Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Volqa
Volqa (rus. Волга, q.slav. Вльга, alm. Wolga‎) ya da Edil (köhn. azərb. عديل Edil və ya آطل Atil, tatar. Идел, İdel, çuvaş Атӑл, qaz. Едiл, Edil, kalm. Иджил-гол, İcıl-göl) — Rusiyanın Avropa hissəsində çay. Volqa çayı uzunluğuna görə Avropanın ən böyük çayıdır.
Volqa deltası
Volqa deltası — Avropanın ən böyük çay deltası, dünyada isə 8-ci yeri tutur. Delta mənsəbdə Volqa çayının ən böyük qolu olan Buzan çayından başlayır. Deltada Volqanın 500 irili-xırdalı qolu vardır. Əsas qolları — Buzan, Bəxdəmir, Kazımyak, Köhnə Volqa, Bolda, Axtuba, Kiqaç (Axtuba və Baxdəmir gəmişilik üçün yararlıdır. Xəzər dənizinin səviyyəsinin 130 il ərzində azalması səbəbindən deltanın sahəsi 9 dəfə artmışdır. Delta unikal flora və faunaya mənsubdur. Bu səbəbdən 1919-cu ildə burada Həştərxan qoruğu yaradılmışdır (Hətta ümumdünya irsi siyahısına daxildir). Deltada qolların sayı relyefdən və axından asılı olaraq dəyişir. Qollar əsasən yuxarı və aşağı hissələrdə üstünlük təşkil edir. Kiçik qollar əsasən deltanın dəniz sahillərinə yaxın hissədə çoxalır.
Volqa pişikotu
Volqa pişikotu (lat. Valeriana wolgensis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin pişikotu cinsinə aid bitki növü.
Volqa siyənəyi
Volqa siyənəyi (lat.Alosa kessleri volgensis ) — siyənəkkimilər fəsiləsinin növüdür. Xəzərin hər yerində rast gəlinir. Qışı Cənubi Xəzərdə (Azərbaycan sularında) keçirir, yaz gəldikdə hər iki sahil boyu şimala doğru miqrasiya edir, başlıca olaraq Volqa çayına, az miqdarda isə Ural çayına girir. D III - IV 13 - 15 (14), ümumi sayı 17 - 19 (18), A III 16 – 20 (17.8), ümumi sayı 19 - 23 (20.8), qəlsəmə dişciklərinin sayı 90 - 155 arasında dəyişir. Qəlsəmə dişcikləri nazik və uzun olur. Başı çox böyük və enlidir. Fəqərə sümüklərinin sayı 48 - 54 (51.9) olur. Yetkin fərdlərinin uzunluğu 19 - 39 sm, kütləsi 100 - 600 q arasında dəyişir. Qəlsəmə qapağının gerisində qara ləkə (xal) olur. Keçici balıq olub Xəzərdə yaşayır, çoxalmaq üçün Volqa və Ural çaylarına girirlər.Qidasını xərçəngkimilər və balıqlar təşkil edir.
Volqa sıfı
Volqa sıfı (lat. Sander volgensis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. Bel üzgəcləri sıfdakıdan daha hündürdədir və bir-birinə toxunur. Yanları pulcuqla örtülüdür. Köpək dişləri yoxdur. Bədəni rəngi daha açıqdır. Tünd köndələn zolaqlar daha kəskin seçilir. Xəzər, Azov və Qara dəniz hövzələri çaylarının orta və aşağı axarlarında, əsas su anbarlarında yayılmışdır. Volqada və onun delta hissəsində çoxsaylıdır. Uralda, Terekdə, Sulakda və Samurda azdır, Kürdə yoxdur.
Volqa tatarları
Volqa tatarları və ya Volqa tatarları — hal-hazırda Rusiya Federasiyasına bağlı muxtar Tatarıstan Respublikasında və Volqa çayı boyunca yerləşmiş olan Kazan və ya Volqa tatarlarına verilən addır. Rusiyanın ruslardan sonra ən çoxsaylı ikinci etnosudurlar. Volqa çayı boyunca yerləşdikləri üçün bu adı almışdırlar. Tatar dilində danışırlar. Dilləri Krım tatar dilinə çox yaxındır. Volqa tatarlarının ataları Volqa-Kama Ön Bulqarları ilə XIII əsrdə Orta Asiyadan bölgəyə gələn Qıpçak Kuma türkləridir. 922-ci ildən əsasən, müsəlmandırlar. Volqa tatarları Kazan tatarları, Mişarlar, Qasım tatarları, Noqrat tatarları, Perm tatarları və Keraşenlər kimi subetnoslara bölünmüşdürlər. Rusiyanın slavyan etnoslarından fərqlənən məxsusi adət-ənənəyə malikdirlər.
Volqa xoruzgülü
Volqa xoruzgülü (lat. Adonis volgensis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Volqa (rəqs)
Volqa rəqsi və ya Xoşbəxtlik rəqsi — Volqa çayı hövzəsində yaşayan xalqlar arasında məşhur olan ənənəvi rəqsdir. Bu rəqs, çoxəsrlik tarixə malikdir və regionun etnik və mədəni müxtəlifliyini əks etdirir. == Tarixi == Volqa rəqsi qədimdən bəri Volqa çayı hövzəsində yaşayan müxtəlif xalqların ənənəvi rəqslərinin birləşməsi kimi formalaşıb. Bu bölgədə rus, tatar, çuvaş, mari və mordvin xalqları tərəfindən öz mədəniyyətlərinə uyğunlaşdırılmışdır. Rəqs əsasən kənd yerlərində bayramlar, toylar və xüsusi dini bayramlarda ifa edilirdi. Tarix boyu bu rəqs regionun sosial və mədəni mərasimlərinin mühüm bir hissəsi olmuşdur. == Musiqi və instrumentlər == Volqa rəqsi ritmik və coşqun musiqi ilə müşayiət olunur. Əsas musiqi alətləri: Balalayka – Rusiya və digər region xalqları üçün xarakterik simli musiqi aləti. Harmoniya – Akordeona bənzəyən və Volqa bölgəsində geniş istifadə olunan alət. Qarmon – Xüsusilə tatar və başqırd xalqları tərəfindən istifadə olunur.
