PİQMENTSİZLİK
PİLƏK
OBASTAN VİKİ
Pilehrüd (piləçay)
Piləçay — Ərdəbil əyalətində 14 kənddən ibarətdir, Nəmin şəhərinin mərkəzi hissəsi, bu kənd Azərbaycan Respublikası ilə sərhəddə yerləşir.
Pilədərə (Germi)
Pilədərə (fars. پيله درق‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 126 nəfər yaşayır (22 ailə).
Pilək
Düymə — geyim aksesuarı. İlk düymələr çox-çox əvvələrdən insanlara məlum olmuşdur. Hələ qədim yunanlar və etrusklar köynəklərini çiyindən düymə və ilgəhlərlə bağlayırdılar. Avropalılar isə köynəklərini sancaqlar və xüsusi iynələrlə birləşdirirdilər. Bu, o vaxtacan davam etmişdir ki, XIII əsrdə düymələr üçün deşik icad edildi. XIV əsrdə düymələrdən bəzək əşyası kimi istifadə edilirdi. Paltarlara qoldan çiyinə qədər, boğazdan belə qədər düymələr düzürdülər. Bu düymələr qızıldan, gümüşdən və fil sümüyündən hazırlanırdı. Bu da paltarın sahibinin sosial statusundan xəbər verirdi. Yəni – paltar hansı düymələrlə bəzədilirdisə, bu paltar sahibinin maddi durumunu göstərirdi.
Pilək tikmə
Pilək tikmə (rus. вышивка блестками) - pulcuqlu tikmə. Pilək tikmə taxça, buxarı, güzgü pərdələri, divar bəzəkləri və xırda əşyaların hazırlanmasında istifadə olunub. Pilək əlvan metal dairəciklərdən hazırlanıb və əsasən şal, mahud, qanovuz parça üzərində icra olunub. Çaxma pilək (zərənduz) tikmə Şəki, Şamaxı, Lahıc və Şuşada daha geniş intişar tapıb. Bu sənət daha çox zərgərliklə bağlı olub. Burada istifadə olunan çaxma piləklər zərgərlər tərəfindən döymə və basma (qəlibkarlıq) üsulu ilə hazırlanarmış. Metal lövhələr ağır olduğundan məxmər, tikmə, xara, mahud kimi möhkəm parçalardan istifadə olunub. Belə tikməli əşyalar məişətdə taxça, buxarı, güzgü pərdəsi , pərdəbaşı süfrə və sairə məqsədlərlə istifadə olunub. Metal lövhəciklər müxtəlif formalı buta, paxlava, üçbucaq, dördkünc, dairə, quş, balıq və s.
Pilələr dağı
Pilələr dağı – Culfa rayonu ərazisində dağ (1562,6 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin cənub-şərq istiqamətli, eyniadlı qolunun suayırıcısında zirvə. Üst Oliqosenin Xatt regiomərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli Pilələr sinklinalının nüvə hissəsində yerləşir.
Pilələr silsiləsi
Pilələr silsiləsi – Culfa rayonu ərazisində dağ silsiləsi. Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin cənub-şərq istiqamətli yamaclarının sıldırımlı qoludur. Uzunluğu 10 km-dən artıq, ən yüksək zirvəsinin hündürlüyü 1562,6 m-dir. Paleosen-Üst Oliqosenin çökmə və vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının qırışığa məruz qalmış şimal-şərq qanadında yerləşir.
Piləpan qalası
Piləpan qalası — Ordubad rayonunun Çənnəb kəndindən qərbdə arxeoloji abidə. Qala üç tərəfdən sıldırım qayalarla əhatə olunmuşdur. Onun təbii cəhətdən zəif müdafiə olunan ş. tərəfinə hündür divar çəkilmişdir. Divarların hündürlüyü 2–4 m arasındadır. Divar boyunca qalanın içərisində dördkünc formalı yaşayış üçün sığınacaqlar inşa olunmuşdur. Onların həcmi bir-birindən fərqlənir. Bəzi otaqlardan bir-birinə keçid qoyulmuşdur. Divarın üzəri ilə əsgərlərin müdafiəsi üçün xüsusi sipər düzəldilmişdir. Axtarışlar zamanı qaladan yalnız Son Orta əsrlərə aid keramika məmulatı aşkar olunmuşdur.
Piləsəran (Nir)
Piləsəran (fars. پيله سهران‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 46 nəfər yaşayır (5 ailə).
Qışlaq-i Piləzir (Nəmin)
Qışlaq-i Piləzir (fars. قشلاق پلازير‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 24 nəfər yaşayır (9 ailə).

Digər lüğətlərdə