Müəllim

ərəb. öyrədən, bilmək, başa düşmək pedaqoq, müdərris, dərs deyən, tədris edən. Ümumtəhsil, texniki-peşə, orta ixtisas məktəblərində və ya ali məktəbdə hər hansı fənni tədris edən pedaqoji işçi. Müəllim kadrları ali məktəblərdə və orta ixtisas məktəblərində hazırlanır.
Müəlliflik şəhadətnaməsi
Mühazirə
OBASTAN VİKİ
Müəllim
Müəllim (ərəb. معلم‎) — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs. Təhsil prosesinin əsas siması müəllimdir. Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur. Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur. Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir. Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur. Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur. İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur. Pedaqoji qabiliyyətlər insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq olar.
Müəllim (dəqiqləşdirmə)
Müəllim — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs.
Müəllim Günü
Müəllim Günü — təhsil sistemində çalışan insanların peşə bayramı. 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında "Müəllimlər günü" Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində qeyd olunur. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib. Amma Azərbaycanda "Müəllim günü"nün kütləvi şəkildə qeyd olunmasının xüsusi bir tarixçəsi var. "Müəllim günü"nün 1965-ci ildə SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməsinə baxmayaraq, təhsil sistemində çalışan insanların zehni əməkləri, onların xidmətləri indiki dövrdə də qiymətləndirilir.
Müəllim Naci
Müəllim Naci (osman. معلّم ناجى, türk. Muallim Naci; 1849, Konstantinopol – 12 aprel 1893, Konstantinopol) — Osmanlı şairi və yazıçısı. Yaradıcılığında daha çox türk klassik ədəbiyyatının ənənələrini yaşatmağa çalışmışdı. Müəllim Naci Osmanlı imperiyasının islahat yönümlü Tənzimat dövründə yaşamış və köhnə ilə əlaqəni kəsmədən modernləşməni müdafiə etmişdir. O, həm nəsr, həm də poeziya ilə bağlı tənqidlərə töhfə vermiş, problemləri araşdıraraq, türk xalqına təsir edəcək fikirlər verməklə türk ədəbiyyatında və cəmiyyətində özünəməxsus yer qazanmışdır. Onun Osmanlı türkcəsi lüğəti olan "Lüğət-i Naci" əsəri böyük əhəmiyyət kəsb edir.
Gənc müəllim (qəzet)
Müəllim (film, 2018)
Müəllim (İngilis dilində Hichki, Hind dilində जोकर्) Sidharth Malhotranın rejissorluğu ilə 2018-ci ildə ekranlaşdırılan hind filmidir. Baş rolda Rani Mukherjeenin oynadığı bu film onun evlilik və ondan sonra dünyaya gətirdiyi qızlarına görə dörd illik yoxluğundan sonrakı ekrana qayıdışının birinci filmidir. Naina Mathur Tourette sindromundan əziyyət çəkir. O, müəllim olmaq arzusundadır, lakin xəstəliyinə görə ona iş verilmir. Bir gün ona St. Notker məktəbində iş təklif olunur və ona kasıb məhəllədən olan uşaqlardan ibarət 9F sinfi verilir. Nə məktəb direktoru, nə 9A sinfinin müəllimi — cənab Vadia, nə də uşaqların özləri bu işdə Nainanın müvəffəqiyyətinə inanırlar. Naina çətinliklə də olsa vəziyyətə nəzarət etməyi bacarır və tapşırığın öhdəsindən gəlir.
Müəllim sözü (qəzet)
"Müəllim sözü" (qəzet) — ziyalıları və ziyalılığı təbliğ edən qəzet. “Müəllim sözü” qəzeti 2010-cu ilin oktyabr ayında təsis olunub. Qəzetin ilk sayı 2011-ci ilin mart ayında işıq üzü görüb. Qəzet səkkiz səhifədən ibarətdir və ayda bir dəfə nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru yazıçı-jurnalist Vahid Aslandır. “Müəllim sözü” qəzetinin əsas məramı və fəaliyyət istiqaməti ziyalıların və ziyalılığın təbliğidir. Qəzet həmçinin Azərbaycan müəllimi üçün sərbəst tribuna funksiyasını daşıyır. Eyni zamanda təhsil sahəsindəki problemlərə və qazanılan uğurlara geniş yer verilir. Vaxtaşırı “Müəllim sözü” qəzetinin səhifələrində dünya təhsilində baş verən yeniliklərə xüsusi yer ayrılır. Qəzetin uğurlu fəaliyyətinə daim mənəvi dəstək vermək üçün qəzetin redaksiya şurasında ölkənin ən tanınmış ziyalıları yer almışlar.
