narın
narınc
OBASTAN VİKİ
Narın
Narın (şəhər) — Qırğızıstanda şəhər. Narın çayı — Qırğızıstanda çay. Narin vilayəti — Qırğızıstanda vilayət.
Narın-Qala
Narınqala və ya İçqala — Dərbənd qalasının mərkəzini təşkil edən islamdan əvvəlki dövrə aid qədim qəsrdir. Sasanilər imperiyasının Kaspi qapısını bağlayan qoşa qala divarları vasitəsilə Xəzər dənizi ilə əlaqələndirilmişdir. Abidə UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. Qalanın adının mümkün tərcümələrindən biri "Günəşli qala" kimi qeyd edilir. Digər məlumata görə, qala Sasani şahının qızının şərəfinə "Narın" – "incə", "gözəl" adlandırılmışdır. Dərbənd, Böyük Qafqaz dağlarının Xəzər dənizinə yaxınlaşaraq 3 km-lik ensiz düzən formalaşdırdığı Böyük Qafqaz keçidinin ən zəif müdafiə olunan ərazisində yerləşir. Dərbənd qalası Cənubi Qafqaz (xüsusilə Qafqaz Albaniyası) və Ön Asiya xalqlarınıköçəri türk xalqlarının hücumlarından qoruyan nəhəng müdafiə sisteminin bir hissəsidir. Müdafiə sisteminə Narınqala ilə yanaşı Dərbənd qala divarları, Dağ barısı, Gilgilçay səddi, Beşbarmaq səddi və Çıraqqala da daxildir. Qərb tərəfdən Dərbənd divarları Narınqala qəsrinə birləşir, qəsrin inşa edilməsinə kimi, həmin hündür təpə ərazisində düşmənin yaxınlaşmasını bildirən tonqallar qalanırdı. Dərbənd qalasının inşasına VI əsrdə Sasani şahı I Xosrov Ənuşirəvanın göstərişi ilə Calqan vadisində başlanılmışdır.
Narın (şəhər)
Narın (qırğ. Нарын) — Qırğızıstanda şəhər. Narın viayəti Qırğızıstanın mərkəzindən uzanır və Çinlə, Qırğızıstanın Cui, İssuk — Kul, Calal Abad və Oş şəhəri ilə sərhəddir. Sahəsi 46707 kv kilometrdir. Əhalisi 27000 nəfərə yaxındır. Narın şəhəri Qırğızıstanın ən soyuq şəhəridir. Burada temperatur qışda −40 °C dir. İllik orta temperatur −6 °C -dir. Buna baxmayaraq yayda hava kifayət qədər isti və tozlu olur. Ərazinin 70%-dən çoxu dağlarda, qalanı isə yüksək dağ yaylalarındadır.
Narın millət
Virtual dövlət (ing. virtual state) — Virtual aləmdə dövlətçilikləri elan edilən, ancaq klassik dövlət anlayışına uyğun gəlməyən, onları imitasiya edən təsisatlar. Beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət virtual dövlətləri rəsmi tanımırlar və ciddi qəbul etmirlər. Bəzi virtual dövlətlər hətta müəyyən kiçik əraziyə və az sayda (bəzən bir ailə) məskunlaşmış əhaliyə malik olsalar da, onlar sadəcə olaraq qeyri-ciddi təsisat sayılır və "mikrodövlət", "kiberdövlət", "fantaziya dövləti" və "mikromillət" adlandırılırlar.
Narın çayı
Narın çayı (qırğ. Нарын дарыясы, ing. Naryın River, rus. Нары́н)- Qırğızıstanda çay. Sırdərya çayının əsas qollarından biridir. Çay Qırğızıstanın ən böyük və ən uzun çayıdır. Qərbə doğru Özbəkistan Repsublikasının Fərganə vadisinə doğru istiqamətlənmişdir. Qırğızıstanla Özbəkistan sərhəddində Qırğızıstanın İsıkgöl, Narın, Cəlalabad və Özbəkistanın Namaqan vilayətlərindən keçir. Uzunluğu 807 km, Hövzəsinin sahəsi 59 100 km2-dir. Çay adını 1868-ci ildə Rus qarnizonu olan və indi müasir şəhər olan Narın şəhərindən götürmüşdür.
Narın şəhəri
Narın (qırğ. Нарын) — Qırğızıstanda şəhər. Narın viayəti Qırğızıstanın mərkəzindən uzanır və Çinlə, Qırğızıstanın Cui, İssuk — Kul, Calal Abad və Oş şəhəri ilə sərhəddir. Sahəsi 46707 kv kilometrdir. Əhalisi 27000 nəfərə yaxındır. Narın şəhəri Qırğızıstanın ən soyuq şəhəridir. Burada temperatur qışda −40 °C dir. İllik orta temperatur −6 °C -dir. Buna baxmayaraq yayda hava kifayət qədər isti və tozlu olur. Ərazinin 70%-dən çoxu dağlarda, qalanı isə yüksək dağ yaylalarındadır.
Narın qumlar (səhra)
Narın qumlar səhrası (qaz. Нарын құмы, rus. Рын-пески, Рыны, Нарын-пески, Нарын) — geniş ərazini əhatə edən və barxanlarla zəngin olan səhra. Səhra Xəzərönü çökəklikdə Volqa (İdil) və Ural (Yayıq) çayları arasında yerləşən ərazini əhatə edir. Narın qumlar səhrası 40 min. km² ərazini əhatə edir. Vaxtı ilə göl dibini təşkil etdiyindən narın qumlarla örtülmuşdur. Səhranın bir qismi ot və kollarla örtülür. Qum fırtınaları səhra üçün xarakterikdir. Şirin su mənbələri səhtə yaxındır.
