Kimyəvi sensorların quruluşu və iş prinsipi
Kimyəvi sensorlar -Maddənin tərkibi ilə hər hansı ölçülə bilən xassəsi arasında əlaqə yaratmaq, məlum qanunauyğunluqlardan istifadə edərək qatılıqların təyini və uyğun cihazların yaradılması analitik kimyanın tarixi boyunca vacib məsələlərdən biri olmuşdur və elə bu gün də öz aktuallığını qoruyur. Bu cihazlara sensorlar və ya kimyəvi sensorlar daxildir, hansı ki bu cihazlar maddədən müəyyən miqdar ayırmadan və xüsusi hazırlanmış nümunə götürmədən mühitin (məhlulun) kimyəvi tərkibindən bir başa məlumat verir. Kimyəvi sensorlar – kimyəvi selektiv sensor təbəqəsindən müəyyən etdiyimiz komponentin iştirakına və tərkibinin dəyişməsinə aid cavab siqnalı verir, həmçinin fiziki çeviricidən (transdyuserdən) ibarətdir. Selektiv qatın müəyyən etdiyimiz komponentlə gedən reaksiyasında yaranan enerjini elektrik və ya işıq siqnalına çevirir və daha sonra işığa həssas elektron cihazla ölçülür. Bu siqnal elə analitik siqnaldır ki, mühitin (məhlulun) tərkibi haqqında birbaşa məlumat verir. Kimyəvi sensorlar kimyəvi reaksiyaların prinsipi üzərindən yalnız müəyyən etdiyimiz komponentlə həssas təbəqə arasında gedən kimyəvi əlaqədə analitik siqnal yaranan zaman və ya fiziki proseslərin üzərində fiziki parametr (işığın udulması və əks olunması, kütlə, elektrik keçirici) ölçülən zaman işləyə bilər. Ilk halda həssas təbəqə kimyəvi çevirici funksiyasını yerinə yetirir. Seçiciliyi artırmaq üçün kimyəvi sensorun giriş cihazında (kimyəvi həssas təbəqənin önündə) müəyyən olunan komponentin hissəciklərini selektiv şəkildə ötürən membranlar (ion əvəzedici, dialis, hidrofob və s.) yerləşə bilər. Bu halda müəyyən etdiyimiz maddə yarımkeçirici membrandan kimyəvi çeviricinin nazik təbəqəsinə diffuziya olunur. Hansı ki, bu nazik təbəqədə komponentin üzərində analitik siqnal formalaşır və kimyəvi sensorların əsasında sensor analizatorlar verilmiş qatılıq diapazonunda hər hansı bir maddəni müəyyən etmək üçün nəzərdə tutulmuş cihazlar konstruksiya edilir.