mundirli
munis-munis
OBASTAN VİKİ
Munis Abbaslı
Munis Agahi
Munis Xarəzmi (1778–1829) — Özbəkistan şairi. Munis Xarəzmi (1778–1829) yüksək təhsil almış, böyük klassiklərin əsərlərini öyrənmişdir. O ziyalı ailədəanadan olmuşdur. Munis klassik şeir vəzni olan əruz vəznində gözəl əsərlər yazmışdr. Qəzəlləri, qəsidələri, tərkibbəndləri, qitələri ilə şeirin müxtəlif formalarda cığatay ədəbiyyatının gözəl poetik nümunələrini yaradan şair ədəbi dil zənginliyi ilə də fərqlənirdi. Onun yaradıcılığı "Həmsöhbət sevgililər" divanında toplanmışdır. Divana "Bilik haqqında traktat" və "Xoşbəxtlik bağı" adlı tarixi əsərləri də əlavə olunmuşdur. Munis Xarəzmi və Məhəmmədrza Agahi (1809–1874) tərəfindən Xivə tarixləri öz poetik ifadəsini tapmışdır. Ənvər Çingizoğlu, Orta əsr qaynaqları oğuz-türkmən tayfaları haqqında, Sumqayıt, SDU-nun nəşriyyatı, 2012, 136,-səh.
Munis Bayramov
Munis Müzəffər
Əbülhəsən Munis Kuşuri (ərəb. ابوالحسن مؤنس ابوالحسن‎; 844 – 933, Bağdad), həmçinin Müzəffər (ərəb. المظفر‎) və Xədim (ərəb. ﺍﻟﺨﺎﺩﻡ‎) soyadları ilə də bilinir — 908-ci ildən 933-cü ildə ölümünə qədər Abbasilər xilafətinin ordusunun baş komandanı, 928-ci ildən xilafətin faktiki diktatoru. Əslən bizanslı yunan xədim və kölə olan Munis 880-ci illərdə gələcək xəlifə Mötəzid yanında hərbi xidmətə girmişdir. Yüksək rütbələr əldə edən Munis 901-ci ildə məhkəmə intriqalarında iştirakının nəticəsi olaraq qəfil rüsvay olmuşdur. O, növbəti yeddi ili Məkkə valisi kimi faktiki sürgündə keçirmiş, lakin 908-ci ildə xəlifə Müqtədir tərəfindən geri çağırılmışdır. Munis xəlifə Müqtədiri 908-ci ilin dekabrında baş tutan saray çevrilişində xilas etməklə fərqlənmişdir. O, xəlifə və xəlifənin anası Şəğəbin dəstəyi ilə xəlifə ordusunun baş komandanı olmuş və bu rolda Bizans imperiyasına qarşı bir neçə ekspedisiyada xidmət etmiş, 927-ci ildə Bağdadı qərmətilərdən xilas etmiş, 915-ci və 920-ci illərdə Fatimilər xilafətinin Misirdən iki yürüşünü dəf etmişdir. Bianquis, Thierry (1998).
Munis Xarəzmi
Munis Xarəzmi (1778–1829) — Özbəkistan şairi. Munis Xarəzmi (1778–1829) yüksək təhsil almış, böyük klassiklərin əsərlərini öyrənmişdir. O ziyalı ailədəanadan olmuşdur. Munis klassik şeir vəzni olan əruz vəznində gözəl əsərlər yazmışdr. Qəzəlləri, qəsidələri, tərkibbəndləri, qitələri ilə şeirin müxtəlif formalarda cığatay ədəbiyyatının gözəl poetik nümunələrini yaradan şair ədəbi dil zənginliyi ilə də fərqlənirdi. Onun yaradıcılığı "Həmsöhbət sevgililər" divanında toplanmışdır. Divana "Bilik haqqında traktat" və "Xoşbəxtlik bağı" adlı tarixi əsərləri də əlavə olunmuşdur. Munis Xarəzmi və Məhəmmədrza Agahi (1809–1874) tərəfindən Xivə tarixləri öz poetik ifadəsini tapmışdır. Ənvər Çingizoğlu, Orta əsr qaynaqları oğuz-türkmən tayfaları haqqında, Sumqayıt, SDU-nun nəşriyyatı, 2012, 136,-səh.
