Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Munis Abbaslı
Munis Həbibullah oğlu Abbaslı (18 mart 2000, Beyləqan rayonu – 15 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Munis Abbaslı 18 mart 2000-ci il Beyləqan rayonunda anadan olub. 2007-2018-ci illərdə Beyləqan rayonu F.Hacıyev adına 2 saylı tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Abbaslı Munis 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə başlayıb. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Abbaslı Munis 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbaslı Munis oktyabrın 14-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.
Munis Agahi
Munis Xarəzmi(1778-1829) — Özbəkistan şairi. == Həyatı == Munis Xarəzmi (1778-1829) yüksək təhsil almış, böyük klassiklərin əsərlərini öyrənmişdir. O ziyalı ailədəanadan olmuşdur. Munis klassik şeir vəzni olan əruz vəznində gözəl əsərlər yazmışdr. Qəzəlləri, qəsidələri, tərkibbəndləri, qitələri ilə şeirin müxtəlif formalarda cığatay ədəbiyyatının gözəl poetik nümunələrini yaradan şair ədəbi dil zənginliyi ilə də fərqlənirdi. Onun yaradıcılığı «Həmsöhbət sevgililər» divanında toplanmışdır. Divana «Bilik haqqında traktat» və «Xoşbəxtlik bağı» adlı tarixi əsərləri də əlavə olunmuşdur. Munis Xarəzmi və Məhəmmədrza Agahi (1809-1874) tərəfindən Xivə tarixləri öz poetik ifadəsini tapmışdır. == Mənbə == Ənvər Çingizoğlu, Otra əsr qaynaqları oğuz-türkmən tayfaları haqqında, Sumqayıt, SDU-nun nəşriyyatı, 2012, 136,-səh.
Munis Bayramov
Munis Bayramov Məmməd oğlu — Qaradağ Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri. Birinci dərəcəli dövlət qulluqçusu. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2013-cü ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, 2017-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.Yeni Azərbaycan Partiyasının təsisçilərindən, 91-lərdən biri olmuşdur. YAP-ın idarə heyətinin (1992–1999), YAP siyasi şurasının üzvü olmuşdur (1999–2005). == Həyatı == Munis Bayramov 18 noyabr 1962-ci ildə Gürcüstanın Bolnisi şəhərində anadan olmuşdur. 1984-cü ildə Həsən bəy Zərdabi adına Kirovabad (Gəncə) Dövlət Pedoqoji İnstitutunun filologiya fakultəsini, 1999-cu ildə isə Bakı Dövlət Universitetinin hüquq fakultəsini fərqlənmə diplomları ilə bitirmişdir. Əmək fəaliyyətinə İsmayıllı rayonunda müəllimliklə başlamışdır. == Siyasi fəaliyyəti == 1997-ci ilin oktyabr ayından 2000-ci ilin sentyabr ayınadək Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmışdır. 2001-ci ilin iyul ayından Qaradağ Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində işləyir. == Ədəbi fəaliyyəti == "Mənə Şair Deməyin" adlı iri həcmli şerlər toplusunun, "Türkün Dastanı" adlı iri həcmli poemalar toplusunun muəllifidir.Bir çox almanaxlarda şerləri dərc olunub.
