parik
paritet
OBASTAN VİKİ
HEC Paris
HEC Paris ( École des hautes études commerciales de Paris ), Jouy-en-Josas, Paris və Doha da kampusları olan biznes sahəsində ixtisaslaşmış Avropa mərkəzli bir universitetdir. 1881-ci ildə qurulan məktəb. HEC, Financial Times tərəfindən 2019-cu ildə Avropa Biznes Məktəbləri arasında 1-ci yerdə qərarlaşmışdır . Məktəbin proqramları AMBA, EQUIS və AACSB beynəlxalq akkreditasiya qurumlarının hər üçü tərəfindən akkreditə olunmuşdur . Məktəbin məzunları arasında Fransua Olland kimi adlar vardır.
Paris
Paris (fr. Paris, tələf. Paği) — Fransanın paytaxtı və ən çox əhalisi olan şəhəri, 1 yanvar 2023-cü il rəsmi hesablamada 105 km2-dan çox bir ərazidə 2,102,650 sakinin yaşadığı şəhər, bu da onu Avropa İttifaqının 4-cü ən çox əhalisi olan şəhəri edir, beləki 2022-ci ildə dünyanın ən sıx məskunlaşmış 30-cu şəhəridir. Şəhər Paris hövzəsinin mərkəzində, təxminən dəniz səviyyəsindən 65 m hündürlükdə yerləşmişdir. Parisin yaşayış məhəllələri 36 km-lik dairəvi yolla əhatələnmişdir. Parisin ərazisinə həmçinin şəhərdən qərbdə yerləşən Bulon və şərqdə yerləşən Vensen meşələri də aiddirlər. Şəhərin sahəsi 87 кm², adı çəkilən meşə zolaqları ilə birlikdə 105 кm²-dir. İndiki sərhədlər 1860-cı ildə qurulub. Şəhər sərhədi əsasən Periferik dairəvi yol boyunca uzanır, onun xaricində şərqə və qərbə doğru şəhərin bir hissəsi olan Bois de Vincennes və Boulogne var. Fransız xəritələrində uzun müddət Paris meridianı 0 meridian kimi göstərilmişdir.
Paris (mifologiya)
Mifologiyaya görə Priamın digər oğlu Paris hələ Qekebanın bətnində olarkən ona yuxusunda agah olur ki, o, Troyaya od vurub yandıran qanlı bir baş doğmuşdur. Priamın nikahdan kənar dünyaya gəlmiş və yuxuları yozmaq qabiliyyətə malik olan oğlu Esak doğulacaq uşağı öldürməyi məsləhət görür. Əks təqdirdə Troyanın sonuna az qaldığını soyləyir. Bir qula uşağı öldürməyi tapşırsalar da o, uşağa rəhm edib onu İdanın yamacınaataraq geri dönür. Burada uşağı Priamın çobanı taparaq onu böyüdür. daha sonralar Paris aşkarlanaraq ailəsinə geri qəbul olunur. "İliadada" Paris qadınları valeh olduğu gözəlliyə malik və cazibədar olmaqla yanaşı lovğa və qorxaq təsvir edilir. Sparta çarın gözəl arvadı Yelena-nı qaçırmış və Troya müharibəsinə bais olmuşdur.
Paris (rayon)
Paris (fr. Paris) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Paris. Suprefektura — Paris. Rayon əhalisi 2006-cı ildə 2 181 371 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 20775 nəf / km². Rayon ərazisi — 105 km².
Paris Aviaşousu
Paris Aviaşousu (Salon international de l'aéronautique et de l'espace, Paris-Le Bourget) dünyanın ən qədim (vaxtına görə) aviasiya sərgisidir. İlk dəfə 1909-cu ildə təşkil edilmiş, hələlik hər tək saylı ildə Parisin şimalında, Fransada Le Bourget Hava limanında təşkil edilir. 15-21 iyun 2015 arası təşkil edilmiş 2015 Paris Aviaşousu 51-ci şou olmuşdur.
