sözlə, bütün səma Günəş diskinin parlaqlığı qədər parlaqlığa malik olmalıdır. Aydındır ki, bu təsəvvürlər bizim gündəlik həyatda rastlaşdığımız hadisələrlə ziddiyyət təşkil edir – səmanın parlaqlığı optik diapazonda çox kiçikdir.

Digər lüğətlərdə