Munis Müzəffər
Əbülhəsən Munis Kuşuri (ərəb. ابوالحسن مؤنس ابوالحسن‎; 844 – 933, Bağdad), həmçinin Müzəffər (ərəb. المظفر‎) və Xədim (ərəb. ﺍﻟﺨﺎﺩﻡ‎) soyadları ilə də bilinir — 908-ci ildən 933-cü ildə ölümünə qədər Abbasilər xilafətinin ordusunun baş komandanı, 928-ci ildən xilafətin faktiki diktatoru. Əslən bizanslı yunan xədim və kölə olan Munis 880-ci illərdə gələcək xəlifə Mötəzid yanında hərbi xidmətə girmişdir. Yüksək rütbələr əldə edən Munis 901-ci ildə məhkəmə intriqalarında iştirakının nəticəsi olaraq qəfil rüsvay olmuşdur. O, növbəti yeddi ili Məkkə valisi kimi faktiki sürgündə keçirmiş, lakin 908-ci ildə xəlifə Müqtədir tərəfindən geri çağırılmışdır. Munis xəlifə Müqtədiri 908-ci ilin dekabrında baş tutan saray çevrilişində xilas etməklə fərqlənmişdir. O, xəlifə və xəlifənin anası Şəğəbin dəstəyi ilə xəlifə ordusunun baş komandanı olmuş və bu rolda Bizans imperiyasına qarşı bir neçə ekspedisiyada xidmət etmiş, 927-ci ildə Bağdadı qərmətilərdən xilas etmiş, 915-ci və 920-ci illərdə Fatimilər xilafətinin Misirdən iki yürüşünü dəf etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Bianquis, Thierry (1998).
Munis Xarəzmi
Munis Xarəzmi(1778-1829) — Özbəkistan şairi. == Həyatı == Munis Xarəzmi (1778-1829) yüksək təhsil almış, böyük klassiklərin əsərlərini öyrənmişdir. O ziyalı ailədəanadan olmuşdur. Munis klassik şeir vəzni olan əruz vəznində gözəl əsərlər yazmışdr. Qəzəlləri, qəsidələri, tərkibbəndləri, qitələri ilə şeirin müxtəlif formalarda cığatay ədəbiyyatının gözəl poetik nümunələrini yaradan şair ədəbi dil zənginliyi ilə də fərqlənirdi. Onun yaradıcılığı «Həmsöhbət sevgililər» divanında toplanmışdır. Divana «Bilik haqqında traktat» və «Xoşbəxtlik bağı» adlı tarixi əsərləri də əlavə olunmuşdur. Munis Xarəzmi və Məhəmmədrza Agahi (1809-1874) tərəfindən Xivə tarixləri öz poetik ifadəsini tapmışdır. == Mənbə == Ənvər Çingizoğlu, Otra əsr qaynaqları oğuz-türkmən tayfaları haqqında, Sumqayıt, SDU-nun nəşriyyatı, 2012, 136,-səh.
Munis Şərifov
Munis Məhəmməd İsmayıl oğlu Şərifov (24 aprel 1962, Ərəbocağı, Ağdaş rayonu) — Azərbaycan musiqiçisi, Azərbaycanın xalq artisti (2016). == Həyatı == 1962-ci ildə anadan olmuşdur. Munis Şərifov 1977-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunda, 1986-cı ildə isə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. O, 1990-cı ildən Bakı Musiqi Akademiyasında konsertmeyster-müəllim vəzifəsində çalışır. Habelə Bakı Musiqi Akademiyasının qədim musiqi alətlərinin bərpası elmi laboratoriyasının işçisidir. M.Şərifov ansamblın tərkibində bir çox dövlət tədbirlərində çıxış etmişdir. 2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində UNESKO-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil etmişdir. Ansamblın ifasında UNESKO tərəfindən kompakt-disk buraxılmışdır. O, çalışdığı ansamblla birlikdə 2005-ci il Düşənbədə "Qəlblərin səsi" festivalında, İstanbul şəhərində "İslam ölkələrinin mədəniyyət həftəsi" çərçivəsində təşkil edilmiş mədəni proqramlarda yüksək səviyyədə çıxış etmişdir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
Minas Munisipal Muzeyi
Minas Munisipal Muzeyi — Kubanın Minas şəhərinin Koralon küçəsində yerləşən muzeydir. Muzey 29 dekabr 1982-ci ildə yaradılmışdır.Muzeydə tarixi və silah kolleksiyaları nümayiş olunur.
Munisipiya
Munisipiya (lat. municipi = bələdiyyə) 1972 ci ildən Roma şəhərinin idarəçiliyini təkmilləşdirmək məqsədilə tətbiq edilmiş inzibati bölgü vahididir.