Paris Hilton
Peris Vitni Hilton (17 fevral, 1981, Nyu-York) — amerikalı müğənni, fotomodel və aktrisa. Amerikalı fotomodel və aktrisa, dünyanın ən nəhəng "Hilton" otellər şəbəkəsi ailə biznesinin keçmiş varisi Peris Vitni Hilton 17 fevral 1981-ci ildə Rik və Keti Hiltonların ailəsində doğulub. O, "Hilton" otellər şəbəkəsinin təməlini qoyan Konrad Hiltonun nəticəsidir. Peris ailənin böyük övladıdır, onun bir kiçik bacısı və iki qardaşı var. O, Nyu-Yorkda "Dwight School" məktəbini bitirib. Kollecə qəbul olunan Peris oradan qovulsa da, orta təhsil haqqında şəhadətnamə ala bilib. Peris Hilton 2000-ci ildə Donald Trampın "T Managment" model agentliyi ilə müqavilə bağlayır və peşəkar model olur. Rəfiqəsi Nikol Riçi ilə birgə oynadığı "Sadə həyat" teleserialı və qalmaqallı həyat tərzi onu məşhurlaşdırır. 2006-cı ildə Peris Hilton "Axıradək iç" və "Sarışın şokoladda" filmlərində baş rolları ifa edir. 2008-ci ildə ekranlara çıxan "Gözəl və eybəcər" filminə görə Peris 3 Qızıl Moruq Mükafatı qazanır.
Paris Klubu
Paris Klubu -(fr. Club de Paris) kreditor- dövlətləri (“böyük səkkizlər”, üstəgəl Avstriya, Niderland, Belçika, İspaniya, Norveç, İsveç, İsveçrə) birləşdirən beynəlxalq təşkilat; suveren borc alanlara kreditlərin şərtlərinin yenidən baxılması məsələlərini müzakirə etmək üçün kreditor ölkələrin qeyri-formal təşkilatıdır. Paris Klubu 1956-cı ildə yaradılmışdır. {{columns-list|3| Paris Klubunun hal-hazırda 22 daimi üzvü vardır. Beynəlxalq Valyuta Fondu (BVF) ilə sıx əməkdaşlıqda fəaliyyət göstərir. Əgər hər hansı bir borclu dövlət iqtisadi çətinliklərə məruz qalaraq (xüsusilə, tədiyə balansının tarazlaşdırılması üçün) BVF himayəsi altında “sağlamlaşma proqramı” həyata keçirməyə başlayarsa, Paris klubu həmin ölkənin hökuməti ilə birgə onun xarici dövlət borcunun restrukturlaşdırılması haqqında razılaşma işləyib hazırlayır. Nəticədə əmtəə və kapitalın idxalının həcmini azaltmadan tədiyə balansının passiv saldosunu azaltmaq imkanı yaranır.
Paris Kommunası
Paris Kommunası (fr. La Commune de Paris) — Parisdə 18 martdan (rəsmi olaraq 26 mart) 28 may 1871-ci ilə qədə davam edən sosialist hökumət. İşçi hərəkatı, 1848-ci il inqilabını qarşısının alınması və bunun ardından Luis Napoleonun 2 dekabr 1851-ci il tarixli hökumət çevrilişindən sonra yenidən təşkilatlanmaq üçün dayandırıldı. Bundan sonra işçilər "tətil etmək" haqqlarının tanınmasına çalışdılar və həmkarlar ittifaqlarında təşkilatlanmağa başladılar.1864də sərhədlərdən kənarda birləşmək lazım olduğuna inanan işçi xadimlər, Marks və Engelsin də qatılacağı Beynəlxalq İşçi Birliyini qurdular. İkinci imperiyaya qarşı 1867-ci il iqtisadi böhranının yaratdığı çətinliklərdən alovlanan narazılıq III Napoleon ordusunun 2 sentyabr 1870-ci ildə Prusya ilə döyüşdə aldığı məğlubiyyət imperatorun nüfuzuna qəti və son zərbəni vurdu. Paris xalqı, 1870-ci il sentyabrın 4-də imperatorun taxtdan salındığını və Respublikanın qurulduğunu elan etdi. General Troşunun müvəqqəti Milli Müdafiə Hökuməti bir neçə respublikaçıya da yer verən mühafizəkar bir hökumət olaraq quruldu. Ana Vətənin müdafiəsini hər şeydən üstün tutan Paris xalqı bu hökuməti qəbul etsə də, onu idarəsini də öz öhdəsinə götürdü. Dövrün xadim işçiləri, Beynəlxalq İşçi Birliyi mənsubları, inqilabçı Blankın partizanları, hökuməti nəzarət altında saxlamaq üçün təbliğat kompaniyasına başladılar. Sentyabrın 5-dən etibarən, eyni vaxtda iyirmi məhəllənin Mərkəzi Komitəsini yaratmaq üçün nümayəndələr seçildi və hər məhəllə üçün müşahidə komitəsinin qurulması çağırışı edildi.
