Qıs (maq) kəlməsi ilə bağlıdır. Qısmaq, sıxmaq kəlmələri eyni söz olub, səslərin yerdəyişməsi nəticəsində iki müxtəlif sözə çevrilib. İndi mənaları tam eyniyyət təşkil etmir. İkinci yozum da mümkündür: qızırğan kəlməsi azırğan (əsli: azğırğan) sözünün dəyişmiş formasıdır. Azğır, qışqır, hayqır sözləri eyni qəlib üzrə əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)