malyeməzlik
mama-ginekoloq
OBASTAN VİKİ
Cvaris Mama kilsəsi
Cvaris Mama kilsəsi (gürc. თბილისის ჯვარის მამის ეკლესია) – Tbilisinin Qədim şəhər hisəsində, Kote Abxazi küçəsi 41 ünvanında yerləşən Gürcü pravoslav kilsəsi. Düzbucaqlı plana və kərpic günbəzə malik kiçik ölçülü məbəd, şərq-qərb oxu üzrə (9,25 × 13,15 m) yerləşir. == Tarixi == Bina, Tbilisinin ən qədim dini tikililərindən biri hesab edilir (Platon İoselianinin sözlərinə görə, kilsə Vaxtanq Qorqasalının sifarişi ilə V əsrdə inşa edilmiş biridir. Digər kilsələr isə Sioni, Ançisxati, Xaçın ucaldılması, Zemo Betlemi və Mixail Arxangel kilsələridir. Kilsə Yerusəlimdəki Müqəddəs Xaç gürcü monastırının kimayəsi altında inşa edilmişdir. Cvaris Mama kilsəsi də, digər Tbilisi kilsələri kimi, dəfələrlə dağıntılara məruz qalmış, XIV əsrdə monqolların yürüşü, 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Tbilisini ələ keçirməsi zamanı ciddi zədələnmişdir. Müasir kilsə binasının əsas elementləri 1825-ci ilə aiddir. Kilsənin interyerində XIX əsrə aid freskalar saxlanmışdır. 1921-ci ilə kimi kilsə Yerusəlim patriarxına tabe olmuşdur.
I Love Mama
I Love Mama (アイラブママ, Ay Rabu Mama) – 2008-2014-cü illərdə Yaponiyada nəşr olunmuş qyaru dəbi və həyat tərzi jurnalı. Inforest nəşriyyatı tərəfindən aylıq olaraq nəşr olunurdu. Jurnalın orijinal adı "Mama Nuts x Ageha" idi, çünki əslində iki qyaru jurnalının xüsusi buraxılışı kimi fəaliyyətə başlamışdır: hosteslər üçün nəzərdə tutulmuş "Koakuma Ageha" jurnalı və tünd dəri dəbi sevərlər üçün nəzərdə tutulmuş "Happie Nuts" jurnalı. "I Love Mama" jurnalı Yaponiyada unikal dəb jurnallarından biri hesab olunur, çünki qyaru-mama (hamiləlikdən sonra qyaru qalan qadınlar) dəbindən bəhs edir. Jurnalda qyaru-mamalar üçün evdarlıq, valideynlik, mədb məsləhətləri haqqında məlumatlar verilir. 2008-ci ildə yaranmasından sonra Yaponiyada ən çox satılan qyaru-mama jurnalı olmuşdur. Qərb dünyasında da jurnala maraq yaranmış, Amazon və eBay platformalarından satışları baş tutmuşdur. == Tarixi == "I Love Mama" jurnalının ilk sayı 2008-ci ilin sentyabrında işıq üzü görmüşdür və orijinal adı "Mama Nuts x Ageha" idi. Bu jurnal "Koakuma Ageha" və "Happie Nuts" jurnallarının ortaq və xüsusi buraxılışı idi və qyaru-mama ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdu. "Mama Nuts x Ageha" ilk jurnal idi ki, tamamilə qyaru-mama dəbinə həsr olunmuşdu.