Manis
Panqolinlər (lat. Pholidota) — euarxontoqlireslər dəstəüstünə aid heyvan dəstəsi.
Tunis
Tunis (ərəb. التونس‎‎) və ya rəsmi adı ilə Tunis Respublikası (ərəb. الجمهوریة التونسیة‎‎) — Şimali Afrikada dövlət. Tunis coğrafi baxımdan Məğrib ölkəsidir. Qərbdə və cənub-qərbdə Əlcəzair, cənub-şərqdə Liviya ilə həmsərhəddir. Şimalda və şərqdə isə Aralıq dənizinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Tunis, ümumi sahəsi 163,610 kvadrat kilometr, əhalisinin sayı 11 milyon nəfərdən çoxdur. Ölkənin cənubunda Saxara səhrası, şərqində Atlas dağları yerləşir. == Tarix == === Erkən tarixi === Bir zamanlar Tunisdə Bərbər tayfaları yaşayırdı. Onlardan çoxu sahil xətti boyu kiçik şəhərləri və limanları tikmişdi, beləliklə onlar Aralıq dənizində hər yerdən müxtəlif səyahətçilər ilə ticarət edə bilirdilər.
Aşıq Yunis
Aşıq Yunis (Yunis Məmməd oğlu İbrahimov; d. 1888, Göyçə mahalı, Cil – ö. 1974, Ermənistan SSR, Cil) — Azərbaycanlı aşıq. == Həyatı == Aşıq Yunis 1888-ci ildə Göyçə mahalının Cil kəndində anadan olmuşdur. Körpə ikən atasını itirən Yunis ailənin ağırlığını öz çiyninə götürmüş, körpə qardaş və bacılarını böyütmüşdür.Yunis Aşıq Zaman, Aşıq Mehdi və Aşıq Qasım (cilli) qardaşlarına şəyird olmuşdur. Az vaxt içərisində püxtələşərək bir aşıq kimi yetişmiş, Göyçə hüdudlarından kənarda da Əli Mazanoğlu ilə birgə gəlinlər gətirmiş, qızlar köçürmüşdür. 1918-ci ildə amansız daşnak gülləsi onun sol biləyini dağıtmışdır. Bu hadisə qaçqınlıq illərinə təsadüf edir. Tovuzun Qovlar kəndindən olan Yadigar oğlu İsmayıl onun qolunu müalicə etmişdir. 1935-ci ildə Basarkeçər, 1937-1938-ci illərdə İrəvanda, 1938-ci ilin yayında Krasnoselonun rayon təşkil edilməsi münasibətilə olan toplantıda, 1944-cü ildə faşizm üzərində qələbənin yaxınlaşması ilə olan toplantıda ölçüyə gəlməz yüksək sənətkarlıq nümayiş etdirmişdir.
Elxan Yunis
Abbasov Elxan Yunis oğlu — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2014). == Həyatı == Elxan Abbasov 1971-ci il 6 dekabrda Gəncə şəhərində anadan olub. 1988–1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Fuad Poladovun kursunun yetirməsidir. 1992-ci ildə Gəncə Dövlət Nizami Poeziya Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Qısa müddət üçün kinostudiyada kaskadyor kimi də çalışıb. 13 fevral 2014-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. Elxan Abbasov həmçinin 2017-ci ildə Türkiyənin Ankara şəhərində baş tutan Hak-iş Beynəlxalq Qısa Film festivalında " Qarabağ " qısa filmində canlandırdığı Elxan obrazı ilə "Ən yaxşı kişi aktyoru" nominasiyası üzrə birinci yerə layiq görülüb. Ailəlidir. 3 övladı var.
