mehvər
mexanika
OBASTAN VİKİ
Henri Modsli (mexanik)
Henri Modsli (ing. Henry Maudsley; 22 avqust 1771, Vulviç, Böyük London – 14 fevral 1831, Lambet[d], Böyük London) — İngiltərə mexaniki və sənayeçisi. == Həyatı == Henri Modsli 22 avqust 1771-ci ildə Birləşmiş Krallığın paytaxtı London şəhərinin Vulic rayonunda anadan olmuşdur. O, 12 yaşından Vulic cəbbəxanasının emalatxanalarında işləməyə başlamışdır. Modsli 1797-ci ildə supportlu torna dəzgahı quraşdırmaqda vinq və qayka istehsalını mexanikləşdirmişdir. Onun 1810-cu ildə açdığı böyük maşınqayırma zavodunda bir çox yeni dəzgah növləri, buxar maşınları və s. işlənib hazırlanmışdır. Modsli 1815-ci ildə gənclər üçün kanat blokları istehsal edən dəzgahlar xətti yaratmışdır. O, 14 fevral 1831-ci il tarixində Londonun Lambet borosunda vəfat etmişdir. Modsli Vulicdə dəfn edilmişdir.
Sənan Axundov (mexanik)
Sənan Səməndər oğlu Axundov (28 mart 1932, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin rəisi, SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi (1987–1989), Azərbaycan SSR yerli sənayesi naziri (1982–1987). Sənan Səməndər oğlu Axundov 28 mart 1932-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1950-ci ildə Bakıda orta məktəbi, 1955-ci ildə Moskvada Avtomexanika İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1958-ci ildə Bakı Elektrik Maşınqayırma zavodunda başlayan Sənan Axundov burada usta, sahə, sonra isə sex rəisi, zavodun baş mühəndisinin müavini işləmişdir. 1968–1972-ci illərdə SSRİ Avtomobil Sənayesi Nazirliyi Avtomobil Ehtiyatları Hissələri zavodunun direktoru, 1972–1976-cı illərdə Bakı Məişət Kondisionerləri zavodunun direktoru, 1976–1982-ci illərdə İttifaq Elektrik Maşınqayırma BİB Məişət Kondisionerləri zavodunun direktoru işləmişdir. Sənan Axundov 1982–1987-ci illərdə Azərbaycan SSR yerli sənaye naziri, 1987–1989-cu illərdə SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi vəzifələrində işləmişdir. 1989-cu ilin iyun ayından SSRİ Dövlət Standartları Komitəsi Azərbaycan respublika idarəsinin rəisi, Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin rəisi vəzifəsində işləmiş, eyni zamanda standartlara və ölçü vasitələrinə nəzarət üzrə Azərbaycan Respublikası baş inspektoru olmuşdur. Sənan Axundov 1962-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin üç çağırış (9–11-ci) deputatı olmuşdur. "Lenin", "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı" ordenləri, bir sıra medallarla və iki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. 1991-ci ildə "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.
Göy mexanikası
Göy mexanikası (ing. celestial mechanics) — mexanika qanunlarının köməyi ilə göy cismlərinin hərəkətini öyrənən astronomiya bölməsi. Göy mexanikası Ay və planetlərin fəza koordinatlarını hesablayır, Ay tutulmasının vaxtını və yerini müəyyən edir, kosmik cisimlərin real hərəkətini dəqiqləşdirir. Göy mexanikası Günəş sistemini, planetlərin Günəş ətrafında, peyklərin planetlər ətrafında dövr etməsini öyrənir. Həmçinin bu elmi sahə ilə kometa və kiçik planetlərin hərəkətinin trayektoriyasının hesablanır. Uzaq planetlərin və ulduzların hərəkətini bəzən əsrlərlə müşahidələrdən bilmək olur. Günəş sisteminin cisimlərinin hərəkəti isə gözlə də görünə bilər. Onun öyrənilməsi İohan Keplerin (1571–1630) və İsaak Nyutonun (1643–1727) əsərlərindəki göy mexanikası qanunları ilə başladı. Bununla yanaşı bilavasitə göy mexanikasında öyrənilən məsələlərə misal olaraq aşağıdakıları göstərmək olar: Bilavasitə Nyutonun ümumdünya cazibə qanunu ilə bağlı astronomiya məsələləri Cazibə nəzəriyyəsi-tərpənməz cisimlərin qravitasiya sahəsi haqqında təlim n {\displaystyle n} cisim məsələsi-bir-birini Nyutonun ümumdünya cazibə qanunu ilə cəzb edən n {\displaystyle n} maddi nöqtənin hərəkəti Birinci yaxınlaşma hesab edilən bu nəzəriyyədən Eynşteynin qravitasiya nəzəriyyəsi əsasında n {\displaystyle n} cismin hərəkətinin relyativist nəzəriyyəsi və s.