Mama xatun
Mama xatun — Saltuklu bəyliyinin hökmdarı. == Həyatı == Malazgirt zəfərindən sonra Anadoluda qurulan Türk bəyliklərindən biri olan Saltuklulardan II İzzəddin Saltukun qızıdır. Uzun müddət idarəni əlində tutan böyük qardaşı Nasırəddin Məhəmmədin ardından 1191-ci ildə Saltuklu bəyliyinin başına keçdi. Böyük qardaşı və yetişkin qardaşı oğlanları varkən Mama xatunun bir qadın olarak başa keçməsi, əski Türk həyatında qadının toplumdakı yerini müsəlman olduqdan sonra da qoruduğunu göstərməktədir. Mama xatun Ərəb dilli qaynaqlarında “Ərzurum sahibəsi” olaraq göstərilməkdədir. Səlahaddin Əyyubi Suriyadan şimala doğru yayılma siyasəti izləyirdi. Türkmən bəylərini itaət altına almaya çalışırdı. Bu məqsədlə qardaşı oğlu Məyyafarikin hakimi Tağıyyəddin Ömərə yeni vəzifə verdi. Tağıyyəddin, Əxlatşahlara aid torpaqlardaki Xanini 1191-ci ildə işgal etdi və Əxlatşah Seyfəddin Bəgtəmiri yenilgiyə uğratdı. Bundan cəsarət alaraq Əxlat üzərinə yürüyüb şəhəri mühasirə etdiysə də, bacarıqlı ola bilmədi.
Mama (film)
Mama — İspaniya-Kanada ortaq istehsalı olan 2013-cü il qorxu filmi. == Süjet == 2008-ci ildə maliyyə böhranında var-dövlətini itirdiksən sonra pərişan olan birja dəllalı Cefri Desanc kiçk qızları 3 yaşlı Viktoriya və 1 yaşlı Lilini aparmazdan əvvəl həmkarlarını və ayrıldığı arvadını öldürür. Qarlı yolda təhlükəli sürən Cefri və qızlar avtomobil qəzasına düşür. Ancaq onlar sağ-salamat qəzadan qurmtula bilirlər, amma Viktoryanın eynəyi sınır. Cefri uşaqları təek edilmiş bir evə aparır. Qızlarını və sonra özünü pldürməyi plandıran Cefri Viktoriyanı vurmağa hazırlaşarkən kölgəli bir fiqur tərəfindən öldürülür. Beş ildən sonra Cefrinin eyni yumurt akizi qardaşı Lukasın maliyyələşdirdiyi xilasetmə qrupu indi 8 yaşlı Viktoriya və 6 yaşlı Lilini tərk edilmiş evdə sağ, amma illərlə təcrid olunduqları üçün vəhşiləşmiş vəziyyətdə tapır. Qızlar doktor Cerald Dreyfusun nəzarəti altında klinikaya yerləşdirilir. Onlar sirli ana qoruyucu fiquru olan "Mama"dan bəhs edirlər. Qızlar əvvəlcə Lukasa düşmən münasibət bələyirlər.
Mama Kannon məbədi
Mama Kanno məbədi (間々観音) və ya Ryuon məbədi (龍音寺) – Yaponiyanın Ayçi prefekturasının Komaki şəhərində yerləşən buddist məbədi. Yaponiyada qadın döşlərinə həsr olunmuş yeganə məbəddir. İnanca görə bu məbəddə dua etmək yol təhlükəsizliyini, yaxşı evliliyi və rahat doğumu təmin edir. == Tarixi == Mama Kannon məbədi 1492-ci ildə Komaki dağında qurulmuşdur. Lakin XVI əsrdə Oda Nobunaqanın əmri ilə müasir yerinə köçürülmüşdür. == Xüsusiyyətlər == Məbəd bodhisattva Kannona həsr olunmuşdur. Bundan əlavə, məbəd qadın döşlərinə həsr olunmuş yeganə məbəddir. Buna görə də məbəd "Döş məbədi" kimi də tanınır. Əfsanəyə görə 1665-ci ildə laktasiya problemi olan bir qadın məbəddə dua etdikdən sonra döşlərindən süd gəlməyə başlamış və uşağını əmizdirə bilmişdir. Analarla olan əlaqəsinə baxmayaraq, məbədin adı yerləşdiyi rayonun adından gəlir.
