MİNARƏ

məscidin yanında tikilmiş qüllədir. Minarələr vasitəsi ilə müsəlmanları ibadətə və ya başqa dini və ictimai tədbirlərə çağırmaq üçün tikilirdi. Vacib namazların qılınmasından bir qədər öncə müəzzinlər minarələrə qalxıb xalqı azanla ibadətə dəvət edirdilər. Ancaq müasir zamanımızda buna ehtiyac qalmamışdır. Namazlara camaatı səs gücləndiricilərin vasitəsi ilə dəvət edirlər. Buna görə də günümüzdə minarələr memarlıq nümunəsi və İslamın rəmzinə çevrilmiş simvol kimi inşa edilir. İlk minarəni birinci Əməvi xəlifəsi Müaviyənin hakimiyyəti dövründə Misir valisi hicrətin I əsrində inşa etdirmişdir.
MİNA
MİNBƏR
OBASTAN VİKİ
Minarə
Minarə (ərəb. منارة‎) vəya Güldəstə (fars. گلدسته‎) — Azan vermək üçün məscidlərin yanında və ya üstündə ucalan qüllə.
Minarə Tahirova
Minarə Məmməd qızı Tahirova (1936, Göyçay rayonu, Zaqafqaziya SFSR, SSRİ – 20 oktyabr 2017, Sumqayıt, Azərbaycan) — Azərbaycan Respublikasının Əməkdar müəllimi, "Şöhrət" ordenli pedaqoq. Uzun müddət 1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə o vaxtkı APİ-nin Tarix fakültəsinə daxil olmuşdur. 1959-cu ildən taleyini Sumqayıtla bağlayıb. O, bu şəhərə münasibətini belə ifadə edir: Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini, 23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır. 1981–1983-cü illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, 1983–1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləmişdir. 1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. Həmin lisey uzun müddət Sumqayıtda "Minarənin liseyi" adı ilə tanınıb. 20 oktyabr 2017-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir.
Minarə məscidi
Minarə məscidi (az-əbcəd. میناره مسجیدی‎) — Qacarlar dönəmində Urmiyada Hacı Əliyarxan sifarişi ilə tikilmiş tarixi məscid. Minarə məscidi Qacarlar dönəmində və 19-cu əsrin sonlarında tikilib. Minarə məscidində 1908-ci ildə quruculuq işləri aparılaraq, restavrasiya edilmişdir. Bu məscid Urmunun başqa məscidləri ilə fərqli olaraq, bir uca minarəyə malik olmasına görə belə adlandırılmışdır. İndilikdə məscid Urmunun mərkəzi hissəsi olan İmam xiyabanında yerləşir. Minarə məscidi kiçik bir məscid olaraq, həyət, eyvan və hovuzu yoxdur. Bu məscid bir uca minarəsi olmaqla, günbəzsizdir. Amma damının qabarıq olmasına görə ilk baxanda günbəzli bir məscidə bənzəyir. Məscidin tikintisində işlədilən əsas materiallar kərpic, daş və ağacdır.
Yivli minarə
Yivli Minarə — Antalyadakı ilk İslam tikililərindəndir. XIII əsrə aid bir Səlcuqlu əsəridir. Qaydası kəsmə daşdandır. Gövdə hissəsi kərpic və firuzə rəngli çinilərdən tikilmişdir. 8 Yivlidir. Minarə hazırda Antalya şəhərinin simvolu halına gəlmişdir. Hündürlüyü 38 mt olub 90 pilləli pilləkən ilə çıxılır. Yivli minarənin bir qismi kərpic və firuzə rəngli kaşılardan yaranmışdır. Yivllərinə görə Yivli Minarə adı verilmişdir. Qalaqapısı səmtində yerləşən və çoxsaylı Səlcuqlu yaradıcılığından ibarət əsərlər birliyidir.
