PEÇENEQ
PEDOSFER
OBASTAN VİKİ
Metaseiulus pedoni
Metaseiulus pedoni (lat. Metaseiulus pedoni) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Pedologiya
Torpaqşünaslıq – torpaqlar, onların əmələ gəlməsi (genezisi), quruluşu, tərkibi və xassələri; torpaqların coğrafi yayılmasının qanunauyğunluqları; torpağın əsas xassəsi olan münbitliyinin formalaşması və inkişafını müəyyən edən ətraf mühitlə qarşılıqlı əlaqəsi; torpaqdan kənd təsərrüfatında və iqtisadiyyatın digər sahələrində səmərəli istifadənin yolları və torpaq örtüyünün kənd təsərrüfatında istifadəsi şəraitində dəyişkənliyi haqqında elmdir. Torpaqşünaslıq elmi təlim kimi XIX əsrin sonlarında tanınmış rus alimləri Vasili Dokuçayev və Pavel Kostıçyevin əməyi nəticəsində formalaşmışdır. Azərbaycanda isə H.Ə.Əliyev, V.R.Volobuyev, M.E.Salayev, K.A.Ələkbərov, M.P.Abduyev, Ş.G.Həsənov, R.H.Məmmədov və başqalarının bu elmin inkişafında əməyi danılmazdır. Torpaqşünaslıq bir çox məsələləri əhatə edən təbii-elmi təlimdir. Torpaqşünaslığın təmasda olduğu və metodlarından geniş istifadə etdiyi fundamental elmlərə fizika, kimya, riyaziyyat, daim nəzəri mübadilə halında olduğu elmlərə isə təbiət, kənd təsərrüfatı və iqtisadi elmləri aiddir. Sonunculara geoloji-coğrafi tsiklə (mineralogiya və petroqrafiya ilə birgə geologiya, hidrogeologiya, fiziki coğrafiya, geobotanika, biogeosenologiya), aqrobioloji tsiklə (biologiya, mikrobiologiya, biokimya, aqrokimya, bitki fiziologiyası, bitkiçilik, əkinçilik, çəmənçilik, meşəçilik) və nəhayət aqrar – iqtisadi tsiklə (siyasi-iqtisad, kənd təsərrüfatı iqtisadiyyatı, yerquruluşu və s.) daxil olan elmlər aid edilir. Torpaqşünaslığın ən çox əhəmiyyət kəsb edən bölmələri aşağıdakılardır: torpağın formalaşması və inkişafı (genezisi) haqqında təlim; torpaq örtüyünün ətraf mühitlə (torpaq coğrafiyası) qarşılıqlı əlaqədə olan bütöv məkan törəməsi olması haqqında təlim; torpaq və torpaq örtüyünün münbitliyi və onun aqrotexniki və meliorativ metodlarla tənzim edilməsinin prinsipləri haqqında təlim. Torpaqşünaslığın tərkibində adı çəkilən əsas bölmələrlə yanaşı, onun torpaq kütləsinin xassələri əsasında fundamental bölmələri (torpaq fizikası, torpaq kimyası, torpaq biologiyası) və torpaq və torpaq örtüyündən istifadənin tətbiqi bölmələri (aqronomik torpaqşünaslıq, meşə torpaqşünaslığı və s.) də mövcuddur. Bu tətbiqi bölmələr torpaqşünaslığın ümumi nəzəriyyəsinin inkişafına böyük təsir göstərir, belə ki, ilkin materialların geniş mənbəyi və nəzəri konsepsiyaların yoxlanmasının bazasını təşkil edir. Torpaqların təsnifatı xüsusi bölmə təşkil edir.
Pedosfer
Pedosfer (yun. πέδον "torpaq" + σφαίρα "kürə") — Yer kürəsinin torpaq örtüyü, torpaq, onun altında yerləşən torpaqəmələgətirən süxur və aşınma (canlı orqanizmlərin yaşayış mühiti hesab olunan), yerin torpaqəmələgəlmə prosesi gedən qatı, digər qatlara — geosferlərə (litosfer, hidrosfer, atmosfer) bənzər qat, litosfer, hidrosfer və yerin canlı qabığının birbirilə əlaqəli olan zonası.
V. İ. Lenin adına Azərbaycan Pedoqoji İnstitutu
Azərbaycan Dövlət Pedaqoji Universiteti və ya qısaca ADPU — pedaqoji kadrların hazırlığı ilə məşğul olan dövlət ali təhsil müəssisəsi. Azərbaycan Pedaqoji İnstitutu Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) sədri Nəriman Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə alitəhsilli müəllim kadrları hazırlamaq üçün təsis edilib. Onun ilk buraxılışı 1923–1924-cü tədris ilində olmuşdur. İlk dövrlərdə Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları kimi fəaliyyətə başlasa da, Azərbaycan Pedaqoji İnstitutu XX əsrin 90-cı illərində Azərbaycan Dövlət Pedaqoji Universiteti adını alıb. 1927–1929-cu illər və 1941–1943-cü illərdə fəaliyyəti dayandırılmış, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdirilmişdir. Abdulla Şaiqin təşəbbüsü ilə yaradılan ilk anadilli məşhur "Nümunə Məktəbi" də ADPU-nun nəzdində fəaliyyət göstərib. Məktəbin direktoru Qafur Əfəndizadə (Qantəmir) idi. 1991-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu ali məktəbə universitet statusu verilmişdir. İnstitutun ilk direktoru Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli, direktor müavini Tiflis Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyov olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ölkə prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya qoşulması və onun filiallarının da ADPU-nun strukturuna daxil olması nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir.