Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yolağac
Yolağac — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 829 nəfərdir. Yerli məlumata görə, yaşayış məntəqəsini təqribən XVIII əsrin ortalarında Yardımlı rayonunun Bərcan və Lerik rayonunun Xanəgah kəndlərindən gəlmiş ailələr salmışlar. Oykonim haqqında iki fikir mövcuddur. Birinci fikrə görə, oykonim “yol kənarında ağac” mənasındadır. Yerli əhalinin məlumatına görə, Yardımlı rayonunun bir sıra kəndlərinin əhalisi son illərə qədər bu yoldan istifadə edir və həmin ağacın kölgəsində dincəlirdilər. İkinci fikrə görə isə, kəndin adı yol (tal, “böyük”, “hündür”) və ağac sözlərindən ibarət olub, “böyük, hündür ağac” mənasındadır. Məlumat verilir ki, kəndin qərb tərəfində böyük bir ağac varmış və kənd də həmin ağaca görə belə adlandırılmışdır.
Yulğun
Yulğun (lat. Tamarix) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinə aid bitki cinsi.
Dörderkəkcikli yulğun
Dörderkəkcikli yulğun (lat. Tamarix tetrandra) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi və Şərqi Zaqafqaziya, Ukrayna, Moldova, Orta Asiya, Kopetdağ, Badxız, Pamir Alay, Türkiyə, İraq, İran və Əfqanıstanda təbii arealı vardır. == Botaniki təsviri == Təbiətdə hündürlüyü 6 m-ə qədər, ağac və ya kol şəklində olan oduncaqlı bitkilərdir. Gövdəsinin qabığı qara və ya tünd qonur rəngində olur. Bitkinin yarpaqları çox kiçilmiş və pulcuq halını almışdır. Çiçəkləri ikicinsli 4-5 üzvlü çiçək tacı ağ və ya çəhrayı rəngdədir. Erkəkciyi 4 ədəd olmaqla bölümlüdür. Çiçək tacı ilə eyni səviyyədə yerləşir və ya ondan azacıq uzundur. Aprel-may ayında çiçəkləyir.
Solğun mahmızlalə
Solğun mahmızlalə (lat. Corydalis pallida) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü.
Solğun qaratoyuq
Solğun qaratoyuq (lat. Turdus pallidus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Solğun süsən
Solğun süsən (lat. Iris pallida) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Solğun çiçəklər
Solğun çiçəklər (pyes) - yazıçı Cəfər Cabbarlının yazdığı pyes. Solğun çiçəklər (opera) - bəstəkar Süleyman Ələsgərovun yazdığı opera. Solğun çiçəklər (film, 1987) - tamaşa.
Səkkizerkəkcikli yulğun
Səkkizerkəkcikli yulğun (lat. Tamarix octandra) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. Şərqi və Cənubi Zaqafqaziyada, İranda bitir. Sarımtıl-qonur qabığı olan kiçik ağacdır. Çətri çoxsaylı budaqlardan ibarətdir. Yarpaqları növbəli, oturaqdır. Çiçək qrupu yan, çiçək altıqları uzun, xətvaridir. Çiçəkləri xırdadır. Mayda çiçəkləyir, iyunda meyvə verir. Dəniz səviyyəsindən 700-1100 m hündürlükdə, çayların kənarında, şoran torpaqlarda bitir.
Yorğun (mahnı)
Yorğun - Azərbaycan musiqiçisi Qara Dərvişin Məktub albomuna daxil olan mahnısı. Mahnının sözləri, bəstəsi və aranjemanı Qara Dərvişə aiddir.
Çoxbudaqlı yulğun
Çoxbudaqlı yulğun (lat. Tamarix ramosissima) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. Balkanda, Kiçik Asiyada, İranda, Mоnqоlustanda, Yapоniyada, Çində, Оrta Asiyada, Qafqazda təbii halda bitir. Hündürlüyü 8 m-ə çatan, qırmızımtıl-pas rəngli və ya sarımtıl qabıqlı ağac və ya kоldur. Birillik zоğları bоzumtul-yaşıl rənglidir. Çiçəkləri 5 üzvlü, ləçəkləri çəhrayı, ağ və ya çəhrayı-bənövşəyi rənglidir. Sütuncuğu 3-dür. Hər qutucuqda çохlu tохum оlur. May-iyun aylarında çiçəkləyir. Mеyvəsi iyulda yеtişir.