Əyri minarə
Əyri minarə (ərəb. منارة الحدباء‎) ― İraqın Nineva əyalətinin inzibati mərkəzi Mosul şəhərində, xüsusilə də Mosulda Dəclə çayının sağ sahilində (qərb) yerləşən Qədimi şəhər ərazisindəki böyük əl-Nuri məscidinin minarəsinə deyilir. Əl-Nuri məscidi minarəsi ilə birgə əslən Səlcuq əmirlərindən olan Nurəddin Zəngi tərəfindən 1172-ci ildə tikilib. Əyri minarə və Ən-Nuri məscidi İraqın tarixi məscidlərindən biridir və onun yaşı təxminən doqquz əsrdir. Məscid şəhərdəki Əməvilər məscidindən sonra Mosulda tikilən ikinci məscid hesab olunur. Bir neçə dəfə yenidən qurulmuş, sonuncusu dəfə isə hicri 1363 / miladi 1944-cü ildə təmir edilmişdir. Məscid orijinal binanın yeganə qalan hissəsi olan şərqə doğru əyilmiş minarəsi ilə məşhurdur. Ona görə Əl-Hədbə (əyri) sözü adətən Mosulla əlaqələndirilir və bu mayaka bənzər minarə şəhərin ən görkəmli tarixi abidələrindən biridir. Baxımsızlıq üzündən minarə uçmaq təhlükəsi ilə üzləşdiyindən İraqın Turizm və Qədim Əsərlər Nazirliyi tərəfindən bir neçə dəfə onu təmir etmək cəhdləri olub, lakin bu cəhdlər lazımi səviyyədə olmayıb. 2014-cü ildə İŞİD terror təşkilatı ilə döyüşdən sonra ciddi xəsarət alıb və daha sonra minarə bəzi videogörüntülərə görə elə içəridən yerləşdirilən partlayıcılarla partladılıb.
Qədim Minarə xalçaları
Qədim Minarə xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Əsasən Quba şəhərində istehsal edilir. Bəzi xalçaçılar onu sadəcə "Darayı" və ya "Salyan xiləsi" adlandırırlar. Xalçanın mərkəzi hissəsinin kompozisiyası digər Azərbaycan xalçalarından kəskin fərqlənir. Mərkəzdə soldan və sağdan mərkəzə doğru istiqamətlənmiş darağvari zəncir yeni dördbucaqlılar yaradır onlar isə öz növbələrində şəbəkəvari tor əmələ gətirirlər. Bir çox hallardan onların daxili hissələri xaç tipli elementlərlə, xarici hissələri isə qarmaqvari xətlərlə bəzədilir. Bu xalçalarda mərkəzi sahəni əhatələyən "zəncirə" elementi kufi xəttlə yazılmış "Allah" sözüdür. Ancaq vaxt keçdikcə bu öz mənasını itirib və sadəcə dekor elementi olaraq qalıb. Mərkəzi sahənin künclərinə üçbucaqlı "Yelpik" elementi əlavə edilir. "Qədim minarə" xalçları sakit tonlarda toxunur.
Azadkənd minarəsi
Vaxtilə Naxçıvan bölgəsində yaradılan möhtəşəm memarlıq nümunələrindən biri də Azadkənd minarəsidir. == Tədqiqi tarixindən == Hazırda inzibati-ərazi bölgüsü cəhətdən Ordubad rayonuna daxil olan Azadkənddə orta əsrlər zamanı inşa edilmiş minarə haqqında ilk məlumata rus şərqşünas və diplomatı N. V. Xanıkovun "Qafqazın müsəlman kitabələrinə dair memar" adlı məqaləsində rast gəlinir. XIX yüzilliyin ortalarında abidəni tədqiq etmiş şərqşünas abidənin üzərindəki kitabəni tədqiq edərək onun naxçıvanlı memar Şeyx Cühənnah oğlu tərəfindən inşa edilməsini müəyyən etmiş və onun inşa tarixini hicri VI əsrə aid etmişdir. Bu minarə haqqında 1927-ci ildə Naxçıvanda ezamiyyətdə olarkən Azadkənddə də olmuş rus alimi V. M. Sısoyev də məlumat vermişdir. Ancaq V. M. Sısoyev kənddə olarkən minarə yarım dağılmış vəziyyətdə olmuşdur. Alim yazır ki, kəndin cənub-şərq tərəfində bir həyətdə kiçik qüllə vardır. Yerli əhali arasında o "minarə" adı ilə məlumdur. O dairəvi qüllə formasındadır, gövdəsinin uzunluğu 16 metrdir. Alimin yazdığına görə abidənin yuxarı hissəsi yaşıl və qara rəngli kərpiclərlə dama şəklində hörülmüş, Bərdə türbəsində olduğu kimi ərəb əlifbası ilə "Allah" sözü yaradılmışdır. V. M. Sısoyev həmin vaxt hündürlüyü 6 metr olan minarənin inşa tarixini N. V. Xanıkov kimi hicri VI əsrə deyil, oxşar xüsusiyyətlərinə əsasən Bərdə (1322-ci il) və Qarabağlar (XIV yüzilliyin 30-cu illəri) türbələti ilə bir dövrə — hicri VIII yüzilliyə (miladi ilə XIV yüzilliyə) aid edir.