Orta Volqa diyarı
Orta Volqa diyarı — RSFSR–in tərkibində, 1929–1936-cı illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Samara şəhəri idi.
Volqa-Don 2
Volqa-Don 2 (Volqa-Don 2 kanalı) — Volqaqrad su anbarından (Volqa çayından) Don çayına suyun ötürülməsi üçün təyin edilmiş İrriqasiya kanalı layihəsi. Kanalın əsas tikinti məqsədi Volqa-Don gəmiçilik kanalının funsionallaşdırılmasında don sularının xərclərini kompensasiya etməyin zəruriliyi olub. Cənubi Volqaqraddan başlayan mövcud Volqa-Don gəmiçilik kanalından fərqli olaraq Volqa-Don 2 Yerzovka qəsəbəsindən başlamalı və Qraçi və Panşinodan qərbə doğru hərəkət edirdi. Tikinti 1980-ci illərdə başlayıb və ölkənin iqtisadi vəziyyətinin pisləşməsi ilə bağlı olaraq 1990-cı ildə dayandırılıb. "Kommersant-Vlast" jurnalının məlumatına görə tikintinin smetasının qiyməti 279, 7 milyon rubl olub, lakin onun konservasiyası vaxtı müxtəlif mənbələrə görə bu məbləğ 130-dan 141, 7 milyon rubla qədər olub. Dəyərləndirməyə görə işlər dayandırılana qədər kanalın 20%-i tikilib başa çatdırılmışdır. Kanalın tikilən hissəsi kosmosdan 48°56′47″ şm. e. 44°37′14″ ş. u.-da yaxşı görünür.
Volqa-Don kanalı
Volqa-Don kanalı — Volqa və Don çaylarını birləşdirən gəmiçilik kanalı. Rusiyanın Avropa hissəsində vahid dərinsulu nəqliyyat sistemi. Hələ qədim zamanlardan gəmilərin bu iki çay arası ən qısa məsafədən birindən o birinə keçmələri söylənilməkdədir. Bunu Xəzərdə cövlan edən kazak soyğunçularının və 943 – 944-cü illərdə basqınçı rusların Azərbaycana yürüşü zamanı Xəzərə, Xəzərdən Kürə keçərək Bərdəni işğal etmələri barədə də demək olar. Şübhəsiz, yerli əhali tatarlar, noqaylar da Volqa-Don suayrıcının üstünlüklərindən istifadə edə bilirdilər. Çox-çox əvvəllərdən isə tarixin köksündə "Türk Or" yəni Türk Xəndəyi deyə yarımnəşəli, yarımpeşman bir xatirə vardı. Or "xəndək, qanov deməkdir. (müqayisə edək Or Kapı Perekopun əvvəlki adı – qala dərin, enli xəndəklə əhatələndiyindən Or Kapı adlandırılmışdı. Daha doğrusu, Krımın başlanğıcında – qapısında dayanan xəndəklə əhatələnmiş Or Kapı qalası; bir də Or çayı və üzərində Orsk şəhərinin adındakı "or"sözü dediklərimizə sübutdur). Osmanlı dövləti Rusların Kazan və Astarxanı istila etməsi və güclənib Volqaboyu torpaqlarda möhkəmlənməsi ilə böyük türk ölkələrinin itirilməsini qəbul edə bilmirdi.
Volqa-Kama qoruğu
Volqa-Kama Dövlət Biosfer Təbiət Qoruğu — Rusiya ərazisində, Tatarıstan Respublikasına məxsus biosfer qoruğu. Volqa-Kama dövlət qoruğu 13 aprel 1960-cı ildə yaradılmışdır. RSFSR-in Nazirlər Sovetinin № 510 saylı qərarı ilə formalaşan bu qoruqda Orta Volqanın meşə örtüyü və meşə-çöl ekosistemi qorunur. Qoruq Tatarıstan Respublikasının Zelenodol rayonunda, Volqa çayının sağ terrasında yerləşir. 2001-ci ilə qədər qoruğun sahəsi 8024 hekatar olmuşdur. Rusiya Federasiyasının 9 aprel 2001-ci il № 277 saylı qərarı ilə qoruğun sahəsi genişləndirilərək 10 091,2 hektara çatdırıldı. Qoruq iki hissədən ibarətdir — Saralin və Rayf. Bu ərazilər birbirindən 100 km aralıda yerləşir. Ən yaxın olan hissə Kazan şəhərindən 50 km cənubda yerləşir. Qoruğun ərazisinə Kuybışev su anbarı daxildir.
