OKKULTİZM

\[occultus – gizli, məhrəm\] – dünyada fövqəltəbii, elmi tədqiqata müyəssər olmayan fenomenlərin və qüvvələrin mövcudluğunu qəbul edən və onlara qarşılıqlı təsir üçün \[magiya, spiritizm\] ―əməli‖ üsullar işləyib hazırlayıb təlim-ləri ifadə edən termin.
OKKAZİONALİZM
OLİQARXİYA
OBASTAN VİKİ
Okkultizm
Okkultizm — müəmmalar haqqında elm. Gizli məlumatlar mənasını verən okkultizm latın sözü olub "gizləmək", "saxlamaq" mənasını verən occulare sözünün kökündən gələn "okkultus" (gizli) sözündən götürülmüşdür. Ümumilikdə okkultizm keçmişdən bu günə, bu gündən gələcəyə mövcud olmuş, olan və olacaq müəmmaların açıqlanmasında xüsusi bir bilgi mənbəyidir və gələcəkdə daha da zənginləşəcəkdir. Okkultizm özündə bir neçə sirli bilgiləri cəmləmişdir və bu bilgilərin istər qorunub saxlanılmasında, istərsə də açıqlanmasında xüsusi əhəmiyyətli yer tutur. İlkin başlanğıcda qərbdə, Avropada yaranıb formalaşan okkultizm sonradan bütün dünyada məşhurlaşan gizli bilgilər mənbəyi kimi tanınan məlumatlar toplusuna çevrilmişdir. Okkultizmin içinə aldığı məlumatlardan magiya (cadu və cadugərlik), astrologiya (nücum elmi), numerologiya (rəqəmlərin sirri), simvolizm (simvolların sirri), teologiya (ruhi varlıqlar) kimi bilgilər xüsusi yer tutur. Okkultizm bu gün Azərbaycanda yeni tanınmaqdadır. Ancaq bu o demək deyil ki, bu xalqın gizli elmlərdən xəbəri olmamışdır. Əksinə, Azərbaycan xalqının çox dərin keçmişi vardır. Bu böyük ulusun şafağ elmi şərqdə tarixin qaranlığında unudulmaqdaykən qərb alimləri tərəfindən araşdırılaraq müasir dünyamızda qərbdən dəyişmiş halda, haradasa qərb təsirində formalaşıb okkultizm adı ilə bizə qayıdan elmdir.

Digər lüğətlərdə

вы́кристаллизоваться задо́ристость литерату́ра мендели́ст несозна́тельный осведомле́ние спира́льный ультраконсерва́тор декорацио́нный коче́вник мазу́рка обесси́левать пипе́точный кремень предмет речь спаржа amicus humani generis anthropocentric hard preassigned prigger копнуть поплотнеть цементированный