Kamran Yunis
Kamran Yunis (5 dekabr 1974, Bakı) — Azərbaycan teatr və kino aktyoru, rejissor, bədii qiraət ustası, "ARRI", "Altın Şafran", "Vaqif Səmədoğlu" mükafatları laureatı. == Həyatı == Kamran Yunis 5 dekabr 1974-cü ildə, əslən Balakənli olsa da, Bakıda anadan olub. 1991–96-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Ustad rejissor Vaqif İbrahimoğlu, Həsənağa Turabovun tələbəsi olub. 1993-cü ildən 2011-ci ilə kimi "YUG" teatrının sənətçisi olub. Rusiya, İran, Amerika, Misir, Türkiyə, İtaliya, Hindistanın beynəlxalq film festivallarının iştirakçısı olub. Odlar Yurdu Azərbaycan filmi "ARRİ" mükafatına layiq görülüb. 2015-ci ildə Türkiyədə Xəlvətdə qalmış müdrik filmi "Altun şafran" mükafatına layiq görülüb. Sənətçinin çəkildiyi Rami filmi 2007-ci ildə Hinistanın New Delhi şəhərində keçirilən Asian film festivalında "opening film" (açılış filmi) olub. Rami filminə görə 2007-ci ildə dünyanın bir çox dövlətlərində, ən məşhur qəzetlər (The New York Times, New Delhi Times) məhz ondan yazıb.
Mila Kunis
Milena Markovna Kunis (ukr. Мілена Марківна Куніс; 14 avqust 1983, Çernovtsı, Ukrayna SSR, SSRİ) — ABŞ aktrisası. 14 yaşında olarkən çəkildiyi "That '70s Show" teleserialı ilə məşhurlaşıb. O, 1999-cu ildən etibarən "Qriffinlər" animasiya sitkomunda Meq personajını səsləndirir. == Həyatı == Mila Markovna Kunis 14 avqust 1983-cü ildə Ukrayna SSR-nin Çernovtsı şəhərində yəhudi ailəsində dünyaya gəlib. Onun anası Elvira aptek işlədən fizika müəllimi, atası Mark Kunis isə taksi sürücüsü olub. Kunis 1991-ci ildə 7 yaşında ikən valideynləri ilə birlikdə ABŞ-nin Los-Anceles şəhərinə köçüb.
Miqel Munos
Miqel Munos Mosun (isp. Miguel Muñoz Mozún; d. 19 yanvar 1922 – ö. 16 iyul 1990) — keçmiş İspaniya futbolçusu, yarımmüdafiəçisi və baş məşqçisi. O, futbol karyerasının çox hissəsini "Real Madrid" FK-da keçirmiş, daha sonra isə klubun baş məşqçisi olmuşdur. Munosun baş məşqçi olduğu dövrdə "Real Madrid" FK iki dəfə Avropa Kuboku çempionu və doqquz dəfə La Liqa çempionu olmuşdur. Munos İspaniya milli futbol komandasının da baş məşqçisi olmuşdur və İspaniya millisini UEFA Avro 1984-ün çempionu etmişdir.
Monastır (Tunis)
Monastır (المـنسـتير: Ərəb dili al-munastîr, Latın dili monasterium) — Tunisdə bir şəhər və turizm mərkəzidir. Eyni zamanda ənənəvi bir balıqçılıq mərkəzidir. 2004-cü il siyahıyaalınmasına görə əhalisinin sayı 41,400-dir. Monastır vilayətinin mərkəzidir.
Sus (Tunis)
Sus (Ərəb dilində: سوسة‎‎, Sus‎;‎ fransız dilində: Sousse) — Tunisdə şəhər, eyniadlı vilayətin mərkəzi. Əhalisi - 173 047 nəfər (2004). == Tarixi == Qədim dövrlərdə Sus şəhəri Qadrumet adlanırdı və o, Afrikada ilk finikiya koloniyalarından və Karfagen dövlətinin ən iri mərkəzlərindən biri idi. III Pun müharibəsi dövründə Sus (Qadrumet) Roma tərəfindən çıxış etdiyinə görə onun sakinlərinə Roma vətəndaşlığı hüququ verilmişdir. Trayanın hakimiyyəti dövründə şəhər koloniya statusu almışdır. Diokletianın hakimiyyəti dövründə isə Bizatsena əyalətinin mərkəzi idi. İmperator Yustinianın dövründə şəhərin adı dəyişdirilərək Yustinianopol adlandırılmışdı. Ərəb işğalı dövründə şəhər Sus adlandırılan bu şəhər bir neşə əsrdən sonra öz əhəmiyyətini itirmişdir. Aqlabidlər sülaləsindən olan Kayruan hakimləri Susa liman şəhəri kimi mühüm əhəmiyyət verirdilər. Onlar 850 ci ildə bu şəhərdə böyük məscid və 859-cu ildə şəhərin ətrafında müdafiə divarlarını tikdilər.