Cam minarəsi
Cam Minarəsi — şərqi Əfqanıstanda yerləşən UNESCO-nun Ümumdünya İrsi obyekti. Qor vilayətinin Şahrak bölgəsində, Hari çayının sahilində yerləşir. Qırmızı daşlarla 65 metr hündürlüyündə tikilən minarənin ətrafında 2400 metrə çatan dağlarla çevrilmişdir. Minarənin xarici Kufi xətti və Nəsx xətti ilə yazılar, həndəsi fiqurlar və Quran sürələri ilə bəzədilmişdir.
Dözümlü Minarələr (1991)
== Məzmun == Film mədəniyyət abidələri olan məscidlərdən bəhs edir. Kinolentdə Azərbaycanın müxtəlif bölgələrində — Şamaxıda, Qubada, Lənkəranda, Zaqatalada, Bakıda və onun ətraf kəndlərindəki məscidlərin tarixi, memarlıq xüsusiyyətləri və bugünkü vəziyyəti əks etdirilmişdir. Burada, yeri gəldikcə, arxiv sənədlərindən və rəsm əsərlərindən də istifadə edilmişdir. == Film haqqında == Film Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yavər Rzayev Ssenari müəllifi: Toğrul Cuvarlı Operator: Nizami Abbas Səs operatoru: Şamil Kərimov == Sponsor == Qafqaz Müsəlmanları Ruhani İdarəsi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Dözümlü minarələr (film, 1991)
== Məzmun == Film mədəniyyət abidələri olan məscidlərdən bəhs edir. Kinolentdə Azərbaycanın müxtəlif bölgələrində — Şamaxıda, Qubada, Lənkəranda, Zaqatalada, Bakıda və onun ətraf kəndlərindəki məscidlərin tarixi, memarlıq xüsusiyyətləri və bugünkü vəziyyəti əks etdirilmişdir. Burada, yeri gəldikcə, arxiv sənədlərindən və rəsm əsərlərindən də istifadə edilmişdir. == Film haqqında == Film Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yavər Rzayev Ssenari müəllifi: Toğrul Cuvarlı Operator: Nizami Abbas Səs operatoru: Şamil Kərimov == Sponsor == Qafqaz Müsəlmanları Ruhani İdarəsi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Gödək minarəli məscid
Gödək minarəli məscid — XIX əsrə aid tarix-memarlıq abidəsi. Azərbaycanın Şəki şəhərində Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Gödək minarəli məscid də Ümumdünya İrsinə daxildir. == Haqqında == Gödək minarəli məscid Şəki şəhərinin Sarı Torpaq məhəlləsində yerləşir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun tərkibində olan ibadət evi hicri-qəməri təqvimi ilə 1226-cı ildə (miladi 1811) Hacı Abdurrahman bəy və Hacı Sədrəddin bəy tərəfindən tikdirilib. Məscidin inşa tarixini giriş qapısının üstündə olan kitabədən təyin etmək mümkündür. Kitabənin üzərində ərəb dilində yazılıb: Məscid daşdan və kərpicdən inşa edilib, iki otağdan və bir dəhlizdən ibarətdir. Məscidin tavanı şəbəkədəndir.
