Lüksemburq dili
Lüksemburq dili (öz dilində adı — Lëtzebuergesch) — Lüksemburq əhalisinin gündəlik danışıqda istifadə etdiyi dillərdən biri (fransız və alman dilləri ilə yanaşı). 1984-cü ildə rəsmi dil statusu alıb.
== Təsnifatı ==
Lüksemburq dili Hind-Avropa dilləri ailəsinin german dilləri qrupuna daxildir. Alman dialektologiyasında bu dil mozel-frank dilaketinə aid (yuxarı alman yarımqrupuna daxil olan orta alman qrupu) qərbi alman, orta alman mədəni dialekti kimi təsnifatlandırılır.
Amma, Lüksemburq dilinin ayrı dil kimi təsnifatlandırılmasının əsas səbəblərindən biri ana dili standart alman dili (yuxarı alman dili — Hochdeutsch) olanların bu dili başa düşmələrində çətinlik çəkmələridir.
Lüksemburq dilinin bir sıra dialektləri də mövcuddur:: Areler, Eechternoocher, Kliärrwer, Miseler, Veiner, Weelzer və s. Qərbdən şərqə doğru Lüksemburq dili digər mozel-frank dialekləri ilə əvəz olunur.
== Coğrafi arealı ==
Dünyada 300 min nəfər Lüksemburq dilində danışır. Onlardan 250 mini Lüksemburqda (Böyük Lüksemburq Hersoqluğu) yaşayır.