Paris Konservatoriyası
Paris Konservatoriyası — 1795-ci ildə yaradılan musiqi və rəqs məktəbi, hal-hazırda Parisin 19-cu bölgəsində mövcud olan Jan Jores küçəsində yerləşir. Konservatoriya musiqi, rəqs, dram və rəsm sahələrində ənənəvi "fransız məktəbi" istiqamətində təhsil verir. 1946-cı ildə konservatoriya iki ayrı konservatoriyaya ayrıldı; teatr, dram və aktyorluq fakültələrinin olduğu Conservatoire national supérieur d'art dramatique (CNSAD) və musiqi, rəqs təhsilinin verildiyi Conservatoire national supérieur de musique et de danse de Paris (CNSMDP). Konservatoriya Fransa Mədəniyyət Bələdiyyəsinin himayəsi altında fəaliyyətini davam etdirir. Paris Konservatoriyasının tarixi XIV Lüdovikin 1669-cu il iyunun 28-də qurduğu Kral musiqi məktəbinə (fr. École Royale de Chant) qədər gedib çıxır. 1785-ci ildə Fransua Josef Qossek konservatoriyanı yenidən qurdu. 1793-cü ildə konservatoriya Kral musiq məktəbi milli qvardiyanın musiqiçiləri üçün olan bir məktəblə birləşdirildi və İnsitut national de musique olaraq adlandırıldı. Böyük Fransa inqilabı ərəfəsində qurulmuş olan Milli konqres məktəbi 1795-ci ildə Musiqi Konservatoriyası (fr. Conservatoire national supérieur de musique) adlandırıldı və yeni konservatoriyanın ilk 350 şagirdi 1796-cı ilin noyabrında təhsillərinə başladı.
Paris Pişmiş
Paris Pişmiş (erm. Պարիս Փիշմիշ; 30 yanvar 1911, Konstantinopol, Osmanlı imperiyası – 1 avqust 1999, Mexiko) — erməni əsilli Türkiyə astronomu.
Paris Salonu
Paris Salonu (fr. Salon de Paris)) — 1725-ci ildə Fransanın paytaxtı Paris şəhərində açılmışdır. 1748 və 1890-cı illər arasında Paris Salonu dünyada ən məşhur əsərlərin sərgiləndiyi sərgi hesab olunurdu. 1881-ci ildə Fransa mədəniyyət qurumu tərəfindən sərgi yenidən təşkil edilmişdir.
Paris Universiteti
Paris Universiteti (fr. Université de Paris) — Fransanın paytaxtı Parisdə məşhur universitet idi. 12-ci əsrin ortalarında yaradılıb və təxminən 1160–1250-ci illər arasında rəsmi bir universitet kimi tanınıb. Bir çox dəyişikliklərdən sonra, o cümlədən bir əsr (1793-dən 1896-ə qədər) dayandırılması daxil olmaqla, 1970-ci ildə on üç muxtar universitetə bölündü. Robert de Sorbon 1257 ətrafında qurduğu kollegial qurumdan (kollec de Sorbonn) sonra, universitet çox vaxt Sorbonn və ya la Sorbonn kimi istinad edilir. On üç cari varis universitetlərdən, dördünün tarixi Sorbonn binasında binaları var və onların üçününün adlarında "Sarbonna" sözü daxildir.
Paris birjası
Paris birjası — Fransanın Paris şəhərində birja. Ayers, Andrew (2004). The Architecture of Paris. Stuttgart; London: Edition Axel Menges. ISBN 978-3-930698-96-7. Biais, B., Foucault, T. and Hillion, P. 1997 Microstructure des marchés financiers: institutions, modèles et tests empiriques, Paris: PUF. Hamon, J. 1995 Marché d'actions: architecture et microstructure, Paris: Economica.
