moxoroviçiç səthi 2021
moilər
OBASTAN VİKİ
Erməni tarixi (Moisey Xorenli)
Ermənistan tarixi – "erməni tarixinin atası" adlandırılan Moisey Xorenli tərəfindən yazılan üç hissəli əsər. == Xüsusiyyətlər == Əsərin ön sözündən məlum olur ki, Xorenli bu əsəri erməni xalqının, erməni dövlətinin, müxtəlif naharar nəsillərinin və ən əvvəl Baqratuni soyunun kökünü öyrənmək istəyən knyaz Saak Baqratuninin xahişi ilə yazmışdır. Beləliklə, Xorenli lap qədimdən 428-ci ilə kimi — yəni Şərqi Ermənistanda dövlət quruluşunun Sasanilər tərəfindən ləğvinə kimi erməni xalqının tarixini yaradır. Müəllif erməni etnosunu məçhur qədim xalqların — Aşşur, Babilistan, Midiya, Parfiya, Sasanilər və Rumların tarixi ilə paralel inkişaf etdirir. Xorenlinin siyasi tendensiyası, məramı keçmişdə Ön Asiyanın iri dövlətlərindən heç də geri qalmayan müstəqil, güclü erməni çarlığının olduğunu sübut etmək, ermənilərin böyük keçmişini göstərmək olmuşdur. N. Y. Marr təsdiq edir ki,"Xorenli yunan mədəniyyəti zəminində yetişmiş parlaq erməni millətçisi, eləcə də yunan qayda-qanunlarının həvəskarı olmuşdur. Onun əsərini nə Suriya missioner məktəbinə, nə də yunan-sxolastik məktəbinə aid etmək olar. Erməni tarixşünaslığı, ümumiyyətlə erməni ədəbiyyatı öz inkişafının birinci mərhələsini Xorenli ilə tamamlayır. Xorenlinin əsəri Qafqaz Albaniyası tarixi üzrə də mühüm mənbələrdən biri sayılır. Burada onun tarixi, coğrafiyası, xüsusən birinci əsrdə Araz şayından keçən Cənub sərhəddi haqqında ətraflı məlumat və təsvir var.
Ermənistan tarixi-Moisey Xorenli

Ermənistan tarixi (Moisey Xorenli)

Katolikos III Moisey
Katolikos III Moisey — Albaniyanın XXXIII katolikosu. == Katolikosluğu == Yarım il katolikos olmuşdur.
Katolikos II Moisey
Katolikos II Moisey — Albaniyanın XXVII katolikosu.
Katolikos IV Moisey
Katolikos IV Moisey — Albanların XXXXV katolikosu. == Katolikosluğu == Katolikos Petrosdan sonra katolikos seçilib və altı il bu vəzifəni daşıyıb. Moisey Kalankatlı qeyd edir ki, katolikos seçilməzdən əvvəl o, Parisos vənginin baş keşişi olub.
Katolikos I Moisey
I Moisey (erm. Մովսես, Qafqaz albanlarının dili 𐕌𐕒𐕡𐕚𐔶𐕚) - Kirakos Gəncəlinin katolikoslar siyahısında adı 5-ci yerdə çəkilən katolikos. Həyatı bəlli deyil. Mxitar Qoşun siyahısında adı Karen (erm. Կարէն) kimi təqdim edilir. Kirakosa görə 6 il hakimiyyətdə olmuşdur.
MOİK Bakı FK
Mərkəzi Ordu İdman Klubu Futbol Klubu və ya qısaca MOİK FK — Azərbaycanın futbol klubu. Azərbaycan I divizionunda çıxış edir. 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Mərkəzi Ordu İdman Klubu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibinə verilib. == Tarixi == OİK (Ordu İdman Klubu) klubu 1961-ci ildə Bakı şəhərində yaradılıb. 1990-cı ilə qədər SSRİ Müdafiə Nazirliyinin himayəsində olub, 1993-cü ildən isə Azərbaycan Müdafiə Nazirliyinin himayəsindədir. SSRİ Futbol Liqasında heç vaxt iştirak etməyən klub SSRİ Kubokunda yalnız 1 dəfə iştirak edib. Klub Azərbaycan SSR Liqasında 4, Azərbaycan SSRİ Kubokunda 8 dəfə qalib olub. 1993-cü ildə Azərbaycan Birinci Liqasında yer alıb. 1995-ci ildə isə ilk dəfə Yüksək dəstədə mübarizə aparıb. 2 dəfə Azərbaycan Birinci Liqasında qalib olmuş klubun Yüksək liqalardakı ən yüksək nəticəsi 2001-ci ildə 7-ci yer olub.