Gərginlik (mexanika)
Gərginlik — deformasiya olunmuş cismdə xarici qüvvələrin təsirindən yaranan daxili müqavimət parametridir. Verilmiş nöqtədə gərginlik deformasiya zamanı sərt qüvvənin onun təsiri istiqamətindəki elementar sahəyə nisbəti ilə təyin olunur. Ümumi şəkildə gərginlik vahid sahəyə ( ΔA) düşən qüvvə (ΔF) ilə xarakterizə olunur: σ = lim Δ A → 0 Δ F Δ A = d F d A . {\displaystyle \sigma =\lim _{\Delta A\to 0}{\frac {\Delta F}{\Delta A}}={dF \over dA}.} İki növ gərginlik mövcuddur. Normalgərginlik – səthə təsir edən normal qüvvə istiqamətində yaranır və səth böyu bərabər paylanır. Çubuq əyildikdə isə gərginlik oxboyu qeyri-bərabər paylanır. Normal gərginlik belə tapılır: σ N = F A {\displaystyle \sigma _{N}={\frac {F}{A}}} , burada F = | F → ⊥ | {\displaystyle F=|{\vec {F}}_{\perp }|} Normal istiqamətdə təsir edən qüvvə və A {\displaystyle A} səthin sahəsidir. Əyilmədə gərginlik isə: σ M = M I ⋅ z = M W {\displaystyle \sigma _{M}={\frac {M}{I}}\cdot z={\frac {M}{W}}} , burada M = | M → | {\displaystyle M=|{\vec {M}}|} əyici moment, I {\displaystyle I} ətalət momenti, z {\displaystyle z} qüvvə ilə dayaq nöqtələri arasındakı məsafə və W {\displaystyle W} müqavimət momentidir. Toxunan gərginlik səthə toxunan boyunca yaran gərginlik olub, normal gərginliyə perpendikulyar yaranır. Bir nöqtəyə təsir edən gərginlik üç müstəvidə baxılır.
Klassik mexanika
Fizikada klassik mexanika - mexanikanın iki əsas bölməsindən biri olub, qüvvələr sisteminin təsiri altında cisimlərin hərəkətini təsvir edən fizika qanunlarını əhatə edir. Cisimlərin hərəkətinin öyrənilməsi çox qədim tarixə getməklə, elm, texnika və texnologiyada klassik mexanikanı ən böyük və qədim fənn edir. Klassik mexanika makroskopik obyektlərin hərəkətini, roketlərdən maşın hissələrinə kimi, eləcə də astronomik obyektlərin, məsələn, kosmik gəmilərin, planetlərin, ulduzların və qalaktikaların həkətini xarakterizə edir. Bununla yanaşı,fənn daxilində bir çox ixtisaslaşmalar qazları, mayelərı, bərk cisimlərı və başqa xüsusi mövzuları əhatə edir. Klassik mexanikanın işıq sürətinə yaxın olmayan sürətlə və böyük obyektlərlə məhdudlaşan mühitlərdə tətibiqi olduqca dəqiq nəticələr verir. Baxılan obyekt kifayət qədər kiçik olduqda, mexanikanın digər əsas bölməsi olan kvant mexanikasının daxil edilməsi zərurəti yaranır, hansı ki, cisimlərin atomik təbiətini makroskopik fizika qanunları ilə uzlaşdırır və atom və molekulların dalğa-zərrəcik dualizmini (ikili xüsusiyyətini) öyrənir. Obyektlərin işıq sürətinə yaxın yüksək sürətli hallarında, klassik mexanika xüsusi nisbilik nəzəriyyəsi ilə əvəzlənir. Ümumi nisbilik nəzəriyyəsi Nyutonun ümumdünya cazibə qanunu ilə xüsusi nisbilik nəzəriyyəsini özündə birləşdirməklə, fiziklərə dərin səviyyədə qravitasiya ilə işləmək imkanını verir. == Maddi nöqtə == Müəyyən məqsədlər üçün ölçüləri nəzərə alınmayan cismə deyilir. Məsələn Yer kürəsinin Günəş ətrafında hərəkətini öyrənərkən ona maddi nöqtə kimi baxmaq olar.