Mama (film, 2013)
Mama Mia! (film, 2008)
Mamma Mia! — Fillida Lloydun rejissorluğu ilə 2008-ci ildə çəkilmiş musiqili film. == Film haqqında == Filmin çəkilişləri Londonda və Yunanıstanda aparılıb. Film İsveçin məşhur "ABBA" qrupunun mahnıları əsasında çəkilmiş eyniadlı müziklin ekranlaşdırılmış variantıdır. Film indiyədək teatr və televiziya tamaşaları üzərində çalışmış Fillida Lloydun böyük kinoda debütü idi. Ssenarini orijinal müziklin müəlliflərindən olan Katrin Conson yazmışdı. Filmin Stokholmda baş tutan premyerasına əfsanəvi kvartet üzvlərinin hər biri — Anni-Frid Linqstad, Aqneta Faltskoq, Benni Andersson və Byorn Ulveus da təşrif buyurmuşdular. Meril Strip hələ məktəb illərində mahnı oxumağı arzuladığı üçün təklifi düşünmədən qəbul edib. "ABBA" mahnılarının atmosferinə düşmək onun üçün ikinci gəncliyini yaşamaq demək idi. Filmin müzikldan yeganə fərqi "ABBA" mahnılarının sayıdır.
Altınbek Mamayusupov
Altınbek Mamayusupov (qırğ. Алтынбек Мамаюсупов; 1981, Qırğızıstan) — Türkdilli Dövlətlərin Parlament Assambleyası (TÜRKPA) Baş Katibi və Qırğızıstan Respublikası parlament nümayəndəsi. == Həyatı == Altınbek Mamayusupov 1981-ci ildə Qırğızıstanda anadan olmuşdur. Qırğızıstan Beynəlxalq Universitetində oxumuşdur. Buradan 2008 ildə məzun olmuşdur. Daha sonra Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını 2012-ci ildə bitirmişdir. Eyni zamanda 2004-ci ildə Londonda yerləşən Aspekt Kaplan və 2005-ci ildə də Vestfild Biznes Məktəbini bitirmişdir. Mamayusupov 2009-2013 illəri arasında Qırğız Respublikası Jogorku Keneşinin Protokol və işlər şöbəsində baş məsləhətçi, Protokol, Pasport və Viza xidmətinin müdiri, Beynəlxalq Əlaqələr və diplomatik Protokol şöbəsinin müdiri, Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdir müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Beynəlxalq Əlaqələr sektoru və Protokol bölməsinin müdiri vəzifələrində işləmişdir. O, 1-ci dərəcə dövlət müşaviridir. Mamayusupov qırğız, rus, ingilis və türk dillərini bilir.
Arbi Mamakayev
Arbi Şəmsədinoviç Mamakayev (çeç. Мамакаев Iарби Шамсудди-кӏант;2 dekabr 1918, Nadtereçnoye, Terek vilayəti – 24 avqust 1958) — Çeçen sovet yazıçısı, tərcüməçi, çeçen ədəbiyyatının klassiki olan Vaynax ədəbiyyatının banilərindən biri. == Həyatı == Arbi Mamakayev 1918-ci il dekabrın 2-də Aşağı Naur kəndində kəndli ailəsində anadan olub. Erkən yaşlarınan atasız və anasız qalıb. Sernovodsk kəndindəki uşaq evində tərbiyə alıb, sonra fəhlə fakültəsində oxuyub. 1930-cu illərdə o, "Leninski put" qəzetində və radioda işləməyə başlayıb, dramaturqlar kursuna daxil olub. Ərbi Mamakayevin ilk şeirləri 1934-cü ildə çap olunub. "Terekin dalğaları" adlı ilk toplusu 1940-cı ildə nəşr edilib. Şairin ən məşhur əsərlərindən biri də "Əslaq və Səlixət" poemasıdır. 1941-ci ildə danon ilə o, ilk dəfə əksinqilabi fəaliyyətdə ittiham edilərək həbs edilərək, altı ay həbsdə saxlanılıb.
