POLİTEİZM

\[alm. Polytheismus; fr. Politheisme; ing. Polytheism; ər. إ خٍَ٘ وثشح yun. Poly – çox, theos – alllah; tr. çoktanrıcılık\] – çoxallahlılıq və təkallahlılıq, bir neçə allaha və ya bir allaha sitayiş edilməsi.
POLİTEİZM
POLİTOLOGİYA
OBASTAN VİKİ
Politeizm
Politeizm (yun. πολύς – çoxrəqəmli, çox + θεός – Tanrı, ilahi – çoxtanrılıq) – iki və daha çox tanrıya inancın əsasında qurulmuş dünyagörüşünün ümumi adı. Politeizm monoteizm və ateizmə zidd dünyagörüşüdür. Qədim dünyada Misir, Yunanıstan və Roma inancları çoxtanrılı olub. Xristianlığın, sonra isə İslamın gəlişi ilə bu çoxtanrılı inanclar böyük ölçüdə ortadan qalxıb. Müasir dövrdə Hindistan və Tibet inanclarında, buddizmdə, Afrika qəbilələrinin inanclarında politeizm vardır. Politeist dinlərdə və bir çox mistik-fəlsəfi təlimlərdə yaradan Tanrı konkret bir şəxsiyyət deyil, siması olmayan mütləq varlıqdır. Bu varlıq mövcud olan dünyaya bilavasitə təsir etmir, onda təzahür olmur, çünki o bir ideyadır, ruhdur. Ona görə çoxlu tanrılar var ki, onlar dünya işlərini düzənləyir, çeşidli sahələrə görə cavabdehdirlər. Bu tanrılardan panteonlar yaranır və onlara ibadətlər edilir.

Digər lüğətlərdə

до́норский непроходи́мый око́лышек перева́лка приёмыш увороти́ться укарау́лить химиза́ция заря́д прокле́ить пузы́ристый стега́льщик формова́ться фердокультепный beardless heelball joinder twentymo аристократичный былинка неосторожность пропил растленный щебёнка ясновидение