İncələçək yulğun
İncəyarpaq yulğun (lat. Tamarix kotschyi) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. Orta Asiya (Qaraqum, Pamir-Altay, Kopetdağ, Badxız), İraq, İran və Əfqanıstanda təbii arealı vardır. Təbiətdə boyu 4–6 m-ə qədər olan koldur. Gövdəsinin qabığı sarımtıl boz, sarımtıl-qonur rəngdə olur. Birillik zoğları isə açıqqonur və ya qırmızımtıl qonur rəngdə olur. Çiçəkləri 4 üzvlü olub, çiçək saplağı kasacıqdan iki dəfə uzundur. Bitkinin ləçəkləri ağ çəhrayı və bəzən isə mavi rəngdə olur. Meyvəsi qutucuqdur. Toxumları kiçik olur və hər qutucuqda 15-ə qədər toxum olur.
İncəyarpaq yulğun
İncəyarpaq yulğun (lat. Tamarix kotschyi) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. Orta Asiya (Qaraqum, Pamir-Altay, Kopetdağ, Badxız), İraq, İran və Əfqanıstanda təbii arealı vardır. Təbiətdə boyu 4–6 m-ə qədər olan koldur. Gövdəsinin qabığı sarımtıl boz, sarımtıl-qonur rəngdə olur. Birillik zoğları isə açıqqonur və ya qırmızımtıl qonur rəngdə olur. Çiçəkləri 4 üzvlü olub, çiçək saplağı kasacıqdan iki dəfə uzundur. Bitkinin ləçəkləri ağ çəhrayı və bəzən isə mavi rəngdə olur. Meyvəsi qutucuqdur. Toxumları kiçik olur və hər qutucuqda 15-ə qədər toxum olur.
Əlvan yulğun
Əlvan yulğun (lat. Tamarix florida) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. İranda, Оrta Asiyada, Qafqazda təbii halda bitir. Hündürlüyü 8 m-ə çatan ağac və ya kоldur. Qabığı qırmızımtıl, cavan zоğları açıq-qоnur rəngli, budaqda çохsaylıdır. Çiçək salхımı sadədir, yarpaq qоltuğunda yеrləşib, uzunluğu 9 sm-ə çatır. Çiçəkləri 5 üzvlü, ləçəkləri çəhrayı və ya ağdır. Еrkəkciyi 5, nazik sapvaridir, tacdan yuхarıda yеrləşir. Dişiciyi bir, yumurtalığı üst, bir yuvalıdır. Sütuncuğu yumurtalıqdan bir nеçə dəfə qısadır, 3-4-dür.
Yoğun bağırsaq
Yoğun bağırsaq ya arxa bağırsaq — lat. intestinum crassum 1,5 metr uzunluğunda olub, üç hissəyə bölünür: Kor bağırsaq — lat. cecum (intestinum caecum - BNA); Çənbər bağırsaq — lat. colon; Düz bağırsaq — lat. rectum (intestinum rectum - BNA). Zahiri şəkli uzun konusa bənzəyir və eni yuxarıda 7 və aşağıda 4 sm-ə çatır. Yoğun bağırsaq xaricində olan zolaqlar — lat. teniae coli, çömçələr — lat. haustra coli, köndələn şırımlar — lat. sulci transversi və piy artımları (çıxıntıları) — lat.