Arbi Mamakayev adına Ədəbi Memorial Muzeyi
Arbi Mamakayev adına Ədəbi Memorial Muzeyi — Tanınmış Çeçen yazıçısı Arbi Mamakayevin həyat və yaradıcılığına həsr olunmuş muzeydir. Muzey 1989-cu ildə yazıçının oğlu Eduard Mamakayev tərəfindən Nadterek rayonunda yaradılıb. == Təsviri == Muzey Arbi Mamakayevin doğulub boya-başa çatdığı XIX əsrin sonlarına aid olub, sonradan bərpa edilmiş yaşayış binasında yerləşir. Muzeyin tərkibinə respublikanın tanınmış ictimai-siyasi xadimləri, elm və mədəniyyət xadimləri tərəfindən əkilmiş ağaclardan ibarət əlavə tikililər, xatirə bağı da daxildir. Binanın qarşısında yazıçının büstü qoyulub. Muzeyin fondları 3 mindən çox eksponatdan ibarətdir. Muzey Çeçenistan Respublikası Milli Muzeyinin bir şöbəsidir. Arbi Mamakayevin evinin otaqları və iş otağı sağlığında olduğu kimi bərpa edildi. Ekspozisiyada yazıçının həyatı və yaradıcılığı ilə birbaşa əlaqəli eksponatlarla yanaşı, çeçenlərin həyatına, mədəniyyətinə və tarixi irsinə həsr olunmuş bir çox eksponatlar da var. Muzeyi hər il Çeçenistan, Rusiya və Müstəqil Dövlətlər Birliyi ölkələrindən minlərlə ziyarətçi ziyarət edir.
Ayxan Mamayev
Ayxan Mamayev (3 dekabr 1991, Bakı) — Əslən Axısxa türkü olan Azərbaycanlı karateçi. Azərbaycan çempionu, gənclər arasında Avropa və Dünya çempionu, Avropa Oyunlarının qızıl medalçısı, III və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı. == Həyatı == Ayxan Mamayev 3 dekabr 1991-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Bakı Dövlət Universitetində alıb. == Karyerası == İlk dəfə karate ilə 7 yaşında məşğul olmağa başlamışdır. İlk medalı (bürünc) 6 ay sonra qazanmışdır. İlk dəfə 2008-ci ildə 17 yaşında Azərbaycan çempionu olmuşdur. 2011-ci ildə Malaziyada (Melaka) 19 yaşında −78 kq. gənclər arasında dünya çempionu olmuşdur. 2012-ci ildə Bakıda (20 yaşında) −78kq.
Eduard Mamakayev
Eduard Arbiyeviç Mamakayev (28 aprel 1939, Qroznı) — çeçen yazıçısı, 1968-ci ildən SSRİ Jurnalistlər İttifaqının üzvü, 1992-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi (2007). Yazıçı Arbi Mamakayevin oğludur. == Həyatı == Eduard Mamakayev 28 aprel 1939-cu ildə Qroznıda anadan olub. Atası Arbi Mamakayev Çeçen-İnquş Radio Komitəsində diktor işləyib. 1941-ci ildə Arbi Mamakayev əksinqilabi fəaliyyətdə ittiham edilərək həbs edilir. Atasının həbsindən sonra balaca Eduard nənəsi ilə yaşamalı olur. 1943-cü ilin payızında radioda Arbi Mamakayevin ölüm cəzasına məhkum edildiyi xəbəri verilir. Sonradan səhv məlumat olduğu ortaya çıxan bu xəbər nənənin ölümünə səbəb olur. Eduardı Noqay çölündə yaşayan bibisinin yanına getməli olur. Lakin alman qoşunlarının yaxınlaşması səbəbindən onlar oradan qaçmağa məcbur olurlar.