Moilər
Thıonqlar (vyet. người Thượng, tı-nom: 𠊚上; mənası – dağlılar), montanyarlar (fr. Montagnard) və ya moilər (vyet. Mọi; mənası – vəhşilər, cahillər) — Birinci Hindçin müharibəsinə qədər yuxarı təbəqələrin və müstəmləkəçilərin Cənubi Vyetnamda dağlı xalq qruplarına verdikləri ümumi ad. Moi termini monkhmer və İndoneziya dillərinə danışan, müxtəlif sosial-iqtisadi inkişaf mərhələsində olan 30-dan çox xalq və etnik qrupları əhatə edirdi. Sidney Jones, Malcolm Smart, Joe Saunders, HRW. (2002). Repression of Montagnards: Conflicts Over Land and Religion in Vietnam's Central Highlands. Human Rights Watch. ISBN 1-56432-272-6. United States Congress.
Moira Orfey
Moira Orfey (d. 21 dekabr 1931 – 15 noyabr 2015, Breşiya, Lombardiya) — məşhur İtaliya sirk sənətçisi, aktrisa və televiziya aparıcısı. Moira İtalya sirkinin kraliçası hesab olunur. "Sirk Orfey" sirk şirkətinə sahib olan Rikardo Orfey və Violetta Aqata ailəsində anadan olmuşdur. İtaliyada sirkin simvolu olmuş və beynəlxalq bir şöhrət qazanmışdır. Moira Orfey Sirki 1960-cı ildə qurulmuşdur. O dövrün fotoşəkillərində, onu müxtəlif sirk rollarında görmək olur: çapar xanım, hava gimnasti, akrobat, fil və göyərçin məşqçisi. Sənətçinin təəccüblü görünüşü, onun ekssentrik və hətta coşğun şəxsiyyətinin əks olunması kimi idi. Dino De Laurentis ona adını dəyişdirməsini təklif etmişdir. O vaxtdan bəri həmişə qədim yunan taleyinin ilahələrini xatırladan yeni adıyla zahirən uyğunlaşmağa çalışmışdır: ağır makiyaj, qalın göz layneri, parlaq dodaq boyası, dodağının üstündə kəskin bir xətt, saçından hörülmüş çalma.
Moisey
Moisey — ad. Moisey Kalankatlı — tarixçi. Moisey Şaxnoviç — Sovet İttifaqı Qəhrəmanı. Moisey Bainov Moisey Qusman Katolikos IV Moisey — Albanların XXXXV katolikosu. Katolikos II Moisey — Albaniyanın XXVII katolikosu. Katolikos III Moisey — Albaniyanın XXXIII katolikosu.
Moisey (ad)

Moisey Bainov
Moisey Romanoviç Bainov (rus. Моисей Романович Баинов 17 yanvar 1937 - Arşanovo ulusu, Altay rayonu, Xakasiya Respublikası, 2001, Abakan, Xakasiya Respublikası) — Xakas şairi, Rusiya Yazıçılar Birliyinin üzvü (1964), Rusiya Federasiyası Əməkdar Mədəniyyət işçisi (1994). Moisey Romanoviç Bainov 17 yanvar 1937-ci ildə Xakasiya Muxtar Vilayətinin (indiki Xakasiya Respublikası) Altay rayonunun Arşanovo ulusunda anadan olmuşdur. Uşaq ikən valideynlərini itirmiş, nənəsinin himayəsində yaşamışdır. O. xakas folkloru örnəklərini də nənəsinin dilindən eşitmiş, xüsusilə taxpax türündə olan nümunələrə ciddi maraq göstərmişdir. Orta məktəbi doğulduğu kənddə bitirmişdir. Daha sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. Moisey Bainov Rusiya Yazıçılar Birliyinin üzvü seçilmişdir (1964). 2001-ci ildə Abakanda vəfat etmişdir. Moisey Bainov bədii yaradıcılığa hələ orta məktəbdə oxuduğu illərdə şeirlə başlamışdır.