Paris konqresi
Paris konqresi — Paris müqaviləsinin imzalanması ilə nəticələnən, Krım müharibəsini bitirmək məqsədi ilə çoxtərəfli beynəlxalq danışıqların aparıldığı konqres. 13 fevral (25) 1856-cı ildə Fransanın paytaxtında çağırılmışdır. Konqresin işində Rusiya, Fransa, İngiltərə, Avstriya, Sardiniya, Osmanlı imperiyası və Prussiyanın diplomatik nümayəndələri iştirak etmişdilər. Konqresin sessiyalarına Fransa Xarici İşlər Naziri, Napoleon Bonapartın oğlu qraf A.Valevski rəhbərlik edirdi. Rusiyanı iki şəxs təmsil edirdi. Birinci şəxs fövqaladə səlahiyyətli qraf A.F.Orlov, ikincisi isə Londonda uzun müddət Rusiya səfiri olmuş F.İ.Brunnov idi. Britaniyanı Lord Vilers Corc Klarendon və Henry Vellesli təmsil edirdi. Avstriya Fon Karl Ferdinant Buolem, Sardiniya krallığı isə Kamillo Kavur timsalında konqresə qoşulmuşdu. Osmanlı imperiyası adından qatılan nümayəndə heyətinə sədrəzəm Mehmed Əmin Əli Paşa rəhbərlik edirdi. Rusiya "Şərq məsələsi" çərçivəsində Osmanlı imperiyasına son vermək və türkləri Avropadan, həmçinin İstanbul boğazlarından qovmaq istəyirdi.
Paris meridianı
Paris meridianı – Paris rəssədxanasından keçən meridiana deyilir. Meridianın adı 1884-cü ildə Fransada qəbul olunmuşdur. Coğrafi uzunluqların hesablanmasında istifadə olunur. Paul Murdin: Full Meridian of Glory. Perilous Adventures in the Competition to Measure the Earth.
Paris metropoliteni
Paris Metrosu — Fransanın paytaxtı Parisdə yerləşən dünyanın ən köhnə və böyük metrolarından biridir. İlk dəfə 1900-cü ildə inşa edilən Paris metrosunda 16 xətt mövcuddur və cəmi 214 km uzunluğa malikdir. Paris şəhərinin simvolu olaraq göstərilən Paris metrosunun arxitektura şəkli Art Nouveau-dan təsirlənmişdir. Paris metropoliteni 14 nömrələnmiş "böyük" xəttə və 2 qısa keçid (3-cü və 7-ci) xəttinə malikdir. Yolların uzunluğu 214 km olan metroda 301 (həmçinin 62 transplantasiya) stansiya var. Bir halda ki, transplantasiya stansiyaları birdən çox xəttə aiddir və metronun bütün xətlərində dayanacaqların ümumi miqdarı 384 ədəd təşkil edir. Stansiyalar arasındakı orta məsafə 620 m olan metroda yeraltı və yerüstü xətlərin sayı 21-dir. Paris metrosuna minmək üçün xüsusi kartonu xatırladan gündəlik, aylıq və illik biletlərdən istifadə edilir. Hətta bir həftəlik biletlər də mövcuddur. Bir biletin qiyməti 1,50 avrodur.
Paris metrosu

Paris müqaviləsi
Paris sülh müqaviləsi (1783)
Paris məktubları
Paris məktubları - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə 1919-cu ildə Parisə, Versal sülh konfransına göndərilmiş Azərbaycan Nümayəndə heyətinin sədri Əlimərdan bəy Topçubaşovun hökumətə ünvanlanmış rəsmi məlumatları toplanmışdır. Həmin məlumatlar Azərbaycan dilində ilk dəfə 1998-ci ildə çap olunmuşdur. Əlimərdan bəy Topçubaşov Paris Sülh Konfransı Əlimərdanbəy Topçubaşov. "Paris məktubları", Bakı, Azərnəşr, 1998, 120 səh.