Ramiz Bağırov (müəllim)
Bağırov Ramiz Məmməd Tağı oğlu —müəllim. Ramiz Bağırov opera müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti Məmməd Tağı Bağırovun ailəsində 1929–cu ildə dünyaya göz açıb. Asəf Zeynallı adına Musiqi Texnikumunda, sonra isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında vokal ixtisası üzrə təhsil alıb. 1947-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının “Mahnı və rəqs” ansamblında çalışmağa başlayıb. O, 1957-ci ildən Azərbaycan Dövlət Radio və Televiziya komitəsi xorunun solisti olub,eyni zamanda Bakı Kitabxanaçılıq Texnikumunda müəllimlik edib, 1971-ci ildən isə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda əvvəlcə müəllim, sonralar isə vokal ixtisası üzrə şöbə müdiri vəzifəsində çalışıb. Ramiz Bağırov bir neçə metodik işləmələrin, o cümlədən “Azərbaycan vokalistlərinin məcmuəsi” adlı elmi-nəzəri metodik əsərin müəllifi olub. 1973-cü ildə bəstəkar Hazim Əliverdibəyov tərəfindən yazılmış “Cırtdan” uşaq nağıl operasının liberetto müəllifi də R.M.Bağırov olub.Peşəkar sənətkar, tələbkar müəllim, həssas insan olan R.M.Bağırovun bir çox vokalistin yetişməsində böyük rolu olub. Onun “əruz” vəznində gözəl şeir oxuması qabiliyyətini nəzərə alaraq görkəmli kinorejissor Şahmar Ələkbərov 1991-ci ildə çəkdiyi “Qəzəlxan” filmində yaddaqalan obrazlardan biri olan Mirzənin rolunu məhz Ramiz Bağırova həvalə edilmişdir. Filmdə qəzəlxan Əliağa İsgəndərova “Vahid” ləqəbini verən bir tarixi şəxsiyyətin rolunun ifaçısı olmuş, həm də bu rolu özü səsləndirmişdir. Eləcə də rejissor Ağarza Quliyevin 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun “Ulduz” operettası əsasında çəkdiyi eyniadlı bədii filmində Ramiz Bağırov aparıcı rollardan biri olan Gülümsərov obrazının (Bəşir Səfəroğlu) bütün mahnılarını səsləndirib.
Millət Əliyev (şəhid müəllim)
Müəllim-tələbə (film, 1973)
Müəllim-tələbə (ing. The Student Teachers) — 1973-cü ildə Çak Norrisin iştirakı ilə çəkilən ABŞ filmidir. Filmin rejissoru Conatan Kaplandır. Müəllim-tələbə — Internet Movie Database saytında.
Cəbiş müəllim onu yaşadır. Süleyman Ələsgərov (film, 2017)
Cəbiş müəllim onu yaşadır. Süleyman Ələsgərov — rejissor Sənan Sultanovun 2017-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Film teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Süleyman Ələsgərovun xatirəsinə həsr olunub.
Baş müəllim
Müəllim (ərəb. معلم‎) — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs. == Müəllimin pedaqoji qabiliyyətləri == Təhsil prosesinin əsas siması müəllimdir. Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur. Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur. Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir. Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur. Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur. İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur. Pedaqoji qabiliyyətlər insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq olar.
Valid Müəllim
Valid Müəllim (17 iyul 1941, Dəməşq – 16 noyabr 2020, Dəməşq) — Suriyanın xarici işlər naziri. Valid Müəllim 13 yanvar 1941-ci ildə Suriyanın Dəməşq şəhərində anadan olub.1960-cı ildə Qahirə universitetinə qəbul olub. İqtisadiyyat fakültəsini tamamlayıb. 1990–1999-cu illərdə Suriyanın ABŞ-də səfiri vəzifəsində çalışıb. 2000-ci ilin əvvələrindən Suriyanın xarici işlər naziridir.
Əməkdar müəllim
Azərbaycan Respublikasının əməkdar müəllimi
Yusif Qazıyev (müəllim)
Yusif Qazıyev (2 fevral 1934, Arçut, Böyük Qarakilsə rayonu) — Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Pedaqogika üzrə elmlər doktoru Yusif Xıdır oğlu Qazıyev 2 fevral 1934-ci ildə Qərbi Azərbaycanin Quqark (Böyük Qarakilsə) rayonunun Arçut kəndində anadan olmuşdur. O, 1949-cu ildə natamam orta məktəbi, 1953-cü ildə Gürcüstan SSR-nin (Gürcüstan Respublikası) Marneuli (Sarvan) pedaqoji məktəbini, 1957-ci ildə Azərbaycan Dillər universitetini bitirmiş, 1971-1975 ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitununun (Azərbaycan Təhsil Problemləri İnstitutu) dissertantı və 2010-2015 ci illərdə müstəqil tədqiqatçı kimi ADPU-nun doktorantı olmuşdur. Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Pedaqogika üzrə elmlər doktoru,"Qızıl qələm" lauretaı, və əmək veteranıdır. Yusif müəllim bir çox əsər və kitabların müəllifidir.Onun özü və keçmiş ata-babaları digər həmyerliləri kimi bir əsrdə 5 dəfə soyqırıma və deportasiyaya (1905-1907, 1918-1920, 1937-1941, 1948-1953, 1988-1991 ci illərdə) məruz qalmış, hər dəfəfə mənəvi, fiziki əzab və itkilərə düçar olmuşlar. Ana dili ilə yanaşı Türk, Rus və Alman dillərini də bilir. Ailəlidir 2 oğlu, 5 nəvəsi var. "Şərəfli müəllim ömrü yaşayan insan". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010.