Eldar Mamayev
Eldar Kamileviç Mamayev (rus. Эльдар Камильевич Мамаев; 14 iyun 1985, Mahaçqala, SSRİ) — Rusiya futbolçusu, müdafiəçi. == Həyatı == Özünün bütün oyun karyerasını Anji Mahaçqala futbol klubunda keçirib. Əsas heyətin oyunçusudur. Onun ilk peşəkar çıxışı 2003-cü ildə birinci divizion matçlarında, "Anji" tərəfində olub.
Hüseyn bəy Mamayev
Mamayev Hüseyn bəy Məşədi Məhəmməd bəy oğlu - Kənd təsərrüfatı elmləri namizədi, aktyor == Həyatı == Hüseyn bəy Məşədi Məhəmməd oğlu 17 dekabr 1894-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa real məktəbini, İrəvan gimnaziyasını bitirmişdi. Moskvada ali məktəb qurtarmışdı. Kənd təsərrüfatı elmləri namizədi elmi adını almışdı. Hüseyn bəy həvəskar aktyor idi. Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinin ilk tamaşalarında oynamışdı. O, 1963-cü ildə vəfat edib. Şair Məmo bəy Məmainin oğludur. Yazıçı Əbdürrəhim bəy Haqverdiyevin dayısı oğludur.
Maman
Maman (heykəl) — tuncdan heykəl. Maman (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Maman (Miyanə)
Maman (fars. ممان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 889 nəfər yaşayır (280 ailə).
Maman (heykəl)
Maman (ing. Maman) — fransız-amerikalı heykəltaraş Luiza Burjua tərəfindən tuncdan, paslanmayan poladdan və mərmərdən hazırlanmış heykəl. Bu heykəl dünyada ən böyük hörümçək heykəlidir. Hündürlüyü 9 metr, genişliyi 10 metrdir (daha dəqiq ölçüləri: 9271 x 8915 x 10236 mm). Heykəlin düz ortasında, hörümçəyin qarın boşluğu və köks hissəsində çuval və bu çuvalın içində 26 ədəd mərmər yumurta var. Heykəl adını fransız dilindəki "ana" sözündən almışdır. Luiza Burjua bu əsəri 2000-ci ildəki "The Unilever Series" layihəsi çərçivəsində Londondakı Teyt Modern muzeyinin Turbin zalında sərgilənməsi üçün yaratmışdır. Heykəlin orijinalı poladdan hazırlanmışdır, daha sonra tuncdan 6 versiyası düzəldilmişdir. == Fəlsəfə və mənası == Luiza Burjua hörümçəklər mövzsununda heykəl yaratmağı 1947-ci ildə fikirləşmiş, hətta bu haqda qara qələmlə rəsm çəkmişdir. 1996-cı ildə hörümçəklər mövzusunda "Hörümçək" adlı başqa bir heykəl hazırlamışdır.
Mamaraqan
Mamaraqan və ya Namarrqon (avstral. narm-arr-gon) – Avstraliya aborigenlərinin mifologiyasında ildırım ruhu. O qara buludun üzərində hərəkət edir, insan və ağaclara ildırım atır. Bu ruh Arnem-Lend bölgəsində yağış mövsümünün əvvəlində, yəni oktyabrdan noyabradək dövrdə yaranan tufanlara görə məsuliyyət daşıyır. Gölməçələrdə yaşayır. == İzahı == Mamaraqanın qədim təsvirlərini Arnem-Lendin bir çox sıldırım qayalarının üzərində, o cümlədən Kakadu milli parkının Anbanqbanq-Billabonq gölünün yaxınlığında yerləşən qalereyada tapmaq olar. Ruhun başı, cinsiyyət orqanları və biğları bir-birinə birləşir. Başında və dirsəklərində cüt daş çəkiclər sallanır, daha iki çəkic dizlərinə bərkidilib. Bu çəkicləri bir-birinə vurduqda şimşək yaranır. Mamaraqanın bədəni Leyxqardt çəritkəsinə (Petasida ephippigera) bənzəyir.