Paris məktəbi
Paris məktəbi — Qərb sənətində XX əsrin birinci yarısında Parisdə yerləşən,bənzər cərəyanlarda yer alan sənətçiləri izah etmək üçün istifadə olunan bir termindir. Paris Məktəbi tək bir sənət hərəkatı və ya təşkilat deyildi, lakin Parisin 20-ci əsrin əvvəllərində Qərb sənətinin mərkəzi kimi əhəmiyyətini ifadə edir. 1900-1940-cı illər arasında şəhər bütün dünyadan sənətçilər çəkdi və bədii fəaliyyət mərkəzi oldu. Paris Məktəbi, bu boş cəmiyyətin, xüsusən də fransız olmayan sənətkarların, Montparnasse'nin kafe, salon və ortaq iş yerləri və qalereyalardakı mərkəzlərini təsvir etmək üçün istifadə edilmişdir. Birinci Dünya Müharibəsindən əvvəl bu ad həm də post-impressionistlər və Pointillizm və Orfizm, Fauvizm və Kubizm arasında bir çox əməkdaşlıq və yeni sənət cərəyanlarında üst-üstə düşən sənətkarlara da tətbiq olunurdu. Həmin dövrdə Montmartrada bədii mayalama və orada qurulmuş sənət səhnəsi baş verdi. Lakin Pikasso uzaqlaşdı, müharibə demək olar ki, hamını səpələdi, 1920-ci illərdə Montparnasse avanqardın mərkəzinə çevrildi. İkinci Dünya Müharibəsindən sonra bu ad başqa bir mücərrəd sənətkar qrupuna tətbiq edildi. I dünya müharibəsi öncəsində Parisdə yaşayan Pablo Pikasso,Mark Çaqal,Amadeo Modilyani,Pyer Bonard və Henri Matis kimi sənətçilər,ortaya çıxardıqları Post-impressionalizm,kubizm, fovizm kimi cərəyanlara Paris məktəbinin qabaqcıllarıdır.Bu sənətçilər və Jan Arp, Robert Delauney,Sonia Delauney,Coan Miro,Konstantin Brakusi,Raul Dofi,Rene İçe,Tsuquharu Foucita kimi digərləri,iki dünya müharibəsi arasındakı dövrdə Sürrealizm və Dada başda olmaqla fərqli cərəyanlarda da əsərlər yaradıblar. "Paris məktəbi" termini 1925-ci ildə André Warnod [fr] tərəfindən Parisə köçmüş bir çox xarici əsilli sənətkarlara istinad etmək üçün istifadə edilmişdir.
Paris sindromu
Paris sindromu (fr. Syndrome de Paris, yap. パリ症候群, Pari sekoqun) — Fransanı ziyarət edən turistlərdə, xüsusilə də yapon turistlərində qeydə alınan psixi pozuntu. İlk dəfə 1986-cı ildə Fransada çalışan yapon psixiatrı Hiroaki Ota tərəfindən müəyyən edilmişdir. Mahiyyət etibarilə Stendal və Yerusəlim sindromuna çox yaxındır. Hər il ən azı 12 yapon turisti Fransa paytaxtını ziyarət etdikdən sonra psixoloqlara müraciət edir. Zərərçəkmişlərin əksəriyyəti yerli sakinlərin aqressiv hərəkətlərindən şikayət edirlər. Xəstələrin üçdə ikisi bir neçə psixoterapiya seansından sonra normal vəziyyətə qayıda bilir. Lakin yerdə qalanlar daha uzunmüddətli müalicə kursuna ehtiyac duyurlar və əksər hallarda onlara kəskin psixoz diaqnozu qoyulur. Psixoloq Erv Benhamounun fikrincə, yapon turistlərin psixikası Paris kimi şəhərləri ziyarət etməyə hazır deyil.
Paris sülhü
Paris sülhü (1783) — Parisdə və Versalda ABŞ İstiqlal müharibəsinin bitməsi. ABŞ-nin müstəqilliyinin Böyük Britaniya tərəfindən tanınması. Paris sülhü (1814) — 1814 cü ildə Parisdə Fransa ilə VI antifransa koalisiyası (Rusiya, Böyük Britaniya, Avstriya, Prusiya, sonradan isə İspaniya, İsveçrə, Portuqaliya) arasında imzalanmış müqavilə: Fransa 1 yanvar 1792 ci il sərhədlərinə qaytarılır, İsveçrə və Hollandiya, alman kyazlıqları və İtaliya müstəqilliyini bərpa edir. Paris sülhü (1815) — 1815 cü ildə Parisdə Fransa ilə VII antifransa koalisiyası (Rusiya, Böyük Britaniya, Avstriya, Prusiya) arasında imzalanmış müqavilə: Fransa 1790 ci il sərhədlərinə qaytarılır və ona 700 mln. frank kontribusiya qoyulur. Fransanın şimal şərqi hələ 3-5 il işğalda qalır.