Klassik mexanikadakı düsturların siyahısı
Klassik mexanika fizikanın makroskopik cisimlərin hərəkətini izah eləyən sahəsidir. Fizikanın nəzəriyyələri arasında ən geniş yayılmışıdır. Əhatə etdiyi mövzulara isə, kütlə, təcil və qüvvə aiddir. Burada hadisələrin 3 ölçülü Evklid fəzasında baş verdiyini təsəvvür eləyirlər. Klassik mexanikada çoxlu tənliklərdən istifadə olunur və başqa riyazi anlayışlardan da həmçinin. Məsələn, differensial tənliklər, Li qrupları, çoxqatlılar və erqodik nəzəriyyə və s. Bu səhifədə bunların arasında ən önəmlilərinin xülasəsi verilib Bu məqalədə əsasən Nyuton mexanikasının düsturlarını təqdim eləyir. Klassik mexanikanın daha ümumi tərtibi üçün isə analtik mexanikaya baxın (Laqranj və Hamilton mexaniklarını əhatə eləyir).
Kvant mexanikası
Kvant mexanikası — əsası alman fiziki Verner Heyzenberq tərəfindən qoyulmuşdur və nəzəri fizikanın bir bölməsidir. Plank sabiti ilə müqayisə olunan fiziki hadisələri öyrənir. Kvant mexanikası hərəkətin Plank sabiti ilə müqayisə olunan qiymətlərində (atom və ya foton miqyaslarında) fiziki hadisələri izah edən nəzəri fizika sahəsidir. Kvant mexanikasının verdiyi proqnozlar klassik mexanikanın verdiyi proqnozlardan əhəmiyyətli dərəcədə fərqlənə bilər. Plank sabitinin makroskopik cisimlərin hərəkəti ilə müqayisədə olduqca kiçik qiymətə malik olması səbəbindən kvant effektləri əsasən mikroskopik miqyaslarda müşahidə olunur. Əgər sistemin fiziki hərəkəti Plank sabitindən kifayət qədər böyük olarsa, kvant mexanikası üzvü şəkildə klassik mexanikaya keçir. Öz növbəsində, kvant mexanikası sahənin kvant nəzəriyyəsinin qeyri-relyativist yaxınlaşmasıdır (başqa sözlə, sistemin böyük hissəciklərinin enerji ətaləti ilə müqayisədə aşağı enerjilərə yaxınlaşmasıdır) Makroskopik ölçülərdə olan sistemləri yaxşı təsvir edən klassik mexanika molekul, atom, elektron və foton səviyyələrində bütün hadisələri təsvir edə bilmir. Kvant mexanikası müvafiq olaraq atomları, ion, molekul, kondensə olunmuş mühitləri və digər elektron-nüvə quruluşlu sistemleri kifayət qədər yaxşı təsvir edə bilir. Kvant mexanikası eyni zamanda elektron, foton və digər elementar zərrəciklərin hərəkətlərini təsvir etmək iqtidarındadır, lakin elementar hissəciklərin çevrilmələrinin dəqiq invariant relyavistik təsviri sahənin kvant nəzəriyyəsi çərçivəsində qurulur. Kvant mexanikasının köməkliyi ilə əldə olunmuş nəticələri eksperimentlər birmənalı təsdiq edirlər.
Mexanika
Mexanika (yun. μηχανική — maşınqayırma sənəti) — fizikanın cisimlərin mexaniki hərəkətini və onlar arasındakı qarşılıqlı təsiri öyrənən bölməsi. Mexaniki hərəkət dedikdə bir cismin digər cismə nəzərən yerdəyişməsi başa düşülür. Yerdəyişmə cisimlərə tətbiq olunan qüvvənin təsiri ilə baş verir. Mexanikanın nəzəri şərhlərinin kökləri Qədim Yunanıstana, məsələn, Aristotel və Arximedin yazılarına gedib çıxır. Erkən müasir dövrdə Qalileo Qaliley, Yohan Kepler, Xristian Hüygens və İsaak Nyuton kimi alimlər hazırda klassik mexanikanın bünövrəsini qoymaqla mexanikanın əsaslı inkişafına zəmin yaratdılar. Klassik mexanika sürəti işıq sürətindən kiçik olan ixtiyari cismin hərəkətini öyrənir. Sürəti işıq sürətinə bərabər olan cismin hərəkəti nisbilik nəzəriyyəsində, atomdaxili hadisələr və elementar hissəciklərin hərəkəti kvant mexanikasında öyrənilir. Qədim dövrdə yunan filosofları təbiət hadisələrini mücərrəd prinsiplər əsasında şərh edənlər sırasında idi. Antik dövrdə mexanikanın əsas nəzəriyyəsi Aristotel mexanikası idi.
