məhşər
məhvedici
OBASTAN VİKİ
Yaradıcı məhv
Yaradıcı məhv (almanca: Schöpferische Zerstörung), Şumpeterin fırtınası olaraq da tanınır. 1950-ci illərdən etibarən Avstriya-Amerikalı iqtisadçı Yozef Şumpeterin Karl Marksın əsərlərindən törətdiyi və iqtisadi innovasiya nəzəriyyəsi olaraq ifadə etdiyi iqtisadi konsepsiyadır. Şumpeterə görə, "yaradıcı məhv fırtınası", iqtisadi quruluşu fasiləsiz olaraq içdən dəyişdirən, davamlı olaraq köhnəni dağıdarkən yenini yaradan sənayevi mutasiya müddətini ifadə etməkdədir. Marksist iqtisadiyyat nəzəriyyəsinə görəysə bu qavram kapitalizmin altında zənginlik yığımının və yox oluşunun bir-birinə bağlı müddətlərinə toxunaraq, daha geniş anlamda istifadə edilməkdədir.
Tank məhv edən
Tank məhv edən hərəkət edə bilən antitank topu ya da tank məhv edən zirehli transportyordur. Onların yaradılmasının əsas səbəbi müharibə meydanlarında düşmən tanklarını yox etməkdir. Yəni ki, onlar bir növ antitank silahıdırlar, ancaq tank deyildirlər. Üzərlərində qüllədən yüksək çıxışa sahib olan toplar mövcud olur. Ya tamamilə taretsiz, ya da ki, üstüaçıq bir taretə sahib olurlar. Təkərlər və ya tırtıllı təkərlər üzərində hərəkət edirlər. Üzərində tank əleyhinə idarəolunan raket daşıya bilən növlərinə qısaca ATGM (İngilis dilində Anti Tank Guided Missile) deyilir. Tankdağıdanlar tanklar kimi bir çox vəzifələr daşımırlar. Tanka nəzərən daha ləng və ağır piyada atışlarına qarşı (topçu) müdafiəsi zəifdir. Hər nə qədər bəzilərinin ön tərəflərində qalın zirehə sahib olsalar da, yenə də zəif zirehli texnika hesab edilirlər.
Karfagen məhv edilməlidir!
“Karfagen məhv edilməlidir” (qısa forma - lat. Carthago delenda est, tam ifadə - lat. Ceterum censeo Carthaginem delendam esse) — düşmənə və ya hər hansısa maneəyə qarşı mübarizə aparmaq üçün təkidli çağırış mənasını verən latın frazası. Daha geniş mənada ümumi müzakirə mövzusundan asılı olmayaraq eyni məsələyə daimi qayıdışdır. Mark Porsi Katon 150-ci illərin sonunda Karfagen səfərindən sonra (müxtəlif mənbələrə görə eramızdan əvvəl 153 və ya 152 -də baş vermişdi) bütün çıxışlarını bu bəyanatla bitirmişdir. == Frazanın mənbəyi == Qədim yunan bioqrafı Plutarxın “Böyük Katonun həyatı” əsərində qeyd edilir ki, Karfagenin barışmaz düşməni olan Roma sərkərdəsi və dövlət xadimi Mark Porsi Katon bütün çıxışlarını (mövzusundan asılı olmayaraq) Senatda işlətdiyi belə bir ifadə ilə bitirmişdir: “Bundan başqa, hesab edirəm ki, Karfagen məhv edilməlidir” ( lat. Ceterum censeo Carthaginem esse delendam). İbarənin müxtəlif formalarına bəzi digər qədim mənbələrdə də rast gəlinir. == Tarixi zəmin == Romanın Aralıq dənizində hökmranlıq etmək üçün finikiyalıların şəhər-dövləti olan Karfagen ilə vuruşduğu Birinci və İkinci Pun müharibələrindəki uğura baxmayaraq, romalılar Karfagenin tərəfindən bir sıra alçaldıcı məğlubiyyətlərə də məruz qalmışdılar və onun yenidən canlanmasından qorxurdular. Bu, tam qələbə və bütün itkilərin qisasını almaq istəyinə gətirib çıxardı.
