Bu, nalbənd alətidir. Atı nallamaq üçün əvvəlcə onun dırnaqlarını yonur, hamarlayırlar. Həmin alət qıracaq adlanır, qırmaq feilindəndir, “yonmaq, kəsmək (qırxmaq)” mənasında işlədilir. Elə qırxmaq sözü də qırmaq feili ilə bağlıdır. Bu alətin yonacaq, qırxacaq kimi başqa adları da olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)