Mexanika mühəndisliyi
Maşınqayırma — ağır sənayenin bir sahəsi olub müxtəlif maşınlar, avadanlıqlar, cihazlar, həmçinin müdafiə əhəmiyyətli məhsullar və istehlak malları istehsal edən iqtisadiyyat sahəsi. İqtisadiyyatın bütün sahələrini əmək aləti ilə təmin etdiyinə görə mütəxəssislər maşınqayırmanı sənayenin ürəyi adlandırırlar. Maşınqayırma elmtutumlu sahədir və elmi-texniki tərəqqinin bələdçisidir. O eyni zamanda elmi-texniki nailiyyətlərin sınaqdan keçirilməsi poliqonudur. Yeni texniki, texnoloji, təşkilati, estetik, erqonomik ideyalar burada yaranır, burada həyata vəsiqə alır. Əhalinin daha savadlı hissəsi burada çalışır. Maşınqayırma klassik mühəndislik elmi olub, təkcə maşınların, mühərriklərin və ötürmələrin hazırlanması ilə məhdudlaşmır. Müasir maşınqayırma texnikanın başqa sahələri ilə kəsişən bir çox yeni sahələri də əhatə edir. Bu sahənin kökü fizikaya əsaslanan mexanika, termodinamika, materialşünaslıq və o cümlədən konstruksiyaetmə, simulyasiya, modelləşdirmə kimi müasir informasiya texnologiyası ilə də bağlıdır. Maşınqayırma özü-özlüyündə 100-dən çox ayrı-ayrı istehsallar, sahələr, yarımsahələr, elmi-texniki komplekslərdən ibarətdir.
Mexaniki dalğalar
Dalğa — rəqslərin mühitdə yayılması prosesidir. Mexaniki dalğa mexaniki rəqslərin elastik mühitdə yayılmasıdır. Mexaniki dalğaların yaranması və yayılması üçün ən vacib şərt elastik mühitin olmasıdır. Ümumi dalğa tənliyi budur: x = a cos ⁡ ω ( t − r v ) {\displaystyle x=a\cos \omega (t-{\frac {r}{v}})} Burada x-nöqtənin tarazlıq vəziyyətindən olan yerdəyişməsi, A-rəqsin amplitududur, t-rəqsin başlanması anından hesablanan zaman, v-dalğanın yayılma sürəti, r-rəqsin koordinat başlanğıcından t müddətinə yayıldığı məsafədir. Dalğanın 2 növü vardır: Uzununa dalğa – rəqs istiqamətində yayılan dalğaya deylir. Eninə dalğa – rəqslərə perpendikulyar istiqamətində yayılan dalğaya deyilir. Eninə dalğa zərrəciklərin rəqs istiqamətinə perpendikulyar istiqamətdə yayılan dalğaya deyilir. Eninə dalğa dalğa qabarıqlarının və çökəkliklərinin növbə ilə təkrarlanmasıdır. Eninə dalğalar elə mühitdə yayıla bilər ki, orada mühitün formasının dəyişməsi nəticəsində elastiklik qüvvələri yaransın. Ona görə də eninə elastik dalğalar ancaq bərk cisimlərdə yayılır.
Mexaniki deformasiya
Deformasiya — xarici qüvvənin təsiri ilə cismin forma və ölçülərinin dəyişməsidir. Onun aşağıdakı halları vardır: Elastik deformasiya – xarici qüvvenin təsiri kəsildikdən sonra cismin öz əvvəlki forma və ölçülərini almasına deyilir. Plastik deformasiya – xarici qüvvənin təsiri kəsildikdən sonra cismin öz əvvəlki forma və olçülərini almamasına(qalıq qalmasına)deyilir. Bərk cisimlərdə deformasiyanın növləri – dartılma,sıxılma,sürüşmə,burulma,əyilmədir. Dartılma deformasiyası – cismin uzunluğunu artmasına səbəb olan deformasyadır. Məsəlsən məftillərin, rezinin uzanması və s. Sıxılma deformasiyası – uzunluğun azalmasına səbəb olan deformasyadır. Sürüşmə deformasiyası – cismin paralel təbəqələrinin bu təbəqələrə paralel qüvvələrin təsiri ilə sürüşməsinə deyilir. Ayrı-ayrı metal hissələrini bağlayan bolt və pərçimlər sürüşmə deformasyasına məruz qalır. Burulma deformasiyası – bərk cisimlərin uclarına əks istiqamətdə yönəlmiş qüvvə momentləri tətbiq olunanda yaranan deformasyadır.
