KROSSVORD
KRUJEVAÇI
OBASTAN VİKİ
Xorvatiya krujevası
Xorvatiya krujevası (xorv. Čipkarstvo u Hrvatskoj) ― Aralıq dənizi və kontinental Avropada krujeva istehsalı yayılmağa başladığı dövrdə İntibah dövrünə aid ənənə. Neçə illər ərzində Xorvatiya krujevası unikal naxış və dizaynla seçilir. 2009-cu ildə UNESCO Xorvatiya krujevasını "Qeyri-Maddi Mədəni İrsi" siyahısına əlavə etdi. Müasir zamanda Xorvatiyada, bir çox krujeva tikmə mərkəzləri var, onlar ilk növbədə Paq və Hvar Adriatik adalarında, şimal şəhəri Lepoqlavada və Medjimurska rayonunun Sveta Mariya kəndində yerləşirlər. Paq adasının iynə krujevaları çoxsaylı həndəsi motivləri ehtiva edən tor şəklində bəzəklərdən ibarətdir. Hazır məhsul çox möhkəm olur və digər xorvat krujevalarından fərqli olaraq onu yumaq olar. Bu cür krujevaların tikiş ənənəsi Paq adasında hələ də qorunub saxlanılır və bunun üçün xüsusi krujeva məktəbi açılmışdır. Lepoqlava şəhərində bobina krujevalarının hazırlama ənənəsi mövcuddur. Onların strukturu üslublaşdırılmış həndəsi və çiçək motivləri və naxışlarından ibarətdir, həmçinin heyvanların təsvirləri də krujevalara əlavə olunur.

Digər lüğətlərdə