Paris topu
Paris topu, Almanların Birinci Dünya Müharibəsi dövründə 1918-ci ilin Mart və Avqust ayları arasında Paris şəhərini bombalamaq üçün istifadə etdikləri bir dəmir yolu topudur. Kayser Wilhelm topu olaraq da bilinən topun bombardmanı zamanı 250 mülki şəxs ölmüş və 620 nəfər yaralandı. Parisə 128 km məsafədən 320-367 dəfə atəş açmış və şəhərdə geniş çaxnaşmaya səbəb olmuşdur. Çünki atəş açılan zaman yaranan səs bu məsafədən eşidilirdi. Top; təxminən 1 tonluq mərmisini 130 km məsafəyə ata bilirdi. Fransa ilə baş verən qarşıdurmada bir istisna edilmiş və 2 km irəli gətirilən top 128 km-dən atəş açaraq Parisi bombaladı və atışları da mükəmməl idi. Tarixi boyunca təxminən 850-900 fransız əsgərini öldürən top Adolf Hitler tərəfindən uğursuz sayıldı və qısa müddət sonra top istifadədən çıxarıldı. Top mərmisini göndərdikdə, mərmi lülədən böyük sürətlə çıxırdı və təxminən 3 - 3,5 saniyə sonra stratosferə girdi. Topu istifadə etmək üçün təxminən 45 işçi lazım idi. Kruppun zavodlarında istehsal edilmişdir.
Paris şəhəri
Paris (fr. Paris, tələf. Paği) — Fransanın paytaxtı və ən çox əhalisi olan şəhəri, 1 yanvar 2023-cü il rəsmi hesablamada 105 km2-dan çox bir ərazidə 2,102,650 sakinin yaşadığı şəhər, bu da onu Avropa İttifaqının 4-cü ən çox əhalisi olan şəhəri edir, beləki 2022-ci ildə dünyanın ən sıx məskunlaşmış 30-cu şəhəridir. Şəhər Paris hövzəsinin mərkəzində, təxminən dəniz səviyyəsindən 65 m hündürlükdə yerləşmişdir. Parisin yaşayış məhəllələri 36 km-lik dairəvi yolla əhatələnmişdir. Parisin ərazisinə həmçinin şəhərdən qərbdə yerləşən Bulon və şərqdə yerləşən Vensen meşələri də aiddirlər. Şəhərin sahəsi 87 кm², adı çəkilən meşə zolaqları ilə birlikdə 105 кm²-dir. İndiki sərhədlər 1860-cı ildə qurulub. Şəhər sərhədi əsasən Periferik dairəvi yol boyunca uzanır, onun xaricində şərqə və qərbə doğru şəhərin bir hissəsi olan Bois de Vincennes və Boulogne var. Fransız xəritələrində uzun müddət Paris meridianı 0 meridian kimi göstərilmişdir.
Paris-Saclay
Paris-Saklay İle-de-Fransada Saclay yaxınlığındakı texnologiya və elm parkıdır. Buraya tədqiqat institutları, ali təhsil müəssisələri (grandes écoles) olan iki böyük Fransa universiteti və həmçinin özəl şirkətlərin tədqiqat mərkəzləri daxildir. 2013-cü ildə Technology Review Paris-Saclay-ı dünyanın ən yaxşı 8 tədqiqat qrupu sırasına daxil edib. 2014-cü ildə o, Fransanın elmi tədqiqat potensialının demək olar ki, 15%-ni təşkil edirdi. İlk yaşayış məskənləri 1950-ci illərə təsadüf edir və 1970–2000-ci illərdə ərazi bir neçə dəfə genişlənir. Hazırda bəzi obyektlərin köçürülməsi də daxil olmaqla bir neçə kampus inkişafı layihələri həyata keçirilir. Ərazidə hazırda Avropanın ən böyük yüksək texnologiyalı şirkətlərinin bir çoxu, həmçinin iki ən yaxşı Fransa universiteti, Paris-Saclay Universiteti (CentraleSupélec, ENS Paris-Saclay, …) və Paris Politexnik İnstitutu yerləşir. (Fransa Politexnik Məktəbi, Télécom ParisTech, HEC Paris …). ARWU 2020 reytinqində Paris-Saclay Universiteti riyaziyyat üzrə dünyada 14-cü, fizika üzrə dünyada 9-cu yerdədir (Avropada 1-ci). Məqsəd Silikon Vadisi və ya Kembric, MA kimi digər yüksək texnologiyalı rayonlarla rəqabət apara biləcək beynəlxalq elm və texnologiya mərkəzi yaratmaq üçün klasteri gücləndirmək idi.