Mamare Tono
Mamare Tono (橙乃 ままれ, Tōno Mamare) və ya əsl adı ilə Daysuke Umezu (梅津 大輔, Umezu Daisuke) — Yaponiya ranobe və manqa yazıçısı. Ən tanınmış ranobeləri "Log Horizon" və "Maoyu" ranobeləridir. Hər iki ranobe əsasında animelər çəkilmişdir. "Trattoria After School" (放課後のトラットリア, Hōkago no Trattoria) adlı manqanın da müəllifidir. 2015-ci ildə Tono Korporativ Vergi Qanununu pozduğuna görə vergidən qaçınma ilə təqsirləndirilmiş və Yaponiya hökumətinə 30 milyon yen borclanmışdır. Bir müddət sonra Mamare fanatlarından üzr istəmiş və rəsmi saytında vergilərini ödədiyini açıqlamışdır.
Mamarçev zirvəsi
Mamarçev zirvəsi (bolq. Мамарчев връх, ‘Mamarchev Vrah’ \ma-'mar-chev 'vr&h\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2500 m hündürlüklü qaya zirvəsidir. Zirvə Pulpudeva buzlağından qərbdə, Ellen buzlağından şərqdə yerləşmişdir və dağ silsiləsinə daxildir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Sullivan yüksəkliyinə daxildir. Zirvə cənubi Bolqarıstanda yerləşən, Bolqarıstan azadlıq hərəkatının lideri olan Georgi Mamarçevin (1786-1846) şərəfinə adlandırılan Mamarçevo şəhərinin adını daşıyır. == Yerləşməsi == Mamarçev zirvəsi 78°18′49″ c. e. 85°08′54″ q. u.
Mamay
Mamay (1335? — 1381, Kafə müasir Feodosiya) —Qıpçaq əsilli Qızıl Orda sərkərdəsi. == Həyatı == Qızıl Orda hakimi Mamay xan (1335?-1381) türk sərkərdəsi və bahadırı kimi tarixdə çox geniş şöhrət tapmışdır. Tatar sərkərdəsi Xıdır xan öldükdən sonra, Mamay hakimiyyət arzusuna düşür. Xan nəslindən olmadığına baxmayaraq Qızıl Orda hakimi Berdi bəyin bacısı ilə (qeyd: Berdi bəy Cani bəyin, Cani bəy də qüdrətli Özbək xanın oğludur) evləndikdən sonra dağılmağa üz qoymuş bu hakimiyyəti ələ keçirmiş, bununla çarpışma meydanına atılmışdı: bu mübarizədə Abdul, Məhəmməd Sultan, Tülübək və s. xanları yenmişdi. Qızıl Orda dövlətini gücləndirmək, onu qoruyub saxlamaq məqsədilə böyük işlər həyata keçirmişdir. Mamay xan misilsiz hünərlərə sahib olmuş, keçirdiyi döyüşlərdə həmişə qələbə qazanmış, böyük ad qoymuşdur. Sonuncu döyüşü Kulikova çölündə olan döyüş (1380) oldu. Müharibə meydanında məğlub olub qaçan Mamayın Azov boyunda qarşısını kəsdilər.
Mamay bulağı
Mamay bulağı — Şuşa rayonu ərazisində, Mamayı məhəlləsində yerləşən məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Buna misal olaraq, məscidin yerləşdiyi daş kub şəkilli meydanda deyil, iki küçənin kəsişməsində olan Mamay məhəlləsi bulağını göstərmək olar. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.
