MESULİYET
MEŞAKKAT
OBASTAN VİKİ
Mesut Doğan
Məsud Doğan (1972, Toqat ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Məsud Doğan 1972-ci ildə Tokat ilində anadan olub. Qazi Universiteti Təhsil Bölməsindən məzun olub. İş adamı olaraq çalışır. Tələbə illərində bir müddət Milli Gənclər Fondunda (MGV) çalışıb. Siyasi fəaliyyəti ərzində Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Səadət Partiyasında 2014-2016-cı illərdə təhsil üzrə sədr müavini, 2016-2019-cu illərdə şöbələr üzrə sədr müavini vəzifəsində çalışıb. 2019-cu ildən Səadət Partiyasının Baş Katibidir. 2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Ankara ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü və TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.