Axtar və məhv et
Axtar və məhv et (ing. Search and destroy və ya Seek and destroy) — 1960-cı illərin ortalarında, Vyetnam müharibəsinin əvvəlində Amerika qüvvələrinin baş komandanı Vilyam Vestmorlend tərəfindən hazırlanmış hücum strategiyası. Strategiyanın mahiyyəti ondan ibarət idi ki, Amerika ordusuna tabe dəstə düşmənin nəzarətində olan əraziyə getməli və böyük düşmən qüvvələrinin yerini müəyyən etməli idi. İlk atəş təmasından sonra düşmənin mümkün geri çəkilmə yollarının qarşısını almaq üçün əraziyə əlavə bölmələr yeridilir, aşkar edilmiş qüvvələr aviasiya və artilleriyadan istifadə etməklə məhv edilir. Bir çox hallarda ilkin axtarış bölməsi (adətən taqım və ya bölük) düşməni yalnız onun pusqusuna düşəndən və itki verdikdən sonra tapırdı. Hətta adətən atəş təması baş verdi, çünki axtarış ərazisində düşmən qüvvələri olmurdu. == İstinadlar == == Əlavə ədəbiyyat == Starry, Donn A. GEN. Mounted Combat In Vietnam; Vietnam Studies. Department of the Army, 1978. Terry, Wallace. Bloods: An Oral History of the Vietnam War by Black Veterans.
Veb saytın məhv edilməsi
Veb saytın məhv edilməsi — təcavüzkarın idarəetmə panelindən əmr aldıqdan sonra hədəf veb-saytın görünüşü və görüntülərində dəyişiklik etdiyi kiberhücum növüdür. Bu əməliyyat Latın dilində Deface adı ilə də tanınır və bu əməliyyatı yerinə yetirən insanlar Defacer kimi tanınır. Bu əməliyyat növü adətən veb serverə daxil olmağı və yerləşdirilən veb-saytı özünüzdən biri ilə əvəz etməyi əhatə edir. Tirelər ümumiyyətlə elektron qraffitinin bir forması hesab olunur və digər vandalizm formaları kimi, siyasi motivli "kiber etirazçılar" və ya hakerlər tərəfindən mesajların yayılması üçün istifadə olunur. Vebsaytın pozulması şübhəli məzmunun əlavə edilməsini və ya məzmunu şübhəli etmək üçün onu silmək və ya dəyişdirməyi və ya nüfuzuna xələl gətirmək üçün açıq şəkildə redaktə edilə bilən vebsaytlara və ya repozitoriyalara uyğun olmayan və ya qəribə istinadları daxil edə bilər. Veb-saytı məhv etməyə kömək etmək üçün veb atəşi kimi üsullardan istifadə edilə bilər.
Transformerslər: Məhv etmə dövrü
Transformerslər: Məhv etmə dövrü (ing. Transformers 4: Age of Extinction) — 2014-cü ildə istehsal olunmuş ABŞ filmi. Filmin prodüserlərindən biri Stiven Spilberqdir. Altmış beş milyon il əvvəl yaradıcı olaraq bilirən yadplanetli irqi bir gün "Transformium" adlandırılacaq maddəylə Dünyanı əhatə etmək üçün sids adlı alətləri işlədirlər və bu prosesdə dinozavrlar məhv olur. Günümüzdə geoloq Darci Tirrel transformers dronları yaratmaq üçün transformers tapmaq məqsədiylə qazıntılar təşkil edir. Çikaqo işğalından beş il sonra insanlar transformersləri dövlətin düşmənləri olaraq görür. Mexixo Sitidə zədələnən və Marmon 97 kamazı olaraq gizlənən Optimus maliyyə cəhətdən çətinlik çəkən texsaslı ixtiraçı Keyd Yeqır tərəfindən kəşf edilir. Gənc qızı Tessa və iş yoldaşı Lukas Flaneri Optimusu səlahiyyətlilərə verməsi üçün təkid edərkən Keyd bunun yerinə texnologiyasını anlamağı ümid edərək Optimusu təmir edir. Optimusa hələ də şübhə ilə yanaşan Lukas Çikaqodakı bacısının ölümü səbəbindən transformerslərdən nifrət edən Ceyms Savoyu, Yeqır fermasına hücum edən Semeteri Vind ilə birlikdə axtarır. Ancaq Optimus və Tessamın gizli sevgilisi irlandiyalı ralli yarışçısı Şeyn Dayson ailənin yardımına gəlir.