“Müəllim sözü” qəzeti
"Müəllim sözü" (qəzet) — ziyalıları və ziyalılığı təbliğ edən qəzet. “Müəllim sözü” qəzeti 2010-cu ilin oktyabr ayında təsis olunub. Qəzetin ilk sayı 2011-ci ilin mart ayında işıq üzü görüb. Qəzet səkkiz səhifədən ibarətdir və ayda bir dəfə nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru yazıçı-jurnalist Vahid Aslandır. “Müəllim sözü” qəzetinin əsas məramı və fəaliyyət istiqaməti ziyalıların və ziyalılığın təbliğidir. Qəzet həmçinin Azərbaycan müəllimi üçün sərbəst tribuna funksiyasını daşıyır. Eyni zamanda təhsil sahəsindəki problemlərə və qazanılan uğurlara geniş yer verilir. Vaxtaşırı “Müəllim sözü” qəzetinin səhifələrində dünya təhsilində baş verən yeniliklərə xüsusi yer ayrılır. Qəzetin uğurlu fəaliyyətinə daim mənəvi dəstək vermək üçün qəzetin redaksiya şurasında ölkənin ən tanınmış ziyalıları yer almışlar.
Bizim Cəbiş müəllim
Bizim Cəbiş müəllim tammetrajlı bədii filmi rejissor Həsən Seyidbəyli tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Əsas rolları Süleyman Ələsgərov, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova, Ziya Seyidbəyli, Nəsibə Zeynalova, Əliağa Ağayev və Aqil Ağacanov ifa edirlər. 1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında aktyor Süleyman Ələsgərova yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaradılmasına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının diplomu verilmişdir. Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır. Film Maqsud İbrahimbəyovun "Müharibənin 1001 gecəsi" ssenarisi əsasında çəkilib. Filmin çəkildiyi əsas məhəllə Bakının mərkəzində yerləşən məşhur “Səadət” sarayının yanındadır. Filmdə təsvir olunan məktəb Bayıldakı məktəblərdən biri idi.
"Ən yaxşı müəllim" müsabiqəsi
Bizim Cəbiş Müəllim (1969)
Bizim Cəbiş müəllim tammetrajlı bədii filmi rejissor Həsən Seyidbəyli tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Əsas rolları Süleyman Ələsgərov, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova, Ziya Seyidbəyli, Nəsibə Zeynalova, Əliağa Ağayev və Aqil Ağacanov ifa edirlər. 1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında aktyor Süleyman Ələsgərova yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaradılmasına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının diplomu verilmişdir. == Məzmun == Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır. == Film haqqında == Film Maqsud İbrahimbəyovun "Müharibənin 1001 gecəsi" ssenarisi əsasında çəkilib. Filmin çəkildiyi əsas məhəllə Bakının mərkəzində yerləşən məşhur “Səadət” sarayının yanındadır. Filmdə təsvir olunan məktəb Bayıldakı məktəblərdən biri idi.
İsrafil müəllim (film, 2003)
Film əməkdar jurnalist, tarix elmləri namizədi İsrafil Məmmədova həsr olunmuşdur.
Bizim Cəbiş müəllim (film, 1969)
Bizim Cəbiş müəllim tammetrajlı bədii filmi rejissor Həsən Seyidbəyli tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Əsas rolları Süleyman Ələsgərov, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova, Ziya Seyidbəyli, Nəsibə Zeynalova, Əliağa Ağayev və Aqil Ağacanov ifa edirlər. 1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında aktyor Süleyman Ələsgərova yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaradılmasına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının diplomu verilmişdir. == Məzmun == Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır. == Film haqqında == Film Maqsud İbrahimbəyovun "Müharibənin 1001 gecəsi" ssenarisi əsasında çəkilib. Filmin çəkildiyi əsas məhəllə Bakının mərkəzində yerləşən məşhur “Səadət” sarayının yanındadır. Filmdə təsvir olunan məktəb Bayıldakı məktəblərdən biri idi.