Mexaniki emal
Mexaniki emal – müxtəlif materiallardan hazırlanmış pəstaha son və ya sonrakı emal mərhələləri üçün lazımi dəqiqliyi və formanı vermək üçün tətbiq olunan emal növüdür. Maşınqayırmada əsasən üç mexaniki emal üsulu tətbiq olunur: 1. Kəsmə ilə emal, burada pəstah metalkəsən dəzgahda kəsici alətin köməy ilə addım-addım yonularaq lazımi formaya salınır. Tətbiq olunan kəsmə üsulları: xarici səthlər üçün torna, pardaqlama,hamarlama, cilalama, superfiniş, daxili səthlər üçün – içyonma, burğulama, zenkerləmə, rayberləmə, dartma, pardaqlama, cilalama, honalama. müstəvi səthlər üçün yonma, frezləmə və pardaqlama. 2. Plastiki deformasiya üsulu ilə xarici qüvvənin təsiri altında pəstah sıxılır, bu zaman o formasını, ölçüsünü, fiziki-mexaniki xassələrini dəyişir. Buraya döymə, ştamplama, pressləmə və yayma daxildir. 3. Elektrofiziki emal elektrik cərəyanının xassələrinə əsaslanır: elektro qığılcımla emal, elektro impulsla emal, elektro qövslə emal.
Mexaniki hərəkət
Mexaniki hərəkət — zaman keçdikcə bir cismin (yaxud maddi nöqtənin) digər cismə nəzərən, həmçinin eyni bir cismin ayrı-ayrı hissələrinin bir-birinə nəzərən məkanda yerdəyişməsi. Mexaniki hərəkəti riyazi baxımdan təsvir etmək üçün yerdəyişmə, gedilən yol, sürət, təcil və zaman kimi anlayışlardan istifadə olunur. Hərəkəti öyrənmək, yəni zaman keçdikcə cismin mexaniki yerdəyişməsini müəyyən etmək üçün müvafiq koordinat sistemi seçmək və onu hesablama cisminə bağlamaq lazımdır. Bundan əlavə gedilən yolun uzunluğunu təyin etmək üçün uzunluq etalonuna və zamanı ölçmək üçün ölçü cihazı rolu oynayan saata da ehtiyac vardır. Adətən sadaladığımız bu dörd ünsür — hərəkəti öyrənmək üçün seçdiyimiz cisim ona bağlı koordinat sistemi, uzunluq etalonu və saat birlikdə hesablama sistemi adlandırılır. Hər konkret mexaniki hərəkəti öyrənmək üçün müvafiq hesablama sistemi seçilir. Hərəkətin öyrənilməsi üçün vasitə rolunu oynayan koordinat sisteminin (məsələn, düzbucaqlı dekart koordinat sisteminin) başlanğıcı hesablama cismində yerləşdirilir və hərəkət məhz bu koordinat sisteminə nəzərən öyrənilir. Mexaniki hərəkət zaman keçdikcə cismin fəzada yerdəyişməsi olduğundan zaman və məkan anlayışları ilə yaxından tanış olmaq lazımdır. Klassik mexanikanın banisi Nyuton zaman və məkanı mütləq qəbul etmişdir. Nyutona görə zaman hesabat sistemindən asılı olmayaraq müntəzəm davam edir və bütün hesabat sistemləri üçün eynidir.
Mexaniki iş
Mexaniki iş — cismə təsir edən qüvvənin modulu, yol və qüvvə ilə yol arasındakı bucağın kosinusu hasilinə bərabər olan skalyar fiziki kəmiyyətdir. 1) Qüvvə ilə hərəkət istiqaməti arasındakı bucaq α olarsa, A = F × S × c o s α {\displaystyle A=F\times S\times cos\alpha } F {\displaystyle F} — qüvvə, S {\displaystyle S} isə yoldur. 2) Mexaniki iş güclə zamanın hasilinə bərabərdir: A = N × t {\displaystyle A=N\times t} . N {\displaystyle N} — güc t {\displaystyle t} isə zamandır. 3) Elektrik cərəyanının işi - verilmiş hissədəki gərginliklə cərəyan şiddəti və cərəyanın keçmə müddətinin hasilinə bərabərdir: A = U × J × T {\displaystyle A=U\times J\times T} düsturu ilə hesablanır. U {\displaystyle U} — gərginlik J {\displaystyle J} — cərəyan şiddəti T {\displaystyle T} isə zamandır. 1 Coul-1 Nyuton qüvvənin qüvvə istiqamətində gedilən 1m yolda gördüyü işə deyilir və BS-də iş vahidi olaraq götürülür. 1 C = 1 N × m {\displaystyle 1C=1N\times m} A = F × S × c o s α {\displaystyle A=F\times S\times cos\alpha } ifadəsindən göründüyü kimi əgər qüvvə hərəkət istiqamətindədirsə, iş ən böyük yəni A=FS, iti bucaq əmələ gətirirsə iş müsbət, düz bucaq əmələ gətirirsə A=0, kor bucaq əmələ gətirirsə mənfi olur. Potensiallı sahədə qapalı trayektoriya üzrə görülən iş sıfır olur. Həm də potensiallı sahədə görülən iş trayektoriyanın formasından asılı olmayıb başlanğıc və son nöqtələrin vəziyyəti ilə təyin olunur.