Cuğa nekropolunun məhv edilməsi iddiası
Cuğa nekropolu (erm. Ջուղայի գերեզմանատուն) — Culfa rayonunun Gülüstan kəndi ərazisindəki qədim Cuğa şəhər yerində 2000-ci illərin əvvəllərinə kimi mövcud olmuş XII–XVII əsrlərə aid nekropol. Kompleks Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Qəbirsanlıqda orta əsrlərdən modern dövrə kimi müxtəlif tarixi mərhələləri əhatə edən xaç daşlar və xaçkarlar, həmçinin Qaraqoyunlular və Ağqoyunlular dövrlərinə aid zoomorf qəbir daşları olmuşdur. Ümumilikdə nekropolda 10.000-ə qədər abidə olmuşdur. Erməni və Beynəlxalq təşkilatlar tərəfindən bu kompaniyanı dayandırması üçün Azərbaycan hökumətinə dəfələrlə müraciətlər edilmiş və müxtəlif beynəlxalq təşkilatlara bu fəaliyyətini dayandırması üçün Azərbaycana təsirlər edilməsi haqqında müraciətlər olunmuşdur. 2006-cı ildə Azərbaycan Avropa Parlamenti nümayəndələrinin iddia olunan abidələrin məhv edilməsi məsələsini araşdırmaq üçün Azərbaycana gəlmələrini təklif etmiş, hadisəyə göstərilən beynəlxalq münasibətin "ikili yanaşma və isterik" olduğunu bəyan etmiş, eyni zamanda Ermənistanın nəzarətində olan ərazilərdəki Azərbaycan abidələrinin də araşdırılmasını və araşdırma qrupunun Azərbaycan ərazisində keçərək Ermənistan nəzarətində olan əraziyə getməsini tələb etmişdi. 2006-cı ilin yazında iddia edilən abidələrin yerləşdiyi əraziyə səfər etmiş Hərb və Sülh İnstitutunun reportyoru ərazidə qəbiristanlığı xatırladacaq hər hansı bir əlamətin olmadığını bildirmişdi. Eyni ildə İran tərəfindən iddia edilən qəbiristanlığın hərbçilər tərəfindən dağıdılmasını göstərən video və fotolar çəkilərək yayımlanmışdır. Culfanın 2003, 2009 və 2010-cu ilin dekabrında peykdən çəkilmiş fotolarını tədqiq edən Amerika Elmi Araşdırmalar Assosiasiyası qəbiristanlığın tamamilə məhv edildiyi qənaətinə gəlmişdir.
Məhv olmuş gündəliklər (film, 1999)
Film-tamaşada saf məhəbbətin qurbanı olan Anjel (Mehriban Xanlarova) və onunla bahəm öz istəklərinə qovuşa bilməyən, taledən uzaq qaça bilməyən insanlardan bəhs edilir.
Azərbaycanda məhv olmuş mədəni irs nümunələrinin siyahısı
Azərbaycanda məhv olmuş mədəni irs nümunələrinin siyahısı — müxtəlif dövrlərdə insan faktoru və ya təbii səbəblərdən dağılmış abidələrin siyahısı. == Siyahı == === Şirvanşahlar sarayının bir hissəsi === Azərbaycan Rusiyanın tərkibinə daxil olduğu dövrdə Rusiya hərbi nazirliyi Şirvanşahlar sarayını qismən təmir etdi. Eyni zamanda saray binalarının hərbi təchizat anbarları kimi düzəldilməsi üçün böyük yenidən qurma işləri həyata keçirildi. Hərbi nazirlik tərəfindən icra edilən təmir işləri dağılmış hissələrin bərpası ilə birlikdə sarayın restavrasiyası üçün önəmli olan bir sıra detalların məhvinə səbəb oldu. Saray binasını anbara uyğunlaşdırarkən hərbi nazirlik birinci və ikinci mərtəbədəki otaqları ayıran bir neçə divarı dağıtdı və ikinci mərtəbədə onların yerinə dam örtüyünü dəstəkləyən qövs şəkilli tağ qoydu. İkinci mərtəbənin bütün otaqlarındakı günbəz, çatma və xaç şəklində olan taxtapuşların qalıqları dağıdıldı; onlar düz, tirdən düzəldilmiş taxtapuşlarla əvəz edildi. Birinci mərtəbədəki pəncərə yerləri (iki cərgəli pəncərə) elə tutuldu ki, yalnız kiçik pəncərə qaldı. Birinci və ikinci mərtəbədə yeni geniş qapı yerləri açıldı. Bu dövrdə Bakıdakı Rus Pravoslav Kilsəsi yerində Bakı kafedralı tikmək üçün sarayın sökülməsinə nail olmağa çalışdı. Ancaq bu xahiş çar hökuməti orqanları tərəfindən o səbəbə görə rədd edildi ki, saray otaqları böyük anbarlar kimi istifadə edilir.