Volqa-Xəzər kanalı
Volqa-Xəzər gəmiçilik kanalı (VXGK) — Volqa çayının deltalarından birinin qolu olan Baxtemir çayının dərinsulu hissələrindən birini və Xəzər dənizinin dərinsulu hissəsi ilə Volqa deltasının azsulu hissəsini birləşdirən kanal. Dəniz gəmilərinə Baxtemir çayındakı Olya və Volqa çayındakı Astraxan limanlarına daxil olmaq imkanı verir. Şlüzü (Gəmilərin suyu müxtəlif səviyyədə olan çay və kanallardan keçməsi üçün xüsusi hidrotexniki qurğuları) yoxdur. XIX əsrin ortalarında bütün dünyada və Rusiyada ticarət donanmasının tonnajında və dəniz yükdaşımalarının həcmində əhəmiyyətli artım başladı. Bununla əlaqədar olaraq daxili rus limanlarını Xəzər dənizi limanları ilə bağlayan kanal tikintisinə ehtiyac artdı. Bağlanğıcda dənizə gələcək yolların iki istiqaməti nəzərdə tutulurdu: Baxtemir və Kamızyak yolu. 1874-cü ildə Baxtemir dəniz gəmiçiliyi üçün daha məqbul yol kimi təsdiq edildi. Bu ili Volqa-Xəzər gəmiçilik kanalının yaranış tarixi kimi qəbul edirlər. Məhz bu ildə kanalın tikintisi başlandı və birinci mərhələ 17 il davam etdi. Bununla da hər il Baxtemir qolundan 60 min kub metrə qədər alt torpaq götürüldü.
Volqa Avtomobil Zavodu
AvtoVAZ (rus. АвтоВАЗ)- Rusiyada ən iri avtomobil şirkəti. Samara vilayəti, Tolyatti şəhərində yerləşir. Əvvəlki adı VAZ (rus. ВАЗ- Волжский автомобильный завод) olmuşdur. İlkin dövrlər "Jiquli", "Niva", "Sputnik", "Samara", "Oka" markalı maşınlar istehsal etmişdir. Bu markaları ilə Azərbaycanda və digər post-sovet ölkələrində məşhurlaşmışdır. Hal-hazırda "Lada" markası ilə istehsal etdiyi maşınlar belə əksər avtomobil həvəskarları tərəfindən VAZ kimi adlandırılır. 1993-cü ildə Vyaçeslav Zubarev tərəfindən qurulan" TTS " 1992-ci ildə AvtoVAZ ilə müqavilə imzaladı. 1995 — ci ildə Naberejnıe Çelnı şəhərində ilk tam hüquqlu Avtomobil Mərkəzi-Lada salonu açıldı və avtomobil zavodundan birbaşa çatdırılma üçün gəldi.
Volqa Federal Dairəsi
Volqa Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Volqa çayının orta və aşağı axınları boyundakı əraziləri əhatə edir. Tərkibinə Kalmıkiya və Tatarıstan respublikaları, Həştərxan, Volqoqrad, Penza, Samara, Saratov, Ulyanovsk vilayətləri daxildir. Sahəs 536,4 min km²-dir. Əsas təbii ehtiyatları neft, təbii qaz, Volqa və Kama çaylarının su enerjisidir. Neftçıxarma və neft emalı, xüsusilə neft-kimya üstünlük təşkil edir. Maşınqayırmanın müxtəlif sahələri inkişaf etmişdir. Ümumrusiya əhəmiyyətli tikinti materialları istehsalı mövcuddur. Kənd təsərrüfatında buğda, yağlı bitkilər, bostan bitkiləri, həmçinin ət istehsalı əsas yer tutur. İqtisadi əlaqələrində dəmiryol, avtomobil və hava nəqliyyatı ilə yanaşı su yollarının (Volqa) xüsusi əhəmiyyəti vardır.
Volqa ticarət yolu
İdil ticarət yolu və ya Volqa ticarət yolu ― orta əsrlərdə Şimali Avropanı və Rusiyanın şimal-qərbini Xəzər dənizi və Volqa çayı vasitəsilə Sasani imperiyası ilə birləşdirən ticarət yolu. Ruslar bu yoldan Xəzər dənizinin cənub sahillərində yerləşən müsəlman ölkələri, bəzən isə Bağdad şəhərinə qədər ərazilər ilə ticarət etmək üçün istifadə etmişlər. Güclü İdil bulqarları yarımköçəri konfederasiya yaratmış, Volqa çayı boyunca Rusiya və Skandinaviya vikinqləri, eləcə də cənubdakı Bizans imperiyası ilə ticarət əlaqələri qurmuşlar. Şahmat Kiyev Rus dövlətinə İran və ərəb torpaqlarından Volqa ticarət yolu vasitəsilə təqdim edilmişdir. Johannes Brøndsted (1965). The Vikings. (transl. by Kalle Skov). Penguin Books. Peter Benjamin Golden (2006) "Rus." Encyclopaedia of Islam (Brill Online).
