müqəddəs
müqəsir
OBASTAN VİKİ
Müqəddimə
Müqəddimə — əsərin müəllifi tərəfindən yazılmış, kitabın və ya başqa ədəbi əsərə giriş. Əsərin əvvəlində fərqli şəxs tərəfindən yazılmış mətn ön söz adlanır, müqəddimədən əvvəl yazılır. Müqəddimə tez-tez ədəbi işin ərsəyə gətirilməsində kömək edənlərə minnətdarlığın ifadəsi ilə tamamlanır. "Müqəddimə" sözü Azərbaycan dilinə ərəb dilindən keçmişdir. "Qabaq, ön" mənaları ilə bağlı bu söz qədəm, təqdim, əqdəm sözləri ilə qohumdur. A history of the preface in several languages is contained in: Tötösy de Zepetnek, Steven. The Social Dimensions of Fiction: On the Rhetoric and Function of Prefacing Novels in the Nineteenth-Century Canadas. Braunschweig-Wiesbaden: Westdeutscher (Friedr. Vieweg & Sohn), 1993. CLCWeb: Comparative Literature and Culture.
Müqəddimə (İbn Xəldun)
Müqəddimə (ərəb. مقدّمة‎; "Giriş"), həmçinin İbn Xəldunun Müqəddiməsi (ərəb. مقدّمة ابن خلدون‎) və ya və ya İbn Xəldunun Proleqomenası (q.yun. Προλεγόμενα ) kimi də tanınır) — ərəb tarixçisi İbn Xəldun tərəfindən 1377-ci ildə yazılmış və ümumbəşəri tarixə baxışı təqdim edən kitab Bəzi müasir mütəfəkkirlər ona sosiologiya, demoqrafiya, və mədəniyyət tarixi kimi ictimai elmlər üzrə yazılmış ilk əsər kimi baxırlar. “Müqəddimə” həmçinin İslam ilahiyyatı, tarixşünaslıq, tarix fəlsəfəsi, iqtisadiyyat, siyasi nəzəriyyə və ekologiya sferalarını da əhatə edir. O, həmçinin sosial darvinizmin, və darvinizmin carçısı və ya erkən nümayəndəsi kimi də qəbul edilir. İbn Xəldun bu əsəri 1377-ci ildə özünün dünya tarixinə dair planlaşdırdığı əsəri olan Kitab əl-'İbarın ("Dərslər kitabı") müqəddiməsi və ilk kitabı olaraq yazmışdır. Lakin artıq onun sağlığında müstəqil əsər kimi qəbul edilmişdir. Müqəddimə 6 bölmədən ibarətdir: İqlimlərin və qidalanmanın insan təbiəti və mədəniyyətlərə təsiri, Köçəri və oturaq mədəniyyətlərin müqayisə edilməsi və iki mədəniyyət arasındakı ziddiyətlərin sosial nəticələri, Dövlətlərin yaranması və çöküşü, səltənət, xilafət və krallıq etmənin şərtləri və qaydaları, Kənd və qəsəbə həyatı ilə abadlaşdırma fəaliyyətləri və bunun İslam dövləti ilə əlaqəsi, Dövrün əsas peşələri, dolanışıq vasitələri, sənət, ticarət, əkinçilik və inşaat kimi iqtisadi fəaliyyətlər.

Digər lüğətlərdə