Moisey Kalankatlı
Moisey Kalankatlı və ya Movses Kağankatvatsi (900, Kalankat, Uti – bilinmir) — tarixçi. Etnik mənşəyi haqqında məsələ mübahisəli olaraq qalır. Moisey Kalankatlı qüdrətli alban hökmdarı Cavanşirin müasiri idi. Məhz bu dövr Qafqaz Albaniyasının siyasi və mədəni dirçəlişi dövrü sayılırdı. Hərbi istedadı, müdrik və çevik siyasəti ilə Albaniyanı öz əzəli hüdudlarında - cənubda Araz çayından, şimalda Dərbəndədək olan ərazidə birləşdirən və bərpa edən, müstəqil daxili və xarici siyasət yürüdən, alban kilsəsinin müstəqilliyini qoruyub saxlayan Cavanşir, şübhəsiz ki, xüsusi yazılı abidədə öz dövrünün inkişafını görmək arzusu ilə Moisey Kalankatlıya "Alban tarixi" kitabını sifariş verir. Həmin kitabın meydana gəlmə səbəblərindən biri də budur. Moisey Kalankatuklu, "Albaniya tarixi". Mxitar Qoş, "Alban salnaməsi". Ziya Bünyadovun tərcüməsində, Bakı, Elm, 1993. Təkrar nəşr: Moisey Kalankatuklu, "Albaniya tarixi".
Moisey Kalankatuklu

Moisey Qusman
Qusman Moisey Timofeyeviç - texnika elmləri doktoru, professor Qusman Moisey Timofeyeviç Bakı şəhərində anadan olmuşdur. Erkən əmək fəaliyyətinə başlayaraq, 1931-1034-cü illərdə o "AzİNMAŞ"da texnik, mühəndis-konstruktor işləyib. 1934-1942-ci illərdə eksperimental turbin qazıması kontorunda mühəndis, baş mühəndisin müavini işləmişdir. 1937-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1942-1948-ci illərdə Narkomneftin turbin qazıması şöbəsinin müdiri təyin edilib. 1949-1953-cü illərdə SSRİ Neft sənayesi nazirliyi XKB-2-də baş konstruktor, rəis müavini işləyib. 1953-1983-cü illərdə Ümumittifaq qazıma texnikası elmi-tədqiqat institutunda "Turbin qazıması" şöbəsinin rəhbəri olub. 1963-cü ildə "Neft və qaz quyularının turbin üsulu ilə qazılması" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1983-1992-ci illərdə Ümumittifaq qazıma texnikası elmi tədqiqat institutunda böyük elmi işçi işləyib. Qusman M.T. tanınmış alim, turbin qazıması sahəsində mütəxəssisdir.
Moisey Toidze
Moisey İvanoviç Toidze (gürc. მოსე ივანეს ძე თოიძე) — gürcü rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki (1947), professor, SSRİ xalq rəssamı (1953). Sosialist Əməyi Qəhrəmanı (1932). Moisey Toidze 2 fevral 1871-ci ildə Tiflis şəhərində anadan olmuşdur. 1896—1899-cu ildə Sankt-Peterburqdakı İmperator rəssamlıq akademiyasında oxumuş, İlya Repinin şagirdi olmuşdur. 1899-cu ildə Tiflisə qayıtmışdır. Xalq məişətindən səhnələr ("Msxetoba", 1899—1901), portretlər (anasının portreti, 1904—1905) çəkmişdir. 1920—1940-cı illərdə əsərlərində sosializm quruluşunu, gürcü xalqının yeni həyatını, Böyük Vətən müharibəsi (1941—1945) hadisələrini əks etdirmişdir ("Xoşbəxt həyat", 1934, "Cəbhədən məktub", 1942, "Qələbə mahnısı", 1948—hamısı Gürcüstan SSR İncəsənət Muzeyindədir, Tbilisi). 1930—1953-cü illərdə Tbilisi rəssamlıq akademiyasının professoru olmuşdur. SSRİ xalq rəssamı Uça Caparidze, Gürcüstan SSR xalq rəssamı İrakli Toidze və s.