Qara Volqa (film)
Filmdə "Pəncəli Aslan"ın (Laləzar Mustafayeva) başçılıq etdiyi cinayətkar qrupun törətdiyi saysız hesabsız cinayətlərdən və nəhayət hüquq mühafizə orqanları tərəfindən bu cinayətkar qrupun dağıdılmasından danışılır. Film yazıçı Cəmşid Əmirovun eyniadlı romanı əsasında ekranlaşdırılmışdır. Məsləhətçi qismində əsərin müəllifi Cəmşid Əmirovun oğlu, polis podpolkovniki Çingiz Əmirov dəvət edildi. Orfoqrafik: Titrlərdə filmin adı "Qara Volqa" yazılmışdır. Doğrusu "Qara "Volqa"" olmalıdır. Əsərin müəllifi: Cəmşid Əmirov Ssenari müəllifi: Nəriman Əbdülrəhmanlı Quruluşçu rejissor: Elşən Məmmədov Quruluşçu operator: Sərvər Rəşidoğlu Quruluşçu rəssam: Nizami Bəydəmirov Geyim rəssamı: A.Bəydəmirov Bəstəkar: Rauf Əliyev Səs operatoru: Əsəd Əsədov Rejissor: Nadir Əzməmmədov Operator: Elmar Hüseynov Montaj edən: Tahirə Babayeva Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Rauf Dadaşov Qrim rəssamı: Telman Yunusov Fotoqraf-rəssam: Fərhad Behbudov Rejissor assistenti: Rafiq Orucov, İradə Quliyeva Operator assistenti: N.Nağıyev İnzibatçı: Tərlan Babayev (T.Babayev kimi), Z.Novruzov İşıq ustası: Akif Rəhimov, S.Əmirov Məsləhətçi: Çingiz Əmirov (polis podpolkovniki) Çalır: Səyavuş Kəriminin İdarəsilə İnstrumental Ansambl Redaktor: A.Əliyev Filmin direktoru: Akif Musayev Prodüser: Vidadi Məmmədov Kaskadyor: Əli Məmmədov (titrlərdə yoxdur)) Rasim Balayev — polkovnik Cavanşirov Nəsir Sadıqzadə — "Paxan" Laləzar Mustafayeva — "Pəncəli" Aslan Fuad Poladov — Səlimzadə Nadir Əzməmmədov — Cəfərli Ş.Şıxnəbiyeva — Bayramova Muxtar Maniyev — Kərimov Arzu Ocaqverdiyev — Yaşa Alim Məmmədov — Bürcəli Məfkurə Məhərrəmova — Samirə Nəsibə Eldarova — Klara Naibə Allahverdiyeva — Marqarita Fikrət Məmmədov — sürücü Zərnigar Ağakişiyeva — Solomonovna Vahid Əliyev — serjant Vəliəhd Vəliyev — Məmməd Əlioğlu Tələt Rəhmanov Zilli Namazov — polis işçisi M.Əsgərov Elşən Məmmədov Akif Musayev Süleyman Əhmədov — Əbdülxalıq Bəxtiyar Kərimov Füzuli Məmmədov — sahə müvəkkili N.İsrafilova Fərəc Fərəcov — restoran müdiri Əli Məmmədov Gümrah Rəhimov — polis işçisi Məmmədkamal Kazımov — Səlimzadənin atası Sevinc Əliyeva — "Paxan"ın xidmətçisi Faiq Əliyev — vəzifəli şəxs Eldəniz Rəsulov — Yaşa (Arzu Ocaqverdiyev) (titrlərdə yoxdur) Həsən Məmmədov — "Paxan" (Nəsir Sadıqzadə) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Samirə (Məfkurə Məhərrəmova) (titrlərdə yoxdur) Nuriyyə Əhmədova— Marqarita (Naibə Allahverdiyeva) (titrlərdə yoxdur) İlham Əsgərov — vəzifəli şəxs (Faiq Əliyev) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — Əbdülxalıq (Süleyman Əhmədov) (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — "Pəncəli" Aslan (Laləzar Mustafayeva) (titrlərdə yoxdur) Qorxmaz Əlili — Bürcəli (Alim Məmmədov) (titrlərdə yoxdur) Səidə Quliyeva — Bayramova (Ş.Şıxnəbiyeva) (titrlərdə yoxdur) Əliqulu Səmədov — Cəfərli (Nadir Əzməmmədov) (titrlərdə yoxdur) Sevda Məmmədova — Solomonovna (Zərnigar Ağakişiyeva) (titrlərdə yoxdur) Mustafa Karaçeper — "Dıyarbakır Düzüne" Cənnət Əliyev — "Təbriz" Niyaməddin Musayev — "Neynim" Alla Puqaçeva — "Panama" Azərbaycan Dövlət Yanacaq Komitəsi Bakı Neft Təchizatı Bazası "Qara volqa: Aktyorların bir çoxu niyə filmi "qara ləkə" saydılar?". anl.az/Ekspress. 2007-04-21–23. İstifadə tarixi: 2024-05-16. Kadrarxası: “Qara Volqa”da aktrisa Naibə Allahverdiyeva ilə öpüşən şəxs rejissorun özü olub “Qara Volqa”nın müəllifi nədən qorxmuşdu?!
Volqa yedəkçiləri
Volqa yedəkçiləri (rus. Бурлаки на Волге) əsəri 1872-1873-ci illərdə realist rus rəssamı və heykəltaraş İlya Repin tərəfindən çəkilmiş Şəkil çəkmək niyyəti Repində hələ 1869-cu ildə rəssam Konstantin Savitski ilə birlikdə Neva sahillərinə «İov və onun dostları» müsabiqə əsərini çəkməkdən ötrü etüdlər etmək üçün yollandığı zaman oyanmışdı. Orada gördüyü gəmi yedəkçiləri qayğısız cəmiyyət və mənzərəli təbiətlə müqayisədə onda təzadlı duyğular yaratmışdı. Elə o zaman gələcək əsərin ilkin eskizləri çəkilmişdi. Əsərin özü 1873-cü ildə başa çatdırıldı və cəmiyyətdə həyəcanlar tufanının heyranlıqdan qızğın nifrətə qədər bir burulğanının əmələ gəlməsinə səbəb oldu.
Volqa çayı
Volqa (rus. Волга, q.slav. Вльга, alm. Wolga‎) ya da Edil (köhn. azərb. عديل Edil və ya آطل Atil, tatar. Идел, İdel, çuvaş Атӑл, qaz. Едiл, Edil, kalm. Иджил-гол, İcıl-göl) — Rusiyanın Avropa hissəsində çay. Volqa çayı uzunluğuna görə Avropanın ən böyük çayıdır.
