MORFOLOJİ
MORUQ
OBASTAN VİKİ
Morj
Su inəyi (Erkəyinə Su öküzü deyilir) və ya Morj (lat. Odobenus rosmarus) — dəniz məməlisi olaraq Morjkimilər fəsiləsinə daxil olan müasir dönəmdə mövcud olan növ. Yaşlı fərdi asanlıqla cavan fərddən fərqləndirmək olur. Bu dəniz canlısı ölçülərinə görə pərayaqlılar arasında yalnız Dəniz filindən geri qalır. Arealı əsasən Arktika qurşağında yerləşir. Nəhəng dəniz məməlisi olan morjlar qalın dəriyə malikdirlər. Ön yuxarı yırtıcı dişləri digərlərinə nisbətdə yaxşı inkişaf etmişdir. Uzun olub, aşağı istiqamətlənmiş formadadır. Geniş sifətə malikdir. İri bığcıqlara sahibdir.
Morj (cins)
Morj (lat. Odobenus) — Morjkimilər fəsiləsinə daxil olan cins. Cinsə bir müasir və bir nəsli kəsilmiş növ daxildir: Odobenus rosmarus Linnaeus, 1758 — Morj, hazırda növə üç yarımnöv daxildir: Odobenus rosmarus rosmarus — Atlantik morju Odobenus rosmarus divergens — Sakitokean morji Odobenus rosmarus laptevi — Laptev morju † Odobenus mandanoensis Tomida, 1989 — Yaponiya sahillərində yayılmış növ hətta ölçülərinə görə sakitokean morjunu belə keçirdi.
Morjkimilər
Morjlar (lat. Odobenidae) — Yırtıcılar dəstəsindən heyvan fəsiləsi. Hazırda morjlar yalnız arktika qurşağında yayılmışlar. Morjkimilər fəsiləsinə müasir dönəmdə yalnlz bir cins və bir növ daxildir. Digər növlər isə arxeoloji qazıntılar nəticəsində aşkarlanmışdır: † Prototaria † Prototaria planicephala † Prototaria primigena † Proneotherium † Proneotherium repenningi † Neotherium † Neotherium mirum † Imagotaria † Imagotaria downsi † Kamtschatarctos † Pelagiarctos † Oriensarctos Üstfəsilə Dusignathinae † Pontolis † Pontolis magnus † Dusignathus † Dusignathus santacruzensis † Dusignathus seftoni † Gomphotaria † Gomphotaria pugnax † Pseudobenus Altfəsilə Odobeninae † Aivukus † Aivukus cedrosensis † Alachtherium † Gingimanducans † Pliopedia † Protodobenus † Protodobenus japonicus † Prorosmarus † Valenictus † Valenictus chulavistensis † Valenictus imperialensis Odobenus — Morjlar † Odobenus mandanoensis Odobenus rosmarus — Morj Encyclopedia of Marine Mammals, ed. William F. Perrin, Bernd Würsig, J. G. M. Thewissen Marine Mammals, Evolutionary Biology, 2nd ed.
Morjlar

Morjov adası
Morjov adası — Kara dənizində, Pyasin körfəzində, Sibir sahillərindən şimalda, Pyotr Çiçakov sahilindən şimalda yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisində yerləşir. Taymır yarımadasından Kuroçkin (11 km) boğazı ilə ayrılır. Rastorquev adasından 14 km məsafədə yerləşir. Adanın uzunluğu 4,4 km, maksimal eni isə 2,4 km təşkil edir. Sahil xəttinin uzunluğu 12,5 km-dir. Sahilləri sıldırımlıdır. Elədə böyük olmayan buxtalara adanın şərq və şimalıbda rastlanır. Kamennıe adaları qrupuna daxildir.
Morjoves adası
Morjoves adası - Ağ dənizə daxil olan Mejen körfəzində yerləşən ada. İnzibati baxımından Arxangelsk vilayəti, Mejenski rayonu, Koyden kənd inzibati vahidliyinə daxildir. Ada Voronov burnundan 12 mil şimal-şərqdə, Konuşin burnundan isə 38 mil cənub-qərbdədir. Adanın sahəsi 110 км²-dir. Bununla belə dəniz tərəfindən yuyulması davam etdiyindən sahəsi azalır. Şimal-şərqində mayak və hidrometeoloji stansiya vardır (16 fevral 2018-ci ildə fəaliyyətini dayandırmışdır). Şərq və cənub-şərq sahillərinə yaxın Morjovskie koşki adlı dayazlıq vardır. Ərazisində tundra bitkiləri yayılmışdır. Axar və gölləri vardır. Əsasən qumlu-gilli suxurlardan təşkil olumnmuşdur.

Digər lüğətlərdə