Mamay məscidi
Mamay məscidi — XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmişdir. İki mərtəbəlidir. Şuşanın dördbucaqlı adi yaşayış binalarının dam örtüyünü xatırladan Mamay məscidinin dam örtüyündə azançı üçün "güldəstə" quraşdırılmışdır. Məscidin ibadət zalı dörd sütunla üç nefə ayrılır. Bu məsciddə pəncərələr binanın iki baş fasad və mehrab olan tərəfindən qoyulmuşdur. Mamayı məscidi vaxtilə poeziya evi olmuşdu Şuşada tikilmiş məhəllə məscidlərinin üzərində bir, cümə məscidlərinin üzərində isə iki minarə var. Cümə məscidləri həcminə, memarlıq üslubuna, xarici və daxili divarlarına yazılan "Qurani Kərim" dən olan surə və ayələrinə görə məhəllə məscidlərindən fərqlənirlər. Düzbucaqlı plandakı Şuşa məscidləri (XVIII-XIX əsrlər)̠ məhəllə meydanlarının ayrılmaz və ən başlıca komponentləri idilər. Müxtəlif cizgili enli tağları olan (Mərdinli məscidi, Quyuluq məscidi, Köçərli məscidi) və ya müstəvi səpkisində işlənmiş (Çöl Qala məscidi, Seyidli məscidi, Mamay məscidi) həcm-fəza eyvanı şəklində qurulan əsas girişin səmti meydanın planlaşdırılmasından və relyefindən asılı olurdu. Məscidlərin fəza təşkili əsasən iki tipə bölünürː birinci tipin fəza təşkili sütunlar üzərində tağbəndli və tağlı ibadət zalının üçnefli hissələnməyə malikdir, ikinci tip məscidlər isə yastı örtüklü bir bütöv həcm şəklində təqdim olunur.
Mamay xan
Mamay (1335? — 1381, Kafə müasir Feodosiya) —Qıpçaq əsilli Qızıl Orda sərkərdəsi. == Həyatı == Qızıl Orda hakimi Mamay xan (1335?-1381) türk sərkərdəsi və bahadırı kimi tarixdə çox geniş şöhrət tapmışdır. Tatar sərkərdəsi Xıdır xan öldükdən sonra, Mamay hakimiyyət arzusuna düşür. Xan nəslindən olmadığına baxmayaraq Qızıl Orda hakimi Berdi bəyin bacısı ilə (qeyd: Berdi bəy Cani bəyin, Cani bəy də qüdrətli Özbək xanın oğludur) evləndikdən sonra dağılmağa üz qoymuş bu hakimiyyəti ələ keçirmiş, bununla çarpışma meydanına atılmışdı: bu mübarizədə Abdul, Məhəmməd Sultan, Tülübək və s. xanları yenmişdi. Qızıl Orda dövlətini gücləndirmək, onu qoruyub saxlamaq məqsədilə böyük işlər həyata keçirmişdir. Mamay xan misilsiz hünərlərə sahib olmuş, keçirdiyi döyüşlərdə həmişə qələbə qazanmış, böyük ad qoymuşdur. Sonuncu döyüşü Kulikova çölündə olan döyüş (1380) oldu. Müharibə meydanında məğlub olub qaçan Mamayın Azov boyunda qarşısını kəsdilər.
Mamayev kurqan
Mamayev kurqan (rus. Мамаев курган) — 1942-ci ilin sentyabrında başlayan və 1943-cü ilin yanvarında sona çatan Stalinqrad döyüşü zamanı şiddətli döyüşlərin baş verdiyi Volqoqrad şəhərinin mərkəzi bölgəsindəki Volqa çayının sağ sahilindəki bir yüksəklikdir. Bu gün Mamayev kurqan, əsasən əsas monumenti "Ana vətən çağırır!" olan "Stalinqrad döyüşünün qəhrəmanlarına" həsr olunmuş abidə-ansamblı ilə tanınır. Mamayev kurqanında Stalinqradın 35 mindən çox müdafiəçisinin cəsədinin dincəldiyi bir neçə kütləvi və fərdi məzarlar var. Bu, Volqoqradın simvoludur, Stalinqrad döyüşünün və şəhərin müdafiəsi zamanı şəhid olan on minlərlə əsgərin xatirəsinə hörmətdir. Kompleks 1959–1967-ci illərdə yaradılıb. Layihənin müəllifi Yevgeni Viktoroviç Vuçetiçdir. 2014-cü ildən bəri, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmək üçün namizəddir. == Adın mənşəyi == "Mamaev kurqan" adı Qızıl Orda dövründən bəri uzun müddətdir ki bilinir. Əvvəllər onun təpəsində gözətçilər dayanırdılar.