Qara "Volqa" (film, 1994)
Filmdə "Pəncəli Aslan"ın (Laləzar Mustafayeva) başçılıq etdiyi cinayətkar qrupun törətdiyi saysız hesabsız cinayətlərdən və nəhayət hüquq mühafizə orqanları tərəfindən bu cinayətkar qrupun dağıdılmasından danışılır. Film yazıçı Cəmşid Əmirovun eyniadlı romanı əsasında ekranlaşdırılmışdır. Məsləhətçi qismində əsərin müəllifi Cəmşid Əmirovun oğlu, polis podpolkovniki Çingiz Əmirov dəvət edildi. Orfoqrafik: Titrlərdə filmin adı "Qara Volqa" yazılmışdır. Doğrusu "Qara "Volqa"" olmalıdır. Əsərin müəllifi: Cəmşid Əmirov Ssenari müəllifi: Nəriman Əbdülrəhmanlı Quruluşçu rejissor: Elşən Məmmədov Quruluşçu operator: Sərvər Rəşidoğlu Quruluşçu rəssam: Nizami Bəydəmirov Geyim rəssamı: A.Bəydəmirov Bəstəkar: Rauf Əliyev Səs operatoru: Əsəd Əsədov Rejissor: Nadir Əzməmmədov Operator: Elmar Hüseynov Montaj edən: Tahirə Babayeva Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Rauf Dadaşov Qrim rəssamı: Telman Yunusov Fotoqraf-rəssam: Fərhad Behbudov Rejissor assistenti: Rafiq Orucov, İradə Quliyeva Operator assistenti: N.Nağıyev İnzibatçı: Tərlan Babayev (T.Babayev kimi), Z.Novruzov İşıq ustası: Akif Rəhimov, S.Əmirov Məsləhətçi: Çingiz Əmirov (polis podpolkovniki) Çalır: Səyavuş Kəriminin İdarəsilə İnstrumental Ansambl Redaktor: A.Əliyev Filmin direktoru: Akif Musayev Prodüser: Vidadi Məmmədov Kaskadyor: Əli Məmmədov (titrlərdə yoxdur)) Rasim Balayev — polkovnik Cavanşirov Nəsir Sadıqzadə — "Paxan" Laləzar Mustafayeva — "Pəncəli" Aslan Fuad Poladov — Səlimzadə Nadir Əzməmmədov — Cəfərli Ş.Şıxnəbiyeva — Bayramova Muxtar Maniyev — Kərimov Arzu Ocaqverdiyev — Yaşa Alim Məmmədov — Bürcəli Məfkurə Məhərrəmova — Samirə Nəsibə Eldarova — Klara Naibə Allahverdiyeva — Marqarita Fikrət Məmmədov — sürücü Zərnigar Ağakişiyeva — Solomonovna Vahid Əliyev — serjant Vəliəhd Vəliyev — Məmməd Əlioğlu Tələt Rəhmanov Zilli Namazov — polis işçisi M.Əsgərov Elşən Məmmədov Akif Musayev Süleyman Əhmədov — Əbdülxalıq Bəxtiyar Kərimov Füzuli Məmmədov — sahə müvəkkili N.İsrafilova Fərəc Fərəcov — restoran müdiri Əli Məmmədov Gümrah Rəhimov — polis işçisi Məmmədkamal Kazımov — Səlimzadənin atası Sevinc Əliyeva — "Paxan"ın xidmətçisi Faiq Əliyev — vəzifəli şəxs Eldəniz Rəsulov — Yaşa (Arzu Ocaqverdiyev) (titrlərdə yoxdur) Həsən Məmmədov — "Paxan" (Nəsir Sadıqzadə) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Samirə (Məfkurə Məhərrəmova) (titrlərdə yoxdur) Nuriyyə Əhmədova— Marqarita (Naibə Allahverdiyeva) (titrlərdə yoxdur) İlham Əsgərov — vəzifəli şəxs (Faiq Əliyev) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — Əbdülxalıq (Süleyman Əhmədov) (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — "Pəncəli" Aslan (Laləzar Mustafayeva) (titrlərdə yoxdur) Qorxmaz Əlili — Bürcəli (Alim Məmmədov) (titrlərdə yoxdur) Səidə Quliyeva — Bayramova (Ş.Şıxnəbiyeva) (titrlərdə yoxdur) Əliqulu Səmədov — Cəfərli (Nadir Əzməmmədov) (titrlərdə yoxdur) Sevda Məmmədova — Solomonovna (Zərnigar Ağakişiyeva) (titrlərdə yoxdur) Mustafa Karaçeper — "Dıyarbakır Düzüne" Cənnət Əliyev — "Təbriz" Niyaməddin Musayev — "Neynim" Alla Puqaçeva — "Panama" Azərbaycan Dövlət Yanacaq Komitəsi Bakı Neft Təchizatı Bazası "Qara volqa: Aktyorların bir çoxu niyə filmi "qara ləkə" saydılar?". anl.az/Ekspress. 2007-04-21–23. İstifadə tarixi: 2024-05-16. Kadrarxası: “Qara Volqa”da aktrisa Naibə Allahverdiyeva ilə öpüşən şəxs rejissorun özü olub “Qara Volqa”nın müəllifi nədən qorxmuşdu?!
Qara Volqa (film, 1994)

Volqa-Baltik su yolu
Volqa-Baltik su yolu (1810-1963-cü illər - Mariin su sistemi) — Rusiya Federasiyasının şimal-qərbində Xəzər və Baltik dəniz hövzələrini birləşdirən göl, çay və kanallar sistemi. Uzunluğu 1100 km, Aşağı Şeksna və Şeksna (Çerepovetskoye) su anbarından, Kovja çayı və Ağ göl, Vıteqra çayı və suayrıcı kanaldan keçən su yolu. Rıbinski su anbarı, Çerepovets şəhəri, Şeksna çayı, Ağ gölü, Kovja çayı, Mariin kanalı, Vıteqra çayı, Oneqa kanalı, Oneqa gölü, Svir çayı, Ladoqa gölü və Neva çayından keçir. Mariin su sistemi 1799-1810-cu illərdə tikilib, 1890-1896-cı illərdə yenidən qurulub, 1964-cü ildə əsaslı rekonstruksiyadan sonra indiki adını almışdır. Uzunluğu təxminən 1100 km, gəmiçilik üçün sərbəst keçid dərinliyi 3-4 metrdən az deyil. Bu da öz növbəsində 5000 tona qədər su tutumu olan gəmilərin keçidini təmin etməyə imkan verir. Volqa-Baltik yolunun davamı Oneqa gölü ilə Ağ dənizi birləşdirən Ağdəniz-Baltik kanalı hesab edilir. Volqa-Baltik kanalının xüsusiliyi ondadır ki, Baltik hissəsinin bütün şlyuzları Paxomov hisəsi istisna olmaqla 13, 5 metr hündürlüyə malikdir. Bu da öz növbəsində kanalın tikintisində standart konstruksiyalardan istifadə edilməsinə imkan verib. Kanalda cəmi 7 şlyuz var, onlardan yanlız biri - Paxomov şlyuzu ikitərəflidir.