Sağ ol, müəllim (film, 1985)
Danabaş kəndinin müəllimi
Danabaş kəndinin müəllimi və ya Danabaş kəndinin məktəbi — Cəlil Məmmədquluzadənin 4 məclisli komediyası. 1921-ci ildə ilk variantda əsərin adı “Danabaş kəndinin müəllimi” olmuşdur. C.Məmmədquluzadə əsəri bu adla 1923-cü ildə Azərbaycan Dövlət Dram Teatrına təqdim etmişdir. Əsərin teatra təqdim edilən əlyazmasında Cəfər Cabbarlıya məxsus qeydlər vardır. Sonralar da bu ad unudulmamış, əsər “Danabaş kəndinin məktəbi” adı ilə çap olunmuş və həmin adla tamaşaya qoyulmuşdur. “Maarif və mədəniyyət” jurnalında “Danabaş kəndinin müəllimi” pyesinin "AzDram" Teatrının repertuarına daxil edilməsi haqqında xəbər vardır (1923, №1). Sonradan pyes "Danabaş kəndinin məktəbi" ası ilə çap edilir və tamaşaya qoyulur. Müstəqillik illərində ilk dəfə 2004-cü il nəşrində əsərin “Danabaş kəndinin müəllimi” əsil adı bərpa edilir. Pyesdə XIX əsrin axırlarında Azərbaycan həyatının ictimai mədəni mənzərəsini əks etdirən hadisələr təsvir olunur. Burada sənətkarın adi məişət hadisələrində böyük ictimai problemləri əks etdirmək istedadı aydın nəzərə çarpır.
Danabaş kəndinin müəllimi (komediya)
Danabaş kəndinin müəllimi və ya Danabaş kəndinin məktəbi — Cəlil Məmmədquluzadənin 4 məclisli komediyası. 1921-ci ildə ilk variantda əsərin adı “Danabaş kəndinin müəllimi” olmuşdur. C.Məmmədquluzadə əsəri bu adla 1923-cü ildə Azərbaycan Dövlət Dram Teatrına təqdim etmişdir. Əsərin teatra təqdim edilən əlyazmasında Cəfər Cabbarlıya məxsus qeydlər vardır. Sonralar da bu ad unudulmamış, əsər “Danabaş kəndinin məktəbi” adı ilə çap olunmuş və həmin adla tamaşaya qoyulmuşdur. “Maarif və mədəniyyət” jurnalında “Danabaş kəndinin müəllimi” pyesinin "AzDram" Teatrının repertuarına daxil edilməsi haqqında xəbər vardır (1923, №1). Sonradan pyes "Danabaş kəndinin məktəbi" ası ilə çap edilir və tamaşaya qoyulur. Müstəqillik illərində ilk dəfə 2004-cü il nəşrində əsərin “Danabaş kəndinin müəllimi” əsil adı bərpa edilir. Pyesdə XIX əsrin axırlarında Azərbaycan həyatının ictimai mədəni mənzərəsini əks etdirən hadisələr təsvir olunur. Burada sənətkarın adi məişət hadisələrində böyük ictimai problemləri əks etdirmək istedadı aydın nəzərə çarpır.
Gəncə Müəllimlər Seminariyası
Gəncə Müəllimlər Seminariyası — Azərbaycanda müəllim kadrları hazırlayan ilk seminariya (1914). İki il sonra belə bir seminariya Bakıda da fəaliyyətə başlamışdı. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sorğusuna cavabında xalq maarifi nazirliyi bildirdi ki, Cümhuriyyət hakimiyyəti yaranana qədər Azərbaycanda yeganə olaraq Gəncə şəhərində müəllimlər seminariyası fəaliyyət göstərmişdir. Cümhuriyyət Hökuməti həmin müəllimlər seminariyasını milliləşdirmişdi. Xalq maarifi nazirliyinin 1919-cu il üçün məlumatında nazirlik sistemində üç müəllimlər seminariyasının - Gəncə və Qazaxda kişi, Bakıda isə qadın seminariyalarının olduğu bildirilirdi. Gəncə müəllimlər seminariyasında azərbaycanlılarla yanaşı, Daşkənd və Səmərqənd şəhərlərindən gəlmiş özbək gəncləri də təhsil alırdı. Yusif Məmmədəliyev, Mikayıl Rzaquluzadə, Əhməd Cavad Gəncə seminariyasında dərs demiş, Həmid Araslı, Mir Cəlal və b. görkəmli ziyalılar bu seminariyanı bitirmişlər. Seminariya 1927-ci ildə qız seminariyası ilə birləşdirilmiş və Gəncə Pedaqoji Texnikumu adlandırılmışdı. V.Y. Vasilyev Həsən bəy Bağırbəyov 12 avqust 1919-dan Gəncə Müəllimlər Seminariyasının direktoru vəzifəsində çalışmışdı.
Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutu
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Hal-hazırda filialının fəaliyyəti dayandırılıb. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında yaradılmışdır. 2000-ci ildə "İbtidai təhsilin pedaqogikası və metodikası" fakültəsi və "Ümumi fənlər və onların tədrisi metodikası" kafedrası fəaliyyətə başlamışdır. 28 avqust 2000-ci ildən Azərbaycan Respublikası təhsil nazirinin "İbtidai təhsilin pedaqogikası və metodikası", "Riyaziyyat və informatika", "İbtidai təhsil" ixtisasları üzrə pedaqoji kadr hazırlığında eksperimentin tətbiqi barədə 840 saylı əmrinə əsasən filialın "İbtidai təhsil" (Azərbaycan və rus bölmələri), "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası" ixtisaslarında eksperiment üsulu tətbiq olunmağa başlanmışdır. Filialın rəhbərinin 3 dekabr 2001-ci il tarixli 150 saylı Yeni kafedraların təşkili barədə əmrinə əsasən "Ümumi fənlər və onların tədrisi metodikası" kafedrasının bazasında ilkin kadr hazırlığı, pedaqoji kadrların ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidənhazırlanması istiqamətini əhatə edən aşağıdakı kafedralar yaradılmıdır. "Riyaziyyat, informatika və onun tədrisi metodikası kafedrası"; "Təbiət fənləri kafedrası"; "Humanitar, sosial və iqtisadi fənlər kafedrası"; "Məktəbəqədər və ibtidai təhsilin pedaqogikası kafedrası"; "Ümumi fənlər və onların tədrisi metodikası kafedrası"; "Təhsilin təşkili və idarə olunması kafedrası"; 2008/2009-cu tədris ilindən kredit sisteminə keçidlə əlaqədar olaraq fililada "Kredit sistemi və tələbə naliyyətinin qiymətləndirilməsi" kabineti yaradılmışdır. Hazırda filialda yeni təsdiq olunmuş struktura görə 3 fakültə, 7 kafedra və 3 kabinet fəaliyyyət göstərir. 2006-cı ildə "Humanitar, sosial və iqtisadi fənlər" və "Təhsilin təşkili və idarə olunması" kafedralarının əvəzinə, "Azərbaycan dili, ədəbiyyat və onun tədrisi metodikası" və "Xarici dillər" kafedraları yaradılmış, "Təbiət fənləri" kafedrasının adı dəyişdirilərək "İctimai və təbiət fənləri" adlandırılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2013-cü ildə filialda apardığı araşdırma nəticəsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilmiş, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdur.
Musiqi müəllimi (film, 1983)
Uzaq dağ kəndinə işləməyə gəlmiş gənc musiqi müəllimi (Sərxan Sərxan) ilk gündən uşaqlarla çox asanlıqla dil tapır və onları inandırır ki, həyatda hər kəsin öz fərdi xarakterinə, mənliyinə uyğun musiqisi var. Sonra təmiz gülüşlə müşayiət olunan şux hadisələr filmdə bir-birini əvəz edir. Uşaq filmində musiqinin ecazkar gücündən, insan mənəviyyatının kamilləşməsindəki rolundan, onun etik və estetik təsirindən söhbət açılır. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Bu film əslində 3 seriyadan ibarət olaraq "Bizim küçənin oğlanları" filmindəki personajlardan birinin sonrakı həyatı üzərinə qurulmalı idi. Film 1 — ci kateqoriyaya layiq görülmüşdür. Montaj səhvi: Musiqi müəllimi sinifdə dərs deyərkən Sevil əlində tar ayaq üstədir. Bir kadr sonra biz onu tarsız və parta arxasında oturan görürük. Növbəti kadrda isə onun əlində yenidən tar peyda olur və ayaq üstədir. Ssenari müəllifi: Radi Kuşneroviç, Tofiq İsmayılov Quruluşçu rejissor: Tofiq İsmayılov Quruluşçu operator: Ələsgər Ələkbərov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Marat İsgəndərov Rejissor: Yusif Əlizadə Montaj edən: Tahirə Babayeva Geyim rəssamı: Fikrət Ələkbərov, Abdulla Əmiraslanov Qrim rəssamı: A. Rzazadə İşıq ustası: N. Daşdəmirov Rejissor assistenti: A. Əliyev, V. Nəbiyev, Səadət Məmmədova (S. Məmmədova kimi), T. Mustafayev Operator assistenti: R. Quliyev, T. Əlizadə Məsləhətçi: Elmira Qafarova (filologiya elmləri namizədi) Redaktor: Çingiz Qaryağdı Musiqi redaktoru: Mobil Babayev Mahnıların mətni: Onegin Hacıqasımov Mahnı ifa edən: Sərxan Sərxan Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri və "Melodiya" Firmasının İnstrumental Ansamblı Dirijor: V. Jemçujnı, Boris Frumkin İnzibatçı: Məzahir Əliyev, Nəmxuda Usubəliyev, R. Hüseynov Filmin direktoru: Arif