Azərbaycan mədəniyyətində narın rolu
Azərbaycan mədəniyyətində nar — Azərbaycanda narın müxtəlif növləri yetişdirilir, bu da Azərbaycan təbiətinin zənginliyindən, burada doqquz iqlim zonasının mövcudluğundan irəli gəlir. Al qırmızı rəngli nar meyvəsi ölkəmizin milli simvoluna çevrilmişdir. Nar ağacı qədim zamanlardan çiçəklərinin, meyvəsinin, al qırmızı, şirəli, dadlı dənəciklərinin gözəlliyi, şirin qoxusu ilə məşhurdur. Əbəs yerə narı meyvələrin şahı adlandırmırdılar. Deyilənə görə, padşahların tacının forması nar tacının formasından götürülüb. Nar təkcə gözəlliyinə, dadına görə deyil, həm də faydasına görə meyvələrin şahı sayıla bilər. Hələ qədim zamanlarda Şərqdə böyük məna kəsb edən nar meyvəsi Çində məhsuldarlıq rəmzi sayılırdı. Məhəmməd peyğəmbər öz sələflərinə nar meyvəsini yeməyi tövsiyə edərək deyirdi ki, nar insanın qəlbini paxıllıqdan və nifrətdən təmizləyir. == Mədəniyyətdə narın rolu == Bir çox Azərbaycan rəssamları öz yaradıcılığında nar mövzusuna müraciət ediblər. Azərbaycan təsviri sənətinin böyük şəxsiyyətlərindən biri olan Toğrul Nərimanbəyov öz əsərlərində nar mövzusuna dəfələrlə müraciət etmişdir.
Tənha Narın Nağılı (1984)
Bu, müharibədən sonrakı ilk illərdə çiyinlərinə dövrün ağır yükü düşmüş adamlar, Azərbaycan şəhərlərindən birinin həyatı, insan mənəviyyatının paklığı haqqında film-xatirədir. Filmin balaca qəhrəmanı, məktəbli Sadiq(Ruslan Nəsirov) ona ən yaxın olan yeganə adamı, bibisi Mədinə(Şükufə Yusifova) ilə birlikdə kənddən şəhərə köçür. Bir vaxtlar bibisi Sadığa guya yeni evlərinin pəncərələrinin altında böyüyən gözəl nar ağacı haqqında nağıl danışmışdı. Məlum olur ki, müharibədən sonrakı Azərbaycan şəhərinin həyatı heç də oğlanın təsəvvür etdiyi kimi deyilmiş. Lakin müharibənin yükünü öz üzərində hiss etmiş adamlarla ünsiyyət saxlaması Sadığı daha da nəcibləşdirir və xeyirxah edir. Film aktyor İdris Rüstəmovun kinoda ilk işidir. Film yazıçı Əkrəm Əylislinin "Adamlar və Ağaclar" silsilə povestlərindən biri-"Tənha Nar Ağacı" əsasında ekranlaşdırılmışdır. Əsərin Müəllifi : Əkrəm Əylisli Ssenari müəllifi : Roza Hüsnitdinova Quruluşçu rejissor : Şamil Mahmudbəyov, Həsənağa Turabov Quruluşçu operator : Zaur Məhərrəmov Quruluşçu rəssam : Kamil Nəcəfzadə Bəstəkar : Tofiq Quliyev Səs operatoru : Ağahüseyn Kərimov Rejissor : Tofiq Məmmədov Operator : Nizami Abbasov Mahnı Mətni : Eyvaz Borçalı Geyim rəssamı : Kamil Nəcəfzadə Qrim rəssamı : Elbrus Vahidov Dekor rəssamı : Səyyad Bayramov Montaj edən : V. Mironova, G. Hüseynova Rejissor assistenti : Ə. Əhmədov, Fərid Hümbətov, F. Hüseynov Operator assistenti : Sərvər Rəşidoğlu(Sərvər Quliyev kimi) Rəssam assistenti : M. Manuvaxova Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı : Sərvər Musayev(S. Musayev kimi) İşıq Ustası : Rüstəm Rüstəmov Redaktor : Ramiz Rövşən(R. Əliyev kimi) İnzibatçı : Məmməd Qurbanov, Sahib Quluzadə Çalır : Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Simfonik Orkestri Dirijor : Əli Cavanşir Filmin direktoru : Aydın Dadaşov Kadrarxası mətn : Fəxrəddin Manafov Mahnı İfa edən : Akif İslamzadə(titrlərdə yoxdur) Ruslan Nəsirov-Sadıq Şükufə Yusifova-Mədinə Nəcibə Hüseynova-Mərcan Yaşar Nuri-Qubad Rasim Balayev-Yaqub Natəvan Məmmədova-Surət Süsən Məcidova-Bəyxanım Əminə Yusifqızı-Firuzə Həsən Əbluc-Səyyad İlqar Ağayarov-Xəzər Həsənağa Turabov-Əli Nadir Əzməmmədov Mayak Kərimov-Leytenant Ötkəm İsgəndərov-Mənsur İdris Rüstəmov-Səlim N. Rukoviçkina Lətifə Əliyeva-Sədəf Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Tənha narın nağılı (film, 1984)

Digər lüğətlərdə