Yolçu Babazadə
Yolçu Əliyev
Yolçu Əliyev və ya Avarets (tam adı: Yolçu Əfi oğlu Əliyev; d. 5 noyabr 1964, Daşburun, Beyləqan rayonu, Azərbaycan SSR, SSRİ — ö. 27 iyul 2014, Ukrayna) — Donbass müharibəsi şəhidi. Yolçu Əliyev 1964-cü il mayın 11-də Beyləqan rayonun Daşburun kəndində anadan olub. Ukraynada "Ruslan" kimi tanınan Yolçu Əliyev, "Aydar" könüllülər batalyonunun kəşfiyyat bölüyündə xidmət edib. 2014-cü il iyulun 27-də hərbi əməliyyat zamanı qəhrəmancasına həlak olub.
Solquca
Solquca — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Kənd rayon mərkəzindən 25–30 km məsafədə yerləşir. Rayonun ən ucqar kəndlərindən biridir. Solquca dağlar ətəyində qeyri-adi görünüşü olan yerlərdən biridir. Əhalisinin sayı 430 nəfərdir. Kəndin əhalisi dağdan çəkilən bulaq suyundan istifadə edir. Yerli deyimlərə görə qədimdə bura iri yaşayış yerlərindən olub və zəlzələ nəticəsində torpaq altında qalıb. İndi el dilində Solquca və Solqıca (yəni solu qıcalıq ərazi) adlanan yurd yerinin tarixi ilə bağlı müxtəlif fərziyyələr söylənilir. Ərazidə qaynayan mineral bulaqlar isə möcüzəli sulardan hesab edilir. Xəstəliklərin əlacı hesab edilən və şöhrəti yayılan həmin su mənbələrinə Qəbələnin hər yerindən axın var.
Yergüc
Yergüclülər — Azərbaycanın milli etnik nümayəndələri. Yergüc dili — Yergüclülərin danışdığı dil. Yergüc (Quba) — Azərbaycanın Quba rayonuda kənd. Yergüc (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonuda kənd.
Solğun Mavi Nöqtə
Solğun Mavi Nöqtə — 14 fevral 1990-cı ildə Voyacer 1 kosmik zondu tərəfindən rekord məsafədən təqribən 6 milyard kilometrdən (3.7 milyard mil, 40.5 a.v.) çəkilən Yer planetinin fotoşəkilidir, bu fotoşəkil Günəş sisteminin "Ailə albomu"-na daxil olan şəkillərdəndir. Fotoşəkildə Yerin görünən ölçüsü bir pikseldən azdır; planet kamera tərəfindən əks olunan Günəş işığı zolaqları arasında kosmosun sonsuzluğunda kiçik tənha nöqtə formasında görünür. İlkin missiyasını tamamlayan və Günəş Sistemini tərk etməkdə olan Voyacer 1 kosmik gəmisinə, NASA tərəfindən astronom və yazıçı Karl Saqanın xahişi ilə kamerasını döndərməsi və Yer kürəsinin son bir şəklini çəkməsi əmri göndərildi. "Solğun mavi nöqtə" termini Karl Sagan tərəfindən fotoşəkilin əhəmiyyətini əks etdirən eyni adlı kitabda qeyd olunmuşdur. "Solğun Mavi Nöqtə", Karl Saqanın bu fotodan ilham alaraq 1994-cü ildə yazdığı kitabının da adıdır. Fotoşəkil, 2001-ci ildə space.com tərəfindən ən yaxşı on kosmos fotoşəkilindən biri seçilmişdir. 1977-ci ilin sentyabr ayında NASA, xarici Günəş sistemini və nəticədə ulduzlararası fəzanı öyrənmək üçün bir missiya üzərinə 722 kiloqram (1.592 funt) robot kosmik vasitəsi olan Voyacer 1-i işə saldı. Voyacer 1 kosmik gəmisi, xarici Günəş sistemini araşdırmaq məqsədilə ABŞ tərəfindən 5 Sentyabr 1977-ci ildə kosmosa göndərilmişdir. 14 Fevral 1990-cı ildə NASA, əsil vəzifəsini bitirmiş və artıq Yer kürəsindən xeyli uzaqlaşmış olan Voyacer 1-ə yeni əmrlər göndərərək Günəş Sistemindəki bütün planetlərin şəkillərinin çəkilməsini təmin etdi. Kosmik gəmindən göndərilən şəkillərdən birində, qara fonda solğun mavi bir nöqtə görünürdü.