Ölümcül döyüş 2: Məhv etmək (film, 1997)
Ölümcül döyüş 2: Məhv etmək (ing. Mortal Kombat: Annihilation) — 1997-ci ildə rejissor Con R. Leonetti tərəfindən çəkilən fantastik döyüş filmidir. Filmin distribütori New Line Cinema kinokompaniyasıdır. Liu Keng və Dünyadan (ing. Earthrealm) seçilən bir neçə yaxşı döyüşçü "Ölümcül döyüş" turnirində Xarici Dünyanın (ing. Outworld) cadugəri Şanq Tsunqu məğlub etdikdən sonra zəfərlərini qeyd edirlər. Lakin bu zaman Xarici Dünyanın döyüşçüləri Dünyaya hücum edirlər. Şao Kann müqəddəs qanunları pozaraq Yer kürəsini ələ keçirmək istəyir. İmperator Şao Kann Kitananın anası olan Sindeli dəstəsinə kraliça olaraq seçmişdir. Xarici Dünyanın İmperatoru Şao Kann və onun dəstəsi Dünyaya enməyə başlayırlar.
ABŞ-da bizonların məhvi
ABŞ-də bizonların məhvi — 1830-cu illərdən bəri kommersiya məqsədləri üçün, Şimali Amerikada bu heyvan növünün yox olmaq təhlükəsinə gətirib çıxaran nəzarətsiz kütləvi bizon ovudur. Hindular ənənəvi olaraq bizonları yalnız yaşayış ehtiyaclarını ödəmək üçün ovlayırdılar: qida üçün, eləcə də geyim hazırlanması, mənzil, alət və qab istehsalı üçün və bir çox qəbilələrin sağ qalması bizonlardan asılı idi. XIX əsrdə bəzi hindu tayfaları da ticarət məqsədilə bizon ovu ilə məşğul olurdular və dərilərini Amerika tacirlərinə satırdılar. Bununla belə, məhz ağ dərili amerikan ovçuların və ABŞ dəmir yolu şirkətlərinin hərəkətləri bizon populyasiyası üçün kritik nəticələr törədirdi. 1800-cü illərin əvvəllərində dərisi üçün ildə təxminən 200.000 bizon öldürülürdü. 1825-ci ildə Allegeni yaylasında (ing. Allegheny Plateau), Missisipinin şərqində yaşayan son bizonlar öldürüldü. 1830–1860-cı illər arasında bir-birinin ardınca ABŞ-nin şərq sahilinə bizon dəriləri ilə dolu vaqonlar gəlirdi. Vətəndaş müharibəsi başa çatdıqdan və trans-Amerika dəmir yolunun çəkilişindən sonra qərb çəmənliklərinin aktiv inkişafının başlanğıcı ilə ovçuları düzənliklərə gətirmək və ovlarını Avropaya göndərmək üçün geri şərqə daşınmanın daha asanlaşması bizon populyasiyasının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bizonların vəhşicəsinə öldürülməsi nəticəsində onların sayı XX əsrin əvvəllərində bir neçə on milyondan bir neçə yüzə qədər azalmışdı.
Məhvi
Molla Məhəmməd Osman Bəlxi (kürd. مەلا موحەمەد کوڕی عوسمان بەڵخی) və ya təxəllüsü ilə Məhvi (kürd. مەحوی) (1830 – 1906, Süleymaniyyə) — Osmanlı kürd sufi şairi. Soran dilində yazıb-yaratmışdır. Qacar dövlətində, Məhabad və Sənəndəc şəhərlərində təhsil almışdır. O, 1862-ci ildə o zaman Osmanlının Süleymaniyyə məhkəməsində hakim olmuşdur. Məhvi İstanbula səyahət etmiş və 1883-cü ildə II Əbdülhəmidlə tanış olmuşdur. O, Süleymaniyyədə bir xanəgah qurmuş və ona Osmanlı sultanının adını vermişdir. Məhvi şeirlərində əsasən təsəvvüfü təbliğ edir, eyni zamanda insanın vəziyyəti və həyatın mənası ilə bağlı suallar kimi ekzistensial problemlərdən bəhs edirdi. A collection of essays on Mahwi's poems (in Kurdish) Classical Traditions and Modern Meanings, by Stephen Sperl.