Səfərov Sərxan Sərxan — Musiqi müəllimi Emil Paşayev — Emil Cəmilə Muradasilova — Sevil Ülvi Qasımov — Teymur Bəxtiyar Sarıyev — Tofiq III Cavid Əliyev — Tofiq I Natiq Abdullayev — Tofiq II Samirə Kərimova — Züleyxa Həsən Məmmədov — Raykom partiyasının katibi İlham Namiq Kamal — Rayon komsomol komitəsinin katibi Səyavuş Aslan — Məktəb direktoru Valeh Mamedoviç Həmidə Ömərova — Şəfiqə Rafiq Kərimov — Emilin atası Ağasadıq Gəraybəyli — Hamamçı Sadıq Hüseynov — Baba Yaşar Nuri — Bəşir Kamil Məhərrəmov — Əli Sofa Bəsirzadə — Kimya müəlliməsi Əliağa Ağayev — İclas iştirakçısı N. Yəhyayeva Amaliya Pənahova — Riyaziyyat müəlliməsi L. Vahabova Əzizağa Qasımov — Coğrafiya müəllimi E. Verdiyev Əminə Yusifqızı — Xidmətçi A. Ağayeva M. Qanbay Kamran Cəlalov Q. Zeynalova N. Ömərova Y. Ağayev Z. İbrahimov K. İsmayılov Əfrasiyab Məmmədov — Bədən tərbiyəsi müəllimi L. Qulubəyova Q. Cavadova Əhməd Əhmədov — Kəndli A. Əliyev — Müəllim Ramiz Əzizbəyli — İclas iştirakçısı Rəfael Dadaşov Naibə Şirinova — Rəqqasə (titrlərdə yoxdur) Mərkəzi Televiziya (Moskva) Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Müəllimim Qoşqar Əhmədov
Müəllimim Qoşqar Əhmədov — kitab görkəmli alim, bacarıqlı elm təşkilatçısı, təvazökar və hümanist insan, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Qoşqar Əhmədovun həyatına və elmi yaradıcıllığına həsr olunmuşdur. Çoxsaylı arxiv materiallarına əsasən tərtib olunmuş kitabda qısa lakin mənalı ömür yaşamış müdrik müəllimin hər kəsə nümunə olacaq həyat yolu haqqında geniş məlumar verilmişdir. Kitab ön söz, Qoşqar Əhmədovun həyat və fəaliyyətinə həsr olmuş 17 bölmədən, ad göstəricisindən, istifadə olunmuş ədəbiyyatdan ibarətdir. Kitabda verilən məlumatlar daha çox arxiv materiallarına əsaslanmış və professor Qoşqar Əhmədovla əlaqədar 112 tarixi foto-şəkil öz əksini tapmışdır. AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov: "Hər bir xalqın yaddaşında o xalqın tarixini, elmini, ədəbiyyatını, mənəviyyatını təmsil edən görkəmli şəxslər olmuşdur. Azərbaycan xalqı da məhz belə bir xalqdır. Zaman-zaman öz milli məfkurəsini, amalını xalqının rifahına, onun elminin, təhsilinin, mədəniyyətinin inkişafına həsr edən, millət, vətən sevgisi ilə alışıb-yanan vətəndaşlar yetirən əzəmətli bir xalq! Əgər xalqımızın tarixini vərəqləsək, müxtəlif vaxtlarda belə mütəfəkkirlərin yetişdiyinin və ardıcıllarını yetirdiklərinin şahidi olarıq. Belə insanlarla yaşanan dəqiqələr sənə bir ömür boyu bəs edir, onların şəxsiyyəti, mənəviyyatı, əməlləri sənə örnək olur. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, sözün əsl mənasında, böyük müəllim, alicənab, humanist, müdrik və xeyirxah insan Qoşqar Teymur oğlu Əhmədov xalqımızın yetirdiyi belə şəxslərdən biridir." Qoşqar Əhmədovun doğulub böyüdüyü Gədəbəy rayonu, onu yetirən mühit və şərait, səkkiz uşaq boya-başa catdırmış valideynləri – atası, dövrünün tanınmış ziyalısı, əməkdar müəllm, Qırmızı Əmək bayrağı ordenli Teymur Əhmədli, anası Yetər xanım, onların müxtəlif ixtisaslar üzrə elmin zirvələrini fəth etmiş alim övladları haqqında oxucuya ətraflı məlumat verilir.
Müəllimimizə sevgilərimizlə (roman)
Cənaba sevgi ilə (ing. To Sir, With Love) – Qayana yazıçısı E. R. Braytvayt tərəfindən 1959-cu ildə yazılan yarı avtobioqrafik roman. Roman 1950-ci illərin sonlarında Londonun şərqində ancaq varlı uşaqların təhsil aldıqları məktəbdə iş tapa bilən yoxsul ailədən çıxmış qaradərili müəllimin qarşılaşdığı çətinliklərdən bəhs edir. Həmin illərdə E. R. Braytvaytda Londonda belə məktəbdə təhsil almış və eyni problemlərlə qarşılaşmışdı. Yazıçı, diplomat və müəllim olan Edvard Rikardo Braytvayt qaradərililərə qarşı bəslənilən münasibət və irqçilik haqqında yazdığı əsərlər ilə tanınmışıdır. 1959-cu ildə yazılmış bu roman əsasında 1967-ci ildə İngiltərədə Ceyms Klavel tərəfindən eyniadlı film çəkilmişdir. Filmin baş rolunda amerikalı Sidney Poytyer oynamışdır. Filmdə həmçinin Kristian Roberts, Suzi Kendal, Cudi Qiison və Lulu rol almışdılar. Lulunun həmin film üçün bəstələdiyi "To Sir, with Love" mahnısı həmin il ABŞ-də pop mahnıya çevrilmişdi.