Tunis (şəhər)
Tunis (ərəb. تونس‎) — Tunisin paytaxtı və ən böyük şəhəri. Aralıq dənizindəki Tunis körfəzinin sahilində və Tunis gölünün yaxınlığında yerləşir. Kanal və dəmir yolu vasitəsilə Rades və Xalq-əl-Vadi (fr. La Goulette) limanı ilə birləşir. Əhalisi 2011-ci ilin hesablamalarına görə 2,2 milyon nəfər, şəhərətrafı ilə birlikdə 4 milyon nəfərə yaxındır. Şəhərin adı tarixi mənbələrdə ilk dəfə 814-cü ildə çəkilir, şəhərdəki ən qədim tikili isə XIII–XV əsrlərə aid edilir.
Tunis Respublikası
Tunis (ərəb. التونس‎‎) və ya rəsmi adı ilə Tunis Respublikası (ərəb. الجمهوریة التونسیة‎‎) — Şimali Afrikada dövlət. Tunis coğrafi baxımdan Məğrib ölkəsidir. Qərbdə və cənub-qərbdə Əlcəzair, cənub-şərqdə Liviya ilə həmsərhəddir. Şimalda və şərqdə isə Aralıq dənizinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Tunis, ümumi sahəsi 163,610 kvadrat kilometr, əhalisinin sayı 11 milyon nəfərdən çoxdur. Ölkənin cənubunda Saxara səhrası, şərqində Atlas dağları yerləşir. == Tarix == === Erkən tarixi === Bir zamanlar Tunisdə Bərbər tayfaları yaşayırdı. Onlardan çoxu sahil xətti boyu kiçik şəhərləri və limanları tikmişdi, beləliklə onlar Aralıq dənizində hər yerdən müxtəlif səyahətçilər ilə ticarət edə bilirdilər.
Tunis Universiteti
Tunis Universiteti (ərəb. جامعة تونس‎) — Tunisdə eyniadlı paytaxtında yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1945-ci ilin oktyabr ayında qoyulmuşdur.
Tunis bayrağı
Tunis bayrağı — Tunisin Dövlət bayrağı Tunisin dövlət bayrağı rəsmi şəkildə 1999-cu ilin iyun ayının 30-da qəbul edilib. 1827-ci ilin oktyabr ayının 20-də Navarin döyüşündən sonra Tunis hökmdarı əl-Hüseyn ikinci ibn Mahmud Tunisin hazırkı bayrağını tətbiq edib. Aypara və ulduz şəkli İslamı tərənnüm etməklə yanaşı, uğurun da rəmzi sayılır. Bundan əlavə, aypara və ulduz şəkli Tunisin vaxtilə Osmanlının tərkibinə daxil olduğuna dəlalət edir. Ölçüsü 2:3 nisbətindədir.
Tunis bəyliyi
Ər Jedid Məscidi
Tunis himni
Vətənin müdafiəçiləri (ərəb. حماة الحمى‎‎) — Tunis dövlət himni, 1987-ci ilin noyabrında təsdiq olunub.
