Pornoqrafiya
Pornoqrafiya (yun. πόρνη — fahişə, zina; γράφω — yazıram, çəkirəm; πόρνη < πέρνημι — satıram) — cinsi arzuları oyatmaq məqsədi olan erotik video, şəkil və ya yazılar.
Pornoqrafiya erotikadan fərqlənir: Pornoqrafiyadan fərqli olaraq erotikaya naturalizm və diqqəti cinsiyyət orqanlarına yönəltmək xas deyil. Adətən, erotika və pornoqrafiya arasındakı sərhədləri zərif və kobud, ruh və bədən arasındakı fərq kimi izah edirlər.
Klassik ədəbiyyatda pornoqrafiya elementləri azlıq təşkil edir. Çünki erotika daha çox oxucunun yaradıcı qabiliyyətinə hesablanıb, yəni az-çox düşüncəsi, təxəyyülü yetən oxucu müəllifin demədiklərini duymaq iqtidarındadır. Bu baxımdan erotikada söylənməyənə, təsvir olunmayana vurğu daha güclüdür. Hesab olunur ki, pornoqrafiya estetik zövq deyil, yalnız fiziki həzz yaşada bilər. Bu səbəbdən onu ümumiyyətlə, incəsənət hesab etməyən müəlliflər də çoxluq təşkil edir. Suzan Zontaqın sözlərinə görə, erotika istənilən ekstaz növü kimi düşünülmüş, qurulmuş, mədəni bir nəsnədir və heç bir bayılmaya səbəb olmur.