Volqa-Xəzər hərbi donanması
Volqa-Xəzər hərbi donanması – Rusiyada vətəndaş müharibəsi zamanı yaradılmış Qırmızı Ordu hərbi birləşməsi. == Tarixi == 1919-cu il iyulun 21-də Həştərxan-Xəzər və Volqa hərbi flotiliyalarının əsasında Volqa-Xəzər hərbi flotiliyası yaradıldı. Flotiliyaya Fyodor Raskolnikov komandan, Vladimur Kukel isə qərargah rəisi təyin edildi. Flotiliyanın vəzifəsi Qırmızı Ordunun Aşağı Volqa bölgəsindəki bölmələri ilə qarşılıqlı əlaqə, Həştərxanın müdafiəsi, Qafqazda və Zaqafqaziyada döyüşlərdə iştirak etmək idi. == Tərkibi == Avqust ayında flotiliyaya 200-dən çox gəmi daxil idi: 3 köməkçi kreyser 6 esmines 3 torpedo gəmisi 4 sualtı qayıq 38 kanoner qayığı 24 patrul gəmisi 4 təyyarə daşıyan barja 6 ədəd üzən batareya və s. Donanma 3 hissəyə bölünmüşdü: Şimal, Çaritsin ərazisi. Çyornı Yar — Vladimirovka dəmir yolunu əhatə edən Severoastraxanskıy. Xəzər dənizinin şimalında fəaliyyət göstərən və cənubdan Həştərxanı əhatə edən Delta müdafiəsi. Bundan əlavə, flotiliyaya Hava Briqadası da daxil idi. == Döyüşlərdə iştirakı == Donanma Həştərxanın müdafiəsində fəal iştirak etmişdi: Ağ Qvardiyaçıların mövqelərini atəşə tutmuş və qoşunları yerləşdirmişdi.
Lenin heykəli (Volqa-Don kanalı)
Volqa-Don kanalının girişindəki Lenin heykəli (rus. Памятник Ленину у входа в Волго-Донской канал) — Volqa çayı üzərində yerləşən Volqa-Don kanalının girişindəki SSRİ-nin qurucusu Vladimir Leninə həsr olunan heykəl. Volqoqrad şəhərində yerləşən heykəl dünyanın ən böyük heykəllərindən biridir. == Tarixi == === Stalin heykəli === Heykəltəraşları Yevgeni Vuçetiç və Leonid Polyakov olan heykəl İosif Stalinin xatirəsinə 27 iyul 1952-ci il tarixində bura tikilmişdir. Heykəlin tikilməsi üçün xüsusi bir mis hazırlanmışdı. Heykəlin yüksəkliyi 24 metr idi. Destalinizasiya siyasətlərinə görə o vaxta qədər "Stalinqrad" adlanan şəhərin adı 1961-ci ildə Volqoqrad olaraq dəyişdirilməsindən sadəcə 10 gün sonra, heykəl də sökülmüşdür. Heykəlin yerinə 12 illik boş bir təməl qalmışdır. === Lenin heykəli === Bu hadisədən tam 12 il sonra Rusiya Sovet Federativ Sosialist Respublikasının Mədəniyyət Nazirliyi boş qalan yerə Vladimir Leninin xatirəsinə bir heykəlin tikilməsinə qərar vermişdir. Heykəlin heykəltəraşlığı üçün yenə eyni heykəltəraşlar seçildi.
Azad Volqa-Ural
Azad Volqa-Ural və ya Azad İdil-Ural (tatarca: Azat İdel-Ural, erzyanca: Olyachiv Rav-Uralon) — Mordoviya, Çuvaşıstan, Mari El, Udmurtiya, Başqırdıstan, Tatarıstan respublikaları tərəfindən müstəqillik qazanma və bu altı respublikanın ortaq sərhəd, iqtisadiyyat və kollektiv təhlükəsizlik sistemi ilə bütünləşmiş ittifaq yaratma hədəfi ilə Volqa bölgəsi xalqlarının sosial hərəkatıdır. == Haqqında == 28 dekabr 2014-cü ildə həbs edilən və 2015-ci ilin sentyabr ayında Krımın ilhaqını tənqid etdiyi üçün 3 il həbs cəzasına məhkum edilən Tatar milli hərəkatı liderlərindən biri olan Rafis Kaşapov 26 dekabr 2017-ci ildə Rusiya həbsindən sərbəst buraxıldı. Fevral 2018-ci ilin əvvəllərində Ukraynaya getdi və qısa müddət sonra eyni düşüncələri daşıyan biri ilə tanış oldu - mordoviyalı erzyan millətindən olan və təqaüdə ayrılan hərbçi Sıres Bolyayen. 21 martda Rafis Kaşapov Sıres Bolyayen və bənzər fikirlərə sahib kiçik qrup Kiyevdə mətbuat toplantısı təşkil etdilər və Azad Volqa-Ural Xalq Hərəkatının yaradıldığını elan etdilər. Fəaliyyətlərinin ilk 5 ayı boyunca təşkilat açıq formada separatçı mövqedən uzaq qalaraq, Volqa bölgəsi respublikalarının Rusiya içində əsl suverenliyi üçün mübarizə apardığını bildirirdi. Ancaq muxtar respublikalarda yerli dillərin tədrisini məhdudlaşdıran qanunun Dövlət Dumasında elan edilməsindən sonra hərəkat da məqsədlərini yenilədi. Azad Volqa-Ural 25 iyul 2018-ci ildə Erzyan-Mokshanya, Çuvaşıstan, Mari El, Tatarıstan, Udmurtiya və Başqırdıstan müstəqil milli demokratik dövlətləri qurmaq üçün çalışdığını açıqladı. Eyni zamanda hərəkat şiddəti özündə ehtiva etməyən müqavimət üsullarına uyduğunu vurğuladı. Ondan sonra bir neçə gün içində Rusiya mediası hərəkatın qurucusu Rafis Kaşapova qarşı irq, millət, dil, din təməlində düşmənliyi qabardan materiallar yayımladığı üçün yeni cəza ittihamı açıldığını bildirdi.