Tunis inqilabı
Tunisin paytaxtı Tunis şəhərində də kasıblar küçələrə çıxmağa başlayıblar. Paytaxtda əsasən, fəhlələrin yaşadıqları Ettadamen məhəlləsində yüzlərlə gənc mağazalara hücum çəkib, bir bankı yandırıb. Polis onlara qarşı güc tətbiq edib. Hökumət bu vaxta qədər baş verən olaylarda 21 nəfərin öldüyünü açıqlayıb. Ancaq hüquq müdafiəçiləri ölənlərin sayının 50 nəfəri keçdiyini iddia edirlər. Tunis hakimiyyəti ölkədə komendant saatı tətbiq edib. Lent.az-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb bir həftədən artıqdır ki, ölkədə işsizliyə, qiymət artımına və korrupsiyaya etiraz edən yoxsulların aksiyalarının səngiməməsidir. Komendant saatı saat 20:00-dan saat 06:00-a qədər insanların və nəqliyyatın hərəkətinin qadağan edilməsini nəzərdə tutur. Ölkədəki bütün məktəblər və universitetlər artıq bağlanıb. Bu arada Tunis prezidenti Zin əl-Abidin bin Əli ölkədə 300 min yeni iş yeri yaradılacağına söz verib.
Tunis şəhəri
Tunis (ərəb. تونس‎) — Tunisin paytaxtı və ən böyük şəhəri. Aralıq dənizindəki Tunis körfəzinin sahilində və Tunis gölünün yaxınlığında yerləşir. Kanal və dəmir yolu vasitəsilə Rades və Xalq-əl-Vadi (fr. La Goulette) limanı ilə birləşir. Əhalisi 2011-ci ilin hesablamalarına görə 2,2 milyon nəfər, şəhərətrafı ilə birlikdə 4 milyon nəfərə yaxındır. Şəhərin adı tarixi mənbələrdə ilk dəfə 814-cü ildə çəkilir, şəhərdəki ən qədim tikili isə XIII–XV əsrlərə aid edilir.
Xan-Yunis
Xan-Yunis (ərəb. خان يونس‎) — Fələstin milli administrasiyası tərkibində yerləşən, Qəzzə zolağına daxil olan şəhərdir. Eyni adlı əyalətin inzibati mərkəzidir. == Tarixi == Şəhərin adı gələcəkdə əmir olan, 1389-cu ild şəhərdə xan karvansarasının və məscidin əsasını qoymuş ən-Nurizi Yunisin adıyla bağlıdır. Sonra onun inşa etdirdikləri qəsəbə şəklində yaradıldı.1516-cı ildə Osmanlı-Məmlük müharibəsinin gedişatında Xan-Yunisin ətraflarında döyüş baş verdi. Hadim Sinan Paşanın başçılıq etdiyi Osmanlı qoşunu bu şəhər üzərinə hücuma keçdi. Nəticədə Osmanlı ordusu və gücü hesabına Misir məmlüklərinə qalib gəldi. == Coğrafi mövqeyi == Şəhər sektorun cənub hissəsindədir. Aralıq dənizinin sahilinə yaxın, Qəzzə zolağından isə təxminən 20 kilometr cənub-qərbdə yerləşmişdir. Ən yüksək yeri dəniz səviyyəsindən 73 m hündürlükdədir.
Yunis (peyğəmbər)
Yunus Peyğəmbər – Allahın elçisi. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Hud, Məhəmməd və Yunus) biridir. Bundan başqa, müqəddəs Kitabımızda bir neçə surədə onun adı anılır. Müqəddəs Kitaba (Tövrat, Zəbura, İncilə) əsasən, Assuriyanın paytaxtı Ninəva şəhərində (bu şəhər indiki İraq ərazisində, Mosul yaxınlığında olub) doğulan Yunus peyğəmbər ömrünün otuz üç ilini Allaha iman etməyə çağırıb. Amma cəmi iki-üç adam ona inanıb. == Bibliyada == Bibliyada Yunus İona kimi verilir. Əhdi-ətiqdə deyilir ki, Assuriyanın paytaxtı Ninəvada əhali çox varlı həyat sürürmüş. Bu, onların dini və mənəvi cəhətdən çökməsinə gətirib çıxarır. Bu zaman Allah peyğəmbər Yunusu onlara göndərir ki, yollarına düzəlib tövbə etməsələr, onları gözləyən fəlakət barədə xəbərdarlıq etsin: "Allah dedi: "Dur get Ninəvaya – o böyük şəhərə, bildir ki, yaramazlıqlarından xəbərdaram" (Peyğəmbər İonanın kitabı, 1:2). Amma Yunus peyğəmbər Allahın sözünə qulaq asmayıb və gəmiyə oturub başqa ölkəyə gedib.