Müəllimlər binası (Taqanroq)
Müəllimlər binası — Taqanroq şəhərinin mərkəzində, XIX əsrin əvvəllərində inşa edilən bina. Müəllimlər binası Taqanroq şəhəri Petrovski küçəsi, ev 82 ünvanında yerləşir. Bina 1912-ci ildə modern stilində inşa edilmişdir. Müəllimlər binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Bir mərtəbəli, yarımzirzəmili bina Petrovskaya küçəsi, ev 89 ünvanında yerləşir. Bina XIX əsrin əvvələrində inşa edilmişdir. Mənbələrdə iqtisad məhkəmədinin binası kimi olaraq göstərilir. Bina 1863-cü il xəritəsində Xüsusi mülkiyyət binasında İqtisadi məhkəmə olaraq göstərilir. 1912-ci ildən isə burada şəxsi uçiliş fəaliyyət göstərmişdir. Burada bir illik tədrisin qiyməti 120 rubldır 3 dekabr 1943-cü ildə burada Rioner evi açılmışdışdır.
Müəllimə
Müəllim (ərəb. معلم‎) — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs. Təhsil prosesinin əsas siması müəllimdir. Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur. Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur. Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir. Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur. Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur. İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur. Pedaqoji qabiliyyətlər insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq olar.
Naxçıvan Dövlət Müəllimlər İnstitutu
Naxçıvan Dövlət Müəllimlər İnstitutu — Cəlil Məmmədquluzadə adına ali-orta təhsil müəssisəsi. 1922-ci ilin sonlarında Naxçıvan müəllimlər seminariyası açılmışdır. 1923-1924-cü illərdə seminariya pedaqoji texnikuma çevrildi. 1927-1930-cu illərdə texnikumu müvafiq olaraq 18, 24, 55 və 52 (cəmi 149) nəfər gənc bitirmişdir. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 1939-cu il 14 avqust tarixli qərarı ilə texnikum əsasında 5 və 7-ci siniflər üçün müəllimlər hazırlayan Cəlil Məmmədquluzadə adına ikiillik Naxçıvan Dövlət Müəllimlər İnstitutu yaradıldı. Onun açılması muxtar respublikanın pedaqoji kadr potensialının yaranmasında mühüm rol oynadı. İlk fəaliyyəti Böyük Vətən müharibəsi dövrünə təsadüf etsə də, çətinliklərə baxmayaraq, institut işini dayandırmadı. İnstitut 1954-cü ildən fəaliyyətini dayandırmışdır. Böyük Vətən müharibəsi illərində institutun 4 fakultəsi olub. Bu fakultələri 166 nəfər bitirmişdir.
Naxçıvan Müəllimlər Qurultayı
Naxçıvan Müəllimlər Qurultayı — “İrəvan quberniyası xalq məktəblərinin sahə qurultayı” adı ilə 1893-cü il noyabrın 22-24-də Naxçıvan şəhərində keçirilmişdir. Qurultayda “Məktəblərdə müəllimlər heç bir əlavə vəsait sərf etmədən hansı kənd təsərrüfatı məşğələlərini təşkil edə bilərlər?” mövzusunda müzakirə aparılmışdır. Müzakirələrdə mahalın tanınmış müəllimlərindən olan Cəlil Məmmədquluzadə, Kərim bəy İsmayılov (Nehrəm məktəbi), Nəsrulla Əmirov (Naxçıvan şəhər məktəbi), Əbdülqasım Sultanov (Şahtaxtı məktəbi), Məmməd bəy Qazıyev (Şərur məktəbi) çıxış etmişlər. Qurultayın bu məsələ ilə əlaqədar qəbul etdiyi qərarda məktəblərdə ipəkçiliyin təşkili və inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Qurultayda Naxçıvan şəhər məktəbində müxtəlif fənlər üzrə keçirilmiş açıq dərslər də müzakirə olunur.
Naxçıvan Müəllimlər İnstitutu
Naxçıvan Müəllimlər İnstitutu — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Kiyev Politexnik texnikumunun filialı kimi 1969-cu ildən fəaliyyətə başlamışdır. 1974-cü ildə müstəqil fəaliyyət göstərən texnikuma Cəmşid Naxçıvanskinin adı verilmişdi. Texnikum sənaye, tikintisi, mülki tikinti, sənayemüəssisələrinin və qurğularının elektrik avadanlıqları, tikinti maşın və avadanlıqları ixtisasları üzrə mütəxəssis hazırlayırdı. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən texnikumun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılmışdır. Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən Naxçıvan Politexnik Texnikumunun bazasında yaradılmışdır. Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialının 2003-cü il avqustun 26-da müstəqil instituta çevrilməsi nəticəsində onun bazasında Naxçıvan Müəllimlər İnstitutu yaradılmışdır. Naxçıvan Müəllimlər İnstitutunda kitabxana fəaliyyət göstərir.42 minə yaxın kitab fonduna malik olan kitabxana son illərdə nəşr olunan tədris-metodik, elmi, monoqrafik xarakterli ədəbiyyatlarla zənginləşdirilmiş və elektron kataloq yaradılmışdır. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş Nəşriyyat şöbəsi də fəaliyyət göstərir ki, elmi-praktik konfransların proqram və materialları, "Xəbərlər" elmi jurnalı, fənn proqramları, əməkdaşların dərs və metodiki vəsaitləri, tövsiyələri, qabaqcıl iş təcrübələri və institutun bütün nəşriyyat işləri burada çap olunur. Naxçıvan Müəllimlər İnstitutunun "Xəbərlər" elmi-metodiki jurnalı 21 dekabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyatından keçmiş (Şəhadətnamə №-1158) və ildə 4 nömrə nəşr olunması nəzərdə tutulmuşdur .
