MÜCADİLƏ
MÜCƏRRƏD
OBASTAN VİKİ
Mücahid
Mücahid (ərəbcədir) — din uğrunda, müqəddəs iş uğrunda mübariz, müqəddəs müharibənin, cəhadın iştirakçısı deməkdir. Bütün müsəlman şərqində, məsələn, Əlcəzairdə, İranda, Əfqanıstanda, Çeçenistanda və başqa ölkələrdə işlədilən termindir. Sosial, milli azadlıq hərəkatlarında, habelə dini hərəkatlarda iştirak edən şəxslərə mücahid deyilir. Şəhid Dəyərlər saytı Dil--aztr Arxivləşdirilib 2011-02-01 at the Wayback Machine Əlşiə saytı Dil--aztr Arxivləşdirilib 2011-06-13 at the Wayback Machine İrfan dərgisi Dil--aztr Arxivləşdirilib 2008-08-19 at the Wayback Machine İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.91.
Daliya Mücahid
Daliya Mücahid (ing. Dalia Mogahed; 1974, Qahirə) — Misir mənşəli Amerika alimi. O, Qallupun müsəlmanlar üzrə araşdırmalar mərkəzinin icraçı direktorudur ki bütün dünyada müsəlmanların mövqeyini əks etdirmək üçün məlumat və təhlil təmin edən bitərəf araşdırma mərkəzidir. Daliya Mücahid, "Din Əsaslı və Çevrə Müəssisələr üzrə Ağ Ev Ofisi"ndə ABŞ prezidenti Barak Obamanın müşaviri kimi seçilmişdir.
Mücahid (jurnal)
Mücahid — Azərbaycan siyasi mühacirətinin Türkiyədə nəşr etdirdiyi aylıq jurnal. 1955-ci ilin iyulundan 1962-ci ilin iyununa kimi Çingiz Göygölün redaktorluğu ilə çıxmışdır. İlk nömrəsindəki proqram məqaləsində "bütün gücünü məhkum türk ellərinin qurtuluş davasına və kommunizm ilə mücadiləyə" yönəldəcəyini bildirirdi. Qafqaz birliyi ideyasına və bu fikrin daşıyıcılarına kəskin müxalifətdə duran "Türk izi" jurnalının nəşri dayandıqdan sonra çıxmağa başlayan "Mücahid" öz sələfinin mövqeyini bir qədər yumşaltsa da, yalnız türk birliyini qəbul etdiyini gizlətmir, "Türküstan, İdil-Ural, Şimali Qafqaz, Azərbaycan və Krım mücahidlərinin də müştərək bir türk cəbhəsi halında çalışmaları lüzumuna inandığını bəyan edirdi". Bununla bərabər, "Mücahid" Şimali Qafqazla Azərbaycan arasında dostluq və iş birliyi tərəfdarı və təbliğatçısı olmuşdur. "Şimali Qafqaz və Azərbaycan qardaşlığı" məqaləsində (1962, may-iyun, № 49–50) jurnal qeyd edirdi ki, Şimali Qafqazla Azərbaycan arasında sıx mənəvi yaxınlaşma mövcud olmuş, hətta Şimali Qafqazlılar Rusiyada çar rejimi devrildikdən sonra, qurduqları müstəqil Cümhuriyyətin dövlət dili kimi Azərbaycan türkcəsini qəbul etmiş, orta və ali məktəblərdə təhsilin türkcə tədrisinə qərar vermişdilər. "Mücahid" türkdilli xalqların tarixi, ədəbiyyatı, adət-ənənəsi, tanınmış liderləri haqqında materiallar dərc etmiş, türkçülük, türk birliyi ideyasına öz töhfəsini vermişdir.
Mücahid Partiyası
İctimaiyyun-Amiyyun, Mücahid və ya İran Sosial Demokrat Partiyası — İranlı (əsasən, Cənubi Azərbaycandan olan) fəhlələrin Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı təşkilatı və onun Hümmət Partiyasının fəal köməyi ilə 1905-ci ilin sonlarında yaradılmış ilk sosial-demokrat təşkilatı. 1904-cü ildə yaradılmış Ədalət Qrupu əsasında yaradılmış, sonralar Ədalət Partiyasının özəyini təşkil etmişdir. Yaradılmasında Nəriman Nərimanovun mühüm rolu olmuşdur. Partiya iranlı fəhlələrin inqilabi şüurunun oyanmasında və öz hüquqları uğrunda mübarizəyə cəlb edilməsində, habelə İranda 1905–1911 illər Məşrutə hərəkatında mühüm rol oynamışdır. Partiyanın Mərkəzi Komitəsi Bakıda yerləşirdi. Nəriman Nərimanov başda olmaqla, Hümmət Partiyasının bir çox üzvləri "İctimaiyyun-Amiyyun"un məramnaməsinin hazırlanmasında fəal iştirak etmişdilər. Məramnamənin layihəsi 1906-cı il dekabrın əvvəllərində Bakıda çap edilmişdir. Həmin sənəd partiya təşkilatlarının əsas fəaliyyət proqramı olaraq, Cənubi Qafqazda yayılmış, habelə İrana göndərilərək, partiyanın İran təşkilatlarının, xüsusilə Təbriz təşkilatının ölkədə ictimai-iqtisadi inkişafın səviyyəsi və inqilabın ilk mərhələsinin xüsusiyyətləri haqqında düzəliş və təklifləri əsasında aqrar məsələyə dair müəyyən dəyişiklikdən sonra təkmilləşdirilmiş və partiyanın proqramı kimi, onun 1907-ci ildə Məşhəddə keçirilən yığıncağında qəbul olunmuşdu. Mücahid Partiyasının proqramı Hümmətin proqramına nisbətən daha inqilabi xarakteri ilə fərqlənirdi. Partiya fərdi terror taktikasınıı qəbul etmişdi.