Münir Özkul
Münir Özqul (15 avqust 1925, İstanbul, Türkiyə — 5 yanvar 2018, İstanbul, Türkiyə)—Türk aktyoru. == Həyatı == Münir Özqul 15 avqust 1925-ci ildə İstanbulun Bakırköy adlanan ərazisində anadan olub. Münir lap kiçik yaşlarından tanınır, sevilirdi. Necə də olmasa paşa nəvəsi idi və bu sevgi heç də paşa qorxusundan deyil, əksinə paşa olmasına rəğmən heç vaxt özünü sıravi insanlardan ayırmayan birinə bəslənən sevgidən qaynaqlanırdı. Münirdə aktyorluq istedadı çox erkən yaşlarında hiss olunmağa başlamışdı. Ətrafındakı insanları asanlıqla güldürməyi, yamsılamağı bacaran bu gənc çox keçmədən elə Bakırköydəki "Halkevi" adlanan aktyorluq dərnəyinə yazılır. Bununla paralel olaraq "İstanbul Erkek Lisesi" məzunu olur. "Halkevi"ndəki çıxışları onu Ankara və İstanbul dövlət teatrlarına daşıyır. Teatrda növbəti dayanacağı İstanbul şəhər teatrı olur. O, burada peşəkar aktyor kimi yetişir.
Münir Özqul
Münir Özqul (15 avqust 1925, İstanbul, Türkiyə — 5 yanvar 2018, İstanbul, Türkiyə)—Türk aktyoru. == Həyatı == Münir Özqul 15 avqust 1925-ci ildə İstanbulun Bakırköy adlanan ərazisində anadan olub. Münir lap kiçik yaşlarından tanınır, sevilirdi. Necə də olmasa paşa nəvəsi idi və bu sevgi heç də paşa qorxusundan deyil, əksinə paşa olmasına rəğmən heç vaxt özünü sıravi insanlardan ayırmayan birinə bəslənən sevgidən qaynaqlanırdı. Münirdə aktyorluq istedadı çox erkən yaşlarında hiss olunmağa başlamışdı. Ətrafındakı insanları asanlıqla güldürməyi, yamsılamağı bacaran bu gənc çox keçmədən elə Bakırköydəki "Halkevi" adlanan aktyorluq dərnəyinə yazılır. Bununla paralel olaraq "İstanbul Erkek Lisesi" məzunu olur. "Halkevi"ndəki çıxışları onu Ankara və İstanbul dövlət teatrlarına daşıyır. Teatrda növbəti dayanacağı İstanbul şəhər teatrı olur. O, burada peşəkar aktyor kimi yetişir.
Pedru Nuniş
Pedru Nuniş (port. Pedru Nunes, lat. Petrus Noniusı 1502[…] – 11 avqust 1578[…], Koimbra) — Portuqal riyaziyyaçı. Pedro Nuniş öz dövrünün ən məşhur riyaziyyatçısıdır. Onun əsas nailiyyəti naviqasiya üzrədir. O həmçinin bir neçə alət, vernier hansı ki, onun şərəfinə adlanmışdır. == Həyatı == Onun ailəsi yəhudidir. Nuniş Salamanki Universitetini 1521–1522-ci illərdə oxuyub və sonra Lissabonda universitete daxil olub, 1525-ci ildə tibb üzrə dərəcə alıb. Həmçinin astronomiya, astrologiya və riyaziyyat üzrə mütəxəssisdir. Tibb təhsili aldığı zaman universitetdə filosofiya, məntiq və metafizika üzrə dərs deyib.