Solğun fitçalan ördək
Solğun fitçalan ördək (lat. Dendrocygna viduata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Solğun qaraqaş tinamu
Solğun qaraqaş tinamu (lat. Crypturellus transfasciatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Solğun çiçəklər (opera)
Solğun çiçəklər — Süleyman Ələsgərovun ikinci operasıdır. Əsər görkəmli dramaturq C.Cabbarlının eyni adlı dramı əsasındadır. Bu operettanın librettosunu və şerlərini H.Ziya yazmış, rejissoru tanınmış aktyor, Azərbaycanın xalq artisti Y.Nuri, rəssamı isə əməkdar incəsənətə xadimi Ə.Fətəliyevdir. "Solğun çiçəklər" operası 1997-ci ildə Azərbaycan Dövlət Akademik opera və balet teatrınlda tamaşaya qoyulmuşdur. Bu səhnə əsərində bəstəkar öz yaradıcılığına sadiq qalaraq operadakı xor və vokal ansambllarını, ariya və ariozaları, orkestr nömrələrini xalq musiqisi və muğam intonasiyalarına əsaslanıb yazmışdır.
Yorğun arzular (mahnı)
Yulğun ağac (Takab)
Yulğun ağac (fars. يلقون اغاج‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd.
Qoğuç
Ülgüc
Ülgüc (Ağsu)
Dur yolçu heykəli
Türkiyə nin ən böyük heykəlidir.6 Avqust 2008-cı tarixdə Türkiyənin paytaxtı Ankarada(Polatlı ,Kartaltepe) Dur yolçu abidəsinin açılış mərasimi olmuşdur.Dur yolçu abidəsinin uzunluğu ümumilikdə 32 metrdir. Heykəl 22, postament isə 10 metrdir.Abidənin müəllifi akademik Sait Rüstem dir.
İnsanın yoğun bağırsağı
Yoğun bağırsaq (lat. intestinum crassum) ― insanın həzm yolunun aşağı, son hissəsi. O, bağırsaqların distal hissəsini təşkil edir və burada nəcis yaranır. İnsanın yoğun bağırsağı 1.5–1.7 metr uzunluğundadır. Onun diametri proksimal hissədə 6–7 sm-dir, distal istiqamətdə kiçilir və 4 sm-ə çatır. Xarici əlamətlərə görə nazik bağırsaqdan fərqlənir. Yoğun bağırsağın üzərində 3 ədəd çənbər bağırsaq zolağı (lat. taeniae coli) var: çöz zolağı (lat. taeniae mesocolica); piylik zolağı (lat. taeniae omentalis); sərbəst zolaq (lat.
Yoğun bağırsaq polipləri
Düz bağırsaq polipləri — Polip yoğun bağırsağın (kolon və düz bağırsağın) selikli qişasının anomal böyüməsi nəticəsində inkişaf edən və bağırsağın mənfəzinə doğru böyüyən kütlədir.
Yergüc (Quba)
Yergüc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Yergüc kəndi Quba rayonunda, Buduq inzibati-ərazi dairəsinin ərazisində yerləşib. Kənd əhalisi zaman-zaman buradan köçüb başqa kənd və şəhərlərdə məskunlaşdığı üçün hazırda bu məkanda heç kim yaşamır. Digər şahdağ etnoslu kəndlər kimi Yergüc kəndi də xüsusi dilə malikdir. Yergüc dili Xınalıq dilindən başqa bütün digər Şahdağ dil ailəsinə məxsus dillərə bənzəyir, lakin əksər sözlərdə ən azından bir və ya bir neçə hərf fərqi var. Bəzən isə söz tamamilə digər xalqların istifadə etdiyi sözlərdən fərqli olur, onların istifadə etdiyi sözlərə qətiyyən bənzəmir. Bundan başqa, Yergüc dilində Xınalıq dilindəki sözlərə bənzər bir sıra söz var və bu cəhət Yergüc dilini Buduq, Qrız, Əlik, Haput və Cek dillərindən bir az fərqləndirir. Yergüc, Qrız, Haput, Əlik, Cek və Buduqlular öz ana dillərində bir-birləri çox rahat ünsiyyət saxlaya bilirlər. Hazırda bu dil məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Belə ki, hazırda Yergüc dilini yalnız yaşlı yergüclülər bilir.