Mexaniki qüvvələr
Mexaniki qüvvələr — Təbiətdə müxtəlif növ qüvvələrə rast gəlinir: cazibə qüvvəsi, elektrik və maqnit qüvvələri, elastik qüvvə, səthi gərilmə qüvvəsi, sürtünmə qüvvəsi və s. Sadaladığımız bu qüvvələrin adları onların təzahür formaları ilə əlaqədardır. Məsələn, səthləri bir-birinə toxunan iki cisimdən biri digərinə nəzərən nisbi hərəkət edərsə onlar arasında yaranan təsir qüvvəsi sürtünmə qüvvəsi, uzanmış elastiki cismi ilk vəziyyətə qaytarmağa çalışan qüvvə elastiki qüvvə, sükunətdə olan iki yüklü hissəcik arasında yaranan təsir qüvvəsi elektrik qüvvəsi adlanır. Lakin hadisələrin mahiyyəti ilə dərindən tanış olduqda adını çəkdiyimiz bu üç qüvvənin eyni bir təbiətə — elektromaqnit təbiətinə malik olduğuna inanmaq olar. Meydanagəlmə xüsusiyyətlərinə görə qüvvələri iki qrupa bölmək olar: birbaşa təmasla meydanagələn qüvvələr və sahə qüvvələri. Deyilənləri əyani təsəvvür etmək üçün şəkil 1-ə nəzər salaq. Yayı uzatmaq və arabacığı hərəkət etdirmək üçün yayı və arabacığı dartmaq, qol vurmaq üçün isə topa birbaşa zərbə endirmək lazımdır. Göründüyü kimi, hər üç halda yalnız təsirə məruz qalan cisimlə birbaşa təmasda olmaqla onları hərəkətə gətirmək mümkündür. Bununla bərabər birbaşa təmasda olmayan cisimlər arasında da təsir qüvvələri mövcuddur. Məsələn, bir-birindən kifayət qədər uzaqda yerləşmiş göy cisimləri arasında, müxtəlif işarəli elektrik yükləri daşıyan cisimlər arasında, dəmirlə maqnit arasında qarşılıqlı təsir qüvvələrinin mövcud olduğu hər kəsə məlumdur.
Mexaniki reduktor
Mexaniki reduktor — fırlanma momentini bir və ya bir neçə mexaniki ötürmənin köməyi ilə ötürən və çevirən mexanizmdir. Mexaniki ötümənin əsas xarakteriskaları faydalı iş əmsalı, ötürmə ədədi, ötürülən güc, valların maksimal bucaq sürəti, aparan və aparılan valların sayı, növü və ötürmə pillərinin sayıdır. Adətən giriş valının böyük bucaq sürətini çıxış valının aşağı sürətinə çevirən və bununla fırlanma momentini artıran qurğulara reduktor deyilir. Belə reduktorlar demultiplikator adlanır. Əksinə işləyən reduktorlar isə multiplikatorlardır. Pilləli ötürmə ədədinə malik reduktorlar sürətlər qutusu kimi tanınır. Pilləsiz ötürmələrlə işləyənlər isə variatorlardır. Hər şeydən öncə onlar mexaniki ötürmənin növlərinə görə təsnifatlaşdırılırlar: silindirk, konik, sonsuzvint, planetar, dalğavari, spiroid və kombinəedilmiş. Reduktorlar həmçinin gövdə, soyuma sistemi, istifadə olunan yastıqların növü, fırlanma sürəti, ötürmə ədədi, ötürülən gücə görə də fərqləndirilirlər. Seriyalı istehsalda standartlaşdırılmış tökmə gövdələrdən istifadə edilir.