Munis Şərifov
Munis Məhəmməd İsmayıl oğlu Şərifov (24 aprel 1962, Ərəbocağı, Ağdaş rayonu) — Azərbaycan musiqiçisi, Azərbaycanın xalq artisti (2016). 1962-ci ildə anadan olmuşdur. Munis Şərifov 1977-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunda, 1986-cı ildə isə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. O, 1990-cı ildən Bakı Musiqi Akademiyasında konsertmeyster-müəllim vəzifəsində çalışır. Habelə Bakı Musiqi Akademiyasının qədim musiqi alətlərinin bərpası elmi laboratoriyasının işçisidir. M.Şərifov ansamblın tərkibində bir çox dövlət tədbirlərində çıxış etmişdir. 2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində UNESKO-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil etmişdir. Ansamblın ifasında UNESKO tərəfindən kompakt-disk buraxılmışdır. O, çalışdığı ansamblla birlikdə 2005-ci il Düşənbədə "Qəlblərin səsi" festivalında, İstanbul şəhərində "İslam ölkələrinin mədəniyyət həftəsi" çərçivəsində təşkil edilmiş mədəni proqramlarda yüksək səviyyədə çıxış etmişdir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
Gülarə Munis
Gülarə Munis (Kərimova Gülarə Musa qızı) — yazıçı-publisist, şairə, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü. Şərqdə Azərbaycan türkcəsində iki "Divan" kitabı yazan ilk qadın şairdir. Gülarə Munisin birinci "Divan" kitabı 2007-ci ildə, "İkinci Divan" kitabı isə 2023-cü ildə nəşr olunub. == Həyat və yaradıcılığı == Kərimova Gülarə Musa qızı (Gülarə Munis) 30 dekabr 1953-cü ildə Bakı şəhərində anadan olub. Xəzər rayonu 206 №-li məktəbin fəxri məzunudur. Şeirləri və publisist yazıları 1988-ci ildən dövri mətbuatda dərc olunur. 30 kitab müəllifidir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə yazıları 2-ci, 5-ci, 8-ci, 9-cu, 10-cu və 11-ci sinif dərsliklərinə daxil edilib. Nağılları "Çaşıoğlu" nəşriyatının 2-ci, 3-cü və 4-cü siniflər üçün hazırladığı "Bütün fənlər" adlı dərsliklərə daxil edilib. Şəhidlər haqqında "At, o qara örpəyi" və Milli Qəhrəman Sahil Məmmədov haqqında çəkilən "Vətənin Sahili" qısametrajlı filmlərin ssenari müəllifidir.
Minas Munisipal Muzeyi
Minas Munisipal Muzeyi — Kubanın Minas şəhərinin Koralon küçəsində yerləşən muzeydir. Muzey 29 dekabr 1982-ci ildə yaradılmışdır. Muzeydə tarixi və silah kolleksiyaları nümayiş olunur.
Munisipiya
Munisipiya (lat. municipi = bələdiyyə) 1972-ci ildən Roma şəhərinin idarəçiliyini təkmilləşdirmək məqsədilə tətbiq edilmiş inzibati bölgü vahididir.
Munisipalizm
Bələdiyyəçilik və ya munisipalizm — bir şəhər və ya qəsəbə kimi lokal səviyyədə daxili idarəetməni, beləliklə, suveren bir dövlətin inzibati bölməsi kimi öz idarəetmə səlahiyyətinə malik bələdiyyə sistemini müdafiə edən siyasi ideologiya. Bələdiyyəçilik bələdiyyələrə primitiv dəstəkdən daha geniş anlayışdır. Bu, bələdiyyələrin lokal səviyyədə siyasi dəyişikliklərin həyata keçirilməsi vasitəsi kimi üstünlüyünü dəstəkləyir və bununla da hökumətin daha yüksək səviyyələrində siyasi dəyişiklikləri həyata keçirmək üçün qrasruts hərəkatları dəstəkləyir. Bu, bələdiyyədən dəyişiklik həyata keçirmək üçün vasitə kimi istifadə etməyə yönəlmiş sosial dəyişikliyin həyata keçirilməsinə yanaşmadır. Fransa inqilabı zamanı inqilabi icmalar bələdiyyə hökumətlərini idarə etmi. və qonşu şəhərlər arasında ittifaqlar qurmuşdur. Beləliklə, Fransanın cənubunda kommunalizm kimi tanınan yüzlərlə "bələdiyyə respublikası" federasiyası yaradılmışdır. Bələdiyyəçilik daha spesifik ideoloji nəticələrə səbəb olmaq üçün müasir siyasi hərəkatlar tərəfindən də istifadə edilmişdir.
Munisnamə
Munisnamə — XII əsr ədibi Əbubəkr ibn Xosrov əl-Ustad tərəfindən fars dilində yazılmış əsər. == Məzmunu == Munisnamədə İslam baxışının süzgəcindən keçmiş, müxtəlif inanc sistemlərindən (animizm, antropomorfizm, dualizm, totemizm, şamanizm, monoteizm) qaynaqlanan dünya modeli təqdim edilir. Bu modelə görə, ucaların ucası Allah ilk növbədə yeddi qapısı olan cəhənnəmi yaratmışdır. Allah daha sonra yaratdığı Xalid və Salitə silkələnmələrini əmr etmişdir, onlardan saysız-hesabsız əqrəb və ilan düşmüşdür. Bu dünya modelində ildə iki dəfə isti və soyuğa görə, cəhənnəm qaynayır. Cəhənnəm dəniz kimi dalğalanır, dalğaları sahilə minlərlə ilan atır. İnsan dünyasında yayın isti, qışın soyuq keçməsi də cəhənnəmin qaynaması ilə izah edilir. Daha sonra Allahın əmri ilə onun yaratdığı Xalid və Salit evlənir. Salit hamilə qalır, yeddi oğlu və yeddi qızı olur. Uşaqlar yetkinliyə çatandan sonra Allah onları bir-biri ilə evləndirir.

Digər lüğətlərdə