Moisey Vaynberq
Moisey Samueloviç Vaynberq (12 yanvar 1919, Varşava – 26 fevral 1996, Moskva) — polyak bəstəkarı. RSFSR xalq artisti (1980). SSRİ dövlət mükafatı laureatı (1990). 22 simfoniya, 7 opera, 8 konsert və s. müəllifidir. Moisey Vaynberq 1919-ci ildə Varşava şəhərində anadan olub. 1939-cu ildə Varşava konservatoriyasını, Yuzef Turçinskinin sinfini bitirmişdir. 1939-cu ilin sentyabrında müharibə başladıqda SSRİ-yə qaçmış və burada bir çox filmlərə, o cümlədən Durnalar uçur filminin bəstəkarı olmuşdur. Moisey Vaynberq 1996-cı ildə Moskvada vəfat etmişdir. Durnalar uçur (film, 1957) / rus.
Moisey Vaynşteyn
Moisey Rubinoviç Vaynşteyn — azərbaycanlı yəhudi bəstəkar, konduktor. 1906-cı ildə Bakı quberniyasında anadan olmuşdur. 1930-cu ildə Musiqi Texnikumunu bitirmiş, 1934-cü ildə isə konservatoriyanın məzunu olmuşdur. Bakı Gənclər teatrında (1928-1931), Qırmızı Ordu Teatrında (1931-1933) və Sanitar Mədəniyyət Teatrında (1933-1934) dirijor işləmişdir. 1934-1937-ci illər arası Azərbaycan Dövlət Radiosunda musiqi direktoru, 1939-1940-cı illərdə Azərbaycan SSR İncəsənət aparatının musiqi şöbəsinin müdiri olmuş, 1940-1941ci illərdə Filarmoniyada işləmişdir. Əsasən teatr və opera üçün musiqi yazmışdır. Əsərləri: «Sulamif» (Mixail Kriştul ilə birlikdə, 1937) «Siqnal» (Mixail Kriştul ilə birlikdə, 1941) Veniamin Kamerinin əsərləri əsasında «Mişa, Maşa və Kaşey» uşaq operası (1943) «Əkin sahəsi zərbəçiləri» (1930) «Fra Edhenio» (1931) «Sülh mələyi» (1932) «Tacir Kaşanikovun mahnısı» (Mixail Kriştul ilə birlikdə, 1940) «Pioner dəsti» (1940) Simfoniya (1940) «Seyran» hekayəsinə aimfoniya (Mixail Kriştul ilə birlikdə) Violançel orkestri üçün simfoniya (1955) 4 Azərbaycan xalq mahnısının fortepiano və skripkaya uyğunlaşdırılması (1938) Olqa Belyavska ilə evlənmişdir. Oğulları: Leonid Vaynşteyn - bəstəkar. Kim Vaynşteyn - mühəndis, Harri Kasparovun atası.
Moisey Xorenatsi anonim keşiş müəllifdir (kitab)
Moisey Xorenli
Moisey Xorenli və ya Movses Xorenatsi (erm. Մովսես Խորենացի) — erməni tarixçisi, "Ermənistan tarixi" kitabının müəllifi. Dünya akademik elmi onu, yazılarındakı, verdiyi məlumatlardakı İnterpretasiya, interpolyasiya və anaxronizmə görə daha çox qeyri-ciddi qəbul edir və yazdıqlarını şübhə altına alır. Britannika Ensiklopediyasının verdiyi məlumata görə M.Xorenli haqqında məlumatı "Ermənistan tarixi"ndə yazılan avtobioqrafik məlumatlardan başqa heç bir mənbələrdən tapmaq mümkün olmayıb. Ümumiyyətlə, kitabdakı V əsrdən sonrakı dövrə aid olan məlumatların yer alması onun V əsrdə yox, VII-IX əsrlərdə yaşadığına işarə edir. Ona görə də M.Xorenlinin Mesrop Maştotsun tələbəsi və Saak Baqratuni ilə "tanışlığı" şübhə altına alınır. Devid Marşal Lenqin fikrinə görə artıq 1970-ci illərin axırlarında dünyada Sovet Ermənistanından kənarda "Ermənistan tarixi"nin V əsrə aid olduğuna inanan alim yox idi. Ümumiyyətlə, kanonik erməni tarixinə şübhə ilə yanaşan hər bir alim, tədqiqatçi sovet erməni alimləri tərəfindən çox kəskin, "milliyətçi hücumlara" məruz qaldıqlarını qeyd ediblər. Ronald Suni misal kimi, M.Xorenlinin həyat və yaradıcılığını kəskin şübhə altına alan Robert Tompsona edilən "milliyətçi" hücumları göstərir. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә].