Mücahid təşkilatı

Mücahidin Milli Partiyası
Mücahidin Milli Partiyası — XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş partiya 1915-ci ildə Naxçıvan və Culfada Mücahidin Milli adlı partiya da yaradılmışdı. Onun liderləri Mirheydərzadə, İsmayıl bəy Camalbəyov, K. və R.Səfərbəyovlar idi. Partiyanın 60 nəfər üzvü var idi. Багирова И.С. Политические партии и организации Азербайджана в начале ХХ века. 1900–1917. Баку, 1997, с.30, 31–32.
Qazax mücahidləri (1921)
İran Xalq Mücahidləri Təşkilatı
İran Xalq Mücahidləri Terror Təşkilatı (fars. سازمان مجاهدين خلق ايران‎, romanlaşdırma: sâzmân-e mojâhedīn-e khalq-e īrân), abreviatur MEK, PMOI və ya MKO — 1965-ci ildə İranda yaradılmış terror təşkilatı. Əsas məqsədləri İran İslam Respublikasında 1979-cu ildən etibarən hakimiyyətdə olan İslam Respublikasınını ləğv etmək və əvəzində islam sosializmi əsaslı bir dövlət formalaşdırmaqdır. MEK 1965-ci ilin 5 sentyabr tarixində ABŞ tərəfindən dəstəklənən və şaha qarşı çıxan İran Azadlıq Hərəkatı ilə əlaqəli solçu iranlı tələbələr tərəfindən təsis edilmişdir. 1979-cu ildə baş vermiş İran İslam İnqilabı dövründə Şahənşah Məhəmməd Rza Pəhləvinin hakimiyyətdən kənarlaşdırılmasında fəal iştirak etmiş və sonradan ölkədə demokratiyanın bərqərar olmasına, xüsusən İranın orta sinif ziyalılarının dəstəyinə yiyələnmişdir. Şahın hakimiyyətdən salınmasından sonra MEK, yeni hökumətin konstitusiya referendumunda iştirak etməkdən imtina etmişdir. Referendum qərarının boykot edilməsi Ruhullah Xomeyni ilə olan münasibətlərin kəskinkləşməsi ilə nəticələnmişdir. 1981-ci ildən etibarən İranda İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən sistematik şəkildə təqib olunmağa başlayan İran Xalq Mücahidləri Təşkilatının üzvləri yeraltı fəaliyyətə keçmək və ölkəni tərk etmək məcburiyyətində qalmışdır. 1981-ci ilin 20 iyun tarixində təşkilat tərəfindən ölkənin Tehran, İsfahan, Ərak, Əhvaz, Şiraz, Bəndər-Abbas kimi şəhərlərində eyni gündə təşkil olunmuşdur və İranın demokratik yolla seçilən ilk prezidenti Əbülhəsən Banisədr dəstəkləyən iştirakçıların bu hərəkəti islamçılar tərəfindən hakimiyyət çevirilişinə cəhd formasında qiymətləndirilmişdir. 20 iyun mitinqlərindən sonra MEK tərəfdarlarının islamçılar tərəfindən daha şiddətli təqibi və edam dalğası başlamışdır.
Əfqan mücahidləri
Əfqan mücahidləri (ərəb. مجاهد‎ mujāhid, mujahiddin) — 1979–1992-ci illərdə ƏDR və Əfqanıstanda vətəndaş müharibəsi zamanı vahid üsyançı qüvvəyə çevrilmiş islam ideologiyasına əsaslanan qeyri-nizami silahlı dəstələrin üzvləri. 1979-cu ildən bəri Sovet ordusunun mövcudluğuna və Babrək Karmal və Nəcibulla hökumətlərinə qarşı silahlı mübarizə aparmaq məqsədi ilə yerli əhalidən toplanmışdır. 1990-cı illərin ortalarında müharibə bitdikdən sonra əfqan mücahidlərinin bir hissəsi Taliban, digərləri isə Şimali Alyansın birləşmələrinə qoşuldu. "Mücahid" sözü — ərəb mənşəli ("Mücahid", cəm forması "Mücahiddun"), hərfi mənada "iman uğrunda döyüşçü" deməkdir, eyni zamanda cihad və ya üsyan iştirakçısının adıdır. Sovet Ordusu və əfqan hökuməti onları düşmənlər (dəri دشمان — dušman, душмон, puştu دښمان — duxman,dušman) və qiyamçılar, əfqanlar isə sovet əsgərlərini şuravi (dəri شوروی — šuravî, шӯравӣ — "sovet") adlandırmışlar. Düşmənlər yerli əhali ilə eyni ənənəvi əfqan geyimlərini (köynəklər, qara gödəkçələr, çalma və ya pakol) geyinirdilər. Mücahidlərin məfkurəsinin əsas xətti və siyasi platformasın əsas prinsipin elan edilməsi idi: "Vətənini — Əfqanıstanı və imanını — müqəddəs İslamı kafirlərdən qorumaq hər bir əfqanın borcudur". Bütün mömin müsəlmanların müqəddəs İslam bayrağı altında birləşməsi: "… Allahın adı ilə hər bir mömin müsəlmanın vəzifəsi müqəddəs müharibə — Cihaddır, bunun üçün kafirlər öldürülməlidir, yalnız bu zaman o cənnət qapılarına girə bilər". Mücahidlərin ruhani və siyasi liderləri silahlı dəstələrin sıralarında və yerli əhali arasında siyasi təbliğat və təşviqat işlərinə xüsusi diqqət yetirirdilər.

Digər lüğətlərdə