Kalyan minarəsi
Kalyan minarəsi (fars. مناره کلان‎) — Özbəkistanın Buxara şəhərində yerləşən tarixi abidə. Abidə Pol Kalyan məscidinin tərkib hissəsidir. Memarının Bako olduğu minarə müsəlmanlığa keçən əhalini gündə beş dəfə namaza dəvət etmək üçün Qaraxani hökmdarı Arslan Xan Məhəmmədin sifarişi ilə 1127-ci ildə inşa olunub. Daha öncə tikilməkdə olan qüllə başa çatdırılmadan sökülür. Yeni tikilən qüllə yuxarıya doğru daralan şəkildə bişmiş kərpicdən tikilir. Uc nöqtəsinə qədər qüllənin hündürlüyü 48 metr, aşağıdan eni 9 metr, yuxarıdan isə 6 metrə bərabərdir. Minarənin daxilində yuxarısına qədər çıxan spiral şəklində pilləkənlər vardır. Minarənin səhti boyunca kərpiclərin düz və çarpaz yerləşdirilməsi nəticəsində naxış görkəmi yaranıb və yuxarı hissədə buna mavi işləmələr də əlavə olunub. Qüllənin yetərincə hündür olması səbəbindən döyüş vaxtlarında ətrafdan gələ biləcək düşməni müşahidə etmək üçün də şəhərdə yerləşən əsgərlər tərəfindən istifadə olunurdu.
Minarəli came
Minarəli Came (Cümə) Məscidi — İçəri Şəhərdə məscid. 1378–1379-cu illərdə atəşgah məbədinin yerində tikildiyi ehtimal edilir. Binanın inşası haqqında məscidin divarına həkk olunmuş bir yazıda deyilir: "709-cu ilin (1309–1310-cu illər) rəcəb ayında Əmir Şərəfəddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir". Ehtimal olunur ki, məscid XIV əsrdə bərpa edilib. Düzgün olmayan altıbucaq formalı məscidin, qeyri-adi planı, otaqlarının çoxbölməli olması, eləcə də kvadrata daxil edilmiş və pilləli qübbələr sistemi ilə örtülmüş nisbətən iri ibadət zalı binanın daxili məkanının xüsusi gözəlliklə tikilməsinə zəmin yaratmışdır. XV əsrdə möminləri ibadətə çağırmaq üçün eyvan funksiyasını daşıyan stalaktit qurşaqlı, taclı, möhtəşəm minarə tikilmişdir. Arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş minarənin bünövrə daşındakı kitabədə Elxani sultanı Məhəmməd Olcaytunun yarlığının mətni həkk olunmuşdur. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakının imkanlı adamlarından Hacı Şıxəli Dadaşov xeyriyyə məqsədilə qədim abidənin yerində tamamilə yeni məscid binası ucaltdı.
Qoşa minarəli baştağ
Qoşa minarəli baştağ — XII əsrdə Möminə xatın türbəsinin qarşısında Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilən və Atabəylər memarlıq kompleksinə giriş rolunu oynayan qoşa minarəli baştağ. XIX əsrin sonlarınadək qalan (1882-ci ildə sökdürülmüşdür) abidənin üstündə çoxlu kitabələr olmuşdur. Bu kitabələri X. M. Fren və N. V. Xanıkov tədqiq etmişdir. Ancaq bu kitabələr bizədək gəlib çatmamışdır. Ona görə də X. Frenin və N. Xanıkovun həmin kitabələr haqqında tədqiqatı onlar haqqında məlumat verən yeganə mənbələr kimi çox qiymətlidirlər. N. V. Xanıkovun məlumatından aydın olur ki, qoşa minarəli baştağn inşası 1187-ci ildə, Möminə xatın türbəsinin inşasından 1 il sonra başa çatmışdır. Abidənin portalının yuxarı hissəsində belə bir kitabə olmuşdur: "Böyük, adil, alim, hökmdar Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz – Allah onun qəbrini nurlandırsın". Bu kitabədə Atabəy Məhəmməd Cahan Pəhləvanın ölümü haqqında konkret söz deyilməsə də, orada yazılan "Allah onun qəbrini nurlandırsın" fikrinə əsasən Atabəy Məhəmməd Cahan Pəhləvanın qoşa minarəli baştağın inşası başa çatarkən öldüyü bəlli olur. Məhz buna görə də Ə. Ələsgərzadə qoşa minarəli baştağın kitabələrini təhlil edərkən onun özünün də Möminə xatın türbəsinin sərdabəsində dəfn edilməsi fikrinə gəlmişdir. Möminə xatın türbəsinin qarşısında olan qoşa minarəli baştağ Atabəy Məhəmməd Cahan Pəhləvanın əmri ilə onun mütəvəllisi Nurəddin tərəfindən inşa etdirilmişdir.