Yergüc (Xaçmaz)
Yergüc — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Yergüc kəndi, Quba rayonunda, Buduq İnzibati Ərazi Dairəsinin ərazisində yerləşib. Kənd əhalisi zaman-zaman buradan köçüb başqa kənd və şəhərlərdə məskunlaşdiğı üçün hazırda bu məkanda heç kim yaşamır. Digər şahdağ etnoslu kəndlər kimi Yergüc kəndi də xüsusi dilə malikdir. Bu dillə ilkin tanışlıq zamanı belə qənaətə gəlmək olar ki, Yergüc dili Xınalıq dilindən başqa bütün digər Şahdağ dil ailəsinə məxsus dillərə bənzəyir. Lakin əksər sözlərdə ən azından bir və ya bir neçə hərf fərqi var. Bəzən isə söz tamamilə digər xalqların istifadə etdiyi sözlərdən fərqli olur, onların istifadə etdiyi sözlərə qətiyyən bənzəmir. Bundan başqa, Yergüc dilində Xınalıq dilindəki sözlərə bənzər çox söz var və bu cəhət Yergüc dilini Buduq, Qrız, Əlik, Haput və Cek dillərindən bir az fərqləndirir. Yergüc, Qrız, Haput, Əlik, Cek və Buduqlular öz ana dillərində bir-birləri çox rahat ünsiyyət saxlaya bilirlər. Təəssüf ki, hazırda bu dil məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb.
Yergüc bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şövkət Yalqun
Şövkət Yalqun 7 fevral 1993-cü ildə Artuşda anadan olan Çin Super Liqasında Quanjou FK-da oynayan uyğur futbolçudur. Şövkət Yalqun 2012-ci ilin yanvar ayında 100.000 yuan qonorarla Çin Super Liqasının tərəfdaşı Qunajou FK-ya transfer olundu. 2012 liqası mövsümü üçün qeydiyyatdan keçmək üçün Memet Ali adından istifadə etdi. Böyük debütü 30 Mart 2012-ci ildə "Şanxay Şenhua FK" ilə səfərdə 1-0 məğlub edərək 81-ci dəqiqədə Qao Linin əvəzinə çıxmaqla etdi. Ancaq, italyan menecer Marsello Lippi komandaya rəhbərlik etdikdən sonra ehtiyat komandada oynamağa göndərildi. Şövkət 2012 mövsümündə altı liqada meydana çıxdı. 2013-cü ilin əvvəllərində Şövkətin oynadığı komanda liqada qeydiyyatdan keçən zaman Ali üçün fərqli bir addan istifadə etdiyini bildirəndə yaş mübahisəsinə qarışdı. Komanda bu barədə Çin Futbol Birliyinə məlumat verdi. 2013-cü ilin mart ayında yaş saxtalaşdırılmasına görə üç aylıq qadağa aldı. 10 iyul 2013-cü ildə komandanın "Dalian Ruylonq"u 7-1 məğlub etdiyi 2013 Çin FA Kubokunun dördüncü turunda meydana qayıtdı.
Misradaxili bölgü
Təqti(ərəb. تقطع‎ fasilə, bölgü) və yaxud misradaxili bölgü misra daxilindəki fasilələrdir. Ritm bütün dillərdə qafiyə ilə yanaşı poeziyanın əsas və universal əlamətidir. Heca, əruz və müxtəlif xalqlarda olan ağ (sillabik) şeir də ritmə əsaslanır. Milli dillərdə poetik ritmin xüsusiyyətləri bu dillərin fonetik quruluşu, saitlərin və sonor samitlərin uzun ya qısa tələffüzünə əsaslanır. Türk dillərində ümumiyyətlə saitlər hamısı qısadır. Ona görə də türk dillərindəki heca vəzninin ritmikliyi misraların təqtilərə bölünməsindən yaranır. Heca təqtiləri. Təqtilər şeir misrasında daxili ritmin tərkib ünsürləridir. Heca vəznində təqti müəyyən sayda hecalardan sonra verilən durğulara (ritmik fasiləyə) əsaslanır.