Volqa-Xəzər Neft sənayesi və Ticarət Cəmiyyəti
Volqa-Xəzər Neft sənayesi və Ticarət Cəmiyyəti — Rusiya imperiyasında 1898-ci ildən fəaliyyət göstərən səhmdar cəmiyyət. Cəmiyyətin əsasnaməsi 4 iyul 1897-ci ildə qəbul edilir və 23 sentyabr 1897-ci ildə isə dərc edilir. Cəmiyyət Dembotov qardaşlarının Qara şəhərdə və bakı ətrafında olan neft sənayesi müəssisələnin inkişaf və təmin edilməsi məqsədi ilə təşkil edilmişdir. Cəmiyyətin ümumi kapitalı 1 500 000 rubl təşkil edirdi. 6 000 səhmə bölünmüşdü, hər səhm 250 rubl dəyərində idi. Cəmiyyəti təşkil edənlər arasında neft sənayeçisi, Çarısında ticarət-sənaye müəssisələri və daşınmaz əmlakları olan Qriqori Dembot və tacir İosif Dembot vardı. Cəmiyyət 10 mart 1898-ci ildən fəaliyyətə başlamışdır. Cəmiyyətin qərargah mənzili Sankt-Peterburqda yerləşirdi: ilk əvvəllər Qalernaya küçəsi, ev № 20, sonradan Böyük Konyuşnaya küçəsi, ev № 7. Cəmiyyətin rəhbərliyində Dembotov qardaşlarından başqa ticari işlərdə anlayışı olmayan şəxslərdə olmuşdur. Belə ki, 1898–1905-ci illərdə cəmiyyətin rəhbəri ictimai xadim, baron David Qinsburq, 1903–1905-ci illərdə isə direktorlardan biri həbsxana həkimi və ədəbiyyatçı David Qersrenşteytn olmuşdur.
Volqa Alman Muxtar Sovet Respublikası
Volqa Alman Muxtar Sovet Respublikası (rus. Автономная Советская Социалистическая Республика Немцев; alm. Autonome Sozialistische Sowjetrepublik der Wolgadeutschen‎) - Rusiya Sovet Federativ Sosialist Respublikasına tərkibində muxtar respublika. Paytaxtı Volqa çayının sahilində yerləşən Engels şəhəri olmuşdur. Volqa Alman MSR 1917-ci ildə Rusiyada baş vermiş inqilabdan sonra yaradılmışdır. Sovet hökuməti Volqaboyu ərazilərində yaşayan almanların imperiya daxilində daha yaxşı təmsil olunmaları üçün muxtar statuslu respublikanın yaradılması təklifi ilə çıxış etmişdilər. Volqaboyu ərazisinə almanların köçürülməsi XIX əsrin əvvəllərinə təsadüf edir. Almaniya imperiyasının kasıb əyalətlərində yaşayan alman icmaları dini və sosial səbəblərdən yaşadıqları ərazilərdən Rusiya imperiyasının Volqaboyu və Cənubi Qafqaz ərazilərinə köç etmək məcburiyyətində qalmışdılar. Volqa Alman İşçi Kommunası tərəfindən yayımlanan müraciətdə SSRİ daxilində yaşayan almanların siyasi statusu məsələsinə baxılması xahiş olunurdu. Volqa Alman Muxtar Sovet Respublikasının yaradılması tarixi kimi 1918-ci il göstərilsə də, bölgəyə Muxtar Sovet Respublikası statusunun verilməsi 1924-cü ilin 20 fevral tarixinə təsadüf edir.
Volqa Bölgəsi İdman və Turizm Akademiyası
Volqa Bölgəsi İdman və Turizm Akademiyası — idman-turizm profilini inkişaf etdirən bir universitetdir. Təşkilatçı Rusiya Federasiyası İdman Nazirliyidir. 1974-cü ildə Volqoqrad Bədən Tərbiyəsi İnstitutunun Kazan filialı olaraq açıldı. 1986-cı ildə məktəb, RSFSR İdman Komitəsinin əmri ilə Kazandan Brejnevə (Naberejnıye Çelnı) köçürüldü. 1997-ci ildə öz təhsil proqramlarını inkişaf etdirərək müstəqil bir təhsil müəssisəsi oldu. Sonra institut akademiya statusu alır. Eyni zamanda, Akademiya idman, turizm və pedaqoji və psixoloji ixtisaslar açdı. Bədən Tərbiyəsi və İdman Kolleci orta ixtisas təhsili almaq imkanı verir. Dissertasiya Şurası idman elmi üzərində işləməyə başlayır. Tibbi və bioloji araşdırmalar diqqət çəkir.