Qütb Minar minarəsi
Qütb Minar minarəsi (hind. क़ुतुब मीनार)— XIII əsr memarlıq abidəsi. 1206-1210-cu illərdə Dehli sultanlığının qurucusu Sultan Qütbəddin Aybək tərəfindən tikilib. Qütb minar qülləsinin bir hissəsinin uçmasına baxmayaraq, dünyanın ən möhtəşəm minarəsidir. Minarənin hündürlüyü 73 metr, diametri 14 metrdir. Qırmızı daş və mərmərdən tikilmişdir. Qutub Minar, Astaliika (qüllə) inşa edilən dünyanın ən yüksək kərpicidir.}} {{Uzunmüddətli görüntü | Delhi_Qutub_01.JPG | 200 | 400 | {} ölçüsü | 72.5 | 2 | lk = Əfqanıstan [cəbhədəki minarələr] və onu ələ keçirməyi arzulayıram [[Dəli Sultanlığı] ilk müsəlman hökmdarı] [Qutubuddin Aibak], Dehli, yayılmanın qəzəbinə görə Qutub minarının yenidən qurulması il ərzində [1193] başlamışdır, lakin yalnız onun əsasını tapmışdır. Onun müəllifi [İlyutmiş] üç mərtəbə uzadıb və Firozş Tuğlaq beşinci və son mərtəbə ... Qüllə qırmızı qumdan hazırlanmışdır ki, bu da [Quran] ayələrinin və çiçəklərin çiçəklənməsinə səbəb olan üzümlərin çiçəklənməsi ilə qırılmışdır, ərəb sözləri hazırlanır Qutub Minar qədim qala qəsəbəsinin qədim qala qalıqları üzərində tikilmişdir. Qədim Dəli şəhəri, Dhillika.Dhillika, Tomar və Chauhan son hindu hökmdarlarının paytaxtı idi.
Savə minarəsi
Savə Minarəsi – Azərbaycanın cənub–şərq şəhərlərindən olan Savənin Meydan məscidinin gözəl bədii tərtibatlı minarəsi Böyük Səlcuq İmperiyasının hökmdarı Sultan Toğrul bəyin zamanında hicri 453 – cü ildə (1061) inşa edilmişdir. Üst bölümü uçduğundan onun şərəfəsinin və şərəfə üstü qülləsinin necəliyi qaranlıqdır. Ancaq bu ayrıca dayanan minarənin uyğun memarlıq ayrıntılarının Şəmkir və başqa Səlcuq mil minarələri ilə bir biçimli olduğu şübhəsizdir. Savə minarəsinin silindrik, yuxarıya doğru yüngülcə incələşən gövdəsi kərpicdən yığılmış "səlcuq zənciri" adlanan kəmərlərlə üfüqi bölmələrə ayrılmışdır. Bu çənbərlərarası səthlər mürəkkəb çeşnili həndəsi naxışlarla üzlənmişdir. Kəmər qurşaqlarının ortasında yenə kərpicdən "kvadrat kufi" adıyla tanınan düzbucaqlı yazı sətirləri yığılmışdır. Araşdırıcılar Savə minarəsindəki kufi yazılarını bu tip kitabələrin ilk örnəyi sayırlar. Başdan-başa birrəngli bişmiş kərpicdən ucaldılan və səthi həmin kərpicdən yığılmış kitabə və naxışlarla örtülən Savə minarəsinin bədii təsir gücü zəngin işıq – kölgə effektindədir. Mütəxəssislər gövdəsinin bəzədilməsi tərzinə görə Savə minarəsini Azərbaycan və Orta Asiyanın türk minarələri arasında bağlayıcı halqa hesab edirlər.
Süyümbikə minarəsi
Süyümbikə minarəsi (rus. Башня Сююмбике, tatar. Сөембикә манарасы, Sөyembikə manarası) — Kazan Kremlinin ərazisində yerləşən qüllə. İtaliyada yerləşən məşhur Piza qülləsi kimi Süyümbikə minarəsi də "Yıxılan qüllə"lərdəndir. Hal-hazırda Süyümbikə minarəsi şimal-şərq istiqamətinə əyilib. Onun ucunun şaquli xəttindən məsafəsi təxminən 2 m təşkil edir. Süyümbikə minarəsi salınma tarixi indiyənə kimi naməlum olaraq qalır. Bəzi alimlər minarəni XVII—XVIII əsrlərə aid olduğunu söyləsələrdə, digərləri onun XVI əsrin ikinci yarısında inşa olunduğunu bildirirlər. Bəzi alimlər isə (məsələn, Nikolay Zaqoskin) Süyümbikə minarəsi Kazan xanlığı dövründə, yəni 1552-ci ilə qədər, ucaldılmasının tərafdarıdılar. Minarənin inşaası barədə heç bir tarixi sənəd dövrümüzə qədər gəlin çıxmayıb.