Qızıl bölgü
Qızıl bölgü (və ya qızıl nisbət) — riyaziyyat və incəsənətdə tətbiq olunur. İki ədəd o vaxt qızıl nisbətdə olur ki, ( φ {\displaystyle \varphi } ), onların cəminin daha böyüyünə nisbəti onlardan böyüyünün kiçiyinə nisbətinə bərabər olsun. Cəbri dildə aşağıdakı kimi yazılır: a + b a = a b ≡ φ , {\displaystyle {\frac {a+b}{a}}={\frac {a}{b}}\equiv \varphi ,} burada Yunan hərfi fi ( φ {\displaystyle \varphi } ) qızıl bölgünü bildirir və onun dəyəri: φ = 1 + 5 2 = 1.61803 39887 … . {\displaystyle \varphi ={\frac {1+{\sqrt {5}}}{2}}=1.61803\,39887\ldots .} XX əsrdən başlayaraq xeyli sənətkarlar, memarlar öz işlərini qızıl bölgüyə əsasən qurmağa çalışıblar. Xüsusən də, onlar qızıl düzbucaqlı formasında tikintilərə xüsusi yer ayırıblar. Qızıl düzbucaqlıda uzun tərəfin qısa tərəfə nisbəti qızıl bölgü əsasında qurulur. Qızıl bölgü tarixən insanlar tərəfindən istifadə edilməsinə baxmayaraq, ilk dəfə kim tərəfindən kəşf edildiyi haqqında dəqiq bir məlumat yoxdur. Euclid (e.ə. 365 – e.ə. 300), "Elementlər" adlı nəzəriyyəsində bir xətti 1.6180339… nöqtəsindən bölmək haqqında yazmış və bu xətti ekstrem və əhəmiyyətli nisbətdə bölmək deyə adlandırmışdı.
Təhsin Özgüc
Təhsin Özgüc (türk. Tahsin Özgüç; 12 mart 1916, Qırcaəli – 28 oktyabr 2005 və ya 17 dekabr 2005, Ankara) — Türk arxeoloq və akademiki. Təhsin Özgüc 1916-cı ildə Bolqarıstanın Qırcaəli şəhərində anadan olub. Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakültəsinin arxeologiya kafedrasında həmin institutun ilk tələbələrindən biri olaraq təhsilə başlamış Təhsin Özgüc 1940-cı ildə oranı bitirib. Bu dövrdə bu kafedrada, Almaniyadan gəlmiş Hans Henning von der Osten və Corc Rohde və türk müəllimi Şəmsəddin Günaltay kimi akademiklər çalışırdı. Məzun olduqdan sonra doktorantura təhsilini davam etdirən Təhsin Özgüc 1942-ci ildə "Tarixdən əvvəlki Anadoluda dəfn ənənələri" adlı doktorluq dissertasiyası ilə doktorluq dərəcəsi müdafiə edib. Onun doktorluq dissertasiyası 1948-ci ildə türk və alman dillərində nəşr edilib. Eyni fakültədə müəllim kimi fəaliyyətini davam etdirən Təhsin Özgüc 1945-ci ildən akademik karyerasını qurmağa başlayıb. Bu dövrdə o, 1944-cü ildə eyni fakultədən məzun olmuş və burada fəaliyyətini müəllim kimi davam etdirən Nemet Dinçərlə ailə həyatı qurub. Bu evliliklə onlar nəinki həyatlarını birləşdirdilər, həmçinin iş həyatlarında da biri-birlərinə dəstək oldular.