Qaliya (mədrəsə)
Qaliya — 1906-cı ilin oktyabrından 1919-cu ilə qədər Ufada başqırdlar, tatarlar və digər türk xalqlarının təhsili üçün ikinci Ufa məscidində yaradılmış mədrəsə. 1919-cu ildən - başqırdlar və tatarlar üçün məktəbi idi. Mədrəsənin yaradıcısı və 1918-ci ilə qədər müdiri Ziyaitdin Kamaletdinov (Ziya Kamali) olmuşdur.
== Təhsil prosesi ==
Mədrəsədə təhsil altı il idi; 15 yaşdan 45 yaşa qədər olan tələbələri imtahan əsasında qəbul edirdilər; Müraciət edən hər kəsdən ibtidai təhsil tələb olunurdu. Təhsil proqramında əsas yeri ənənəvi fənlər: İslamın tarixi və fəlsəfəsi, Quranın təfsiri, Məhəmməd peyğəmbərin həyatı, həmçinin: ərəb, osmanlı, rus, türk dilləri tuturdu. Bu fənlərin tədrisi ali təhsil müəssisələri səviyyəsində tədris olunurdu. Psixologiya, pedaqogika, didaktika, ədəbiyyat, xəttatlıq da öyrənilirdi. Müəllimlər Z.Kadıri, T.Badiqi, S.Ziqanşin, L.Biksurin, Q.Terequlov, X.Fazılov, İ.Abdışev və s. idi. Müəllimlərin çoxu Misir, Suriya, Türkiyə və başqa ölkələrdə təhsil almış müəllimlər idi.