İncə Minarəli Mədrəsə
İnce Minareli Mədrəsə, Konya ili, Selçuklu ilçesinde, Alaaddin Tepesi'nin batısındadır. Selçuklu Sultanı I İzzəddin Keykavus Devrinde Vəzir malik Ata Fahrettin Ali tarafından, hədis elmi öğretilmek olmaqla 663 H. (1264 M.)-ci ildə inşa etdirilmişdir.
Şəmkir Minarəsi
Şəmkir minarəsi — Azərbaycan memarlığının maraqlı nümunələrindən biri. XI-XIII yüzillərdə qaynaqlarda adı sıx-sıx hallanan Azərbaycan şəhərlərindən olan Şəmkir səyyahların yaddaşında hər şeydən öncə möhkəm qalası və uca və gözəl minarəsi ilə qalmışdır. Ərəb alimlərindən Yaqut əl-Həməvi Şəmkürün Arran ərazisində qala olduğunu qeyd edir, Əbülfida (1273-1331) isə "çox uca və görkəmli" Şəmkir minarəsini heyranlıqla öyür. Azərbaycan memarlıq tarixi üçün də bu əsgi şəhərdənbizə bəlli ən dəyərli abidələr Şəmkir qalası və Şəmkir minarəsidir. Şəmkir minarəsi Azərbaycan memarlığının şah əsərlərindəndir. Əski şəhər yerində XIX yüzilin ikinci yarısınacan boy-buxunlu biçimi ilə səyyahları, mütəxəssisləri heyrətləndirən bu minarə dağılıb yox olmuş və indi yalnız yazılı təsvirlərdən və rəsmlərdən öyrənilən nadir Azərbaycan abidəsidir. Şəmkir minarəsi hər şeydən öncə yetkin üslubu, incə nisbətləri və biçim gözəlliyi ilə diqqəti özünə çəkir. Onun tutum – məkan biçimi sadə həndəsi fiqurların – kub, prizma, silindr – üst-üstə ahəngdar düzümünə əsaslanırdı. Bu aydın sadə fiqurlar içərisində azançı artırması – şərəfə bir qədər mürəkkəb biçimi – daha dekorativ həlli ilə seçilirdi. Bütün bunları ötən yüzildə çəkilmiş gözəl realistik rəsmlərdən də aydın görmək olur.
Şəmsi Təbrizi minarəsi
Şəmsi Təbrizi minarəsi (fars. مناره شمس تبریزی‎) və ya Səfəvi sarayı minarəsi - İran Azərbaycanının Xoy şəhərində yerləşən Səfəvi dövrü memarlıq abidəsi. Əsər İranın Milli irs siyahısına 966 nömrəsi ilə qeydə alınmışdır. Minarə günümüzdə Xoyun turstik mərkəzlərindən biridir. Şəmsi Təbrizi 1186-cı ildə Təbrizdə anadan olmuşdur. Adı Məhəmməd, ləqəbləri Şəmsəddin, Şəms, Şəms-i Təbrizi və Şəmsü'l-hak ve'd-dindir. Atası Əli bin Məlikdəd Xorasanın Bəzer vilayətindən ticarət məqsədilə Təbrizə gələrək Təbrizdə məskunlaşan tacir idi. Əhməd Əflakinin “Mənakıbü'l Arifin” və “Məkalat-ı Şəms-i ​​Təbrizi” əsərlərində onun gənclik illərində mədrəsə təhsili almadığı səma və zahidlik etdiyi bildirilir. Müxtəlif mənbələrdə onun Təbrizli Əbubəkir Sələf adlı şeyxə bağlı olduğu bildirilir. Səhih Əhməd Dədə əsərində qeyd edir ki, o, 22 yaşında şeyxinə xidmətinə bağlanıb və burada 14 il xidmət edib.

Digər lüğətlərdə