Dərviş Parisi Partladır (1976)
Dərviş Parisi partladır (film, 1976)
Dərviş Parisi partladır — Azərbaycan filmi. == Məzmunu == Filmdəki hadisələr XIX əsrin ortalarında Qarabağda cərəyan edir. Tanınmış fransız botanika alimi Müsyö Jordan (Sergey Yurski) mülkədar Hətəmxan ağanın (Adil İsgəndərov) qonağı olur. O, ev sahibinin qardaşı oğlu Şahbaz bəyi (Ənvər Həsənov) özü ilə Parisə aparmaq, orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə kor-koranə riayət edən qohumlar bu səfərin qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar. Əsərdə olduğu kimi, filmdə də XIX əsr feodal Azərbaycanında hökm sürən ətalət və gerilik ifşa edilir, eyni zamanda sakit patriarxal mühitində mütərəqqi meyllərin yaranmasından danışılır, gənclər biliklərə yiyələnməyə dəvət olunur. İctimai elmlər, o cümlədən təbiətşünaslıq elmi təbliğ edilir. == Film haqqında == Film dramaturq Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" klassik komediyasının motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Əsərin müəllifi: Mirzə Fətəli Axundov Ssenari müəllifi: Ədhəm Qulubəyov Quruluşçu rejissor: Kamil Rüstəmbəyov, Şamil Mahmudbəyov Quruluşçu operator: Zaur Məhərrəmov, Arif Nərimanbəyov Quruluşçu rəssam: Nadir Zeynalov Geyim rəssamı: Elbəy Rzaquliyev Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Əziz Şeyxov Rejissor: Akif Rüstəmov Təcrübəçi rejissor: Ziyafət Abbasov Operator: Vaqif Muradov Dekor rəssamı: Fikrət Ələkbərov Qrim rəssamı: V. Bereznyakov Montaj edən: Lidiya Vyalsova Redaktor: Fərman Kərimzadə Rejissor assistenti: Ziya Şıxlinski, T. Atakişiyev Operator assistenti: T. Əlizadə Rəssam assistenti: A. Stepanova Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Çalır: Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Simfonik Orkestri Dirijor: R. Məlikaslanov Filmin direktoru: Nazim Ələkbərov === Rollarda === Sergey Yurski — Müsyö Jordan Mirzə Babayev —Dərviş Məstəli şah Adil İsgəndərov — Hətəmxan ağa Leyla Bədirbəyli — Şəhrəbanu Səfurə İbrahimova — Sənəm Mömünat Qurbanova — Şərəfnisə Ənvər Həsənov — Şahbaz bəy Həsənağa Turabov — Rəşid bəy S. Bağırova — Gülçöhrə Fazil Salayev — Qulaməli Kamil Məhərrəmov — Qəmbər Ramiz Əzizbəyli — nökər V. Marianbey Fikrət Ələkbərov Osman Həqqi — bəy A. Məmmədzadə Bahadur Əliyev — bəy N. Məhərrəmov Gümrah Rəhimov — bəy Arif Mədətov — bəy (titrlərdə yoxdur) Yaqub Məmmədov (xanəndə) — Xanəndə === Filmi səsləndirənlər === Əliağa Ağayev — Hətəmxan ağa (Adil İsgəndərov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Şahbaz bəy (Ənvər Həsənov) (titrlərdə yoxdur) Yusif Vəliyev — Dərviş (Mirzə Babayev) (titrlərdə yoxdur) (Xuraman Hacıyeva) — Şərəfnisə (Mömünat Qurbanova) (titrlərdə yoxdur) Sadıq Hüseynov (aktyor) — Bəy (Arif Mədətov (aktyor)) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред.