Mexaniki və üzvi həmrəylik
Sosiologiyada " mexaniki həmrəylik " və " orqanik həmrəylik " [1] Émile Durkheim tərəfindən inkişaf etdirilən həmrəylik anlayışlarıdır. Durkheim , "The Division of Labour in Society" (1893) kitabinda cəmiyyətlərin inkişaf nəzəriyyəsinin bir hissəsi kimi "mexaniki" və "üzvi həmrəylik" ifadələrini təqdim etmişdir. Durkheimin sözlərinə görə, ictimai həmrəyliyin növləri mexaniki və üzvi cəmiyyətlər olan cəmiyyət növləri ilə əlaqəlidir. Mexaniki birliyini nümayiş etdirən bir cəmiyyətdə, onun birləşməsi və inteqrasiyası, eyni iş, təhsil və dini təlim və həyat tərzi ilə əlaqəli olan fərdlərin — homojenliyindən gəlir. Mexanika həmrəyliyi normal olaraq "ənənəvi" və kiçik miqyaslı cəmiyyətlərdə fəaliyyət göstərir. [2] Sadə cəmiyyətlərdə (məsələn, qəbilə), həmrəylik adətən ailə şəbəkələrinin qohumluq əlaqələrinə əsaslanır. Üzvi həmrəylik, işin ixtisaslaşmasından və insanlar arasındakı tamamlayıcılıqlardan yaranan bir-birinə olan bağlılığından gəlir — müasir və sənaye cəmiyyətlərində baş verən inkişaf. [2] Bu, daha inkişaf etmiş cəmiyyətlərdə bir-birinə olan asılılıqlara əsaslanan sosial birlikdir. Fərqli vəzifələri yerinə yetirərkən və müxtəlif dəyərlər və maraqlara sahib olsa da, cəmiyyətin sırası və çox həmrəyliyi insanlarin müəyyən vəzifələrini yerinə yetirmək üçün bir-birlərinə güvənməsindən asılıdır. Beləliklə, ictimai həmrəylik daha kompleks cəmiyyətlərdə onun tərkib hissələrinin bir-birindən asılı olması yolu ilə saxlanılır (məsələn, fermerlər fermerin ərzaq istehsal etməyə imkan verən traktoru istehsal edən zavod işçilərini qidalandırmaq üçün ərzaq istehsal edir).
Mexaniki çökmə yataq
Mexaniki çökmə yataq — tərkibində faydalı qazıntılar olan süxurların mexaniki aşınması və hissəciklərin su axınları ilə daşınıb sonradan çökməsi nəticəsində əmələ gələn ilkin çökmə yataq. Daşınma prosesində hissəciklərin formasından, ölçüsündən, sıxlığından, davamlılığından və daşıyıcı mühitin sürətindən asılı olaraq mexaniki diferensiasiya baş verir. Mexaniki çökmə yataq tikinti materialları (çaqıl, qum, gil) yataqları, nəcib və nadir metal, almaz, qiymətli daşlar, səpinti yataqlar, habelə köklü yataqların yuyularaq yenidən çökməsi nəticəsində yaranan fosforit, kaolinit, dəmir, manqan və b. filiz yataqları aiddir. Çökmə yataqlar Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Mexaniki çəkic
Mexaniki çəkic yaxud deşər — bərk , məsələn dağ çöküntü süxurları, asfalt, beton konstruksiyaların dəlinməsi, kəsilməsi yaxud eşilməsi üçün nəzərdə tutulmuş zərbə hərəkətli əl aləti. Hər hansı təhriklə (məsələn pnevmatika ilə) hərəkətə gətirilən metal süngü və ya tir. Təhrik hissəsinin zərbə hissəsinə ötürdüyü impuls nəticəsində, dəmir süngü emal olunan metariala dəlməklə və ya kəsməklə təsir edir.
Mexanikləşdirilmiş Piyada
Mexanikləşdirilmiş piyada — zirehli transportyor və ya piyadanın döyüş maşını ilə təmin edilən piyada qoşunlarıdır. Motorlu piyadalardan fərqi odur ki, onların nəqliyyat vasitələri düşmən atəşinə qarşı zirehlidir.