Moisey Yefimov
Moisey Yefimov (saxa Моисей Ефимов ) (4 avqust 1927 – 14 noyabr 2010) – Saxa şairi və tərcüməçisi, Saxa Respublikasının Xalq şairi, SSRİ Yazıçılar Birliyinin üzvü (1957) Moisey Dmitriyeviç Yefimov 4 avqust 1927-ci ildə Yakutiya ASSR Verxoyansk rayonunun Dulgalax kəndində anadan olmuşdur. Milliyyətcə Saha türküdür. 1953-cü ildə Yakutiya Pedaqoji İnstitutunu bitirdikdən sonra "Eder Kommunist" (Yakutiya gəncliyi) qəzetində poeziya və incəsənət şöbəsinin müdiri, "Kıım" adlı respublika qəzetində və "Xotugu sulus" jurnalı redaksiyalarında çalışmış, orta məktəbdə müəllim işləmişdir. 1963–1983 — Yakutiya Yazıçılar Birliyinin məsul katibi və idarə heyəti sədrinin müavini olmuşdur. 1991-ci ildən ömrünün sonunadək Saxa Respublikası (Yakutiya) Yazıçılar Birliyinin İcraiyyə Komitəsinin sədri, Saha Respublikası Ruhani Akademiyasının elmi katibi olmuşdur. SSRİ Yazıçılar Birliyinin üzvü (1957), Saxa Respublikası (Yakutiya) Yazıçılar Birliyinin üzvü (1991) olmuşdur. 14 noyabr 2010-cu ildə vəfat etmişdir. Moisey Yefimovun şeirləri 1940-cı illərin sonlarından etibarən nəşr olunmağa başlamışdır. İlk şeir kitabı "Günəşin batmadığı yerdə" (Киирбэт күннээх дойдуга) 1954-cü ildə nəşr edilmişdir. Sovet dövründə yakut və rus dillərində, bəziləri keçmiş SSRİ xalqlarının dillərində nəşr olunan 48 şeir toplusunun müəllifidir.
Moisey ben Aaron Şirvani
Moisey ben Aaron ben Şeerit Şirvani — Şamaxı yəhudisi, "Aqron" lüğətinin müəllifi. Şirvanda yaşamışdır. 1459-cu ildə Tövrat terminlərindən ibarət olan "Arqon" adlı lüğəti qələmə almışdır. Lüğət günümüzə təkcə hissələr halında gəlib çatmışdır. Y (yud - י) hərfindən sonadək saxlanmış lüğətdə Əhdi-Ətiqin hətta arami terminləri də özünə yer tapmışdır. Bir sözün bütün digər mənalarını ayrı məqalələrdə izah olunmuşdur. Lüğət o vaxtlar Şirvanşahlar dövlətinin dili olan fars dilindədir. Yeganə nüsxəsi Sankt-Peterburqda saxlanır.
Moisey Şaxanoviç
Şaxanoviç Moisey Davidoviç (15 may 1918, Starokonstantinov[d] – 19 oktyabr 1982, Bakı) — Sovet İttifaqı Qəhrəmanı (1 noyabr 1943) Moisey Şaxanoviç 15 may 1918-ci ildə Ukraynanın Starokonstantinov şəhərində yəhudi ailəsində anadan olub. Dnepropetrovsk vaqon təmiri zavodunda usta işləmişdir. 1938-ci ildə orduya çağırılmışdır. Bakı hərbi məktəbini bitirmişdir. Kapitan Moisey Şaxanoviç 51-ci ordunun tank vuran bateriyasının komandiri olmuşdur. Ukraynanın Melitopol şəhəri yaxınlığında gedən döyüşlərdə xüsusi şücaət göstərmiş, 1 noyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. "Lenin" ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir. Müharibə qurtardıqdan sonra Ticarət Nazirliyində işləmişdir. 19 oktyabr 1982-ci ildə Bakıda vəfat etmişdir. Кумок В. Н., Воловник С. В. Евреи Мелитополя.
Moisey Şaxnoviç

Digər lüğətlərdə