Qazax Müəllimlər Seminariyası
Qazax Müəllimlər Seminariyası — 1918-ci ildə Qori Seminariyasının Azərbaycan bölməsi ilk Azərbaycan Respublikasının maliyyə vəsaiti hesabına Qazax şəhərinə köçürülür və sovet hakimiyyəti qurulduqdan sonra 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərir. Bu tədris ocağının Qazax şəhərinə köçürülməsində maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin çox böyük xidmətləri olmuşdur. Qazax Seminariyasının yetirmələri — Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı, Mirqasım Əfəndiyev, Möhsün Poladov, Yusif Yusifov, Əhməd Seyidov, Abbas Vəfadağlı, Barat Qaravəliyev və s. Qori Seminariyasının Azərbaycan şöbəsinin bazasında Müstəqil Qazax Seminariyasının təntənəli açılışı olur. Açılışda Qazaxda yerləşən türk ordusunun komandanı Səbri bəy, Türk Qarnizonunun rəisi Camal bəy, Qazaxın rəisi H. Şıxlınski və yerli hökumətin məmurları iştirak edirdilər. Bundan başqa Cəbrayıldan, Şamaxıdan, Ağdamdan, Göyçaydan, Naxçıvandan, Zaqataladan və başqa rayonlardan da şagirdlər gəlib, burada təhsil alırdılar. Böyük maarifçi və ictimai xadim Firudin bəy Köçərli seminariyaya başçılıq etməklə yanaşı, Qazaxda yüzlərlə qız uşağının savad əldə etməsi üçün yetimlər kursu təsis edir, qaçqınlara yardım fondu yaradırdı. Lakin 1920-ci ildə Firudin bəy Köçərli erməni terrorçuları tərəfindən qətlə yetirilir. Bundan sonra seminariyaya xalq yazıçısı Mehdi Hüseynin atası Əli Hüseynov rəhbərlik edir. Qazax Seminariyasının fəaliyyəti Azərbaycanda təhsilin, maarifin inkişafına böyük təkan verdi.
Qori Müəllimlər Seminariyası
Qori Seminariyası, Zaqafqaziya Müəllimlər Seminariyası, Cənubi Qafqaz Müəllimlər Seminariyası (rus. Закавказская учительская семинария) – XIX əsrin axırları və XX əsrin əvvəllərində Gürcüstanın Qori şəhərində fəaliyyət göstərən təhsil ocağı. Zaqafqaziya Müəllimlər Seminariyası xalqımıza bir sıra görkəmli simalar bəxş etmişdir. Onların arasında "Azərbaycan" qəzetinin əməkdaşları da var idi. 1876-cı ilin mayında "Əkinçi" qəzeti yazırdı: "…Qori şəhərində bir məktəbxana açılıb ki, orada oxuyan şagirdləri müəllim eləsinlər. O məktəbxanada 20 nəfər erməni və gürcü padşahlıq xərcinə oxuyacaq. İndi "Kafkaz" adlı qəzet yazır ki, doğrudur, müsəlmanların məktəbxanaları üçün müəllimləri oxutmaqdan ötrü əlahiddə məktəbxana açılacaq, amma indi müsəlmanlardan hər kəs xahiş etsə, zikr olan Qoridə açılan məktəbxanaya öz uşaqlarını öz xərcinə qoya bilər. Oraya oxumağa girən hər kəs gərək mahal məktəbdə oxumuş ola və özü 16–19 yaşında ola. Orada 3 il dərs deyiləcək". Hələ 1875-ci il aprelin 8-də Zaqafqaziya Müəllimlər Seminariyasının "Əsasnamə"sindəki bir qeyddə deyilirdi ki, müsəlmanlar xüsusi müsəlman müəllim məktəbi açılana kimi bu seminariyaya və onun nəzdindəki məktəbə daxil ola bilərlər.
Cəbiş müəllim onu yaşadır. Süleyman Ələsgərov
Cəbiş müəllim onu yaşadır. Süleyman Ələsgərov — rejissor Sənan Sultanovun 2017-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Film teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Süleyman Ələsgərovun xatirəsinə həsr olunub.

Digər lüğətlərdə