Nəzəri mexanika
Nəzəri mexanika — mexaniki hərəkətlər haqqında ümumi qanunları və cisimlərin qarşılıqlı təsirini öyrənən elmdir. Fizikanın bir bölməsi olmuş nəzəri mexanika özünə aksiomlar şəklində fundamental əsas yaradaraq ayrıca elmsahəsi kimi inkişaf etmişdir. O texnikada tətbiqi xarakter daşıdığından geniş tətbiq olunur. Nyutona görə "nəzəri mexanika istənilən qüvvə ilə yaradılmış hərəkətlər haqqında və istənilən hərəkəti yaratmaq üçün tələb olunan isbat olunmuş qüvvələr haqqında elmdir". Nəzəri mexanika aksiomalara əsaslanan bir qanunlara əsaslanır. Bu aksiomlar tətbiqi mexanikanın həqiqəti haqqında induktiv xarakter daşıyır. Nəzəri mexanika deduktiv xarakterə malikdir. Təcrübələrdən əldə edilmiş aksiomalara əsaslanan nəzəri mexanika qanunları sərt riyazi asılılıqlar əsasında təsvir olunurlar. Nəzəri mexanika təbiət elmlərinin bir hissəsinə olub hissələr yox onların modelləri ilə işləyən riyazi üsullardan istifiadə edir. Belə modellərə aşağıdaklar aiddirlər: materiya nöqtəsi və materiya nöqtələr çoxluğu, mütləq bərk cism və bərk cismlər sistemi, bütöv mühitin deformasiyası.
Opto-mexaniki siçan
Opto-mexaniki siçan (optomechanical mouse) – optik və mexaniki qurğuların kombinasiyasının köməyilə hərəkətinin istiqamət siqnallarına çevrildiyi siçan konstruksiyası. Optik hissədə işıq-diod və verici cütlükləri olur; mexaniki hissə cərəyan kəsici dəlikləri olan fırlanan təkərciklərdən ibarət olur. Siçan hərəkət etdikdə təkərcik dönür və işıq-diodlardan gələn işıq ya dəlikdən keçərək işıq vericisinə düşür, ya da təkərciyin şəffaf olmayan hissələri tərəfindən bloklanır (qarşısı alınır). İşığın bu dəyişiklikləri verici cütlüklər tərəfindən aşkarlanır və nisbi hərəkət siqnalları kimi interpretasiya olunur. Vericilər fazaca bir-birinə nəzərən azacıq yerini dəyişdiyindən hərəkətin istiqaməti hansı vericinin ilk olaraq indikatorla kontaktı bərpa etməsinə görə müəyyənləşir. Opto-mexaniki siçanda mexaniki hissələrin əvəzinə optik qurğular istifadə edildiyindən, o, çox az-az təmir olunur, ancaq onun işləməsi üçün xüsusi səth (örtük) tələb olunur. 1964-cü ildə ixtiraçı Duqlas Engelbart (Douglas Engelbart) tərəfindən ilk siçan qurğusu (mouse) yaradılmışdır. Bu qurğunun korpusu taxtadan düzəldilmişdi, daxili hissəsi isə bir-birinə perpendikulyar yerləşən, bir ox üzərində fırlanan iki dişli çarxdan ibarət idi. Opto-mexaniki siçanın iş mexanizmi: Siçan hərəkət etdikdə top dönür. Top X və Y silindirlərinə toxunaraq hərəkəti ötürür.
Pambığın mexanikləşdirilmiş yığımı (film, 1961)
Kinolent Azərbaycanda pambıq yığımında texnikadan-pambıqyığan kombayndan istifadə olunmasından, bunun əmək məhsuldarlığına böyük təsirindən danışır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Teyyub Axundov Ssenari müəllifi: Əfqan Əsgərov, M.Qədimova Operator: Teyyub Axundov Səs operatoru: Sabir İsgəndərov Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.
Peçenyenin Fasiləsiz, Mexanikləşdirilmiş İstehsalı (1989)
Peçenyenin fasiləsiz, mexanikləşdirilmiş istehsalı (film, 1989)
Relyativist mexanika
Relyativist mexanika — nəzəri fizikanın bölmələrindən biri. İşıq sürətinə yaxın sürətlərdə ( v ≈ c {\displaystyle v\approx c} ) cismin hissəciklərinin klassik hərəkət qanunlarını öyrənir. Relyativist mexanika nisbilik nəzəriyyəsinə əsaslanır. Nyutonun ikinci qanunun relyativist ümumiləşdirilməsi və enerjinin saxlanması qanunu relyativist mexanikanın əsas tənliklərindəndir. v<<c olarsa relyativist mexanika Nyuton mexanikasına çevrilir. Nyuton mexanikasını isə Nyutonun 3 əsas qanunu təşkil edir.

Digər lüğətlərdə