Oğ feili mövcud olub, ad-feil omonimi kimi işlədilib: красть (feil), тайный (ad). Oğru sözün feil korrelyatından yaranıb. Güman edirəm ki, oğraş kəlməsi də тайный mənalı sözlə bağlıdır (xəlvət iş görən..) Oğru və əyri sözləri arasında qohumluq vardır. Oynaş isə oymaq feili ilə bağlıdır (oy- “быть в любовных отношениях” deməkdir), -na şəkilçisi oy feilindən yeni feil düzəldib, -ş şəkilçisi isə qarşılıq növü bildirib, sonra söz bütövlükdə substantivləşib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)