Məhvilat şəhristanı
Məhvilat şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Feyzabad şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 47,068 nəfər və 12,268 ailədən ibarət idi.
Məhvər dövlətləri
Ox dövlətləri, Məhvər dövlətləri (alm. Achsenmächte‎, yap. 枢軸国, it. Potenze dell'Asse) və ya Berlin-Roma-Tokio oxu — İkinci Dünya müharibəsi zamanı yaradılmış iki böyük ittifaqdan biri. Məhvər dövlətləri Antihitler koalisiyasına qarşı mübarizə aparmış və tərəflər arasında dünyanın müxtəlif nöqtələrində hərbi toqquşmalar baş vermişdir. İttifaqın adı bura daxil olan üç əsas dövlətin (Üçüncü Reyx, İtaliya krallığı və Yaponiyanın) paytaxtlarının adlarından götürülmüşdür. İttifaqın iki əsas məqsədi vardı: dünyavi müstəvidə genişlənmək, hərbi birləşmələrin hesabına dünya ağalığına nail olmaq, Birinci Dünya müharibəsi sonrası yaranmış siyasi-hərbi vəziyyətin ləğv edilməsi və Sovet kommunist sistemin məhv edilərək tamamilə aradan qaldırılması. Üçüncü Reyx və İtaliya krallığı arasında dostluq müqaviləsinin imzalanmasından bir həftə sonra, 1 noyabr 1936-cı ildə Roma-Berlin ittifaqı yaradılmış oldu. Nasist Almaniyası ilə Yaponiya arasında 1936-cı ilin 25 noyabr tarixində SSRİ-yə qarşı antikomentern paktın imzalanması Yaponiyanında prosesə qoşulması ilə nəticələnmişdir. İtaliya krallığı 1937-ci ilin 6 noyabrında antikomentr paktda qoşulduğunu elan etdi.
ABŞ-də bizonların məhvi
ABŞ-də bizonların məhvi — 1830-cu illərdən bəri kommersiya məqsədləri üçün, Şimali Amerikada bu heyvan növünün yox olmaq təhlükəsinə gətirib çıxaran nəzarətsiz kütləvi bizon ovudur. Hindular ənənəvi olaraq bizonları yalnız yaşayış ehtiyaclarını ödəmək üçün ovlayırdılar: qida üçün, eləcə də geyim hazırlanması, mənzil, alət və qab istehsalı üçün və bir çox qəbilələrin sağ qalması bizonlardan asılı idi. XIX əsrdə bəzi hindu tayfaları da ticarət məqsədilə bizon ovu ilə məşğul olurdular və dərilərini Amerika tacirlərinə satırdılar. Bununla belə, məhz ağ dərili amerikan ovçuların və ABŞ dəmir yolu şirkətlərinin hərəkətləri bizon populyasiyası üçün kritik nəticələr törədirdi. 1800-cü illərin əvvəllərində dərisi üçün ildə təxminən 200.000 bizon öldürülürdü. 1825-ci ildə Allegeni yaylasında (ing. Allegheny Plateau), Missisipinin şərqində yaşayan son bizonlar öldürüldü. 1830–1860-cı illər arasında bir-birinin ardınca ABŞ-nin şərq sahilinə bizon dəriləri ilə dolu vaqonlar gəlirdi. Vətəndaş müharibəsi başa çatdıqdan və trans-Amerika dəmir yolunun çəkilişindən sonra qərb çəmənliklərinin aktiv inkişafının başlanğıcı ilə ovçuları düzənliklərə gətirmək və ovlarını Avropaya göndərmək üçün geri şərqə daşınmanın daha asanlaşması bizon populyasiyasının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bizonların vəhşicəsinə öldürülməsi nəticəsində onların sayı XX əsrin əvvəllərində bir neçə on milyondan bir neçə yüzə qədər azalmışdı.

Digər lüğətlərdə