Valqa
Valqa (est. Valga, alm. Walk‎, 1920-ci ilə gədər Valk -rus. Валк, keçmiş adı rus. Vleh) — Estoniyanın cənubundakı Vаlqаmаа bölgəsinin inzibati mərkəzi. Pedeli çayının sahilində yerləşir. Şəhərin sahəsi 16,5 km² təşkil edir. Tartuya qədər məsafə 89 km, Pyarnuya gədər 144 km, Tallinə gədər 245 km, 175 km Riqaya və Pskova 170 km-ə bərabərdir. Valqa dəmir və avtomobil yollarının kəsişməsində yerləşir. Estoniyanın və Latviyanın Şengen birliyinə daxil olması ilə Valqa və Valka şəhərləri arasında ümumi ictimai avtobus nəqliyyatının işə düşdüyü elan olunmuşdur.
Olqa
Olqa — ad. Olqa (knyaqinya) — Böyük Knyaqinya. Olqa Kotovska — Ukraynalı marafonçu. Olqa Budina — rusiyalı teatr və kino aktrisası. Olqa Korbut — Belaruslu gimnast. Olqa Buzova — Rusiya müğənnisi.
Narodnaya volya
Narodnaya volya (rus. Народная воля; azərb. Xalqın iradəsi‎) — Rusiyada inqilabi xalqçı təşkilatı. 1879-cu ildə "Zemlya i volya"nın parçalanmasından sonra yaranmışdı. Təşkilata İcraiyyə komitəsi (A.D.Mixaylov, A.İ.Jelyabov, S.K.Perovskaya, V.N.Fiqner və b.) başçılıq edirdi. 1879-1885-ci illərdə təşkilat eyniadlı qəzet buraxmışdır. Xalqçı utopik sosializmi mövqeyində qalan narodovolçular siyasi mübarizə yolu ilə mütləqiyyəti devirməyi ən mühüm vəzifə sayırdılar. Lakin onlar bu mübarizəni sosializmlə əlaqələndirə bilməmişdilər. "Narodnaya volya"nın proqramında ümumi seçki hüququ, demokratik azadlıqlar, torpağın xalqa paylanması, əzilən xalqlara öz müqəddəratını təyin etmək hüququ verilməsi və s. tələblər var idi.
Tolqa Çandar
Tolga Çandar (16 avqust 1959, Muğla ili) Türk Xalq musiqisi sənətçisidir. ODTÜ 3. sinifdə yoldaşlarıyla birlikdə qurduğu Çağdaş Türkü qrupu olaraq Bekle Beni albomunu çıxardı. Delikanlıya albomundan sonra qrup dağıldı. Tolga Çandar albomlarına davam etdi.
Alessandro Volta
Alessandro Volta (italiyanca tam adı: Alessandro Giuseppe Antonio Anastasio Graf von Volta; 18 fevral 1745[…], Komo, Milan hersoqluğu, Habsburq monarxiyası – 5 mart 1827[…], Komo, Lombardiya-Venesiya krallığı, Avstriya imperiyası) — batareyanın ixtiraçısı kimi tanınan məşhur italyan fizikidir. O, Qalvani ilə birlikdə elektrik dövrünün yaradıcısı sayılır. Volt isveçrənin yaxınlığında yerləşən Komo şəhərində varlı bir ailədə dünyaya gəlmişdir. Onun 8 bacı qardaşından 5-i bəzi əmiləri kimi keşiş olur. Voltun valideynləri Filippo Volt və Maria Maddalena Volt əslində övladları Alessandro üçün tamam başqa bir yol seçmişdilər. Volt hüquqçu olmalı idi və buna görə də 1758–1760-cı illərdə o Yezuitlər məktəbinə göndərilir. Boş vaxtlarında kitablardan elektrik haqqında məlumat alan Volt həmçinin bu sahənin alimləri ilə də söhbətlərlə biliyini dərinləşdirirdi. 1769-cu ildə Volt öz ilk əsərini çap etdirir. 1774-cü ildə o Komoda məktəb direktoru təyin olunur. Bu zaman o həm də ixtira etdiyi Elektrofor ilə daha məşhurlaşır.
Nazlı Tolga
Nazlı Tolga Brenninkmeyer (8 noyabr 1979, Ankara) — türk-holland jurnalisti və xəbər aparıcısıdır. O, atasının vəzifəsi ilə əlaqədar 7 yaşında Ankaradan İstanbula köçüb. Əvvəlcə Erenköy İbtidai məktəbini, daha sonra Üsküdar Amerikan Liseyini bitirib . Universitet təhsilini Marmara Universitetinin Ünsiyyət fakültəsində tamamladı. Daha sonra Qalatasaray Universitetinin Ünsiyyət fakültəsində magistr dərəcəsi aldı. Jurnalistika karyerasına 1998-ci ildə universitetdə oxuyarkən Kanal D -də təcrübə ərizəsi qəbul edildikdən sonra başlayıb. O, ilk olaraq Kanal D-də Xarici Xəbərlər xidmətində işə başlayıb. Daha sonra Tuncay Özkan baş redaktorda gündəlik və gecə xəbərlərini təqdim etdi. Tuncay Özkan 4 il Kanal D-də qaldıqdan sonra 2002-ci ildə Tuncay Özkan ilə Doğan Qrupu arasında yaranan fikir ayrılığına görə Defne Samyeli və komandası ilə Show TV -yə keçdi. Show TV-də qaldığı 1 il ərzində gecə-gündüz xəbərləri ilə yanaşı, xüsusi müsahibələr də verib.