Erigeron parishii
Erigeron parishii (lat. Erigeron parishii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Euphorbia parishii
Euphorbia parishii (lat. Euphorbia parishii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Galium parisiense
Galium parisiense (lat. Galium parisiense) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Galium parisiense f. decipiens
Galium parisiense subsp. anglicum
Galium parisiense subsp. divaricatum
Galium divaricatum (lat. Galium divaricatum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Galium anglicum var. divaricatum (Pourr. ex Lam.) Trevir. Galium anglicum subsp. divaricatum (Pourr. ex Lam.) Bonnier & Layens Galium parisiense subsp. divaricatum (Pourr. ex Lam.) Rouy Galium parisiense f.
Galium parisiense subsp. parvifolium

Galium parisiense subsp. tenellum
Galium parisiense (lat. Galium parisiense) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Galium parisiense var. anglicum
Galium parisiense var. australe
Galium divaricatum (lat. Galium divaricatum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Galium anglicum var. divaricatum (Pourr. ex Lam.) Trevir. Galium anglicum subsp. divaricatum (Pourr. ex Lam.) Bonnier & Layens Galium parisiense subsp. divaricatum (Pourr. ex Lam.) Rouy Galium parisiense f.
Galium parisiense var. divaricatum

Galium parisiense var. gracile
Galium parisiense (lat. Galium parisiense) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Galium parisiense var. lasiocarpum
Galium parisiense (lat. Galium parisiense) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Galium parisiense var. leiocarpum
Galium parisiense var. nudum
Galium parisiense var. ruricolum
Galium parisiense var. tenuicaule
Galium divaricatum (lat. Galium divaricatum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Galium anglicum var. divaricatum (Pourr. ex Lam.) Trevir. Galium anglicum subsp. divaricatum (Pourr. ex Lam.) Bonnier & Layens Galium parisiense subsp. divaricatum (Pourr. ex Lam.) Rouy Galium parisiense f.
Galium parisiense var. trichocarpum
Galium parisiense (lat. Galium parisiense) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Galium parisiense var. vestitum
Galium parisiense (lat. Galium parisiense) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
General Delestraint küçəsi (Paris)
General Delestraint küçəsi (fr. Rue du Général-Delestraint) — Parisin XVI arrondissmentinə aid küçələrindən biri. Erlanger küçəsinin ardını Boulevard Exelmansdan sonra Rue du General Delestraint təşkil eir. Küçə Fransa Müqavimət Hərəkatınınüzvü olmuş General-leytenant Çarless Delestraintın şərəfinə 1954 cü ildə adlandırılmışdır. “Azərbaycan Evi” bu küçədə, №31-də yerləşir.
Kambon küçəsi (Paris)
Kambon küçəsi (fr. Rue Cambon) — Parisin I arrondissementinəaid məşhur küçələrindən biri. Küçə fransız içtimayi və siyasi xadimi Milli Konventin sədri olmuş Pyer Jozef Kambonun şərəfinə adlandırılmışdır. 1910 cu ildə Kambon küçəsi (fr. Rue Cambon) 21 ünvanında, "Chanel Modes" atelyesini açır.
Konkord meydanı (Paris)
Konkord meydanı ya Razılıq meydanı (fr. Place de la Concorde) — Klassizim üslubunda salınmış Parisin mərkəzi meydanı, "5 kral meydanından" biri. Böyüklüyünə görə Fransanın Bordo şəhərindəki lat. “Quinconces” meydanından sonra ikincidir. Sahəsi 68.470 m²- dir. Meydan Sena çayından şimalda, VIII arrondissement ərazisində, Tyuilri bağı ilə Şanzelize prospekti arasında yerləşir. Konkord meydanına Rivoli və Royal küçələri açılırlar. == Tarixi == Meydan 1755 ci ildə Kral meydanı kimi fransız memarı fr. Ange-Jacques Gabriel tərəfindən layihələşdirilərək salınmışdır. O zaman meydanda XV Lüdovikin heykəltaraş fr.

Digər lüğətlərdə