Mamayevlər
Mamayevlər — Azərbaycan xalqının soylarından biri. == Soyun yaranması == Mama bəy Qarabağın tanınmış mülkədarlarından biri idi. Şuşa şəhərində yaşayirdılar. Mamayı məhəlləsinin əsasını qoyublar. == Soyun məşhur nümayəndələri == Məmo bəy Məmai — şair. Hüseyn bəy Mamayev — Kənd təsərrüfatı elmləri namizədi, aktyor == Mənbə == Ənvər Çingizoğlu. Mamayevlər, "Soy" elmi-kütləvi dərgi, 2011, №9, səh.6-10.
Mamaylı
Mamaylı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Mamaylı kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Mamaylı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Bəzi tədqiqatlara əsasən, kənd mamaylı nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Nəslin adı isə Mamay şəxs adından və -lı mənsubiyyət şəkilçisindən ibarət olub, "Mamayın nəsli, mamaygillər" mənasındadır. Digər tədqiqatlara əsasən, Mamay XIV əsrdə yaşamış tatar xanının adıdır. Azərbaycanın və eləcə də digər dövlətlərin toponimikasında işlək olan mamay komponenti Qusar rayonunda Mamaytəpə, Ukraynanın Zaporojye vilayətində Mamayka çayı, Rusiyanın Volqoqrad vilayətində Mamay kurqan, Dağıstanda Mamayqutan kəndi və s. monqol mənşəli layın göstəricisidir. == Tarixi == Rəvayətə görə monqol xanı olan Mamay xanın ərazidə beş-altı gün məskən salması ilə el arasında həmin yer Mamaylı adlandırılıb. Sonralar camaat təzə binə qurduğu yeri nişan verəndə "Mamay xanın dincəldiyi yer" deyərmişlər. == Coğrafiyası və iqlimi == Kənd Düzyengicə düzənliyində yerləşir.
Mamaylı bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mamayı bulağı
Mamay bulağı — Şuşa rayonu ərazisində, Mamayı məhəlləsində yerləşən məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Buna misal olaraq, məscidin yerləşdiyi daş kub şəkilli meydanda deyil, iki küçənin kəsişməsində olan Mamay məhəlləsi bulağını göstərmək olar. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.
Mamayı məhəlləsi
Mamayı məhəlləsi - Şuşanın XIX əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri. Məhəllə şəhərin mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi burada da məscid, Mamayı bulağı, kiçik meydan və hamam olmuşdur. Məhəllə Mamay bəyin adı ilə bağlıdır. Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamamaqabağı məhəllələri yaşayış və inzibati binalar, küçələr biri-birini tamamlayır. Mamayı məhəlləsinin kiçik düzbucaqlı sahəsi qonşu küçənin şimal tərəfindəki kurdener tərəfindən formalaşaraq, bulağın yerləşdiyi qovşağın bir az yuxarısında yerləşir. Meydanın içəri tərəflərində əsas fasadı meydana baxan və cənuba istiqamətlənmiş məhəllə məscid var. Şuşa qalasının aşağı məhəlləri mövqeyinə, iqliminə görə, yuxarı məhəllələrindən fərqli idi. Burada düzənlik ərazilər, məhəllə meydanları, məscidlər daha geniş olmaları ilə və memarlıq üslubu ilə başqalarından fərqlənir. Qalanın aşağı ərazisində su quyuları,çarhovuzlar,çeşmələr, kəhrizlər çoxluq təşkil edir.

Digər lüğətlərdə